Məhkəmə qərarları › İş №2(007)-1012/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(007)-1012/2022

04.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(007)-1012/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, Tələbkar Borclu qarşı aliment tələbinə dair ərizəsinə əmr icraatı qaydasında baxaraq MÜƏYYƏN E T D İ M: Tələbkar Borclu qarşı aliment tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş 17.07.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,03.11.2011-ci il tarixdə Borclu ilə qanuni nikaha daxil olaraqnailə həyatı qurmuşdur.Birgə nikahlarından 17.05.2012-ci il təvəllüdlü X3 anadan olmuşdur.Tümen vilayətinin X2-Yuqra-Yax Məhkəmə rayonunun 1 nömrəli Məhkəmə sahəsinin 19.05.2017-ci il tarixli 2-534-2401/2017 saylı qiyabi qətnaməsi ilə aralarında bağlanmış 03.11.2011-ci il tarixli,358 saylı nikah qeydi pozulmuşdur.Qızı X3 həmin vaxtdan onunla yaşayır və hazırda Bakı şəhərində 251 saylı tam orta məktəbin 4-cü sinfind oxuyur.Uşağın saxlanması üçün lazım olan xərcləri o çəkir.Nikahın pozulmasına dair məhkəmə prosesi onun iştirakı olmadan keçirildiyindən aliment tələbi ilə bağlı məhkəməyə müraciət edə bilməmişdir.Nikahın pozulduğu tarixdən hazırkı tarixədək cavabdeh tərəfindən uşağın saxlanması üçün heç bir maddi köməklik göstərilməmişdir.Onun aylıq gəliri çox azdır.Uşağın təlabatını ödəyə bilmir.Borclunun iş yeri,onun aylıq qazancı barədə konkret məlumatı yoxdur.Qeyd olunanlara əsasən Borclu onun xeyrinə birgə nikahdan doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 manat tutulmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki,ərizə əsaslı olduğundan təmin olunmalı,borcludan alimentin tutulmasına dair məhkəmə əmri çıxarılmalıdır. Ərizəyə əlavə olunmuş: Tümen vilayətinin X2-Yuqra- 1-ci Pıt-Yax Məhkəmə rayonunun 1 nömrəli Məhkəmə sahəsinin 19.05.2017-ci il tarixli 2-534-2401/2017 saylı qiyabi qətnaməsindən görünür ki, Borclu ilə Tələbkar arasında Tümen vilayətinin X2-Yuqra- 1-ci Pıt-Yax şəhər inzibati ərazisinin VVAQD Şöbəsində 03 noyabr 2011-ci il tarixdə qeyd alınmış 358 saylı nikah pozulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X3 17.05.2012-ci il tarixdə Rusiya Federasiyası Tümen Vilayətinin Xanti-Mansiysk şəhərində anadan olmuşdur.Atası Borclu anası Tələbkardır. 251 saylı tam orta məktəbdən verilmiş 16 sentyabr 2021-ci il tarixli 235 saylı arayışdan görünür ki, X3 həmin məktəbin 4-cü sinfində oxuyur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 275.1.Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. 276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; Məhkəmə hal-hazırda uşağın tələbkarın himayəsində olduğunu,onun saxlanması həm də atanın valideynlik borcu olduğunu və uşağın mənafeyin üstün tutan digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki,ərizə əsaslı olduğundan təmin olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM 275-276, 280-284-cü maddələrini rəhbər tutaraq ƏMR E D İ R Ə M: xx xxx 1987-ci il tarixdə Azərbaycan Respublikası Qusar rayonunun Piral kəndində anadan olmuş,Rusiya Federasiyası Tümen Vilayəti X2-Yuqra- 1-ci Pıt-Yax şəhəri Sibirskaya küçəsi ev 2 mənzil 62 ünvanda yaşayan Borclu Bakı şəhəri Nizami rayonu,Naxçıvanski küçəsindəki 2383/2387 saylı evin 22-ci mənzilində yaşayan Tələbkar xeyrinə birgə nikahdan doğulmuş 17.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 manat tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Əmr dərhal icra olunsun. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar