Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1121/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (qızıl-zinət, cehiz əşyalarının geri qaytarılması və birgə nikah dövründə əldə edilmiş əşyalara mülkiyyət hüququnun tanınması tələbləri) X22 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət, cehiz əşyalarının geri qaytarılması və birgə nikah dövründə əldə edilmiş əşyalara mülkiyyət hüququnun tanınması” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət, cehiz əşyalarının geri qaytarılması və birgə nikah dövründə əldə edilmiş əşyalara mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan cehiz əşyaları; Televizor-Samsung- (500 manat); Divan, kreslo dəsti- (1800 manat); Stol, 6 ədəd stul- (1000 manat); Yataq- (900 manat); Paltaryuyan- Silmens- (1200) manat; Tozsoran- Samsung- (250 manat); Ətçəkən-Tefal- (300 manat); Şirəçəkən-Tefal- (200 manat); Mətbəxt robotu dəsti- (300 manat); Qabqacaqlar- Madonna çay dəsti-1 ədəd-(150 manat); Madonna nahar dəsti-1 ədəd-(200 manat); Bagema meyvə qabı-2 ədəd-(300 manat); Bagema qənd qabı-2 ədəd-(100 manat); Meduza güldan-1 ədəd- (150 manat); Meduza meyvə qabı-1 ədəd-(150 manat); Xurustal meyvə qabı-2 ədəd-(150 manat); Xurustal meyvə qabı (qayıq)-2 ədəd-(100 manat); Xurustal güldan (böyük)-1 ədəd-(100 manat); Xurustal güldan (kiçik)-1 ədəd (75 manat); Xurustal qənd qabı-2 ədəd-(60 manat); Xurustal mürəbbə qabı-2 ədəd (60 manat); Xurustal bakal-12 ədəd-(120 manat); Xurustal araq stəkanı-12 ədəd-(120 manat); Xurustal sok stəkanı-12 ədəd-(120 manat); Xurustal çay stəkanı-18 ədəd-(160 manat); Kompot dəsti (sarı zərli)- 1 dəst-(200 manat); Rəngli bakal-6 ədəd-(100 manat); Bagema lampa-1 ədəd-(70 manat); Mətbəx dəsti-120 boşqab, 4 bulud-(600 manat); Göy nəlbəki-12 ədəd-(60 manat); Salat qabı-12 ədəd-(50 manat); Limon qabı(xurustal)-12 ədəd; Mürəbbə qabı(balaca)-12 ədəd; Qazan dəsti-2 ədəd; Yemək qaşığı-24 ədəd; çay qaşığı-24 ədəd; bıçaq-12 ədəd; Xalça oval-1 ədəd (2xl,50)-(120 manat); Xalça-1 ədəd (2,50x5)-(800 manat); Xalça dəhliz-1 ədəd(5xl)-(300 manat); Xalça dəhliz-1 ədəd(lx3)-(150 manat); Xalça mətbəx-1 ədəd(2x2)-(150 manat); Yataq əşyaları-Taxt döşəyi-1 ədəd, taxt yorğanı-1 ədəd, balış (yük)-2 ədəd, balış (sintifon)-4 ədəd, Pakraval-2 ədəd, yorğan (sintifon)-2 ədəd, qalın adyal (böyük)-1 ədəd, qalın adyal (kiçik)-1 ədəd; Elektrikli soba-itimat-1 ədəd- (100 manat); Yataq üzü və dəsmal dəstləri-(800 manat) cehiz əşyalarının cavabdehdən alınaraq ona verilməsi; ona məxsus qızıl və zinət əşyaları; Boyunbağı, qolbaq dəsti - İtalyan qızılı -750 əyar- 30 qram- (4500 manat); Üzük, sırğa dəsti (briliant qaşlı) - İtalyan qızılı-750 əyar- 18 qram- (2700 manat); Nişan üzüyü (briliant qaşlı)- İtalyan qızılı- 750 əyar-8 qram- (1500 manat); Boyunbağı (mirvari ilə)- Türk qızılı- 585 əyar- 10 qram- (300 manat); Gül komplekt (üzük, sırğa)- İtalyan qızılı-750 əyar-11 qram- (1650 manat); Oval şəklində komplekt (üzük, sırğa)- Türk qızılı-585 əyar-8 qram- (850 manat); Uşaq komplekti (“Mələk”,sırğa, üzük)- Türk qızılı-585 əyar-5 qram- (500 manat); Şəbəkə sırğa- Türk qızılı- 585 əyar-5 qram- (500 manat); Toplu sırğa- Türk qızılı- 585 əyar-3 qram-250 manat; Sırğa uşaq, halqa- Türk qızılı-585 əyar-2 qram- (200 manat); Sırğa uşaq, qırmızı qaşlı- Rus qızılı-583 əyar-4 qram- (300 manat); Sırğa qara qaşlı, Vancleef- Türk qızılı-585 əyar- 7 qram- (600 manat); Şəbəkə üzük- İtalyan qızılı-750 əyar- 6 qram- (900 manat); Üzük, ağ qaşlı, yarpaqlı- Rus qızılı-583 əyar-3 qram- (300 manat); Üzük, Vancleef- Türk qızılı-585 əyar-6 qram- (700 manat); Uşaq üzüyü (Mickey Mouse)- Türk qızılı-585 əyar-2 qram- (200 manat); Qolbaq (zəncir)-Türk qızılı- 585 əyar-6 qram- (720 manat); Qolbaq (mirvari-arası qızıl)-Türk qızılı-585 əyar-25 qram- (300 manat); Qolbaq, uşaq (ad yazılan)- İtalyan qızılı- 750 əyar-3 qram- (250 manat); Qolbaq, uşaq (ad yazılan)-2 ədəd- Türk qızılı-585 əyar-6 qram-(550 manat); Qolbaq, uşaq (halqa)-Türk qızılı-585 əyar-4 qram-(300 manat); Boyunbağı- İtalyan qızılı-750 əyar-8 qram-(820 manat); Boyunbağı (toplu klonlu)-Türk qızılı-585 əyar-5 qram-(250 manat); Boyunbağı-Rus qızılı-583 əyar-2 qram-(200 manat); Klon (damla)-Rus qızılı-583 əyar-1 qram-(100 manat); Klon (nal)- Rus qızılı-583 əyar-1 qram-(100 manat); Klon (kitab)-Rus qızılı-583 əyar-4 qram-(200 manat); Klon (ürək, Tiffany)-Türk qızılı-585 əyar-1 qram-(100 manat); Qızıl 5-lik- 1 ədəd-(1000 manat) qızılzinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi; birgə nikah dövründə əldə edilmiş əşyalar; Mətbəx mebeli- 1 ədəd (1500 (min beş yüz) manat); yataq otağı üçün dolab -1 ədəd - (8 qapılı) - (1600 (min altı yüz) manat); Uşaq otağı üçün dolab - (3 qapılı)- (450 dörd yüz əlli) manat); Televizor-Samsung-(1449 (min dörd yüz qırx doqquz) manat); Kondisioner-Samsung- (799 (yeddi yüz doxsan doqquz) manat); Soyuducu-Samsung-(889 (səkkiz yüz səksən doqquz) manat); Kondisioner-Samsung-1 ədəd-(1098 (min doxsan səkkiz) manat); Kiçik ev alətləri-(ət çəkən, sok çəkən)- 2 ədəd- (100 (yüz) manat); Asperator-Bosch- (171 (yüz yetmiş bir) manat); Bişirmə paneli- (4 gözlü qaz)- (164 (yüz altmış dörd) manat), əşyalar üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçının vəkili və nümüayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim olunmuş dəqiqləşmə ərizəsinə aşağıda sadalanan birgə nikah dövründə əldə olunmuş əşyaların da daxil edilməsini xahiş edir: 1. Sexdə hazırlanan Dolap 8 qapılı 3500 manat 2. Sexdə hazırlanan 3 qapılı (uşaklar üçün) 800 manat 3. Sexdə hazırlanan kamod 200 manat 4. Sexdə hazırlanan yatağı - 2 mərtəbəli - 600 manat 5. Sexdə hazırlanan stendi - 250 manat 6. Sexdə hazırlanan mebeli - mərmər - 2500 manat 7. Sexdə hazırlanan və 6 stul - 800 manat 8. Sexdə hazırlanan divan - 700 manat. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla, Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Səadət Sarayında 1771 saylı rəsmi nikahı qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyinə görə cavabdehlə bir yerdə yaşamağı baş tutmamış və aralarında olan nikaha Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 149/2023 saylı qətnaməsinə əsasən xitam verilmişdir. Qızıl-zinət əşyaları və cehiz əşyaları evdən çıxan zaman cavabdehlə birgə yaşadığı evdə qalmışdır. Evi tərk edərkən heç bir əşyasını götürməmişdir. Eyni zamanda, cavabdehlə birgə nikahda əldə etdiyi ev əşyaları vardır ki, hazırda sözügedən əşyalar da həmin evdədir. Hesab edir ki, qeyd olunan əşyaları birgə nikah dövründə əldə etdiyinə görə, onların birgə mülkiyyətidir və sözügedən əşyalar üzərində ½ hissədə mülkiyyət hüququnun tanınmasına zərurət vardır. Bu səbəbdən də o, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin ərizəsi: Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onda olan cehiz əşyaları - Servis çay "Madonna" - 1 dəst, Maşqura - 5 ədəd + qaşığı - 6 ədəd, Xrustal meyvə qabı - 2 ədəd, Servis göy abedni "Madonna" - 1 dəst, Bulud balaca ağ - 1 ədəd, Şirə stəkanı - 12 ədəd, boşqab - 10 ədəd, Xrustal gül qabı - 1 ədəd, Lampa "Lepka" - 1 ədəd, Yaşıl "Lepka" konfet qabı - 2 ədəd, Xrustal konfet qabı - 2 ədəd, Xrustal araq stəkanları - 12 ədəd, Sadə stəkanlar - 6 ədəd, Böyük bulud - 2 ədəd, Duz qabı (xrustal) - 5 ədəd, Nəlbəki - 11 ədəd, Gil qab yaşıl - 1 ədəd, Kompot qabı, çex zərli, karicnivi - 1 dəst, Mətbəx nabır çömçə - 5 ədəd, Bıçaq dəsti - 1 ədəd, Bıçaq (taxta dəstəli) - 7 ədəd, Tort ləpətkası - 2 ədəd, Su stəkanı, sadə - 11 ədəd, Stəkan, xrustal - 11 ədəd adlı əşyalardır. Birgə nikah dövründə alınmış əşyalar- Divan + kreslo - 1800 manat, Stol - 1 ədəd, stullar - 6 ədəd - 1000 manat, Samsung televizor - 1 ədəd - 500 manat, Samsung televizor (digəri) - 1449 manat, Yataq dəsti - 900 manat, Siemens paltar yuyan maşın - 1200 manat, Tozsoran - 250 manat, Ətçəkən maşın Tefal - 300 manat, Şirəçəkən Tefal - 200 manat, Mətbəx mebeli - 1500 manat, 8 qapılı yataq otağı dolabı - 1600 manat, Uşaq otağı dolabı (2 qapılı) - 450 manat, Samsung kondisioner - 1098 manat, Samsung kondisioner (digəri) - 799 manat, Soyuducu - 889 manat, kiçik məişət avadanlıqları (ümumilikdə) - 100 manat, Asperator - 171 manat, 4 gözlü bişirmə paneli - 164 manat adlı əşyalardır. Göründüyü kimi, 2007-ci ildən bu günə qədər X5 ilə birgə nikah dövründə birlikdə əldə etdiyi əşyalar və qızıl zinət əşyaları siyahıda qeyd olunduğu kimi alınmışdır. Qeyd olunan qızıl zinət əşyaları Zeynalova Nurlana tərəfindən evdən planlı şəkildə çıxarkən, onun icazəsi və razılığı olmadan götürülmüşdür. X5 bildirir ki, guya o onu döyərək evdən qovmuşdur. Lakin bu iddia tamamilə əsassızdır. Onun öz dəsti-xətti ilə yazdığı və imzaladığı izahatda açıq-aşkar şəkildə qeyd olunur ki, evi öz istəyi ilə və könüllü şəkildə tərk etmişdir. Həmin izahat məhkəməyə sübut kimi təqdim edilmişdir. Yuxarıda sadalanan əşyaların və qızıl zinət əşyalarının dəyərinin qiymətləndirilib ona ödənilməsini xahiş edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, cavabdehin birgə nikah dövründə əldə edilmiş əşyalar kimi göstərdiyi əşyalar onun əşyalarıdır: Samsung televizor 1 ədəd 500 manat, Siemens paltaryuyan maşın 1200 manat, tozsoran samsung 250 manat, ətçəkən maşın Tefal 300 manat, şirəçəkən Tefal 200 manat, kiçik mətbəx məişə avadanlıqları, mətbəx robotu 300 manat. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-49/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, 2(007)-1121/2024 saylı mülki iş mahiyyəti üzrə həll olunanadək, ünvan 1 ünvanında yerləşən aşağıdakı əşyalar üzərinə həbs qoyulması və siyahıya alınaraq istifadəsi Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi: - 1) Televizor Samsung (500 manat); 2) Divan, kreslo dəsti (1800 manat); 3) Stol, 6 ədəd stul (1000 manat); 4) Yataq (900 manat); 5) Paltaryuyan simens (1200) manat; 6) Tozsoran Samsung (250 manat); 7) Ətçəkən Tefal (300 manat); 8) Şirəçəkən Tefal (200 manat); 9) Mətbəxt robotu dəsti (300 manat); 10) Qab-qacaqlar (4000 manat); 11) Digər əşyalar (xırdavat) (2000 manat); -Qızıl-zinət əşyalarının; 1) Boyunbağı, qolbaq dəsti İtalyan qızılı 750 əyar, 30 qram (4500 manat); 2) Üzük, sırğa dəsti (briliant qaşlı) İtalyan qızılı 750 əyar, 18 qram (2700 manat); 3) Nişan üzüyü (briliant qaşlı) İtalyan qızılı 750 əyar, 8 qram (1500 manat); 4) Boyunbağı (mirvari ilə) Türk qızılı 585 əyar, 10 qram (300 manat): 5) Gül komplekt (üzük, sırğa) italyan qızılı 750 əyar 11 qram (1650 manat); 6) Oval şəklində komplekt (üzük, sırğa) Türk qızılı 585 əyar 8 qram (850 manat); 7) Uşaq komplekti (Mələk sırğa, üzük) Türk qızılı-585 əyar, 5 qram (500 manat); 8) Şəbəkə sırğa Türk qızılı 585 əyar, 5 qram (300 manat); 9) Toplu sırğa Türk qızılı 585 əyar, 3 qram 250 manat; 10) Sırğa uşaq, halqa Türk qızılı 585 əyar, 2 qram (200 manat); 11) Sırğa uşaq, qırmızı qaşlı Rus qızılı 583 əyar, 4 qram (300 manat); 12) Sırğa qara qaşlı, Vanklef Türk qızılı 585 əyar, 7 qram (600 manat); 13) Şəbəkə üzük İtalyan qızılı 750 əyar, 6 qram (900 manat); 14) Üzük, ağ qaşlı, yarpaqlı Rus qızılı 583 əyar, 3 qram (300 manat); 15) Üzük, Vanklef Türk qızılı 585 əyar, 6 qram (700 manat); 16) Uşaq üzüyü (Mickey Mouse) Türk qızılı 585 əyar 2 qram (200 manat); 17) Qolbaq (zəncir) Türk qızılı 585 əyar 6 qram (720 manat); 18) Qolbaq (mirvariarası qızıl) Türk qızılı 585 əyar 25 qram (300 manat); 19) Qolbaq, uşaq (ad yazılan) İtalyan qızılı 750 əyar, 3 qram (250 manat); 20) Qolbaq, uşaq (ad yazılan) 2 ədəd Türk qızılı, 585 əyar 6 qram (550 manat); 21) Qolbaq, uşaq (halqa) Türk qızılı 585 əyar 4 qram (300 manat); 22) Boyunbağı İtalyan qızılı 750 əyar 8 qram (820 manat); 23) Boyunbağı (toplu klonlu) Türk qızılı 585 əyar 5 qram (250 manat); 24) Boyunbağı-Rus qızılı 583 əyar 2 qram (200 manat); 25) Klon (damla) Rus qızılı 583 əyar 1 qram (100 manat); 26) Klon (nal) Rus qızılı 583 əyar 1 qram (100 manat); 27) Klon (kitab) Rus qızılı 583 əyar 4 qram (200 manat); 28) Klon (ürək,Tiffany) Türk qızılı 585 əyar 1 qramı (100 manat); 29) Qızıl 5- lik 1ədəd (1000 manat); -Birgə nikah dövründə əldə edilmiş əşyaların, 1) Mətbəx mebeli- 1 ədəd (1500 (min beş yüz) manat); 2) Yataq otağı üçün dolab 1 ədəd - (8 qapılı) (1600 (min altı yüz) manat); 3) Uşaq otağı üçün dolab (3 qapılı)- (450 dörd yüz əlli) manat); 4) Televizor-Samsung-( 1449 (min dörd yüz qırx doqquz manat); 5) Kondisioner -Samsung-799 (yeddi yüz doxsan doqquz) manat); 6) Soyuducu- Samsung-(889 (səkkiz yüz səksən doqquz) manat); 7) Kondisioner-Samsung-1 ədəd- (1098 (min doxsan səkkiz) manat); 8) Kiçik ev alətləri- (ət çəkən, sok çəkən) 2 ədəd- (100 (yüz) manat); 9) Asperator-Bosch- (171 (yüz yetmiş bir) manat); 10) Bişirmə paneli (1 gözlü qaz)- (164 (yüz altmış dörd) manat) qərara alınmışdır. xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, X2 Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ünvanlı izahat yazaraq göstərmişdir ki, ailədə olan problemlərə görə boşanmaq qərarında gəlmişdir. Çünki Cavabdeh ailəsinə baxmamış, həmişə ona fiziki və psixoloji təzyiq etmiş, şiddət göstərmişdir. Uşaqların gözü qarşısından dəfələrlə döymüşdür. Ona görə də artıq dözülməz hala gəlib çatmışdır. Ona görə də xx.xx.2022-ci ildı uşaqlarını da götürüb anasının yanına getmişdir. O vaxtdan orada yaşayırlar. Uşaqlarına və ona aid olan geyimlər, qızılların hamısı orada qalmışdır. İndi də istəyir, vermir. Onların qaytarılmasına köməklik edilməsini xahiş edir. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X1, borclu Cavabdeh, hal şahidləri X10 və X8 iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-49/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə xx.xx.2025-ci il tarixdı ünvan 3 ünvanında olmuşlar. İcra sənədində adları sadalanan əşyalardan stol, 6 ədəd stul (1000 manat), yataq (900 manat), paltaryuyan Siemens (1200 manat), tozsoran Samsung (250 manat), uşaq otağı üçün dolab (sökülü vəziyyətdə) 3 qapılı (450 manat), televizor Samsung (1149 manat) soyuducu Samsung (889 manat) yerində aşkarlanaraq üzərinə həbs qoyulmaqla siyahıya alındı və istifadəsi Cavabdeh və üçüncü şəxslərə qadağan edildi. İcra sənədində adları sadalanan və yuxarıda qeyd olunana əşyalar istisna olmaqla digər əşyalar və qızıl-zinyət əşyaları aşkar olunmadı. Məhkəmənin qərardadı əsasında təyin edilmiş əmlakın qiymətləndirilməsi üzrə Mərkəzi Ekspertiza Bürosunun MEB-293-0925 saylı, xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, zinyət əşyaları baxışa təqdim edilməmişdir və onların çeşidi, sayı, çəkiləri və əyarları yalnız məhkəmə qərardadında göstərilən kimi qəbul edilmişdir. Qərardadda göstərilən cehiz əmlaklarının siyahısı tam şəkildə baxışa təqdim edilməmiş, yalnız adlıarı göstərilən əmlaklar baxışa təqdim edilmişdir. Əmlaklar 40 faiz aşınma nəzərə alinaraq qiymətləndirilmişdir. Baxışa təqdim edilmiş əmlakın siyahısı: Televizor -Samsung-; 2 ədəd, Yataq; Paltaryuyan-Simens; Tozsoran- Samsung; Ətçəkən-Tefal; Şirəçəkən- Tefal; Qabqacaqlar-Madonna çay dəsti-1 ədəd; Madonna nahar dəsti-1 ədəd; Bagema qənd qabı-2 ədəd; Meduza güldan-1 ədəd; Xurustal güldan (kiçik)-1 ədəd; Xurustal mürəbbə qabı-2 ədəd; Xurustal sok stəkanı- 12 ədəd; Kompot dəsti (sarı zərli)-l dəst; Rəngli bakal-6 ədəd; Bagema lampa-1 ədəd; Mətbəx dəsti-120 boşqab, 4 bulud, Xalça oval-1 ədəd 2x1,50; Xalça-1 ədəd 2,50x5; Xalça dəhliz-1 ədəd(5xl); Xalça dəhliz-1 ədəd(lx3); Xalça mətbəx-1 ədəd(2x2); Yataq əşyaları-Taxt döşəyi-1 ədəd, taxt yorğanı-lədəd, balış (sintifon)-4 ədəd, Pakraval-2 ədəd, yorğan (sintifon)-2 ədəd, Kiçik ev alətləri (ət çəkən, sok çəkən) Bişirmə paneli ( 4 gözlü qaz) qalın adyal (böyük)-l ədəd, Kondisioner Samsunq 2 ədəd, Aspirator Bosch qalın adyal (kiçik)-l ədəd; Elektrikli soba-itimat-1 ədəd-Soyuducu Samsunq Məhkəməyə sübut qismində fotoşəkillər təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 50 manat dövlət rüsumu ödəmişdir. Qafqaz Leasing MMC-nin xx.xx.2023-cü il tarixli, 89 saylı arayışından görünür ki, xx.xx.2013-cü il tarixdə mobil telefon, xx.xx.2013-cü il tarixdə kondisionerlər, xx.xx.2013-cü il tarixdə soyuducu, xx.xx.2013-cü il tarixdə kondisioner, xx.xx.2013-cü il tarixdə kişik ev alətləri, kondisionerlər və ventilyasiya sistemləri, bişirmə alətləri lizinq yolu ilə əldə edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 xx.xx.2018-ci il tarixdə “Baku Electronics” mağazasından 1449 manat dəyərində Samsung TV almışdır. Aldığı məhsulun dəyəri tam ödənilmişdir. AZ-İ seriyalı, 452352 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X2 arasında olan xx.xx.2007-ci il tarixdə bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-149/2023 saylı qətnaməsi əsasında xitam verilmişdir. MŞB/13/2024-01921 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, onun sakit durmağı cavabdehin dediklərini qəbul etməsi demək deyil. Hər dəfə demişdir ki, o geyim əşyalarını, qızıllarını götürmüşdür. Onun bütün sənədləri evdə qalmışdır, hamısının dublikatını çıxarmışdır. İcra Hakimiyyətində yazdığı ərizəni deyir. Qəyyumluq şöbəsində olan xanım ona demişdir ki, iş uzanmasın deyə yazsın ki, evdən çıxanda əşyalarını və cehizlərini götürə bilməmişdir, bunun üçün köməklik göstərilməsini xahiş edir. Bu ərizəni göstərib deyir ki, guya o öz xoşu ilə evdən çıxmışdır. Fərqində deyil ki, bunlar uşaqlarına təsir edə bilər. 4 ildir boşanma prosesi bitmir. Qabağını uşaqlar kəsir, Həmid imkan vermir ki, o rahat uşaqlarına baxsın. Adam nə qədər Xətai Rayon Məhkəməsinə gedib-gələr, nə qədər hakim qarşısına çıxar? Uşaqla görüş hər zaman açıq olmuşdur. 11 yaşında qızı görüşə getmir. O zorla onu görüşə göndərmişdir, aparıb uşağa psixoloji təsir etmişdir. Barışmaq istəyi yoxdur. Onun orada qalan əşyaları onun və uşaqlarının haqqıdır. Adına olan ipotekalı evin açarını almışdır, amma ipoteka borcunu o ödəyir. Normal aliment ödəmir, ona borcu var. Cehiz və qızıl-zinyət əşyalarının geri qaytarılmasını, birgə nikah dövründə əldə olunan əşyaların isə yarısının dəyərini ödənilməsini istəyir. Birgə nikahda əldə olunan əşyaların heç birini istəmir, onların məbləği yarı bölünüb ona verilsin. Birgə nikahda olan əşyalar cavabdehin özündədir, əşyaları evdən çıxarıb, birazını Kristaldakı evə aparıb, çoxunu yararsız hala salmışdır. Paltaryuyan-siemens cehizidir, 4 ildir qoşulmamış orada qalmışdır. Tozsoran-Samsung cehizdir. Ətçəkən Tefal birgə nikahdır. Şirəçəkən-tefal birgə nikahdır. Soyuducu cehiz kimi qeyd etməmişdir, çünki öz cehizi olan soyuducu Kristalda olan evdədir. Onun qəti boşanma barədə fikri olmamışdır. O bilmişdir ki, boşansa, yenə rahatlıq verməyəcək. O, evdən o fikirlə çıxsa idi, sənəd və qızıllarını götürərdi. 4-5 ayda Həmid elə hərəkətlər etmişdir ki, el-aləm bilmişdir. İş yerində onu döymüşdür. Onlar 3 il normal yaşamışlar. O yaxşı qazanmışdır deyə onla dalaşmışdır. Neçə uşağın hazırlığa gəldiyi barədə siyahı ver deymişdir. Qazandığı pulu o öz ailəsinə verməmişdir. Ancaq uşaqlarına, evin qidasına vermişdir. Evdə uşaq hazırlamışdır. Anası da, özü də qazandığı pulu ver demişdir. Onun 30 yaşı var, kartını Həmidə vermişdir ki, ona lazım olanda 1-2 manat pul versin? Onların evi təmir olunurdu, əşyaları çıxarırdılar. Qorka komot, jurnalni stol cehiz əşyaları olmuşdur. Bunları iddia ərizəsində yazmamışdır. Satılan əşyalar bunlar olmuşdur. Onun cehizi olan divan kreslonu satılan əşyalarla birlikdə qazel maşınına qoymuşlar ki, aparıb Zabratda dostunun qarajına qoyacaq. Sonra bağ evi tikib istifadə edəcəklərini demişdir. Qorka, kamot və jurnalni stolu satılmışdır. Divan kreslonu satmamışlar, onların satılmasından xəbəri olmamışdır. Göstərdiklərinin nəzərə alınmasını və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul izahatında göstərdi ki, o, cehiz və birgə nikah dövründə alınan əşyaların siyahısını təqdim etmişdur. İddiaçı özü uşaqları götürüb çıxıb getmişdir. Qızılları da özü ilə aparmışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Nurlanə onun bacısının qızıdır, balaca bacıları kimi böyütmüşlər. Onlar Nurlanənin evdən çıxmasını 1 ay sonra bacılarının ad günündə bilmişlər. Bütün bədəni gömgöy olmuş, onlar məəttəl qalmışlar. Bacısı onda ağlayıb demişdir ki, Həmid bu gündə gətirmişdir. Bir neçə dəfə döyüb gəlmişdir. Cehizini də o aparıb evinə yığmışdır. Atası Rusiyada biznesmen olub deyə yaxşı cehiz vermişdir. Elə madonna, baqemalar, xalça, mebel dəsti, divan-kreslo cehiz ki, onun puluna Bakıda 2 ev almaq olardı. Əşyaların alınmasında iştirak etməmişdir, amma evə yığılmağında iştirak etmişdir, öz əli ilə yığmışdır. Onun da aldığı pay olmuşdur, uşaqlarının xeyir işində bacı-qardaş hamısı yığışıb almışlar. Atası hər ad günlərində hədiyyə olaraq qızıl almışdır. Qızılların hamısını hədiyyə almışlar. Nurlanə bir il onun paltarı ilə işə getmişdir. Nəinki paltar, sənəd , qızıl götürə bilərdi. Onlar Nurlanəni 1 ay sonra görəndə göy rəngdə izləri biraz qalmışdır. 1 ay sonra olmasa da, bir neçə gün sonra görəndə izləri qalmışdı. Telefonda şəkli də var. Mebel yığılmışdır, onlar sonradan gedib qab-qaşığı yığmışlar. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Nurlanə onun bacısıdır. Alınan cehizlərdən məlumatı var. Evə yerləşdirmədə də şəxsən iştirak etmişdir. Ayrılandan sonra heç bir şey, bir corab belə götürməmişlər. Həmid bəy və anası tərəfindən şiddət görərək, gözü göy, uşaqlar psixoloji şiddət görmüş şəkildə anasının qapısına əşya kimi qoyub getmişlər. Hazırlıqsız şəkildə evdən çıxmışdır. Bacısı işləmişdir, anasının pensiyası ilə özü hərşeyi təmin etmişdir, cavabdeh tərəfindən heçnə edilməmişdir. Həmin gün o, bacısını görmüşdür, anasına demişdir ki, necə onun başına daş vurmamışdır ki, qızını belə şəkildə qapıya atıb getmişdir. Cavabdeh şəxsən özü bacısını gətirmüşdür. Onlar qarşı tərəflə onların şərböhtanından qorxduğu üçün üzbəüz gəlməmişlər. Səhv etmirsə, həmin vaxt şənbə günü idi, ona görə anasıgildə olmuşdur. Cehiz olaraq bir mətbəx mebeli alınmamışdır, soyuducu, yataq otağı mebeli, divan, stol-stul alınmışdır. Onun həmin vaxt 17 yaşı olmuşdur, təxmini hərşey yadındadır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Həmid onun sinif yoldaşı olmuşdur, evə çox gəliş-gediş olmamışdır. Amma toylarında olmuşdur. İkinci əl mebel satırdılar, yenisi ilə dəyişəcəkdilər. Bir övladları olan ərəfə idi. O bilməzdi bu vəziyyət yaranar. Mebelləri özlərinə almışlar. Yoldaşı ilə birlikdə getmişlər. Divan, kreslo, bir də şüşəli mebel olmuşdur. Həmin vaxt Nurlanə xanım da evdə olmuşdur. Haqq-hesabda hərşeyin pulunu vermişdir. Qiymət dəqiq yadında deyil, xanımlar razılaşmışlar. Pulu Həmidə vermişlər, amma məbləğ yadından çıxmışdır. Neçəyə təklif etdikləri yadında deyil. İndi həmin mebellərin davası gedirsə, onların evindədir, qaytara bilərlər. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; 34.1 maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2 maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarında qeyd edilmişdir ki: “...Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.” “....Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır....” “....Təcrübədən görünür ki, ər-arvadın ümumi əmlakının bölgüsünə dair iddia tələbləri bir qayda olaraq konkret predmet(lər) üzərində iddiaçının (və ya tərəflərin) müvafiq pay(lar)ının tanınması formasında ifadə edilir. Halbuki tələbin bu şəkildə qeyd olunması bir çox halda tərəflərin həqiqi arzusunu əks etdirmir. Boşanmış (ailə ittifaqı pozulmuş) şəxs bir qayda olaraq əmlak münasibətlərində də ortaqlıqdan ayrılmaq və payına düşən predmetlərin fərdi mülkiyyətçisi olmaq istəyir, məhkəməyə də bu səbəbdən müraciət edir. Belə olan halda, mübahisə predmetləri üzərində yalnız payların tanınması tərəflərin çatmaq istədikləri hüquqi mənafeləri təmin etmir. Bu səbəbdən eyni şəxslər sonradan paylarının ayrılması və ya əşyanın bölünməsi barədə mülki qanunvericiliyə əsaslanan ayrıca tələblərlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalırlar. Ona görə də, ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları Mülki Prosessual Məcəllənin 14.1 və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələri məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirilməlidir.....” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar. Hazırda tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə birgə təsərrüfat aparmırlar. Hazırda İddiaçı ona məxsus olan cehiz və qızıl-zinyət əşyalarının cavabdehdən alınaraq ona verilməsi və birgə nikah dövründə əldə edilmiş əşyalara payının müəyyən edilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmədə işə baxılarkən iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad çıxarılmış, icra məmuru tərəfindən qərardadın icrası ilə bağlı icra tədbirləri görülmüşdür. Məhkəmə iddia tələbinin cehiz əşyalarının cavabdehdən alınması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilmiş mülkiyyətin müdafiəsini təmin edən normanın məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlarla müəyyən edildi ki, iddiaçı gəlin köçərkən cavabdehin evinə özü ilə cehiz əşyaları aparmışdır. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş və ayrılmışlar. Həmin əşyaların mülkiyyətçisinin isə özgəsinin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etmək hüququ vardır. Ona görə məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-49/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadın icrası zamanı mövcudluğu müəyyən edilmiş, cavabdeh tərəfindən etiraf edilmiş, habelə əmlakın qiymətləndirilməsi ekspertizasına fiziki olaraq təqdim edilmiş Paltaryuyan-Siemens-720 manat; Tozsoran- Samsung- (150 manat); Madonna çay dəsti-1 ədəd-(90 manat); Madonna nahar dəsti-1 ədəd-(120 manat); Bagema meyvə qabı-2 ədəd-(180 manat); Bagema qənd qabı-2 ədəd-(60 manat); Meduza güldan-1 ədəd- (90 manat); Xurustal güldan (kiçik)-45 manat, Xurustal mürəbbə qabı-2 ədəd-36 manat, Xurustal sok stəkanı-12 ədəd-72 manat, Kompot dəsti (sarı zərli)-l dəst-(120 manat); Rəngli bakal-6 ədəd-(60 manat); Bagema lampa-1 ədəd-42 manat, Mətbəx dəsti-120 boşqab-, 4 bulud-(360 manat); Xalça oval-1 ədəd (2xl,50)-(72 manat); Xalça-1 ədəd (2,50x5)-(480 manat); Xalça dəhliz-1 ədəd(5xl)-(180 manat); Xalça dəhliz-1 ədəd(lx3)-(90 manat); Xalça mətbəx-1 ədəd(2x2)-(90 manat); Yataq əşyaları-Taxt döşəyi-1 ədəd-42 manat, taxt yorğanı-1 ədəd- 15 manat, balış (sintifon)-4 ədəd-24 manat, Pakraval-2 ədəd-18 manat, yorğan (sintifon)-2 ədəd-9 manat, qalın adyal (böyük)-1 ədəd-15 manat, qalın adyal (kiçik)-1 ədəd-12 manat; Elektrikli soba-itimat-1 ədəd-(60 manat); adlı əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin digər cehiz əşyalarının cavabehdən alınması hissəsinə münasibətdə isə qeyd edir ki, hazırda qeyd edilən əşyaların mövcudluğu, mövcud olduğu təqdirdə cavabdehin sahibliyində olması müəyyən edilməmişdir. Həmin əşyalar aşkar edilməmiş və iddiaçı tərəfindən həmin əşyaların cavabdehin sahibliyində olmasına dair hər hansı bir sübut təqdim edilməmişdir, buna görə də qalan hissələrdə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cehiz-zinyət əşyalarının qayatarılmasına dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, iddiaçı yuxarıda adı çəkilən əşyaların cavabdehdə olmasına dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini mübahisələndirilən hissədə sübut edə bilməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin birgə nikah dövründə əldə edilmiş əmlaklara ½ hissədə payın müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsində sadaladığı mətbəx mebeli- 1 ədəd-900 manat, Yataq otağı üçün dolab -1 ədəd - (8 qapılı)-2100 manat, Uşaq otağı üçün dolab - (3 qapılı)-480 manat, Televizor-Samsung-828 manat, Kondisioner-Samsung-479.4 manat, Soyuducu-Samsung-539.4 manat, Kondisioner-Samsung-1 ədəd-300 manat; Kiçik ev alətləri-(ət çəkən, sok çəkən)- 2 ədəd-72 manat, Asperator-Bosch-180 manat; Bişirmə paneli- (4 gözlü qaz)-60 manat, televizor samsung-300 manat, divan-kreslo-1080 manat, stol-6 ədəd stul-600 manat, yataq dəsti-600 manat adlı əşyaların bir qisminin müvafiq olaraq icra məmuru tərəfindən siyahıya alınaraq, bir qisminin isə ekspertizaya fiziki olaraq təqdim edilməsi ilə müəyyən edilmişdir ki, həmin əşyalar həqiqətən mövcuddur. Məhkəmə araşdırması zamanı həm iddiaçının, həm də cavabdehin izahatları ilə müəyyən edilmişdir ki, sadalanan əşyalar birgə nikah dövründə alınmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi birgə nikah dövründə əldə edilmiş əşyalar ilə cavabdehin məhkəməyə təqdim etdiyi birgə nikah dövründə əldə edilmiş əşyaların siyahısı arasında ziddiyyət olması səbəbindən məhkəmə iclası zamanı iddiaçıya sual ünvanlamış, iddiaçı isə məhkəmə iclası zamanı məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Paltaryuyan-siemens adlı əşya onun cehizidir. Tozsoran-Samsung adlı əşya onun cehizidir. Ətçəkən Tefal və Şirəçəkən-tefal adlı əşyalar isə birgə nikah dövründə əldə edilmişdir. Məhkəmə iddia tələbinin predmetinin fiziki olaraq naturada bölünə bilməyən əşyalar olmasını nəzərə alaraq iddiaçının tələbinin əsasını dəqiqləşdirmişdir, iddiaçı məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o, birgə nikah dövründə əldə olunan əşyaların dəyərinin yarısının ödənilməsini istəyir. Birgə nikahda əldə olunan əşyaların heç birini istəmir, onların məbləği yarı bölünüb ona verilsin. Belə olan halda məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş Ətçəkən- Tefal-180 manat; Şirəçəkən-Tefal- (120 manat); mətbəx mebeli- 1 ədəd-900 manat, Yataq otağı üçün dolab -1 ədəd - (8 qapılı)-2100 manat, Uşaq otağı üçün dolab - (3 qapılı)-480 manat, Televizor-Samsung-828 manat, Kondisioner-Samsung-479.4 manat, Soyuducu- Samsung-539.4 manat, Kondisioner-Samsung-1 ədəd-300 manat; Kiçik ev alətləri-(ət çəkən, sok çəkən)- 2 ədəd-72 manat, Asperator-Bosch-180 manat; Bişirmə paneli- (4 gözlü qaz)-60 manat, televizor samsung-300 manat, divan-kreslo-1080 manat, stol-6 ədəd stul-600 manat, yataq dəsti-600 manat adlı əşyaların ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları tanınmalı, birgə nikah dövründə əldə edilmiş əşyalar qeyd edilmiş ilkin satış qiymətləri ilə açıq hərracda satılmalı, əldə olunan pul vəsaitinin ½ hissəsi Cavabdeh, ½ hissəsi İddiaçı verilməlidir. Məhkəmə bu yerdə qeyd edir ki, birgə nikah dövründə əldə edilmiş əşyalar və iddiaçının cehiz əşyalarının hər birinin yanında qeyd edilmiş məbləğlər məhkəmənin qərardadı əsasında təyin edilmiş əmlakın qiymətləndirilməsi üzrə Mərkəzi Ekspertiza Bürosunun MEB-293-0925 saylı, xx.xx.2025-ci il tarixli hesabatı əsas götürülməklə müəyyən edilmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cehiz əşyaları- Paltaryuyan-Siemens- 720 manat; Tozsoran- Samsung- (150 manat); Madonna çay dəsti-1 ədəd-(90 manat); Madonna nahar dəsti-1 ədəd-(120 manat); Bagema meyvə qabı-2 ədəd-(180 manat); Bagema qənd qabı-2 ədəd-(60 manat); Meduza güldan-1 ədəd- (90 manat); Xurustal güldan (kiçik)-45 manat, Xurustal mürəbbə qabı-2 ədəd-36 manat, Xurustal sok stəkanı-12 ədəd-72 manat, Kompot dəsti (sarı zərli)-l dəst-(120 manat); Rəngli bakal-6 ədəd-(60 manat); Bagema lampa-1 ədəd-42 manat, Mətbəx dəsti-120 boşqab-, 4 bulud-(360 manat); Xalça oval-1 ədəd (2xl,50)-(72 manat); Xalça-1 ədəd (2,50x5)-(480 manat); Xalça dəhliz-1 ədəd(5xl)-(180 manat); Xalça dəhliz-1 ədəd(lx3)-(90 manat); Xalça mətbəx-1 ədəd(2x2)-(90 manat); Yataq əşyaları-Taxt döşəyi-1 ədəd-42 manat, taxt yorğanı-1 ədəd- 15 manat, balış (sintifon)-4 ədəd-24 manat, Pakraval-2 ədəd-18 manat, yorğan (sintifon)-2 ədəd-9 manat, qalın adyal (böyük)-1 ədəd-15 manat, qalın adyal (kiçik)-1 ədəd-12 manat; Elektrikli soba-itimat-1 ədəd-(60 manat); adlı cehiz əşyaları, onlar olmadıqda hər birinin qeyd edilmiş dəyəri olan pul məbləği Cavabdeh alınaraq, İddiaçı qaytarılmalı, birgə nikah dövründə əldə edilmiş Ətçəkən-Tefal-180 manat; Şirəçəkən-Tefal- (120 manat); mətbəx mebeli- 1 ədəd-900 manat, Yataq otağı üçün dolab -1 ədəd - (8 qapılı)-2100 manat, Uşaq otağı üçün dolab - (3 qapılı)-480 manat, Televizor-Samsung-828 manat, Kondisioner- Samsung-479.4 manat, Soyuducu-Samsung-539.4 manat, Kondisioner-Samsung-1 ədəd- 300 manat; Kiçik ev alətləri-(ət çəkən, sok çəkən)- 2 ədəd-72 manat, Asperator-Bosch-180 manat; Bişirmə paneli- (4 gözlü qaz)-60 manat, televizor samsung-300 manat, divankreslo-1080 manat, stol-6 ədəd stul-600 manat, yataq dəsti-600 manat adlı əşyaların ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları tanınmalı, birgə nikah dövründə əldə edilmiş əşyalar qeyd edilmiş ilkin satış qiymətləri ilə açıq hərracda satılmalı, əldə olunan pul vəsaitinin ½ hissəsi Cavabdeh, ½ hissəsi İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat pul Cavabdeh tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cehiz əşyaları- Paltaryuyan-Siemens-(720 manat); Tozsoran- Samsung- (150 manat); Madonna çay dəsti-1 ədəd-(90 manat); Madonna nahar dəsti-1 ədəd-(120 manat); Bagema meyvə qabı-2 ədəd-(180 manat); Bagema qənd qabı-2 ədəd-(60 manat); Meduza güldan-1 ədəd- (90 manat); Xurustal güldan (kiçik)- (45 manat), Xurustal mürəbbə qabı-2 ədəd-36 manat, Xurustal sok stəkanı-12 ədəd-72 manat, Kompot dəsti (sarı zərli)-1 dəst- (120 manat); Rəngli bakal-6 ədəd-(60 manat); Bagema lampa-1 ədəd-42 manat, Mətbəx dəsti-120 boşqab-, 4 bulud-(360 manat); Xalça oval-1 ədəd (2xl,50)-(72 manat); Xalça-1 ədəd (2,50x5)-(480 manat); Xalça dəhliz-1 ədəd(5xl)-(180 manat); Xalça dəhliz-1 ədəd(lx3)-(90 manat); Xalça mətbəx-1 ədəd(2x2)-(90 manat); Yataq əşyaları-Taxt döşəyi-1 ədəd-42 manat, taxt yorğanı-1 ədəd-15 manat, balış (sintifon)-4 ədəd-24 manat, Pakraval- 2 ədəd-18 manat, yorğan (sintifon)-2 ədəd-9 manat, qalın adyal (böyük)-1 ədəd-15 manat, qalın adyal (kiçik)-1 ədəd-12 manat; Elektrikli soba-itimat-1 ədəd-(60 manat); adlı cehiz əşyaları, onlar olmadıqda hər birinin qeyd edilmiş dəyəri olan pul məbləği Cavabdeh alınaraq, İddiaçı qaytarılsın. Birgə nikah dövründə əldə edilmiş Ətçəkən-Tefal-180 manat; Şirəçəkən-Tefal- (120 manat); mətbəx mebeli- 1 ədəd-900 manat, Yataq otağı üçün dolab -1 ədəd - (8 qapılı)- 2100 manat, Uşaq otağı üçün dolab - (3 qapılı)-480 manat, Televizor-Samsung- 828 manat, Kondisioner-Samsung- 479.4 manat, Soyuducu-Samsung- 539.4 manat, Kondisioner-Samsung-1 ədəd-300 manat; Kiçik ev alətləri-(ət çəkən, sok çəkən)- 2 ədəd- 72 manat, Asperator-Bosch-180 manat; Bişirmə paneli- (4 gözlü qaz)-60 manat, televizor samsung-300 manat, divan-kreslo-1080 manat, stol-6 ədəd stul-600 manat, yataq dəsti- 600 manat adlı əşyaların ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları tanınsın. Birgə nikah dövründə əldə edilmiş əşyalar, hər biri yanında qeyd edilmiş ilkin satış qiymətləri ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin ½ hissəsi Cavabdeh, ½ hissəsi İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat pul Cavabdeh tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1121/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1121/2025
24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver