Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-942/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh «xxxx» X7 nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər «xxxx» ASC-yə və «xxxx» X4rşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-dən onun xeyrinə 3.000.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, «xxxx» X7 ikinci cavabdeh qismində mülki işə cəlb edilməsi, cavabdehlər «xxxx» ASC-dən və «xxxx» X6 müştərək qaydada onun xeyrinə 3.000.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs vəzifəli şəxs olan X2 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə – X11 ölümünə səbəb olmuşdur. Belə ki, «xxxx» X7 Nizami rayon Texniki-İstismar şöbəsində usta vəzifəsində işləyərkən vəzifəli şəxs olub öz işinə vicdansız və laqeyd münasibət göstərib, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, 13 iyul 2010-cu il tarixdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ilə Rüstəmov küçəsinin kəsişdiyi yerdə basdırılmış küçə işıqlanması elektrik dirəyinə toxunması ilə elektrik vurmasından X11 ölümünə səbəb olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 aprel 2011-ci il tarixli 1(007)-89/2011 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 aprel 2011-ci il tarixli 1(007)-89/2011 nömrəli hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə «xxxx» X7 Nizami rayon Texniki-İstismar şöbəsinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 aprel 2011-ci il tarixli hökmü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X8 «xxxx» X7 Nizami rayon Texniki-İstismar şöbəsində usta vəzifəsində işləyərkən, törətdiyi səhlənkarlıq cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Oğlu ali təhsilli, həm də magistr təhsilli olmaqla, Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi işləmişdir. O, ailəli olmuş və ölümündən sonra bir azyaşlı uşağı qalmışdır. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun ölümü nəticəsində keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdeh «xxxx» ASC-dən alınaraq ona ödənilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddiaçının xeyrinə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh «xxxx» X7 nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı İlqar oğlu cavabdeh «xxxx» ASC-yə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi iş üzrə cavabdehin əsl cavabdehlə əvəz olunması barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh «xxxx» ASC-nin əsl cavabdeh «xxxx» X12 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının razılığı əsasında mülki iş üzrə «xxxx» X12 əlavə cavabdeh qismində mülki işə cəlb olunmuşdur. Bildirir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 aprel 2011-ci il tarixli hökmü ilə İlkin Əkbərovun ölümündə X8 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hesab edir ki, məhkəməyə verilmiş iddia əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Hadisə baş verən tarixdə təqsirləndirilən şəxs X8 «xxxx» X7 işçisi olduğu üçün müəssisə tərəfindən zərər çəkmiş şəxsin ailə üzvlərinə ilk gündən maddi və mənəvi dəstək olunması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, «xxxx» X12 ilə İddiaçı İlqar oğlu arasında vurulmuş ziyanın əvəzi kimi birdəfəlik olaraq 8.000 manat məbləğində pulun İddiaçı İlqar oğluna ödənilməsi barədə şifahi razılıq əldə edilmişdir. Həmin razılığa əsasən «xxxx» X7 əməkdaşı müəssisə adından İddiaçı İlqar oğluna zərərin əvəzi kimi birdəfəlik olaraq 29 mart 2011-ci il tarixdə 6.000 manat, 04 aprel 2011-ci il tarixdə 2.000 manat məbləğində pul vermişdir. Müəssisənin adından həmin məbləğ iddiaçıya heç bir məhkəmə qərarı olmadan, yəni könüllü surətdə təqdim edilmişdir. Qeyd edir ki, həmin razılaşmadan sonra İddiaçı İlqar oğlu Bakı şəhəri Nizami rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, vurulmuş ziyanın əvəzi olaraq 8.000 manat puldan 6.000 manatının ona verildiyini, qalan 2.000 manatın isə 10 gün müddətində verilməsi şərti ilə qəbul etdiyini bildirmiş və iş üzrə təqsirləndirilən şəxs X5 qarşı şikayət və tələbinin olmamasını və gələcəkdə də olmayacağını bildirərək, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin, X11 ölümünə görə maddi zərərin əvəzi olaraq «xxxx» X12 tərəfindən hər ay 348 manat məbləğində pul ödənilir. Göründüyü kimi, «xxxx» X12 tərəfindən iddiaçıya mənəvi dəstək olunmuş, halhazırda mərhumun ailəsinə maddi dəstək olmaqda davam edir. Hesab edirlər ki, qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmalı və iddia rədd edilməlidir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «xxxx» ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh «xxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh «xxxx» EŞM-in nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 aprel 2011-ci il tarixli 1(007)-89/2011 saylı qanuni qüvvəyə minmiş hökmündən görünür ki, «xxxx» EŞM-in Nizami rayon TİŞ-də usta vəzifəsində işləyən X1 etmiş, onun işə vicdansızcasına və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi vətəndaşın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuş və bu əməllər ehtiyatsızlıqdan X11 ölümünə səbəb olmuşdur. X8 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə olan ifadələrdən, məhkəməyə təqdim edilmiş qəbzlərdən və ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi olan, hazırkı iş üzrə İddiaçı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmamışdır. Çünki, zərər çəkmiş şəxsin hüquqi varisi olan, hazırkı iş üzrə İddiaçı vurulmuş ziyanın əvəzi olaraq 6.000 manat və 2.000 manat olmaqla cəmi 8.000 manat məbləğində pul vəsaiti qəbul etmiş, məhkəməyə 29.03.2011-ci il tarixdə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə mülki iddia olmamışdır. Bundan başqa, məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi, X11 ölümünə görə maddi zərərin əvəzi olaraq «xxxx» X12 tərəfindən hər ay 348 manat məbləğində pul ödənilir. Göründüyü kimi, iddia tələbi əsassızdır, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər «xxxx» ASC-yə və «xxxx» X4rşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər «xxxx» ASC-yə və «xxxx» X4rşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-942/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-942/2021
22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver