Məhkəmə qərarları › İş №2(006)-943/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-943/2023

02.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-943/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin direktoru X2 ödənilməmiş 5 aylıq əmək haqqı 4400 (dörd min dörd yüz) manatın və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Rzayev X5 rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, ev 61 ünvanında yerləşən 51 saylı mənzildə öz ailəsi birlikdə yaşayır. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı ödənilməmiş məzuniyyət pulunun və ödənilməmiş 5 aylıq əmək haqqısının alınıb ona verilməsinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmə işi geri qaytarmış və qərardadda qeyd edilmişdir ki, cavabdeh "xxxx" QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 65 b-dir. İddiaçı bu səbəbdən iddianı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər İddiaçı cavabdeh "xxxx" QSC-də müxtəlif vəzifələrdə çalışmış, aylıq əmək haqqısı 810 manat olmuş və hər ay vaxtlı-vaxtında əmək haqqısını almışdır. Lakin İddiaçı "xxxx" QSC-də 13 ildən çox işləsə də 2021-ci ilin fevral ayından ona aylıq əmək haqqısını və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi verilməmiş, o da məcbur qalıb öz ərizəsi ilə işdən azad olunmuşdur. Qalan əmək haqqısı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini tələb etsə də, müsbət nəticəsi olmamış, bu səbəbdən dəfələrlə "xxxx" QSC-yə getmiş və həmin QSC-nin direktoru X6 dəfələrlə ödənilməmiş 5 aylıq əmək haqqı pulu və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ona verilməsini xahiş etsə də, lakin xahişi nəticə verməmişdir. Bu da azmış kimi, iddiaçı hər dəfə əmək haqqısını tələb etsə də, təhqir edildiyindən sarsıntı keçirmişdir. Ailədə ondan başqa işləyən yoxdur, işləmək üçün başqa iş yerlərinə müraciət etmişdir. "xxxx" QSC-nin direktoru X2 pulunun verilməsini tələb etsə də, o, hər dəfə “get, hara şikayət edirsən et, mənə heç kim bata bilməz, kim də üstümə gəlsə, pul verib şikayətin başını bağlayacam” demişdir. "xxxx" QSC-nin direktoru X3 bu cür qanunsuz hərəkətlərindən təngə gələrək, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə yazılı olaraq şikayət ərizəsi ilə müraciət etmiş, aparılan araşdırma üzrə bildirilmişdir ki, "xxxx" QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanan müraciətə Xidmətin Bakı şəhər İdarəsinə baxılmışdır. Araşdırma zamanı "xxxx" QSC-nin rəhbərliyi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən İddiaçı ilə müəssisə arasında bağlanılmış əmək müqaviləsinə öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xx.xx.2021-ci il tarixində xitam verildiyi məlum olmuşdur. Müəssisə tərəfindən qanunverciliyin tələbi pozularaq İddiaçı son haqq-hesabının (əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ödənilmədiyi müəyyən edilmiş və bu səbəbdən də müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati icraata başlanılmışdır. Eyni zamanda, İddiaçı son haqq-hesabının (əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ödənilməsinin təmin edilməsi ilə əlaqədar müəssisə rəhbərliyinə X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müvafiq məktub ünvanlanmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı son haqq-hesabının ödənilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı cavabdeh "xxxx" QSC-nin direktoru X6 zəng etsə də, o, telefonlara cavab vermir və ödənilməmiş əmək haqqı pulunun verilməsindən imtina edir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2021-ci ilin fevral ayından ödənilməmiş əmək haqqının və 2021-ci il üzrə istifadə edilməmiş 30 gün əmək məzuniyyətinin pul əvəzinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarındakı çıxışlarına uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4 iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının son haqq-hesabı vaxtında ödənilmədiyindən, Xidmət tərəfindən cavabdehin səlahiyyətli nümayəndəsinə inzibati cərimə tətbiq olunmuşdur. Bununla bağlı sənədləri əldə edib növbəti iclasda məhkəməyə təqdim etməyə çalışacağını qeyd etmiş, lakin sonrakı məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etmədiyi üçün mülki işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan X7 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı "xxxx" QSC-nin rəhbərliyi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən İddiaçı ilə müəssisə arasında bağlanılmış əmək müqaviləsinə onun öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2021-ci il tarixində xitam verildiyi məlum olmuşdur. Müəssisə tərəfindən qanunverciliyin tələbi pozularaq İddiaçı son haqq-hesabının (əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ödənilmədiyi müəyyən edilmiş və bu səbəbdən də müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati icraata başlanılmışdır. Eyni zamanda İddiaçı son haqq-hesabının (əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ödənilməsinin təmin edilməsi ilə əlaqədar müəssisə rəhbərliyinə X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müvafiq məktub ünvanlanmışdır. Qeyd olunanları nəzərə alaraq, son haqq-hesabının ödənilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ olması qeyd edilmişdir. Mülki işin materiallarında olan AT-İİ seriyalı ******* nömrəli əmək kitabçasının 19-20 nömrəli qeydlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə "xxxx" QSC-yə “2-ci sahəsinə sahə rəisi” vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən tutduğu vəzifədən azad edilmişdir. Mülki işin materiallarında olan Mediasiya Şurası Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/3-01628 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, “əmək mübahisəsi” növü üzrə “əmək haqqının ödənilməsi” tələbi üzrə mediasiya işi ilə bağlı xx.xx.2022-ci il tarixinə, 16:00-17:00 saatlarına Bakı şəhəri, ünvan 7 ünvanına ilkin mediasiya sessiyası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İlkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, digər tərəf "xxxx" QSC-yə ilkin mediasiya sessiyası barədə xx.xx.2022-ci il tarixdə bildiriş göndərilməsinə və həmin tarixdə çatdırılmasına baxmayaraq, sessiyada iştirak etməmiş, bu barədə hər hansı bir məlumat verilməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-943/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə:

1. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surəti "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən;

2. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilib-edilməməsi (əmək haqqı hissəsində) haqqında məlumat, dəyişiklik edildiyi təqdirdə əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əlavənin və ya İddiaçı əmək müqaviləsinə edilən dəyişikliyə razılığını ifadə etməsi barədə müvafiq sənədin təsdiq edilmiş surəti "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən;

3. "xxxx" QSC-nin İddiaçı 2021-ci il üzrə (fevral-avqust ayları üzrə) əmək haqqının ödənilibödənilməməsi haqqında məlumat, ödənildiyi təqdirdə bu barədə müvafiq sənədlərin (hesabdan çıxarış və s.) təsdiq edilmiş surəti "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən;

4. "xxxx" QSC-nin İddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verdikdən sonra son haqqhesabın ödənilib-ödənilməməsi haqqında məlumat, ödənildiyi təqdirdə bu barədə müvafiq sənədlərin (hesabdan çıxarış və s.) təsdiq edilmiş surəti "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən;

5. "xxxx" QSC-nin İddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verilənədək sonuncunun istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilib-ödənilməməsi haqqında məlumat, ödənildiyi təqdirdə bu barədə müvafiq sənədlərin (hesabdan çıxarış və s.) təsdiq edilmiş surəti "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən;

6. İddiaçı üçün "xxxx" QSC tərəfindən 2021-ci il üzrə ödənilmiş vergi və DSMF ödənişləri haqqında məlumat (təsdiq edilmiş müvafiq sənədlər təqdim edilməklə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən tələb edilmişdir. Qərardadın dərhal icra edilməsi qərara alınmış və müvafiq qaydada icraya yönəldilmişdir. Lakin həmin icra vərəqəsi üzrə borclu "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qərardad icra edilməmiş, tələb olunan sübutların üzrlü səbəblərə görə yerinə yetirilməməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmənin 2(006)-943/2023 saylı xx.xx.2023-cü il il tarixli qərardadı ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1000 (bir min) manat məbləğində cərimə olunması, qərardadın icrasının Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-56772/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə "xxxx" QSC tərəfindən 2021-ci il üçün İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, sığorta olunan İddiaçı (SSN: **********036) 2021 yanvar – 2021 sentyabr dövrü üzrə cəmi gəliri – 3250.50, cəmi hesablanmış – 812.63, cəmi ödənilmiş – 703.05, pensiya kapitalı – 766.96 olmuşdur:

İ Ay Gəlir Hesablanmı Ödənilmiş Ödəniş l ş ili 2 Yanvar 900.00 225.00 204.26 2021 021 2 Yanvar 0.00 0.00 20.74 2022 021 2 Fevral 540.00 135.00 70.48 2021 021 2 Fevral 0.00 0.00 8.72 2022 021 2 Mart 450.00 112.50 58.73 2021 021 2 Aprel 450.00 112.50 112.50 2021 021 2 May 450.00 112.50 112.50 2021 021 2 İyun 112.50 28.13 28.13 2021 021 2 İyul 348.00 87.00 87.00 2021 021 2 Avqust 0.00 0.00 0.00 2021 021 2 Sentyabr 0.00 0.00 0.00 2021 021 3250.50 812.63 703.05 Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********308700 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfindən 2021-ci il üzrə dövlət büdcəsinə ödənilmiş vergilər və sosial sığorta haqları barədə məlumat təqdim edilmişdir. X1 ilə Dövlət Vergi Xidməti arasında daxilolmalara dair məlumatların mübadiləsi elektron qaydada həyata keçirildiyi qeyd edilmişdir. "xxxx" QSC vergi və tədiyyələr üzrə daxilolmaları haqqında məlumat (xx.xx.2021-xx.xx.2021ci il tarix aralığı). S VÖEN Vergi ödəyicisinin Ödəm Məblə Tədiyyə ıra : adı ə ği № tarixi manat la 1 ******* "xxxx" QSC xx.xx. 3 Mənfəət *** 2021 000,0 vergisi 2 ******* "xxxx" QSC xx.xx. 68 Əlavə dəyər *** 2021 600,0 vergisi 3 ******* "xxxx" QSC xx.xx. 12 00 Əlavə dəyər *** 2021 0,0 vergisi 4 ******* "xxxx" QSC xx.xx. 315,9 Mənfəət *** 2021 vergisi 5 ******* "xxxx" QSC xx.xx. 8 Əlavə dəyər *** 2021 000,0 vergisi 1,4E+ VÖEN üzrə cəmi 91 91 09 5,9 Beləliklə, mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı cavabdeh "xxxx" QSC-də “2-ci sahəsinə sahə rəisi” vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı iddia edir ki, 2021-ci ilin fevral ayından ona aylıq əmək haqqısını və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi verilməmiş və o, bununla bağlı cavabdeh "xxxx" QSC-yə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş müvafiq məlumat əsasında müəyyən edilmişdir ki, cavabdeh "xxxx" QSC tərəfindən qanunverciliyin tələbi pozularaq İddiaçı son haqq-hesabı (əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ödənilməmiş, bu səbəbdən də müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati icraata başlanılmışdır. Məhkəmə araşdırmaları zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı 2021-ci ilin fevral ayından etibarən əmək haqqının və 2021-ci il üzrə istifadə edilməmiş 30 gün əmək məzuniyyətinin əvəzinin ödənilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı haqlıdır, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparmaq məqsədilə cavabdeh tərəfin iştirakının təmin olunması və öz fikirlərini ifadə etməsi, onda olan sübutları təqdim etməsi, çəkişmə prinsipinin təmin edilməsi məqsədilə aparılan cəhdlər heç bir nəticə verməmişdir. Belə olan halda işə qiyabi icraat qaydasında baxılması qərara alınmış, həm iddiaçı tərəfindən təqdim edilmiş, həm də məhkəmənin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarından əldə edilmiş sübutların araşdırılması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə əmək qanunvericiliyinin normaları pozulmuş, buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 37-ci maddəsinin İİ hissəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsinin) 3-cü maddəsinin 2-3-cü hissələrinə görə, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “d”, “x” və “q” bəndlərinə görə, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə müvafiq olaraq, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 5-ci hissəsinə görə, işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Əmək Məcəlləsinin 110-cu maddəsinin 1, 3-cü bəndlərinə uyğun olaraq, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əmək Məcəlləsinin 113.3-cü maddəsinə görə əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci hissəsinə görə işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Əmək Məcəlləsinin 131.1-ci maddəsinə görə işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Əmək Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Əmək Məcəlləsinin 135.2-ci maddəsinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-4-cü hissələrinə görə məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1 və 4-cü hissələrinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə müəyyən etdi ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normaları təşkil edir və iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Belə ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 2021-ci ilin fevral ayından əmək haqqı və 2021-ci il üzrə istifadə edilməmiş 30 gün əmək məzuniyyətinin pul əvəzini iddiaçıya ödəməli olduğu halda, bunu etməmiş, bununla da əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarını, həmçinin, işçinin əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Buna görə də işçinin ödənilməmiş əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdehdən alınıb ona verilməsinə dair tələbi tam əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2021ci ilin fevral ayından ödənilməmiş əmək haqqının və 2021-ci il üzrə istifadə edilməmiş 30 gün əmək məzuniyyətinin pul əvəzi tutularaq İddiaçı ödənilməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2021-ci ilin fevral ayından ödənilməmiş əmək haqqının və 2021-ci il üzrə istifadə edilməmiş 30 gün əmək məzuniyyətinin pul əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar