Məhkəmə qərarları › İş №2(006)-968/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-968/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-968/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, iddiaçı "İddiaçı” QSC-nin Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X7 Edilməsi Agentliyi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2010-cu il tarixli, 4765 nömrəli kredit müqaviləsiyə əsasən əsas borcu 5999,38 manat, faiz borcu üzrə 3685,24 manat, cəmi 9684,62 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi və Kredit borcunun Cavabdeh mülkiyyətində olan ** HU *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı (buraxılış ili 2010, ban - KNAFW411BA5226947, mühərrik - G4FCAH381892, rəngi - ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddiaçı "X7 Edilməsi Agentliyi” MMC-nin əsl iddiaçı "İddiaçı” QSC ilə əvəz olunmasına dair şifahi surətdə vəsatət vermiş və iddiaçı əsl iddiaçı "İddiaçı” QSC ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir.İddiaçı QSC ilə “X7 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X7 Edilməsi Agentliyi” MMC həyata keçirir.Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC iləİddiaçı QSC arasında S-AVK-2030 saylı, xx.xx.2018-ci il tarixli sənədlərin təhviltəsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən “X7 Edilməsi Agentliyi” MMC-yə verilmişdir.“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh arasında xx xxx 2010-cu il tarixli, 4765 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 14720 manat məbləğində nömrəli ssuda hesabı açılmışdır.Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan 90HU778 dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı (buraxılış ili 2010, ban-KNAFW411BA5226947, mühərrik-G4FCAH381892, rəngi - ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X6 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx xxx 2010-cu il tarixli, AG seriyalı, 207630 №-li «İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış verilmişdir.Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Borcverən avtomobil alınması məqsədi ilə istifadə etmək üçün Borc alana 14720 Azərbaycan manatı məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. (2.3. bənd) Borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytamağı öhdəsinə götürür.Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Kredit vəsaitinin hərəkəti Borcverən tərəfindən Borcalan üçün açılan ssuda hesabı ilə təmin edir. (5.2 bəndi) Bu Müqavilə imzalandığı andan üç bank günü ərzində kredit vəsaiti Borcverən tərəfindən Borcalanm ssuda hesabına köçürülür və bu barədə Borclana məlumat verilir. (5.3 bəndi) Kredit vəsaitindən istifadə tarixi Borcalanm ssuda hesabına kredit vəsaitinin köçürüldüyü tarix hesab olunur. (5.4 bəndi) Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 60 (altmış) aydır. (5.5 bəndi) Bu Müqavilə üzrə son ödəmə müddəti xx xxx 2015-ci il tarixdə bitir. Bu müddətin uzadılması barədə Tərəflər razılığa gəldikdə, belə razılıq bu Müqavilənin 17-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 18 %-lə hesablanır.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 5999,38 manat, faiz borcu üzrə 3685,24 manat, cəmi 9684,62 manat məbləğində kredit borcu təşkil edir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibət bildirərək, müddətin ötürülməsinə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də baş verən hadisələri və vətəndaşların bundan istifadə edərək borclarını ödəməkdən yayınmalarını əsas gətirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, borcunu ödəmiş, lakin ödədiyi məbləğlər əsassız yerə faiz borcuna silinmişdir. Ödənişlərlə bağlı qəbzləri də var. Həmçinin məhkəməyə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə ünvanlayaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxx 2010-cu il tarixli 4765 saylı kredit müqaviləsindən görünürki, Kreditor Borcalana 60 ay müddətinə illik 18% dərəcəsi ilə 14720 manat məbləğində kredit verilmiş, Borcalan isəhəmin krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxx 2010-cu il tarixli 4765 saylı ipoteka müqaviləsindən görünürki, Cavabdeh xüsusi mülkiyyətində olan ** HU *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı (buraxılış ili 2010, ban - KNAFW411BA5226947, mühərrik - G4FCAH381892, rəngi - ağ) avtomobil xx xxx 2010-cu il tarixli 4765 saylıkredit müqaviləsinin öhdəliklərinin təminatı kimi «xxxxxxxxx» (Nikoyl İKB) ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 18400 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan “AİD Consulting” X1 xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan ** HU *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı (buraxılış ili 2010, ban - KNAFW411BA5226947, mühərrik - G4FCAH381892, rəngi - ağ) avtomobilin bazar dəyəri xx xxxx 2020-ci il tarixinə 11700 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/479 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və xx xxx 2010-cu il tarixli, 4765 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx xxxx 2015-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikd 7.581,38 manat məbləğində müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,xx xxx 2010-cu il tarixli, 4765 saylıkredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh60 ay müddətinə illik 18% dərəcəsi ilə 14720 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətixx xxx 2015-ci il tarixdə bitmişdir. Məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddiamüddətitətbiqedilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materiallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsisi xx xxx 2010-cu il tarixdə bağlanmış və həmin müqavilənin müddəti xx xxx 2015-ci il tarixdə bitmişdir. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti xx xxx 2018-ciil tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə xx.xx.2019-cu iltarixdəməhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı” QSC-nin Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "İddiaçı” QSC-nin Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar