Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-953/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 31.07.2014-cü il tarixli 1683 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülükdən azad edilməsi, bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyinin Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı qismində Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 09.03.2021-ci il tarixdə cavabdeh olaraq İddiaçı qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında 31.07.2014-cü il tarixli 1684 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22 % faiz ödənilmək şərti ilə 7.800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətinə olan «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 31.07.2014-cü il tarixli 1683 saylı ipoteka müqaviləsi bağlanmışdır. Yasamal Rayon Məhkəməsi iddia müddəti ötürüldüyündən 16 may 2021-ci il tarixli e-2(007)-1744/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan məhkəmə qərarından şikayət verilməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan əlavə onun tərəfindən Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvcdicisi Əmanətlərin Sığortalanması Fonduna yuxarıda göstərilənləri nəzərə alaraq «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad edilməsi barədə arayışın təqdim edilməsinə dair 28.10.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Lakin Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavab məktubu ilə «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad edilməsindən imtina etmişlər. Nizami Rayon Məhkəməsinin qərarına əsasən göründüyü kimi onun 31.07.2015-ci il tarixli 1684 saylı kredit müqaviləsinə əsasən Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanmasa Fondu qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Belə olduğu təqdirdə mülkiyyətində olan «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipotekada qalmasına zərurət yoxdur. Göründüyü kimi onun 31.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyi olmadığı və ipotekaya xitam verilməli olduğu halda ipoteka saxlayan tərəfindən ipoteka predmeti olan avtomobilinin yüklülükdən azad edilməsi ilə əlaqədar müvafiq YPİ-yə məlumat verilməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X2 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi: - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli e-2(007)- 1744/2021 saylı qətnaməsi ilə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. - İddiaçı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, iddia rədd edildiyindən, ipoteka predmeti olan avtomobilin yüklülükdən azad edilməsini xahiş etmişdir. - Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu iddiaçının müraciətinə 03 noyabr 2021-ci il tarixli məktubla cavab verərək, qeyd olunan qətnaməyə əsasən ƏSFin üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmadığını bildirmişdir. - Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ipoteka predmeti olan avtomobilin tələb etmə müddəti keçmiş kredit müqaviləsi üzrə yüklü qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Əsas öhdəliyin icrasının təminatı üsulu olan yuxarıda qeyd edilən ipoteka müqaviləsi təminat altına alınan borc öhdəliyi üzrə tələb etmə müddəti ötdüyündən və bankın iddiaçıya qarşı iddiası rədd edildiyindən, aktuallığını itirmişdir. Avtomobilin ipoteka müqaviləsi üzrə yüklü qalmasına heç bir zərurət yoxdur, bu vəziyyətin davam etməsi mahiyyət etibarı ilə mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Göründüyü kimi, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 31.07.2014-cü il tarixli 1683 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklülükdən azad edilməli, bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyi Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 31.07.2014cü il tarixli 1683 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklülükdən azad edilsin. Bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyi Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-953/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-953/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver