Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-950/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta şirkətinin pulun ödənilməsindən boyun qaçırması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti onun mənzilinə, həm də İ qrup əlil olduğu üçün psixi stres keçirdiyinə görə ona dəyən ziyanı 35000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı2 iddianı müdafiə etdi və izahatında göstərdi ki, 16.01.2020ci ildən 15.01.2021-ci ilə qədər ünvan 1 ünvanında yerləşən mənzilini sığortalamışdır. 23.08.2020ci ildə bilinməyən şirkət tərəfindən binanın daim örtüyünü söküb yenidən təmirə saxladığı dövrdə 23.08.2020-ci ildə gecə saat 2-dən sonra güclü yağış yağmağa başlamışdı. Nəticə də mənzilini su basmışdır, mənzilin 3 otağının divar kağızı və tavanı şişərək qabar vermiş və elektrik şəbəkəsi yararsız hala düşmüşdür. Bu haqda sığorta şirkətinin qaynar xəttinə müraciət etmişdir. 3 həftədən sonra 14.09.2020-ci ildə gəlib baxış keçirdilər və dedilər ki, gəlib bu haqda ərizə yazmalıdır. 15.08.2020-ci ildə sığorta şirkətinə gələrək ərizə yazmışdılar. Sığorta şirkətinin bağlanmış müqavilə daşının 36.1-ci maddəsinə əsasən bu haqda akt tərtib etdilər və dedilər ki, bu haqda Baş ofisə məlumat ;rəcəyik .Verilən rəy haqda sizə məlumat veriləcək. 16.09.2020-ci ildə sığorta şirkətinin baş ofsindən r.efonla əlaqə saxlayaraq dedilər ki,biz sizə sığorta pulu ödəyə bilmərik .Bu hadisənin baş verməsinə səbəb an "MAQ”LTD şirkətini məhkəməyə vermişdir. Bu haqda sığorta şirkətindən 16.09.2020-ci il № 184 məktub olmuş və mətubda da bu eyni sözlər yazılmışdır. Əgər onlar kimisə məhkəməyə verməli olacaqdıqsa, onda nəyə görə sığorta şirkəti ilə müqavilə imzalayıb mənzilini sığortalamamışdır. Sığorta şirkəti ilə bağladığı müqavilədə qeyd olunub ki, qanunun 36.1-ci maddəsində deyilir ki, mənzilinizə su axıdılıbsa, sığorta hadisəsi hesab olunur. Belə olduğu halda, niyə sığorta pulunu ödəməkdən boyun qaçırırlar. Onun əlilliyindən istifadə edərək sığorta pulunu verməkdən boyun qaçırırlar. Əlillər haqqında qanuna əsasən dövlətin öhdəliyində olan şirkət və müəssisələr dəyən ziyanı dərhal təmin etməlidir. Ona sığorta şirkəti tərəfindən mənəvi və psixoloji ziyan da dəymişdir. Qeyd olunanlara əsasən sığorta şirkəti onun mənzilinə dəyən 10.000 manat ziyanı sığorta pulu ödəmədiyinə görə də, mənəvi zərərə görə də 25000 manat pul təzminat tələb edir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatlarını nəzərə alıb, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın İcbari Sığortası tərəfindən verilmiş BB №343937 saylı Şəhadətnamədən görünür ki, İddiaçı2 16.01.2020-ci ildən 15.01.2021-ci ilə qədər ünvan 1 ünvanında yerləşən mənzilini sığortalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti tərəfindən verilmiş 16.09.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Xəzər rayon filialı sizin 15.09.2020-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, məsələ mütəxəssislər tərəfindən araşdırıldı. Həmin binanın örtüyü “MAQ” LTD şirkəti tərəfindən təmir aparmaq üçün sökülmüşdür. Sökülən zaman yağış yağmışdır. Həmin yağışın nəticəsi olaraq sizin yaşadığınız evə zərər dəymişdir. Əldə olan təminata əsasən belə bir hal sığorta hadisəsi sayılmır. Odur ki, sığorta idarəsi tərəfindən sizin evə dəymiş zərəri ödəmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2021-ci il tarixli, №10/127 saylı rəyindən görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi yerləşən 4 saylı evinin dam örtüyünün keyfiyyətsiz təmiri nəticəsində 81 saylı mənzilə suyun axıdıldığı müəyyən edilir. Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi yerləşən 4 saylı binada yerləşən 81 saylı mənzilə dam örtüyündən su axıdılması nəticəsində mənzilin tavanı da divarlarına ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 2367,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, 16.01.2020-ci ildən 15.01.2021-ci ilə qədər ünvan 1 ünvanında yerləşən mənzilini sığortalamışdır. Mənzilini su basmışdır, mənzilin 3 otağının divar kağızı və tavanı şişərək qabar vermiş və elektrik şəbəkəsi yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2021-ci il tarixli, №10/127 saylı rəyindən görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi yerləşən 4 saylı evinin dam örtüyünün keyfiyyətsiz təmiri nəticəsində 81 saylı mənzilə suyun axıdıldığı müəyyən edilir. Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi yerləşən 4 saylı binada yerləşən 81 saylı mənzilə dam örtüyündən su axıdılması nəticəsində mənzilin tavanı da divarlarına ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 2367,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.09.2020-ci il tarixli, 811 saylı ekspert rəyinin qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı2 xeyrinə 2367 manat əsas borcu və 30 manat dövlət rüsumu tutulmalı, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmalı və Dövlət büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı2 xeyrinə 2367 manat əsas borcu və 30 manat dövlət rüsumu tutulsun. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-950/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-950/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver