Məhkəmə qərarları › İş №2(006)-957/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-957/2021

27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-957/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxxxxxx 2015-ci il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 517 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan övladları yoxdur. Cavabdeh nikahın pozulmasına qeydiyyat şöbəsində razı olmadığı üçün nikahları Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı cavabdehlə nikaha daxil olmamışdan əvvəl xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 628-ci məhəllə ünvanında yerləşən 40 saylı mənzili əldə etmiş və mənzilin pay dəyəri onun tərəfindən “xxxx” MTK-ya nikaha daxil olmamışdan əvvəl tam ödənilmişdir. Həmin mənzil nikaha daxil olanadək iddiaçının şəxsi mülkiyyəti hesab edilir. Cavabdehin istəyi ilə yuxarıda göstərilən şəxsi əmlakı iddiaçı nikah müddətində xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 400 000 (dörd yüz min) manata satmışdır. Vergi tutulduqdan sonra iddiaçının “X9” ASC-də yerləşən hesabına 396.069,70 manat pul vəsaiti köçürülmüşdür. Daha sonra, iddiaçı nikah müddətində xx xxxxxx 2017-ci il tarixdə ünvan 4 A, mənzil 35 ünvanında yerləşən mənzili 396 000 (üç yüz doxsan altı min) manata almışdır. Göstərilən mənzilin alınmasına görə iddiaçının ödədiyi 396.000 manat pul vəsaiti nikahdan əvvəl iddiaçıya məxsus olan Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 73 F yerləşən 40 saylı mənzilin 400000 manata satılması nəticəsində əldə edilmiş vəsait hesabına ödənilmişdir. ”xxxx”- dakı iddiaçının hesabında olan və xx.xx.2017-ci il tarixdə çıxartdığı 396.069,70 manatdan 396.000 manat məbləğində pul vəsaitini həmin mənzilin əldə edilməsi üçün sərf etmişdir. Mənzil iddiaçının adına rəsmiləşdirilməli idi, lakin mənzili satan şəxs təcili olaraq əməliyyat üçün Almaniyaya getdiyinə görə və iddiaçının işdən ayrılmağı mümkün olmadığından, həyat yoldaşı cavabdeh bildirmişdir ki, “nə fərqi var qoy onun adına rəsmiləşdirilsin”. Bu səbəblərə görə mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin sonradan iddiaçının adına rəsmiləşdirilməsinə razı olmamışdır. Halbuki, mənzili iddiaçı nikahdan əvvəl ona məxsus olan mənzilin satışından əldə edilən pul vəsaiti hesabına əldə etmişdir. Təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı “X9”-dakı hesabına xx.xx.2017-ci il tarixdə 396.069,70 manat daxil olmuşdur. xx.xx.2017-ci il tarixdə 396.069,70 manat vəsait çıxarılmışdır. “xxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixində “X9” ASC-nin 1 saylı şöbəsində AZ 10AZRT******************** nömrəli cari hesab açmış və həmin tarixdə bu hesaba 396.069,70 AZN məbləğində vəsait mədaxil etmişdir. Yəni göstərilən əməliyyatdan əvvəl iddiaçının depozit hesabı olmamışdır. Depozit hesabı məhz yuxarıda göstərilən xüsusi mülkiyyətin satışından əldə edilən pul vəsaitinin mədaxil edilməsi üçün açılmışdır. 5 saylı “ASAN XİDMƏT” mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X1 “X9” ASC 1 saylı şöbəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubuna əsasən X3 vilayəti Kirov rayonu Alma-Atinskaya küçəsi ev 102 mənzil 35-də qeydiyyatda olan X5 tərəfindən notariat qaydasında təsdiq edilmiş mənzil alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 400 000.00 (dörd yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra notariusun məktubu əsasında Bakı şəhəri, Binəqədi rayonu, 6 MKR, İ.Dağıstanlı küçəsi, ev 57 mənzil 43-də qeydiyyatda olan İddiaçı 3.930.30 (üç min doqquz yüz otuz manat otuz qəpik) vergi məbləğini çıxmaqla 396 069.70 (üç yüz doxsan altı min altmış doqquz manat yetmiş qəpik) manat verilməsi üçün “X9” ASC-də olan ******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Məhz bu səbəblərə görə iddiaçı Nəsimi Rayon Məhkəməsində cavabdehə qarşı əmlakın xüsusi mülkiyyət hesab edilməsi barədə iddia qaldırsa da, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Nəsimi Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razı olmadığı üçün qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən “ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı xx xxxxxx 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəsinzə notariat kontorunda təsdiqlənən alqı-satqı müqaviləsinin “alıcı”hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 2, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə iddia rədd edilmişdir. Yuxarıda göstərilən Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə məhkəmə kollegiyası hesab etmişdir ki, işin mübahisəsiz halları və yuxarıda sadalanan yazılı sübutlarla iddiaçının istinad etdiyi hallar, yəni mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən 35 saylı mənzilin əldə olunması üçün sərf olunan 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul vəsaitinin məhz iddiaçının nikaha daxil olmamışdan əvvəl əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 628-ci məhəllə ünvanında yerləşən 40 saylı mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınması tam təsdiq olunsa da, hazırki iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4301/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən xx.xx.2020-ci il tarixli qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, nikah müddətində iddiaçı şəxsi pul vəsaitinin hesabına ünvan 4 A ünvanında yerləşən 35 saylı mənzili cavabdeh öz adına rəsmiləşdirərək mülkiyyət əldə etmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının xeyrinə 396.000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 5 məhəllə ünvanında yerləşən 40 saylı mənzil İddiaçı tərəfindən X2 400.000 manat məbləğinə satılmışdır. İş materiallarında olan 5 saylı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X1 “xxxx” ASC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Rusiya Federasiyası, Samara vilayəti, Samara şəhəri, Kirov rayonu, Atinskaya küçəsi, ev 102, mənzil 35-də qeydiyyatda olan X5 tərəfindən notariat qaydasında təsdiq edilmiş mənzil alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 400.000 (dörd yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra məktubu əsasında Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İ.Dağıstanlı küçəsi, ev 57, mənzil 43-də qeydiyyatda olan İddiaçı 3.930,30 manat vergi məbləğini çıxmaqla 396.069,70 manat verilməsi üçün bankda olan ******************** №-li depozit hesabına qəbul olunması xahiş edilmişdir. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 35 saylı mənzil X4 tərəfindən Cavabdeh 396.000 manat məbləğinə satılmışdır. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, notariat kontorunun xx.xx.2017-ci il tarixli, 809 №-li məktubuna əsasən alqı-satqı müqaviləsi üzrə 396.069,70 manat vəsait xx.xx.2019-cu il tarixində İddiaçı tərəfindən notariusun depozit hesabından məxaric olunmuşdur. İddiaçı (AZE ********) xx.xx.2017-ci il tarixində “xxxx” ASC-nin 1 saylı şöbəsində AZ10AZRT******************** №-li cari hesab açmış və həmin tarixdə bu hesaba 396.069,70 manat məbləğində vəsait mədaxil etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4301/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən “ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı xx xxxxxx 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat kontorunda təsdiqlənən alqı-satqı müqaviləsinin “alıcı” hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 2, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1100/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1100/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən “ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı xx xxxxxx 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənən alqı-satqı müqaviləsinin “alıcı” hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 2, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qanuni qüvvəsini almış qətnamədən görünür ki, işin mübahisəsiz halları və yuxarıda sadalanan yazılı sübutlarla iddiaçının istinad etdiyi hallar, yəni mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev-235A ünvanında yerləşən 35 saylı mənzilin əldə olunması üçün sərf olunan 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul vəsaitinin məhz iddiaçının nikaha daxil olmamışdan əvvəl əldə etdiyi ünvan 5 məhəllə ünvanında yerləşən 40 saylı mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınması tam təsdiq olunsa da, hazırkı iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Hazırkı işin halları isə ondan ibarətdir ki, iddiaçıya bilavasitə mübahisəli mənzil deyil, onun əldə edilməsi üçün sərf olunan pul vəsaiti məxsus olmuşdur. Lakin iddiaçı hazırkı işdə həmin pul vəsaitinin deyil, onun hesabına əldə olunan mənzilin qaytarılması tələbini irəli sürmüşdür. Ona görə də, hazırkı işdə həmin pul vəsaitinin iddiaçıya qaytarılması məsələsi həll oluna bilməz. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ № 356241 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 216 № ilə qeydiyyat aparılmışdır. Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə İddiaçı ilə Cavabdeh arasında mənzil ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan pul tələbinə artıq hüquqi qiymət verilmişdir. Belə ki, qanuni qüvvəsini almış qətnamədə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev-235A ünvanında yerləşən 35 saylı mənzilin əldə olunması üçün sərf olunan 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul vəsaitinin məhz iddiaçının nikaha daxil olmamışdan əvvəl əldə etdiyi ünvan 5 məhəllə ünvanında yerləşən 40 saylı mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınması tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar