Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1113/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə faktiki ailə münasibətlərindən 20 mart 2010-cu il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Övladları azyaşlıdır və onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Cavabdehlə ailə münasibətləri artıq pozulub və onlar faktiki olaraq ayrılmışlar. Cavabdehlə faktiki ailə münasibətləri pozulduqdan və onlar ayrıldıqdan sonra, cavabdeh bir müddət azyaşlı övladlarının saxlanması üçün ailment ödəsə də, son vaxtlar aliment ödəməkdən yayınmışdır. Övladının tərbiyəsi ilə məşğul olduğuna görə heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün, övladının saxlanmasına lazım olan məbləğdə pul vəsaiti əldə edə bilmir. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı ilə faktili ailə münasibətlərindən 20 mart 2010-cu il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Övladları azyaşlıdır və iddiaçının himayəsindədir. O, əlavə olaraq “SOCAR”da işlədiyini,aliment ödəmək iqtidarında olduğunu bildirərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarına əsasən xx.xx.1981-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, məhəllə 1956-1989, ev 26, mənzil 1203-də, xx.xx.1982-ci il tarixdə Qusar rayonunda anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 29 may 2010-cu il tarixdə verilmiş AZ-İİ 457432 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən 26.07.2015-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 20 mart 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş X3 atası X2, anası İddiaçıdır. 29 may 2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 146862 №-li Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsurətinə əsasən 20 mart 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş X3 anası İddiaçı, atası X1r. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kompleks X7 tərəfinfən 10 fevral 2021ci il tarixdə verilmiş 01/02-46 №-li arayışa əsasən Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kompleks X7, maddi texniki təchizat və marketinq şöbəsində qrup rəhbəri işləyir və vəzifə maaşı 1832.00 AZN təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə hesab edir ki,uşağın yetkinlik yaşına çatanadək saxlabması üçün cavabdehdən qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 11 yanvar 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20 mart 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 11 yanvar 2021-ci il tarixdən başlayaraq Cavabdeh qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 20 mart 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 11.01.2021-ci il tarixdən başlayaraq Cavabdeh qazancının və ya (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1113/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1113/2021
22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver