Məhkəmə qərarları › İş №2(007)-100/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-100/2022

11.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-100/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X19 Mirzəyevin sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X3, İlk iddia üzrə cavabdeh, qarşılıqlı idda üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın avtomobillərə yönəldilməsi ilk iddia tələbinə dair, İddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh X2 qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC bir neçə dəfə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iş baxılarkən X5 İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia vermişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, 13 noyabr 2018-ci il tarixdə “Maseratti Quattroporte” markalı avtomobilin alınması üçün iddiaçı ilə cavabdeh X5 arasında A486 saylı X15 bağlanıb. 2019-cu ilin avqust ayında avtomobilin mühərrikində ciddi nasazlıq yaranıb. Həmin tarixdə avtomobil servisə aparılıb, orada cavabdeh özünü xarici ölkələrdən ehtiyyat hissələri gətirən və təmir edən şəxs kimi təqdim edib, həmin avtomobilin yeni mühərrik ilə əvəz olunmasını bildirib və 18100 manat məbləği alaraq avtomobil yeni mühərriklə təmin edəcəyini öz öhdəsinə götürüb. Cavabdehlə əlaqə saxlanılıb avtomobilə baxış keçirəcəyini bildirsə də,cavabdeh yalan vədlər verərək mühərrikin qısa müddət ərzində gələcəyini və avtomobilin tam hazır olacağını bildirib. Lakin 2020-ci ilin iyul ayında avtomobilə baxış keçirilib bu zaman məlum olub ki, avtomobildə heç bir iş görülməyib, əksinə avtomobil tam yararsız hala salınıb. Bununla bağlı cavabdeh şirkətə dəvət olunub və yaranan vəziyyəti izah etməsi tələb olunub. Cavabdeh yenə də, müxtəlif bəhanələr gətirərək avtomobilin qısa müddət ərzində hazır olacağına söz verib və müqavilə üzrə öhdəliyi 21 iyul 2020-ci il tarixində öz üzərinə götürüb. Müqavilə şərtlərinə əsasən 27390 ABŞ dolları borc üzrə 36 ay 1075 ABŞ dolları ödəmək öhdəliyi götürülüb. Cavabdeh son 7 ayından ödənişlərində problemlər yaradıb, yəni 7527 ABŞ dollar ödəməli olduğu halda cəmi 1100 ABŞ dolları ödənilib. Bu müddət ərzində cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilib, lakin lizinqalan həmin dövrdə tezliklə gecikmələrini ödəcəyinə və avtomobili tam saz vəziyyətə gətirəcəyinə söz verib.İddia ərizəsi tərtib olunan zaman bəzi yanlışlıqlara yol verilmişdir.Ona görə də hesab edir ki,həmin yanlışlıq aradan qaldırılmaqla iddia tələbi dəqiqləşmişdir.Qeyd olunanlara əsasən Cavabdeh 28200 ABŞ dolları məbləğində əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə manatla və 18.100 manat dəymiş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun İddiaçıMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddiası tam qanunsuz və əsassızdır.İddiaçının nümayəndəsi 11.02.2022-ci il tarixdə məhkəmə iclasında ərizə yazaraq Cavabdeh 22.200 ABŞ dolları əsas və 18000 manat dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ancaq həmin borcun hansı formada və nəyə əsasən yaranması iddia ərizəsində tam təsbit olunmur. İddiaçı iddia ərizəsində hətta lizinq obyekti olan “Maserati Quatroprte” minik avtomobilinin Cavabdeh təmir məqsədilə verdiklərini göstəriblər.İddiaçı buradan göründüyü kimi lizinq məqsədinin qanunsuz olduğunu özü etiraf edir. Sonradan avtomobil saz vəziyyətə gətirilmədiyindən Cavabdeh hüquqi savadsızlığından istifadə edərək həmin avtomobilə dair qanunsuz və əsassız olaraq 21 iyul 2020-ci il tarixli A486 saylı X12 əlavə razılaşma tərtib edərək imza etdirib və həmin razılaşmanın bəndində İddiaçı MMC-i ilə X8 arasında bağlanılan 13 noyabr 2018-ci il tarixli, A486 saylı Lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öhdəlik götürən kimi Cavabdeh üzərinə qoyub və hal-hazırda da avtomobili yox, həmin müqavilə üzrə yaranan borcu tələb edirlər.Ancaq 21 iyul 2020-ci il tarixli A486 saylı X12 X13 Şəhriyar 13 noyabr 2018-ci il tarixli, A486 saylı Lizinq müqaviləsi üzrə lizinq alan X4 götürdüyü öhdəliklər barədə razılığa gəlməyib, həmin razılaşma üzrə öhdəliyi ötürən şəxsin X6 olması qeyd edilib. Məhkəmə iclasında həmin şəxsin iş üzrə hansı formada və hansı öhdəliklərinin olması barədə iddiaçı tərəfə sual ünvanlasa da həmin şəxsin İddiaçı MMC-i ilə hər hansı bir hüquqi münasibətinin olması barədə sənəd təqdim edilməyib. 13.11.2018-ci il tarixli, A486 saylı Daxili Lizinq X1 ilə bağlanıldığından Cavabdehla yalnız və yalnız X4 öhdəlikləri ötürülə bilərdi. İddiaçı təşkilat dəyən ziyanı sığorta etmək üçün uydurma əqd bağlayaraq həmin əqdə əsasən də X6 öhədliklərinin öhdəlik götürən kimi Cavabdeh ötürülməsi barədə razılaşma tərtib edib. Halbuki, X6 A486 saylı lizinq müqaviləsi üzrə heç bir hüquqi bağlılığı yoxdur və həmin müqavilə üzrə heç bir öhdəlik götürməyib. İddiaçı MMC avtomobilin Cavabdeh olması barədə sənədləri təqdim edib, ancaq iddia ərizəsində avtomobilin qaytarılması tələb irəli sürməyib. Cavabdeh 13.11.2018-ci il tarixli, A486 saylı lizinq müqaviləsinin lizinq alan tərəfi olan X4 heç bir öhdəliyini üzərinə götürmədiyindən halhazırki ilkin iddia tələbinin rədd olunması, X10 21.07.2020-ci il tarixli A486 saylı Əlavə Razılaşmasının(öhdəliyin ötürülməsi haqqında) etibarsız hesab edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X9 ilk iddianı müdafiə etdi,ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin,qarşılıqlı rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı idda üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilk iddianı qəbul etmədi,qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd,qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia təmin olunmamalıdır. İş materiallarında olan: İddiaçı MMC ilə X8 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli A486 saylı X12 əsasən iddiaçının mülkiyyətində olan və müqavilə üzrə lizinq obyekti sayılan ** AZ *** dövlət qeydiyyat nişanlı Maserati Quattroporte avtomobilini ilkin öhdəliyi 2800 ABŞ dolları, 24 ay müddətinə lizinq alan X4 istifadəsinə və sahibliyinə verilmişdir. 13 noyabr 2018-ci il tarixli A486 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən satıcı X11 ** AZ *** dövlət qeydiyyat nişanlı Maserati Quattroporte avtomobilini 68000 manata İddiaçı MMC-yə satmışdır. İddiaçı MMC ilə X5 arasında bağlanmış 21 iyul 2020-ci il tarixli A486 saylı öhdəliyin ötürülməsi barədə X12 Əlavə razılaşmadan görünür ki, öhdəlik ötürən lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəlikləri borcunu öhdəlik götürənə verir. Lizinq müddəti 13.11.2020-ci il tarixi müəyyən edilmişdir. AD seriyalı 374114 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** AZ *** dövlət qeydiyyat nişanlı Maserati Quattroporte avtomobili 13.11.2018ci il tarixdən İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. 21.02.2021-ci il tarixli 0061/21 nömrəli arayışdan görünür ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 21.07.2020-ci il tarixli A486 saylı X12 əsasən ** AZ *** dövlət qeydiyyat nişanlı Maserati Quattroporte avtomobilinin alınması üçün 28200 ABŞ dolları ekvivalenti həcmində vəsait ayrılmışdır. Aylıq ödəniş 1075 Abş dolları müəyyən olunmuşdur. Qeyd olunan müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilməməkdədir və lizinq üzrə gecikmə, qrafik üzrə hesablanmış faiz borcu və hesablanmış cərimələr mövcuddur. Lizinq obyekti 7 aydan çox istifadədə olmuş və bu müddət ərzində 7525 ABŞ dolları borc hesablanmışdır. Bu məbləğdən indiyə kimi 1100 ABŞ dolları ödəniş olmuşdur. Hazırda A486 saylı daxili lizinq müqavilısi üzrə aylıq ödənişlərdən 6425 ABŞ dolları və 5671 manat hesablanmış cərimə, ümumilikdə 12096 ABŞ dolları öhdəlik mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, “Ekspertizaya təqdim olunmuş,mülki işin 122-ci vərəqəsində olan 21.07.2020-ci il traixli A486 saylı X12 əlavə razılaşmada (öhdəliyin götürülməsi haqqında) “öhdəlikgötürən” qrafasındakı imza, 21.07.2020-ci il tarixli iltizamda(iş124) “iltizamı öz imzamla təsdiq edirəm”qrafasındakı imza və 21.07.2020ci il tarixli A486 saylı X12 3 nömrəli əlavədə (i.123) (qəbul və istifadəyə verilmə protoklu) “öhdəlik götürən qrafasındakı imza-X7 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 748-1.12. və 748-1.12.4-cü maddəsinin tələblərinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcələnin 424.5-cü maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflər mülki qanunvericiliyin tələblərinə uyğun olaraq lizinq müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirsə də cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.Hal hazırda İddiaçı MMC Cavabdeh avtomobilin dəyəri olan 28200 ABŞ dollarını və vurulmuş ziyana görə 18000 manat vəsaiti tələb edir. Məhkəmə hesab edir ki, avtomobilin dəyəri olan 28200 ABŞ dollarının tələb olunması hissəsində ilk iddia əsaslı olduğundan təmin olunmalıdır.Belə ki, İddiaçı MMC ilə X8 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli X15 ilə lizinqə verilən avtomobil üzrə lizinqlanın ilkin öhdəliyi 28200 ABŞ dolları məbləğində müəyyən edilmişdir.dir.Sonradan həmin öhdəliyi Cavabdeh qəbul etmişdir. İlk iddianın dəymiş zərərə görə 18000 manat tələb olunması hissəsini məhkəmə əsasız hesab edir.Belə ki,ilk iddia izrə iddiaçı həmin hissədə tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərəkən hesab edir ki,qarşılılı iddia əsassız olduğundan təmin oluna bilməz.Belə ki,qarşılıqlı iddiaçı iş materiallarında olan 21.07.2020-ci il taraixli A486 saylı X12 əlavə razılaşmanın və 21.07.2020-ci il tarixli A486 saylı X12 3 nömrəli əlavənin onun tərəfindən imzalanmadığını bildirsə də bu hal iş üzrə alınmış ekspert rəyi ilə təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,ilk iddia qismən təmin olunmalı, Cavabdeh 28200 ABŞ dollar (ödıniş günü ABŞ dollarının manata olan məzənnəsi ilə manatla)"xxxx"MMC ilə Cavabdeh xeyrinə tutulmalı,qalan hissədə ilk iddia təmin olunmamalıdır. İddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia təmin olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 124 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin olunsun. Cavabdeh 28200 ABŞ dollar (ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi ilə manatla) İddiaçıMMCnin xeyrinə tutulsun. Qalan hissədə ilk iddia təmin olunmasın. İddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 124 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar