Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1098/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “boşanmış valideyinlərin uşağın təhsil xərçinə görə məhsuliyyətə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “boşanmış valideyinlərin uşağın təhsil xərçinə görə məhsuliyyətə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Baxşiyev Nihadın iki illik təhsil haqqı və bu təhsili alarkən ödənəcək əlavə xərcləri öz atalıq borcu olaraq ödəməsi barədə qətnamə qəbul edilməsini, onun ödədiyi mehkəmə və dövlət ödənişləri rüsumlarının cavabdehdən götürülərək ona qaytarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, daha əvvəl ailə həyatı quraraq evləndiyi və bu evliliyindən olan Nihad adlı oğlunun atası Cavabdeh evliliklərinin davam etməyəcəyini anlayaraq qarşılıqlı razılıq ilə 2005-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə boşanmışdır. Həmin qərar ilə Nizami Rayon məhkəməsi oğlu Nihadı onun himayəsinə vermiş və 18 yaşına çatana qədər Nihadın atası Cavabdeh da qanuni aliment kəsmişdir. Nihad 18 yaşına çatana qədər Cavabdeh alimenti ödəyib. Oğulları Nihad 18 yaşına çatana qədər əlavə bütün xərclərini və təhsilini özü bir validəyn kimi artıqlaması ile qarşılamışdır. Ancaq onlar boşandıqtan sonra Nihadın atası bir valideyn kimi bir ata kimi heç bir zaman oğlu Nihad ilə maraqlanmamış, sadəcə Nihad 14-15 yaşlarına çatdıqdan sonra neçə ayda bir Nihadın öz əl telefonuna zəng edərək iki rəsmi adam kimi qısa danışırdı. Ödədiyi alimentdən başqa Nihadın heç bir şeyi ona maraqlı gəlməyib və heç bir şey ile maraqlanmayıb. Oğulları Nihadın bu günə qədər ki, təhsili daxil olmaqla hər bir şeyini tək qayğısına qalaraq maddi imkanları bəs etdiyi qədəri ilə bir valideyn kimi o, maddi və mənəvi olaraq yerinə yetirmişdir. Ancaq Nihad 2020-ci ildə Sumqayıt Dövlət Universiteti Tarix Müəllimliyinə daxil olub. Nihadın Üniversitətə daxil olması maddi olaraq ona çoxlu yüklər yükləmişdir. Baki şəhərindən Sumqayıta hər gün gediş-gəliş yol haqqı, cib xərcliyi və ən vacib də təhsil haqqı olmaqla Cavabdeh uzun illər əvvəl boşansalar da bugünə qədər öz imkanları daxilində ondan heç bir şey istəmədən özü şəxsən etmişdir. Lakin illər əvvəl Nizami Rayon Məhkəməsinin Cavabdeh kəsdiyi aliment qanuni olaraq uşaq on səkkiz yaşına çatana qədər olsa da bu hal Cavabdeh uşağın öz atalıq hüququ vəzifələrindən və valideynlik vəzifələrindən yayınma haqqı vermir. Qanuni olaraq o, Nizami Rayon Məhkəməsinin qərarına əsasən o, bir ana olaraq bir valideyn olaraq öz öhdəliklərinə düşən vəzifələrini Nihad on səkkiz yaşına çatana qədər artıqlaması ilə etdiyi halda Cavabdeh Nihad on səkkiz yaşına çatana qədər sadəcə aliment ödəyib. Uşaq on səkkiz yaşını keçsə hələ iki valideyn kimi öz vəzifələrini yerinə yetirməlidirlər. Həmçinin uşağın təhsil alma huququ uşağın yaşından asılı olmayaraq institutu qurtarana qeder ki təhsil haqqi ən əhəmiyyət kəsbəden qanuni haqqıdır. Cavabdeh Nihadın tehsili və təhsil xərcləri barədə bir nəçə dəfə Nihadın öz əl telefonundan yığmış, Nihadın inistut xərcləri olması, bu xərclərin iki valideyn kimi üzərlərinə düşməsi, Nihadı təhsil haqqı hüququndan məhrum edə bilməyəcəkləri, on səkkiz yaşına qədər aliment verməsi uşağın on səkkiz yaşından sonraki atalıq vəzifələrindn yayınma,boyun qaçirma haqqı verməməsi barədə bildirmişdir. İki il Nihadın tehsil haqqını və sair xərclerini onun verdiyini, yerdə qalan iki il təhsil haqqı, yol xərcləri ilə cib xərcliyini də qanuni olaraq onun verməsini desə də cavab olaraq yalan danışıb,pulunun olmadığını, işləmədiyini, əgər ki ona vatsap programından bank kartının şəklini yollarsa ara bir sadece 50,00 manat pul vurabileceyini ayrı həç nə etməyəcəyini deyərək öz ataliq vəzifə, borc və hüquqlarından boyun qaçırıb. Halbuki Cavabdeh öz adına olmasa bele öz ailə üzvlərinin adlarına dairələri bu dairələrdən əmlak kirayə gəlirləri və əlavə olaraq işlədiyi işlərindən gəlirləri vardır. Həmçinin son telefon danışıqlarında bu gəlirlərindən asılı olmayaraq atalıq borcunu və uşağın valideynlər üzərindəki qanuni haq və hüquqları yerinə yətirməsini, yerinə yetirməzsə Nihadın tehsilinin yarım qalacağını və o da uşağının qanuni haqqı olaraq AR Ailə Məcəlləsini rəhbər tutaraq məhkəmədə iddia qaldıracağını demiş, ancaq indiyə qədər hal-hazırda heç bir nəticə almamışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, onun maddi vəziyyəti yaxşı deyil, halhazırda həm özü, həm də yoldaşı müalicə olunur. O, özü 2 dəfə əməliyyat olunmuşdur və ağır işdə işləyə bilmir. Yoldaşı da əməliyyat olunmuş və bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı ona bu barədə bildirəndə o, ayda 50 manata gücü çatdığını, qeyri-rəsmi bu məbləği verə biləcəyini, gücünün başqa şeyə çatmadığını demişdir. Oğlunun 3 saat, yəni saat 09:00-dan 12:00-a kimi dərsi var. O, dərsdən sonra səhv etmirsə evin yanındakı “Səma” marketdə işləyir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Karayol Zahit məhkəməyə ərizə ünvanlayaraq məhkəm iclası ilə eyni gündə olan şirkət işləri ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsindəki iclas çox vacib olduğundan iclasın təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Karayol Zahit iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hazırda iddianı uşağın anası olaraq Vüsalə qaldırmışdır. Cavabdeh uşağın atasıdır, uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmuşdur. Hal-hazırda uşağın 18 yaşı var və Universitetdə təhsil alır, təhsilinə davam etməsi üçün ana 2 ildir, bütün çətinliklərə baxmayaraq uşağın təhsil haqqısını ödəmişdir. Uşaq səhər tezdən evdən çıxır, saat 16:00-da evə gəlir və təhsil haqqısını ödəmək üçün işləyə bilmir. Uşaq təhsil almaq istəyir, amma bununla bağlı atasından heç bir dəstək almır. Uşaq deyir ki, bu günə kimi anası təhsil haqqını ödəmiş, bundan sonra da atası ödəsin. Uşağın təhsil haqqısı 1700 manatdır. İddia tələbində əlavə xərc deyərkən uşağın Universitetə gediş-gəliş və oradakı yemək xərcləri nəzərrdə tutulmuşdur. Cavabdehin verəcəyini dediyi 50 manat uşağın heç yol pulunu etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt Dövlət Universitetinin İD **********1390 kodlu tələbə biletinin surətindən görünür ki, Baxşiyev Nihad Vidadi oğlu həmin universitetin 831 nömrəli qrupunda təhsil alır. - xx.xx.2005-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X2 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il 334 nömrə ilə qeyd edilmişdir. - Sumqayıt Dövlət Universitetinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Baxşiyev Nihad Vidadi oğlu Sumqayıt Dövlət Universitetinə 2020/2021-ci tədris ilində qəbul olunmuş və hal-hazırda Tarix və coğrafiya fakültəsinin əyani şöbəsinin 831 saylı qrupunda “Tarix müəllimliyi” ixtisası üzrə ödənişli əsaslarla (illik təhsil haqqı 1700 manatdır) üçüncü təhsil ilinin tələbəsidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X2 arasında olan nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü Baxşiyev Nihad Vidadi oğlu hazırda Sumqayıt Dövlət Universitetində, tarix müəllimliyi ixtisası üzrə ali təhsil alır. İddiaçı oğlunun təhsil xərclərini qarşılaya bilmədiklərni bildirərək, Cavabdeh qarşı Baxşiyev Nihadın iki illik təhsil haqqı və bu təhsili alarkən ödənəcək əlavə xərcləri öz atalıq borcu olaraq ödəməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. İddia ərizəsində İddiaçı iddia tələbini irəli sürərkən təhsil haqqının və əlavə xərclərin ödəməsi ilə bağlı məhkəmədə Cavabdeh qarşı iddia qaldırmışdır. Lakin onun belə bir iddianı qaldırmasına əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddia ərizəsi ilə müraciət etmək hüququ hələ iddia etmək hüququna malik olmaq demək deyildir. Belə ki, nəticə etibarilə başqa şəxsin hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs deyil, mənafeyi üçün iddia qaldırılmış şəxs çıxış edir. Məhkəmə qeyd edir ki, İddiaçı Baxşiyev Nihad Vidadi oğlunun təhsil haqqının və əlavə xərclərinin ödənilməsi barədə məhkəmədə iddia qaldırsa da, onun bu iddianı qaldırmaq hüququ yoxdur. Belə ki, hazırda ali təhsil alan şəxs Baxşiyev Nihad Vidadi oğludur, təhsil haqqı Baxşiyev Nihad Vidadi oğluna aiddir və Baxşiyev Nihad Vidadi oğlunun məhkəmədə iddia qaldırmaq üçün fəaliyyət qabiliyyəti mövcuddur. O, bu hüququ ilə bağlı atası Cavabdeh iddia qaldırıb təhsil haqqının ödənilməsini ondan tələb edə bilərdi. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ona aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı “oğlu Baxşiyev Nihadın iki illik təhsil haqqı və bu təhsili alarkən ödənəcək əlavə xərcləri öz atalıq borcu olaraq ödəməsi barədə qətnamə qəbul edilməsini, onun ödədiyi məhkəmə və dövlət ödənişləri rüsumlarının cevabdehdən götürülərək ona qaytarılması” barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X1 qarşı “oğlu Baxşiyev Nihadın iki illik təhsil haqqı və bu təhsili alarkən ödənəcək əlavə xərcləri öz atalıq borcu olaraq ödəməsi barədə qətnamə qəbul edilməsini, onun ödədiyi məhkəmə və dövlət ödənişləri rüsumlarının cevabdehdən götürülərək ona qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1098/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1098/2023
12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver