Məhkəmə qərarları › İş №2(007)-108/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-108/2022

01.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-108/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə onun arasında 02.07.2018-ci il tarixli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə olunan yüksək mərtəbəli yaşayış binasının 3cü bloku, 13-cü mərtəbəsində, ümumi sahəsi 101,84 kv.m olan 2 otaqlı 189 saylı mənzilini ona təhvil verməli və onun tərəfindən isə həmin mənzilin ödənişi verilməli idi. İlkin ödəniş kimi 30000 (otuz min) manat vəsətini ödədikdən sonra hər ay üçün 1300 (bir min üç yüz) manat məbləğində ödənişləri 2020-ci ilin noyabr ayına kimi ödəmişdir. Daha sonra ona məlum oldu ki, eyni mənzili başqa bir vətəndaşa satılmış və həmin vətəndaş tərəfindən də ödənişlər edilmişdir. Pretenziya qaydasında cavabdehə müraciət etmiş və 7 (yeddi) gün ərzində məsələyə aydınlıq gətirilməsin xahiş etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır, bu səbəbdən yeganə yolu məhkəməyə müraciət etmək, aralarında bağlanmış müqavilənin ləğv edilməsi, ödədiyi pul vəsaitini, habelə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etməkdir. Qeyd edilənlərə əsasən iddia təmin edilməsi, cavabdeh ilə aralarında bağlanmış 02.07.2018-ci il tarixli müqavilənin ləğv olunması, cavabdehə ilkin ödəniş kimi ödədiyi 30000 (otuz min) manatı, 24 ay ərzində hər ay 1300 manatdan, cəmi 31200 (otuz bir min iki yüz) manat, maddi ziyan kimi 30000 manat və mənəvi ziyan kimi 50000 manat, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manat, ümumilikdə isə 141230 (yüz qırx bir min iki yüz otuz) manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirdi ki, cavabdeh "xxxx" MMC tərəfindən 10000 manat məbləğində vəsait iddiaçıya qaytarılmışdır. Bu səbəbdən iddia tələbinə dəqiqləşdirmə verilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən cavabdeh ilə aralarında bağlanmış 02.07.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehə ilkin ödəniş kimi ödədiyi 30000 manat və hissə-hissə ödənilmiş 21200 manat, ümumilidə isə 51200 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin yazılı razılığı əsasında məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC (İcraçı) ilə İddiaçı (Payçı) arasında bağlanmış 02.07.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli 2 otaqdan ibarət mənzili pay kimi verir. Müqavilə üzrə “İcraçı” tikintinin xarici tərtibatı və daxili arakəsmələr, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya ana xətlərinin çəkilməsi, pəncərələrin qoyulması və şüşələnməsi kimi öhdəlikləri öz üzərinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 900 manat təyin edilir. Cəmi 101,84 kv.m sahə üçün 91656 manat təşkil edir. Mənzilin qiymətinin bir hissəsi, yəni 30000 manat ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 28.07.2018-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 20.08.2018-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 19.09.2018-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 18.10.2018-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 12.12.2018-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 12.01.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 06.02.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 05.03.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 05.04.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 04.05.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 03.06.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 12.07.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 05.08.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 04.09.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 02.10.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 02.11.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 10.12.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 05.01.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 03.02.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 02.03.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 16.04.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 02.05.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 12.06.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 10.07.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 189 nömrəli mənzilin dəyərindən 1300 manat İddiaçı tərəfindən ödənilmişdir; - İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ərizədən (pretenziya qaydasığa uyğun) görünür ki, İddiaçı 02.07.2018-ci il tarixli müqavilə əsasında MMC-yə ödədiyi vəsaitin tam şəkildə 7 gün ərzində geri qaytarılması xahiş edilmişdir; - "xxxx" MMC (İcraçı) ilə X5 (Payçı) arasında bağlanmış 15.11.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 219 nömrəli 2 otaqdan ibarət mənzili pay kimi verir. Müqavilə üzrə “İcraçı” tikintinin xarici tərtibatı və daxili arakəsmələr, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya ana xətlərinin çəkilməsi, pəncərələrin qoyulması və şüşələnməsi kimi öhdəlikləri öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 02.07.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, cavabdeh ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 101,84 kvadrat metr ölçüdə 189 nömrəli mənzili hər kvadrat metr üçün 900 manat ödənilməklə, ümumilikdə 91656 manat pulun ödənilməsi müqabilində iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzilin dəyərinin 30000 manatı cavabdehə müqavilə bağlanan zaman ödənilmişdir. Həmçinin, iddiaçı 28.07.2018ci il-10.07.2020-ci il tarixlərində ümumilikdə 31200 manat məbləğində pulu "xxxx" MMC-yə ödəmişdir. Qeyd edilən mənzil cavabdeh tərəfindən başqa şəxsə satılığından iddiaçı mənzil üçün ödədiyi pulun cəmiyyət tərəfindən geri qaytarılmasını xahiş etsə də, hazırkı vaxtadək ödənilmiş puldan 10000 manatı cəmiyyət tərəfindən iddiaçıya qaytarılmışdır. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 02.07.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehə ilkin ödəniş kimi ödədiyi 30000 manat və hissə-hissə ödənilmiş 21200 manat, ümumilidə isə 51200 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş etmişir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və tərəflərə hər hansı bir təzyiq göstərilməmişdir. Müqavilələrin əsas şərti cavabdeh ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 101,84 kvadrat metr ölçüdə 189 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, iddiaçı isə həmin mənzilin müqabilində mənzilin hər kvadrat metri 900 manat məbləğdən hesablanmaqla, ümumilikdə 91656 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı mənzilin dəyəri olan puldan 61200 manat ödəniş etmişdir. Lakin daha sonra məlum olmuşdur ki, adıçəkilən mənzil başqa şəxsə satılmışdır. Belə ki, iddiaçı tərəf mübahisələndirilən mənzilin “X8” adlı şəxsə satıldığını, sonuncunun isə qeyd olunan müqaviləni təqdim etməkdən imtina etdiyini bildirmiş və həmin sübutların məhkəməyə təqdim edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 14 iyul 2021-ci il tarixli qərardadı ilə X5 ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü bloku, 13cü mərtəbəsində, ümumi sahəsi 101,84 kv.m olan, 2 otaqlı, 189 saylı mənzilinə dair bağlanmış müqavilə və həmin müqavilənin bağlanmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri X2 götürülərək məhkəməyə təqdim edilməsi qərara alınmış və məhkəmə qərarı X5 tərəfindən icra olunaraq qeyd edilən müqavilə məhkəməyə təqdim edilmiş, həmçinin məhkəməyə mübahisələndirilən əmlakın ona satılmasına dair məlumat vermişdir. Bundan başqa, məhkəmə tərəfindən mübahisəli mənzilə baxış keçirilməsi məqsədi ilə 09 iyul 2021-ci il tarixə yerli baxış təyin edilmişdir. Baxış zamanı ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 101,84 kvadrat metr ölçüdə 189 saylı mənzilə baxış keçirmək üçün, ərazidə olan və özünü "xxxx" MMC-nin komendatı adlandıran X1 mübahisəli mənzilə məhkəmə tərkibi ilə bərabər baxış keçirilməsi təklif edilmiş, lakin o, bundan imtina edərək mübahisəli mənzilin Zamanov Ceyhuna məxsus olduğunu, yerli baxışda iştirakdan imtina etdiyini bildirmişdir. Mübahisəli mənzilə keçirilmiş baxış zamanı mənzilin təmirsiz olduğu müəyyən edilmiş və içəridə yaşayış qeydə alınmamışdır. Həmçinin, mənzilin dəhlizində böyük hərflərlə “**********, Ceyhuna məxsus” sözləri yazılmışdır. Bundan sonra X3 məhkəmə iclasında iştirakı təmin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş X5 izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan mənzili 15 noyabr 2017-ci il tarixdə "xxxx" MMCdən almış və həmin tarixli müqaviləni məhkəməyə təqdim etmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.1 və 7.2-ci bəndlərinə əsasən, hər iki tərəfdən biri öz öhdəliyini yerinə yetirməzsə digər tərəfin müqaviləni dəyişdirmək, çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüququ vardır. Mübahisəli məsələlər hər iki tərəfin razılığı ilə həll edilir, bu mümkün olmadıqda məhkəmə orqanlarına müraciət olunur. Nəticədə, iddiaçı tərəfindən müqavilə şərtləri vaxtlı-vaxtında icra edilməsinə, mənzilin dəyəri kimi razılaşdırılmış məbləğ üzrə ödənişlərin hər ay cəmiyyətə ödənilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozaraq həmin mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı öhdəliyini yerinə yetirməkdən yayınmış, mənzili başqa şəxsə satmışdır. Həmçinin qeyd edilməlidir ki, hazırda cavabdeh cəmiyyət iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 61200 manat məbləğində puldan 10000 manatı iddiaçıya geri qaytararaq müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən yayındığını və mənzil üçün ödənilmiş pulun geri qaytarılması niyyətini ifadə etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 02 iyul 2018-ci il tarixli müqavilə ləğv edilməli, mənzil üzrə iddiaçı tərəfindən ödənilmiş və cavabdeh tərəfindən qaytarılmamış pulun qalan hissəsi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 02.07.2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 101,84 kvadrat metr ölçüdə 189 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, iddiaçı isə həmin mənzilin müqabilində mənzilin hər kvadrat metri 900 manat məbləğdən hesablanmaqla, ümumilikdə 91656 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda qeyd edilən müqavilə üzrə ümumilikdə 61200 manat ödəniş edilmiş, edilmiş ödənişin 10000 manat cəmiyyət tərəfindən iddiaçıya geri qayatarılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya maddi ziyan kimi vurulmuş 51200 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 02.07.2018-ci il tarixdə bağlanmış müqavilə ləğv edilməli, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasından 3-cü blok, 13-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 101,84 kvadrat metr ölçüdə olan 189 nömrəli mənzil üçün ödənilmiş 51200 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu ididaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 02.07.2018-ci il tarixdə bağlanmış müqavilə ləğv edilsin. ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasından 3-cü blok, 13-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 101,84 kvadrat metr ölçüdə olan 189 nömrəli mənzil üçün ödənilmiş 51200 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq, İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar