Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-990/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 733 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 763 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, '‘Atasığorta” ASC ilə X3 arasında 17.06.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Elantra” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyal vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 02.07.2017-ci il tarixdə “Hyundai Elantra” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Zabrat qəsəbəsində yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “X7” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən “X7” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 483 manat, “Toyota Camry” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 250 manat olmaqla, cəmi 733 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ DYPŞ-dən ünvanlarına 03.07.2017-ci il tarixli, TYP 047577 saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin, qeyd olunan Protokolda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdə “Hyundai Elantra” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etdiyi qeyd olunmuşdur. Sabunçu RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 04.07.2017-ci il tarixli, 073-18422-1217 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iş üzrə qiyabi qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının mülki işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli, 2(006)-990/2022 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-ci maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC ilə X3 arasında 17.06.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə “Hyundai Elantra” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İcbari sığorta müqaviləsi 1 il müddətinə, 17.06.2017-ci il tarixdən 17.06.2018-ci il tarixədək bağlanmışdır. Bakı şəhəri Sabunçu rayon X8 Şöbəsinin 03.07.2017-ci il tarixli, TYP 047577 nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, 02.07.2017-ci il tarixdə, Cavabdeh tərəfindən idarə etdiyi “Hyundai Elantra” markalı, ** UV *** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh qeyd edilən avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. Belə ki, ona verilmiş etibarnamənin müddəti 15.06.2017-ci il tarixdə artıq bitmişdir. Bakı şəhəri Sabunçu rayon X8 Şöbəsinin 03.07.2017-ci il tarixli, TYP 047577 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi X2 tərəfindən Cavabdeh “Hyundai Elantra” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə 15.06.2016-cı il tarixdə verilmiş və etibarnamənin qüvvədə olma müddəti bir il, yəni 15.06.2017-ci il tarixədək müəyyən edilmişdir. "xxxx" ASC-nin 04.07.2017-ci il tarixli “hesablama aktı”ndan görünür ki, X1 məxsus “Toyota Camry” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 250 manat, Tarverdiyev Nəriman Nərbala oğluna məxsus “X7” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün isə 483 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 21.07.2017-ci il tarixli “sığorta aktı”ndan görünür ki, "xxxx" ASC tərəfindən həmin sığorta hadisəsi ilə əlaqədar 250 manat sığorta ödənişi zərərçəkən X1 ödənilmişdir. "xxxx" ASC-nin 07.09.2017-ci il tarixli “sığorta aktı”ndan görünür ki, "xxxx" ASC tərəfindən həmin sığorta hadisəsi ilə əlaqədar 483 manat sığorta ödənişi zərərçəkən Tarverdiyev Nəriman Nərbala oğluna ödənilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 13.09.2017-ci il və 13.03.2018-ci il tarixli bildirişlərdən görünür ki, "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yarandığı və bu səbəbdən onun 250 manat və 483 manat olmaqla, ümumilikdə 733 manat sığorta ödənişi etməli olduğu barədə məlumat verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, sığortaçı "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış 17.06.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsinə əsasən “Hyundai Elantra” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin 17.06.2017-ci il tarixdən 17.06.2018-ci il tarixədək olan müddətdə sığortalanması razılaşdırılmışdır. Cavabdeh “Hyundai Elantra” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra, Bakı şəhəri Sabunçu rayon X8 Şöbəsinin 03.07.2017ci il tarixli, TYP 047577 nömrəli inzibati xəta haqqında protokoluna və inzibati tənbeh vermə haqqında qərarına görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC-nin 04.07.2017-ci il tarixli əmlaka dair hesablama aktlarına əsasən zədələnmiş avtomobillərə keçirilmiş baxış nəticəsində dəymiş zərərin dəyəri 250 manat və 483 manat olmaqla, cəmi 733 manat müəyyən edilmiş və yuxarıda qeyd edilən sığorta aktlarına əsasən "xxxx" ASC tərəfindən həmin sığorta hadisəsi ilə əlaqədar 250 manat zərərçəkən X1 və 483 manat zərərçəkən Tarverdiyev Nəriman Nərbala oğluna sığorta ödənişi ödənilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, hadisənin baş verməsində Cavabdeh oğliu təqsirli bilinmiş və onun “Hyundai Elantra” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı idarə etmək üçün etibarnaməsinin olmadığı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinin tələblərinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinin tələblərinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 926.2-ci maddəsinin tələblərinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcələsinin 927.1-ci maddəsinin tələblərinə görə əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinin tələblərinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci və 23.1.6-cı maddələrinin tələblərinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüquqlarından biridir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələblərinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən tələblərini, həmçinin Bakı şəhəri Sabunçu rayon X8 Şöbəsinin 03.07.2017-ci il tarixli, TYP 047577 nömrəli inzibati xəta haqqında protokolunu və inzibati tənbeh vermə haqqında qərarını nəzərə alaraq qeyd edir ki, Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərək, həmin sığorta hadisəsinin törədilməsində təqsirli hesab edildiyindən, iddiaçı ona qarşı subroqasiya qaydasında hazırkı iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında köçürülmüş 733 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Subroqasiya qaydasında köçürülmüş 733 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-990/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-990/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver