Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1061/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun 88-yaşım var. Cavabdeh onun oğludur. On beş ildən artıqdır ki,ona baxmır. Əvvəllər bir yerdə qalırdılar.Onu evdən çıxartı və baxmaq istəmir. 8-ci km. bazarında yataqxanada günü 2 manata qalır.Hal-hazırda Xəzər rayonu, Mərdəkan qəsəbəsi Baba Əliyev ev 210-da xeyirxah bir insanın evində mühafizəçi kimi qalır.Cavabdeh oğlu Cavabdeh onaə heç bir yardım göstərmir. Özü çətinliklə yaşayır. Hazırda vəziyyəti ağırdır. O, dəfələrlə cavabdehdən maddi kömək tələb etsə də,cavabdeh bundan boyun qaçırır. Məhkəmənin nəzərinə çatdırı ki, cavabdeh oğlu Cavabdeh 16 yaşı olanda onun adına bu gün yaşadığı mənzili almışdır. Ali təhsil alıb böyütmüş, boya başa çatdırmışdır. Bütün bunlara baxmayaraq bu gün ona baxmır. 88-yaşlı bir ahıl insan qapılarda qalıb. Bu gün onun nə qədər dərmana ehtiyacı var onu bir allah bilir.Buna görə də cavabdehlə aralarında yaranmış mübahisəni dostcasına həll edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada 23 dekabr 2022-ci il tarixdə oğlu Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. 02 fevral 2023-cü il tarixdə isə 9 saylı Mediasiya təşkilatında mediasiya sesiyası təyin olunmuşdur. Lakin cavabdehə qanunvericiliyə uyğun olaraq, ilkin mediasiya sessiyasının tarixi, saatı yeri barədə ətraflı məlumat verilsə də, sonuncu ilkin mediasiya iclasında iştirak etməmişdir.Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə onun saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin və mediatora ödədiyi 50 manat mediasiya xərcinin tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir.Məhkəməyə göndərdiyi ərizədə onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, X2 atasıdır. Atası kimi ona qarşı həmişə sayqılıdır,evinə gələndə ailəsi ilə birlikdə qulluğunda olurlar,qayğısına qalırlar.Ancaq ondan aliment tələbi ilə bağlı iddiasın qəbul etmir, etiraz edir. Belə ki,atası təhsilli şəxs olub,sovetlər dönəmində Bakı Neft sənayesində mexanik işləyib, sonra Əzizbəyov (indiki Xəzər) Rayon Partya Komitəsində təlimatçı kimi çalışıb.Daha sonra Neft Təchizatı Komitəsində şöbə müdri,direktor müavini kimi önəmli vəzifələr tutub.52 illik əmək stajına malikdir.1997-ci ildə Əmək Veteranı kimi fəxri ad alıb. Hazırda atası təqaüdçüdür, 700 manatdan artıq təqaüd alır.Həmişə minik maşını olub, hazırda da varıdır. Özü idarə edir maşını, baxmayaraq yaşı çoxdur,sağlam adamdır. Mümkündür ki, digər gəlirləri də vardır. Çünki hər il Rusiyanın Yessentiku, Kislovodsk kimi kurort şəhərlərinə istirahətə gedir. Göründüyü kimi atasının heç bir maddi yardıma ehtiyacı yoxdur, əmək qabiliyyətlidir və cavanlığında önəmli dövlət işlərində çalışması ilə bağlı yüksək məbləğdə əməkli təqaüd (pensiya) alır. Nəzərə alınsa ki, ölkədə yaşlı bir şəxsin aylıq minimum dolanışıq xərci 200 manat civarındadır,deməli atası aldığı təqaüd bundan 3,5 dəfə artıqdır.Atasının iddia ərzəsində guya onu evindən qovmağı haqqında yazdığı həqiqətə uyğun deyil.Belə ki,öncə onun tərbiyəsi, əxlaqı, vicdanı buna yol verməz.Atası həmişə onlara gəlibgedir,gələndə süfrənin başında əyləşdirirlər. Qış vaxtları günlərlə gəlib onlarda qalıb. Ailəsi ilə birlikdə qulluğunda durmuşlar. Hətta mənzillərinin açarıını da ona vermişlər ki,onlar evdə olmayanda gəlib-getsin. Sonuncu dəfə atası bu ilin yanvar ayının 14-də və ondan bir neçə gün sonraonlara gəlib, hamamlanıb, paltarların dəyişib, əynindən çıxardığı paltarları yoldaşı yuyub, hazırda da onlardadır.Atası özünə baxan, qulluq edən kişi olub,ailəyə,uşağa baxmayıb. Anası onun bütün şıltaqlıqlarına dözüb, ali təhsil almağında əsasən anasının köməyi olub ona.Əgər atası onun ali təhsil almağına kömək edirdisə, onda maddi çətinlik ucundan balaca qardaşının, bacısının təhsillərini başa vurmalarına niyə kömək etməyib.Ancaq bunlara baxmayaraq atasıdır, hörmətini də saxlayırlar və saxlayacaqlar da.Atasının hazırda yaşadığı evi ona alması ilə bağlıda yazdıqları da doğru deyildir. Belə ki,atası o evi almazdan öncə olan evlərini dəfələrlə satıb öz payını götürüb. Anası isə yenə ev alıb öz payına düşənlə.Atası hazırda Göyçay rayonunda qeydiyyatdadır. Orada da evləri vardı. O ev atasının ixtiyarında olub,satıb ya hələ də atası qalır, özü bilir. Onların həmin evlə bir bağlılıqları yoxdur.İddia ərizəsində atası yazır ki,Xəzər rayonunda "xeyirxah" bir insanın evində, mühafizəçi kimi qalır. Həmin "xeyirxah" kişi atası ilə vaxtı ilə bir yerdə neft sahəsində işləmiş Yeqanov soyadlı şəxsdir.Hansı ki,onunla atası eyni maddi imkanlara malik olublar. Ancaq o, "xeyirxah" insan atasının əksinə olaraq ev-eşiyini satmayıb, pulunu hədər yerlərə sərf etməyib,özünə bağ evi belə təşkil edib. İndi də elədə ehtiyacı olmayan bağına, atasını mühafizəçi kimi qoyub. Mühafizəçi qoyubsa, deməli atasına müəyyən xərcliklər də ödəyir.Əgər atası orada qalmağından narazıdırsa, buyurub gəlib onlarda qala bilər. Yaxud metronun "Xalqlar dostluğu"dayanacağı ilə "Əhmədli" dayanacağının arasında yerləşən yataqxana tipli 2 otaqlı evləri var.Gəlib orada da qala bilər.Həmin evdə qardaşı tək qalırdı,dünyasını dəyişib,indi ev elə boş qalıb orada.O, ailəlidir,iki azyaşlı övladı var,hər ikisi də orta məktəbdə oxuyurlar. Aylıq maaşı 550 manatdır.İndi iki uşağı orta məktəbdə oxutmaq xeyli əlavə xərclər aparır.Atasıondan 300 manat məbləğində aliment istəyirsə bu pulu ona necə ödəyə bilər.Bəs evi,ailəni necə dolandıra bilər.Atası 700 manatdan artıq təqaüd alır. Hesab edir ki, bu pul tək özü üçün yaşayan atasına kifayət qədər yetərlidir.Atası yazır ki,xəstədir, dərmanlara ehtiyacı var. Öncə atasının şükürlər olsun ki,elə bir ciddi xəstəliyi yoxdur,sağlam insandır. Əgər müalicəyə ehtiyacı varsa,indi müalicə əsasən Tibbi sığorta əsasında pulsuzdur. Bəzi xəstəliklər üçün hətta dərman da pulsuzdur.Bütün bunlar və atasının aldığı yüksək məbləğdə əməkçi təqaüd,keçmiş iş yoldaşının bağında qalması onun maddi yardıma heç bir ehtiyacının olmamasını təsdiqləyir. Göründüyü kimi atasının ona qarşı verdiyi bu iddia tamamilə əsassızdır. Odur ki,onun Mediasiya qurumuna ödədiyi 50 manat dövlət rüsumunu da ödəməli deyil. Atası yazır ki,guya o, mediasiya iclasına gəlməmişdir.Bu haqda bildirir ki, o,mediasiya qurumunun təyin etdiyi iclasa gəlmişdi,ancaq atası gəlməmişdi. Mediatora telefon nömrəsini də ə vermişdi ki, növbəti iclasda onu da dəvət etsinlər. Ancaq sonradan belə bir dəvət gəlmədi ona,zəng də olmadı. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən cavabdehi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Sosial arayışdan görünür ki,xx.xx.1934-cü il tarixdə anadan olmuş və Azərbaycan Respublikası, ünvan 1 ünvanda qeydiyyatda olan X1 aylıq 718.84 AZN pensiya alır. Sosial arayışdan görünür ki,xx.xx.1978-ci il tarixdə anadan olmuş və Azərbaycan Respublikası, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh Şəfaqəyt oğlu "xxxx" İnşaat MMC-də anbardar işləyir və aylıq 450 manat əmək haqqı alır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh Şəfaqəyt oğlunun himayəsində iki azyaşlı övladı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. İşin hallarından göründüyü kimi,iddiaçının əmək qabiliyyəti olmasa da kifayət qədər yüksək (718.84 AZN) pensiya alır. Cavabdeh isə cəmi 450 manat əmək haqqı alır. Himayəsində iki azyaşlı övladı var. Məhkəmə belə nəticəyə gəlir ki,hal-hazırda iddiaçının maddi durumu cavabdehlə müqayisədə daha qənaətbəxşdir. Ona görə də iddianın tam və ya qismən təmin olunmasını məqsədəuyğun hesab etmir. İddia təmin olunmadığından 50 manat medasiya xərci də iddiaçının özünə aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı aliment və mediasiya xərcinin ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1061/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1061/2023
14.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver