Məhkəmə qərarları › İş №2(007)-112/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-112/2023

06.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-112/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Məmməd oğlunun, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və çəkilən xərclərin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və çəkilən xərclərin bölünməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun yanında yaşayan xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 193 manat, 2023-cü ilin yanvar ayının 1-dən etibarən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması, onun yanında yaşayan xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqlarının 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 300 manat sabit pul məbləğində aliment tutulması, xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqlarının doğulmasına, müalicəsinə, geyiminə, yaşamasına çəkdiyi xərclərin yarısının- cəmi 25.337 manat məbləğində pulun Cavabdeh onun xeyrinə alınaraq verilməsi və ödənilmiş 267 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə Cəbrayıl rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə evlənmiş, həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Cavabdeh ilə münasibətləri pozulmuşdur. Bir ilə yaxın müddərdir ki, onlar ayrı yaşayırlar. Lakin nikahları rəsmi qaydada pozulmamışdır. O, hamilə olan dövrdə Cavabdeh onunla maraqlanmamış, hər hansı maddi və mənəvi dəstək göstərməmiş, hətta zəng edərək əhvalını da soruşmamışdır. xx.xx.2021 -ci il tarixdə qız uşaqları doğulmuşdur. Uşaq doğularkən Bakı Kliniki Tibbi Mərkəzində COVİD-19 xəstəliyindən müalicə olunmuş, vəziyyəti ağır olmuş, uşaq da ağır travmalarla doğulmuşdur. Cavabdeh onların vəziyyəti ilə yenə də maraqlanmamışdır. Valideynlərinə sifariş edərək bildirmişdir ki, nikahlarını pozdurmaq istəyir, uşaq da ona lazım deyildir. O, xəstəxanadan evə yazıldıqdan bir neçə gün sonra uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və o, uşağın atası onunla maraqlanmadığının, ondan imtina etdiyi üçün uşağa öz soyadını vermək istədiyini bildirmişdir. Nizami rayon Qeydiyyat Şöbəsində bildirdilər ki, ata uşağa ananın soyadının verilməsi barədə müraciət etmədiyindən uşağa onun soyadının verilməsi mümkünsüzdür. O, həmin ərəfədə bir neçə dəfə Cavabdeh zəng etmiş, lakin o, onun zənglərinə cavab verməmişdir. Sonralar da dəfələrlə onunla əlaqə yaratmaq istəmiş, yaxın qohumlarından ona sifariş göndərmiş, lakin yenə də nə Cavabdeh, nə də onun valideynləri onunla maraqlanmamışlar. Nəhayət uşağa öz soyadını verdirmişdir. Cavabdeh və onun valideynlərinin belə münasibətləri onda bir fikir formalaşdırır ki, həqiqətən də, onlar bu uşaqla maraqlanmırlar, bu uşaq onlara lazım deyildir. Uşağı təkbaşına böyütməli olacaqdır. Hazırda onlar ayrı yaşayırlar. Uşaqları onun yanında yaşayır. Cavabdeh uşağın saxlanılmasına hər hansı köməklik göstərmir, uşağı çətinliklə olsa da, təkbaşına saxlayır. Cavabdeh xx.xx.2021-ci il tarixdə ölkə ərazisini tərk edərək Almaniya Federativ Respublikasına getmişdir. Həmçinin, cavabdeh birgə nikahdan doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün könüllü surətdə aliment ödəməkdən imtina edir. Ona görə də birgə nikahdan doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə 2023-cü ilin yanvar ayının 1-dən etibarən hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulmasının əvvəli onun mediasiya üçün müraciət etdiyi vaxtdan hesablanmalıdır. Uşağın müalicəsi davam etsə də, uşağın saxlanılması xərclərini təkbaşına çəksə də, cavabdeh həmin əlavə xərclərdə iştirak etmir və könüllü surətdə uşaqlarının saxlanılması üçün çəkilmiş əlavə xərclərin yarısının ödənilməsindən imtina edir. Həmin xərclər Klinikalara ödənilmiş pul- 2.144,31 manat, uşağın gündəlik masajına: hovuzuna və müalicəvi idmanına ödənilən məbləğ- 1.844 manat, dərmanlara, uşaq yeməyinə və bezinə çəkilmiş xərclər- 3.831,67 manat, uşaq üçün vanna- 1.000 manat, uşaq üçün yemək masası- 1.500 manat, yerimə arabası- 1.000 manat, musiqili yelləncək- 1.500 manat, uşaq çarpayısının oyuncağı- 300 manat, uşaq arabası- 4.000 manat, uşaq üçün avtokreslo- 1.000 manat, mebel dəsti- 15.000 manat, uşaq üçün blender- 600 manat, oyuncaqlar- 200 manat, at oyuncaq- 300 manat, uşaq çarpayısı “Lima"- 5.000 manat, uşaq çarpayısı "Alisa"- 8.000 manat, müxtəlif növdə uşaq paltarları- 1453,53 manat olmaqla, cəmi 48.673,51 manat xərclərin də yarısı cavabdehdən onun xeyrinə tutulmalıdır. Bütün bunlarla yanaşı, hazırda azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektindəki 120/23 saylı evin 51-ci mənzilində kirayədə yaşayır və kirayə haqqı olaraq ayda 500 manat ödəyir. Həmin mənzildə 2022-ci ilin yanvar ayının sonlarından yaşayırlar. Bu günədək kirayə haqqı olaraq 2.000 manat ödəmişdir və cavabdehdən də ödədiyi kirayə haqqının yarısı, yəni 1.000 manat tutularaq onun xeyrinə verilməlidir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 yazılı qaydada iddia tələbinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçının iddiaçının uşaq doğularkən Covid-19 xəstəliyindən müalicə olunması, vəziyyətinin ağır olması, uşağın ağır travmalarla doğulması, cavabdehin onların vəziyyətilə maraqlanmamasını, valideynlərinə sifariş edərək nikahın pozulmasını istəməsini deməsi, uşağın ona lazım olmaması, uşağın xərclərinni təkcə iddiaçının çəkməsi, barədə qeyd etdikləri həqiqəti əks etdirməyən məlumatlardır. Belə ki, iddiaçının bu absurd iddiasının bütün mətninə fikir verilsə görünər ki, tərəf sanki hansısa özgəsinin uşağından danışır. Hər dəfə özünə məxsus olan övladı övladları demək əvəzinə “uşaq” deyə qeyd edir. X5 həmçinin Cavabdeh da övladıdır. Cavabdeh həm həyat yoldaşı, həm öz doğma qızı ilə hər dəfə maraqlanmış, hətta Almaniya Federativ Respublikasından təhsilini, işini yarımçıq qoyaraq qayıtmış və ailəsinin yanında olmuşdur. Ümumiyyətlə ailə qurulan andan tərəflər həyatlarını xarici ölkədə qurub yaşamağı planlaşdırmış, lakin iddiaçı öz həyat yoldaşına verdiyi sözlərə əməl etməyərək, cavabdehi yarı yolda qoymuş və onun yanına, xarici ölkəyə getməkdən imtina etmişdir. İstənilən valideynin vəzifəsi övladının bir fərd kimi sağlam şəkildə böyüməsinin təmin edilməsidir. Tərəflərin övladı heç bir travma ilə doğulmamışdır, sözügedən M.Hüseynova həmçinin atası Cavabdeh lazımdır, hətta iddiaçıdan daha çox cavabdehə lazımdır. Bu deyilənləri başa düşmək üçün iddia ərizəsinin mətnini bir dəfə oxumaq kifayət edir. Belə ki, yeganə övladının atasız böyüməsi, ailəsində olan narazılıqlar və ailənin dağılması iddiaçını narahat etmir. İddiaçının bütün dərdi, istəyi və iddiası sırf maddiyyat üzərində qurulmuş və sübutu belə olmayan absurd şişirdilmiş rəqəmlərlə dolu və ən nəhayətində heç bəlkə də mövcud olmayan hansısa əşyalara xərclənən pul məbləğlərindən danışılır. Cavabdeh mənəviyyatı zəngin, savadlı və dövlət üçün əhəmiyyətli olan, övladını sevən işgüzar gəncdir. İddiaçının cavabdeh barədə öz övladını istəməməsi və ailəsini saxlamaması ilə bağlı dediyi hər sözü absurddur və həqiqət deyildir. Cavabdeh tərəfindən iddiaçıya hər cür maddi və mənəvi dəstək verilmiş, sadəcə iddiaçının ailəsinin imkanlı olması və valideynlərinin ailələrinə müdaxiləsi ilə bu gənc ailə faktiki dağılmışdır. Eyni zamanda, iddiaçının iddia ərizəsində bildirdiyi cavabdehin birgə nikahdan doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün könüllü surətdə aliment ödəməkdən imtina etməsi də tamamilə yalandır. Övladının saxlanması üçün cavabdeh əlindən gələni maddi və mənəvi yardımı edir və edəcəkdir, övladının saxlanılması üçün sabit pul məbləğində aliment ödəməsindən cavabdeh imtina etmir. Lakin, iddiaçının tələb etdiyi “xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqlarının 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 300 manat sabit pul məbləğində aliment tutulması” hissəsi ilə razılaşmır. Belə ki, cavabdeh tələbədir və heç bir gəliri yoxdur. İddiaçının isə maddi imkanı əladır, heç bir maddi yardıma ehtiyacı yoxdur, onun özünəməxsus avtomobili, iş yeri var. Hətta özünün dediyinə görə Nərimanov rayonu ərazisində yeni tikilidə ayda 500 manat ödəyərək kirayə qalacaq şəkildə imkanı və özünün deməsimə görə övladları üçün 48673,51 manat xərcləyəcək imkana sahibdir. Cavabdehin isə hər hansı bir gəlirinin olması ilə bağlı iddia tərəfi məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, qarşı tərəf iddia ərizəsində qeyd edir ki, cavabdeh uşaqlarınn yetkinlik yaşına çatanadək saxlanılması üçün könüllü surətdə uşaqlarının saxlanılması üçün çəkilmiş əlavə xərclərin yarısının ödənilməsində imtina etdiyi üçün cavabdehdən onun xeyrinə çəkilmiş xərclərin yarısı tutulmalıdır. Cavabdeh bu deyilənləri qəti surətdə qəbul etmir. Belə ki, tərəflər hazırda rəsmi evlidir və iddiaçı nikahın pozulmasını tələb etmir. İddiaçının hansı məntiqlə belə bir tələb irəli sürüldüyü onlara müəmmalıdır. Övladlarına əgər bu pullar xərclənsə belə bu bölgünün predmeti ola bilməz. Bundan əlavə burada yazılan əmlakların heç birinin mövcudluğundan, haradan və hansı qiymətə alınmasından, burada qeyd edilən fantastik şişirdilmiş məbləğlərdən onların ümumiyyətlə xəbələri yoxdur. Ola bilsin ki, həmin əşyalar və xərclər ümumiyyətlə yoxdur. Varsa belə qarşı tərəf bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Övladlarını saxlamaq valideynlərin borcudur, amma iddiaçı bu formada övladı biznes məqsədi, pul qazanmaq üçün istifadə etmiş və bu bir anaya yaraşmayan bir hərəkətdir. İddiaçı 10 aylıq övladı ilə ailəsini qorumaq əvəzinə haqsız pul qazanmaq eşqinə düşmüşdür. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 Məmməd oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını,2022-ci il üzrə 193 manat, 2023-cü ilin yanvar ayının 1-dən 220 manat aliment tutulmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, onlar ekspertiza rəyi ilə qismən razıdır, çünki rəydə uşaq paltarları ilə bağlı hər hansı qiymət qoyulmamışdır. İddiaçı özünün və uşağın səhəti ilə bağlı işləmir və kirayədə yaşayır. Cavabdeh Almaniyada tələbə deyil, cavabdeh nikahdan sonra 3 ay burada işləmişdir. Tərəflər arasında barışıq mümkün deyil, çünki tərəflər ailə qurandan sonra oğlan qızdan ev və maşın tələb etmişdir. Ümumiyyətlə iddiaçı nikahın pozulmasını tələb etmir. Həmçinin, uşağın əşyalarının hamısı ucuz olduğu üçün bir mağazadan alınmışdır. Hətta Şəkidə iddiaçının geyim əşyaları və qızıl-zinət əşyaları ilə bağlı iddia da var. Cavabdeh 27 avqust 2021-ci il tarixdə ölkəni tərk etmiş, uşaq da xx.xx.2021-ci il tarixində doğulmuşdur. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 etirazın məzmununa uyğun izahat verərək, iddianın yalnız alimentin 193 manat tutulması hissəsini qəbul etdiklərini bildirdi və iddianın qalan hissədə təmin edilməməsi xahiş etdi. O, əlavə olaraq bildirdi ki, ekspertiza rəyi ilə razı deyillər. Belə ki, onlar ümumiyyətlə ekspertiza keçirilməsinə etiraz etmişlər. İddiaçının burada məqsədi ailə qurub, uşaq dünyaya gətirib pul tələb etməkdir. Tərəflər Almaniyaya yaşamaları ilə bağlı əvvəldən razılaşmışlar, lakin ailə qurduqdan sonra iddiaçı Almaniyaya yaşamaq istəmədiyini bildirmişdir. Cavabdeh Almaniyada tələbədir, magistraturada bildiyi qədər ödənişli oxuyur, işləmir və maddi imkaı yoxdur. Cavabdeh Almaniyada olduğu müddətdə iddiaçıya yardım etmiş, cavabdehin valideynləri iddiaçının xəstəxana xərclərində iştirak etmişdir. Həmin əlavə xərclərdən, uşağa alnan əşyalardan cavabdehin xəbəri yoxdur və bunlar iddiaçının valideynlərinin fikridir. O, xərclərə münasibətdə bildirdi ki, iddiaçının əmisinin mebel mağazası var, uşağa alınan əşyalar və mebellərin qiymətləri absurddur və həmin əşyaların hamısı eyni mağazadan alınmış, həmin qəbzlərin hamısı düzəldilmişdir. İddiaçının atasının mağazası var və həmin ödəniş qəbzləri ilə oynamaq olar, yəni həmin aldıqlarını qeyd etdikləri mebellərin üzərinə istədikləri qiyməti qeyd edə bilərlər. Həmin mebel mağazasına zəng olunsa həmin telefonları ya iddiaçı, ya qardaşı, ya da atası açacaqdır. Bundan başqa evli olan ailənin uşağı üçün gedib nəsə alınması, uşağa pulların xərclənməsi Ailə Məcəlləsinin 36-cı maddəsi üzrə bölgü predmeti ola bilməz və sübutlar da sübut kimi qəbul edilə bilməz. Uşaqları saxlamaq valideynlərin borcudur, amma tərəflərdən biri uşağa bahalı əşyalar alıb sonra da qarşı tərəfdən tələb edə bilməz. Bu formada onlar əşyaların qiymətini qəbul etmir. İddiaçının maddi vəziyyəti yaxşıdır, özünün avtomobili var və yeni tikilidə yaşayır. İddiaçı sırf pul qazanmaq məqsədi güdür, uşağı saxlamağa gəldikdə cavabdehin uşağı saxlamaq imkanı var. Bundan başqa Şəki Məhkəməsində iddiaçı əmlak bölgüsü ilə bağlı 400000-500000 manatlıq absurd bir iddia qoymuşdur. Xəstəxana xərclərinə gəldikdə isə iddiaçı guya COVİD-19 olmuş və xəstəlik də uşağa keçmişdir, amma bu deyilənlər də yalandır. Cavabdeh barışmağa çalışmışdır, cavabdehin valideynləri mübahisə düşəcək deyə uşağı görməyə gedə bilmirlər. Məhkəmə iddiaçının və cavabdehin vəkilləri-nümayəndələrinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesində iştirak etmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış X1 üçün hər ay 193 manat, 2023-cü ilin yanvar ayının 1dən etibarən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması, onun yanında yaşayan xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqlarının 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 300 manat sabit pul məbləğində aliment tutulması, xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqlarının doğulmasına, müalicəsinə, geyiminə, yaşamasına çəkdiyi xərclərin yarısının- cəmi 25337 manat məbləğində pulun Cavabdeh onun xeyrinə alınaraq verilməsi və ödənilmiş 267 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi ilə kirayə götürən İddiaçı kirayə verən X4 ünvan 1 ünvanına görə 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüş və kirayə müqaviləsi xx.xx.2027-ci il tarixədək bağlanılmışdır. İş mateiralların əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbz ilə 35 manat, xx.xx.2021-ci il tarixlli qəbz ilə 60 manat, xx.xx.2021-ci il tarixli qəbz ilə 60 manat, xx.xx.2021-ci il tarixli qəbzlər ilə 8 manat, 20 manat, 26 manat, 96 manat, Oksigen klinik xəstəxanasının xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli ödəniş vərəqələri üzrə 50 manat, 168 manat, 115 manat olmaqla, ümumilikdə 638 manat vəsaitin İddiaçı tərəfindən ödənildiyi müəyyən olunmuşdur. Məhkəmə qərardadı ilə təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi ilə uşaq üçün vanna, uşaq üçün yemək masası, yerimə arabası, musiqili yelləncək, uşaq çarpayısının oyuncağı, uşaq arabası, uşaq üçün avtokreslo, mebel dəsti, uşaq üçün blender, oyuncaqlar, at oyuncaq, “Lima və “Alisa” uşaq çarpayıları olan əşyaların illik aşınma faizi 10-12%, həmin məişət əşyaların hazırki bazar qiyməti (uşaq paltarlarının qiyməti istisna olmaqla) 34416 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və iddiaçının onun himayəsində yaşayan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkəcəyini nəzərə alaraq, habelə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı baxımından azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən iddia tələbini, uşağın və iddiaçının mənafelərini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatını, 2022-ci ildə və 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün cavabdehdən xx.xx.2022-ci il tarixdən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2023-cü il tarixədək hesablanmaqla 193 (yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2-ci maddəsinə əsasən Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad (84.2.1), hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad (84.2.2), 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad (84.2.3) buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, tərəflərin ümumi uşağı doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırda uşaq körpə olduğundan, onunla bağlı əlavə xərclər çəkildiyindən və qulluq göstərilməli olduğundan hazırkı halda iddiaçının həmin hüququ qismən təmin edilməklə onların birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X5 üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, xx.xx.2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək xx.xx.2022-ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehdən də ödədiyi 2000 manat kirayə haqqının yarısı, yəni 1.000 manat tutularaq onun xeyrinə verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məcəlləsinin 84-cü maddəsində hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad qarşı tərəfdən aliment tələb edə bilər. Hansı ki, məhkəmə tərəfindən cavabdehdən X2 üç yaşına çatanadək xx.xx.2022-ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Digər tərəfdən iddiaçının öz seçimi kirayə mənzil kirayələməsi və ona görə ödəniş etdiyi kirayə haqqının yarısını cavabdehdən tələb etməsi ilə bağlı xərcin ər-arvad arasında bölünməli olması ailə qanunvericiliyində nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqlarının doğulmasına, müalicəsinə, geyiminə, yaşamasına çəkdiyi xərclərin yarısının- cəmi 25.337 manat məbləğində pulun Cavabdeh tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, uşağın müalicə xərcləri istisna olmaqla, digər uşağın geyiminə, oyuncaqlarına, paltarına görə çəkilmiş xərclər uşağın maddi təminat hüququnun təminatını yaxşılaşdırmağa xidmət etdiyindən və bu hüquq cavabdehdən yaşayış minimumundan az olmayan aliment tutulmaqla təmin edildiyindən, iddiaçı tərəfindən həmin xərclər çəkilərkən cavabdehdən uşağın saxlanılması üçün daha öncə məhkəmə qaydasında aliment tələbi olmadığından iddia tələbi qeyd olunan xərclərə münasibətdə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin uşağın doğumuna kimi çəkilmiş xərclərə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş kağızları ilə iddiaçı tərəfindən 639 manat xərc çəkdiyi müəyyən edilmiş və bu fakt iddiaçı tərəfindən sübuta yetirilmişdir. Hansı ki, uşağın müalicəsi üçün əlavə xərc tələb edilən uşaq ananın himayəsində olmaqla uşağın müalicəsi ilə bağlı qalan bütün qayğılar da iddiaçının üzərinə düşmüşdür. Buna görə də 638 manat xərcin yarısı olan 319 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçı tərəfin məhkəməyə “Whatsap” yazışmasında qeyd edilən 1500 manat klinika ödənişinə münasibətdə qeyd edir ki, həmin yazışma sırf klinika xərcləri üçün 1500 manat ödənilməsini sübuta yetirmir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə əməl edərək 50 manat məbləğində mediasiya xərci çəkmiş, 217 manat məbləğində isə dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hazırda iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tərəfindən də 267 manat dövlət rüsumunun tutulması tələb edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və ödədiyi 167 manat dövlət rüsumu iddiaçıya aid edilməli, 50 manat dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qimən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən (Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2266\2022 saylı, xx.xx.2022-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla), iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2023-cü il tarixədək hesablanmaqla 193 (yüz doxsan üç) manat, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2023-cü il tarixdən başlayaraq isə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2022ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, xx.xx.2021-ci il təvəllüdlü X2 doğumuna kimi çəkilmiş 638 manat xərcin yarısı olan 319 manat vəsait və məhkəmə xərcləri qismində İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməli, İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 167 manat dövlət rüsumu ona aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən (Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2266\2022 saylı, xx.xx.2022-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla), iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2023-cü il tarixədək hesablanmaqla 193 (yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2022-ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 doğumuna kimi çəkilmiş 638 manat xərcin yarısı olan 319 manat vəsait və məhkəmə xərcləri qismində İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 167 manat dövlət rüsumu ona aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Аlimеntin tutulmаsı hissəsində qətnаmə dərhаl icrа еdilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar