Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-958/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-dən 3.740 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.770 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh «xxxx» ASC arasında xx xxxxxx 2019-cu il tarixdə MBK********** saylı sığorta müqaviləsi bağlanmış və «Mercedes Benz E280» markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı müvafiq sığorta növü üzrə təminat verilmişdir. Sığorta müqaviləsinə əsasən sığorta məbləği 24.000 manat, sığorta haqqı 633 manat, sığorta ili isə xx.xx.2019-xx.xx.2020-ci il tarixi müəyyən edilmiş, sığorta haqqı isə vaxtında onun tərəfindən tam olaraq ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11.45-də idarə etdiyi «Mercedes Benz E280» markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə sığorta hadisəsi baş verməklə, onun idarə etdiyi avtomobilə 3.740 manat ziyan dəymişdir. Hadisə baş verdikdən dərhal sonra cavabdeh «xxxx» ASC-yə müraciət edərək, sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verməsi barədə məlumat vermiş, sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. «xxxx» ASC tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli AS-20/1129 saylı məktubda onun Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş T****** saylı sürücülük vəsiqəsi ilə bir ay ərzində, yəni xx.xx.2018-ci il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququ olmuş və həmin tarixdən sonra nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı əsas gətirilərək sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Eyni zamanda, qeyd olunan məktubda Mülki Məcəllənin 935.1.8-ci maddəsinə istinad olunmuşdur və onların qənaətinə görə sığorta hadisəsi baş verməmişdir. Hesab edir ki, «xxxx» ASC-nin ona sığorta ödənişi verilməsindən imtina etməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Çünki, sürücülük vəsiqəsinin dəyişdirilməməsi onun sürücülük hüququnun olmaması, sığorta hadisəsinin baş verməməsi qənaətinə gəlinməsi və sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsindən göründüyü kimi, xx.xx.2018-ci il tarixdən ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ verilmiş və o, bununla bağlı bütün sənədlərini «xxxx» ASC-yə təqdim etmişdir. Sığortaçı imtina məktubunda onun xx xxxx 2018-ci il tarixdən nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığını bildirdiyi, nədənsə onunla xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmasına aydınlıq gətirməmişdir. O, qanunvericiliyin tələblərinə uyğun olaraq öz üzərinə düşən vəzifələri yerinə yetirmiş, müqavilə bağlandığı zaman özü barədə bütün məlumatları sığortaçıya bildirmiş, bütün bu hallardan isə sığortalının xəbəri olmuşdur. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin sadalanan normalarına istinad edərək hesab edir ki, «xxxx» ASC-nin ona sığorta ödənişini ödəməkdən imtina etməsi tamamilə əsassız olmaqla, cavabdehdən 3.740 manat avtomobilə dəymiş ziyan və 30 manat dövlət rüsumu alınaraq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, «xxxx» ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli MBK********** saylı sığorta müqaviləsi bağlanmış və «Mercedes Benz E280» markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cəmiyyət tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. İddiaçı şirkətə ərizə ilə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə qəzaya uğradığını və nəticədə «Mercedes Benz E280» markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Sənədlər araşdırılarkən hadisə vaxtı İddiaçı hadisə baş verdiyi vaxt avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş T****** saylı sürücülük vəsiqəsi ilə idarə etdiyi müəyyən olunmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli 407-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa yeni 35-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin İİ hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanununun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi İddiaçı Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş T****** saylı sürücülük vəsiqəsi ilə bir ay ərzində, yəni xx xxxx 2018-ci il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququ olmuş və həmin tarixdən sonra nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. Mülki Məcəllənin 922.1-ci maddəsində qeyd olunur ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmçinin qeyd edirlər ki, xx.xx.2019-cu il tarixli MBK********** saylı sığorta şəhadətnaməsinə əsasən, nəqliyyat vasitəsi qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlər sığorta təminatına daxil deyildir. Bununla da, yuxarıda qeyd olunanlara əsasən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, xx.xx.2020-ci il tarixli qərar qanunidir. Həmin qərar əsaslı olduğu üçün, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Türkiyə Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə almışdır. İddiaçı Türkiyə Respublikasının səlahiyyətli orqanı (qurumu) tərəfindən T****** saylı sürücülük vəsiqəsi verilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə MBK********** saylı sığorta müqaviləsi bağlanmış, «Mercedes Benz E280» markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən müvafiq sığorta növü üzrə sığorta edilmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı qeyd olunan halı sığorta hadisəsi kimi qiymətləndirərək, cavabdehə sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmişdir. «xxxx» ASC-nin xx.xx.2020-ci il tarixli AS-20/1129 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən İddiaçı müraciəti cavablandırılmışdır. «xxxx» ASC həmin məktubda qeyd etmişdir ki, İddiaçılə Cəmiyyət arasında xx.xx.2019-cu il tarixdə MBK********** saylı sığorta müqaviləsi bağlanmış və «Mercedes Benz E280» markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cəmiyyət tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. İddiaçı şirkətə müraciət edərək, xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Hadisə ilə bağlı Bakı şəhəri BPİ DYPİ tərəfindən «xxxx» ASCyə təqdim edilmiş arayışda və digər sənədlərdə hadisənin xx.xx.2020-ci il tarixdə baş verdiyi və hadisə vaxtı avtomobilin İddiaçı tərəfindən idarə edildiyi göstərilmişdir. Cəmiyyətə təqdim edilmiş xx.xx.2018-ci il tarixdə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş DYİ0025117 saylı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır. Sənədlər araşdırılarkən İddiaçı hadisə baş verdiyi vaxt avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş T****** saylı sürücülük vəsiqəsi ilə idarə etdiyi müəyyən olunmuşdur. İddiaçı nəzərinə çatdırılmışdır ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli 407-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa yeni 35-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin İİ hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş T****** saylı sürücülük vəsiqəsi ilə bir ay ərzində, yəni xx xxxx 2018-ci il tarixinədək nəqliyyat vasitələrini idarə etmək hüququ olmuş və həmin tarixdən sonra nəqliyyat vasitələrini idarə etmək hüquqları olmamışdır. Mülki Məcəllənin 922.1, 935.1.8-ci maddələrinə istinad edən cavabdeh həmçinin qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli MBK********** saylı sığorta şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsi qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlər sığorta təminatına daxil deyildir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. «xxxx» ASC belə hadisələrin təkrar olunmamasını arzu etməklə yanaşı, gələcəkdə baş verə biləcək hadisələrlə əlaqədar ortaya çıxacaq maddi zərərlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyinə təminat verir. Əlavə olaraq İddiaçı sürücülük vəsiqəsini ən qısa müddətdə dəyişməsi tövsiyə olunmuşdur. Əks halda gələcəkdə baş verəcək hər hansı hadisə zamanı eyni sürücülük vəsiqəsi ilə avtomobili idarə edəcəyi təqdirdə cavabdeh tərəfindən sığorta ödənişinin verilməsinin qeyri-mümkün olacağını nəzərə alması xahiş olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamışdır. İddiaçı Türkiyə Respublikasında verilmiş sürücülük vəsiqəsini qanunla müəyyən edilmiş müddət ərzində dəyişdirməmişdir. Halbuki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli K/339 saylı arayışından görünür ki, İddiaçı xx xxxx 2018-ci il tarixdən xx xxxx 2023-cü il tarixədək daimi yaşamaq üçün icazə verilmişdir və o, xx xxxx 2018-ci il tarixədək sürücülük vəsiqəsini dəyişməli idi. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (hüquqlarının cavabdeh tərəfindən pozulmasına) dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-958/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-958/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver