Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1186/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması tələbinə dair idida ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı cavabdehlər Cavabdeh1 və X2 ilə mənzilin alqı-satqısı zamanı tanış olublar.Belə ki, Bakı şəhəri, Nizamı rayonu, Ə.Əzimzadə küçəsində yerləşən 12 nömrəli evin 14 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olub. 2015-ci ilin əvvəllərində müəyyən problemlər səbəbindən iddiaçıya təcili pul lazım olduğu üçün həmin mənzili satmaq qərarına gəlmişdir. Bu məqsədlə internet saytlaıında elan vermiş və Cavabdeh1 alıcı qismində onun mobil telefon nömrəsinə zəng edərək, mənzili almaq istiədiyini bildirmişdir. Onlar görüşmüş, cavabdeh mənzilə baxmış və mənzili bəyəndiyini, almaq istədiyini bildirmişdir. Lakin ailəli olduğunu, həyat yoldaşı ilə aralalarında problemlərin olduğunu və boşanma ərəfəsində olduğunu səbəb göstərərək, mənzili başqa bir şəxsin adına rəsmiləşdirmək istədiyini bildirmişdir. İddiaçı da öz növbəsində, prinsip etibarilə onun üçün heç bir fərqin olmadığını bildirmiş və razılaşmışdır. Həmin vaxt mənzilin real dəyəri 85000-90000 manat arasında idi. Lakin iddiaçıya təcili pul lazım olduğu üçün həmin mənzili 70000 manata satmaq istəyirdi, uzun sövdələşmədən sonra 67000 manata razılaşmışlar. Lakin Cavabdeh1 ona daşınmaz əmlakın 24 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsinin kserosurətini təqdim edərək bildirmişdir ki, özünə məxsus olan mənzili 57000 manata satıb və onun hazırda cəmi 55000 manat pulu vardır və qalan 12000 manat pulu yaxın vaxtlarda ödəyəcək. İddiaçı məcburiyyət qarşısında qalaraq razılaşmışdır.Ertəsi gün Cavabdeh1, iddiaçıya özunun xalası oğlu kimi təqdim etdiyi Cavabdeh2 ilə birlikdə gəlmiş və onlar birlikdə Bakı şəhəri 15 saylı Notariat Kontoruna getmişlər, orada iddiaçı cavabdeh Nəhmətov Cavabdeh2 ilə mənzilə dair 26 yanvar 2015-ci il tarixli əmlakın alqı-satqı müqaviləsini bağlamışlar. Bu zaman çatışmayan 12000 manat məbləğindəki pulu iddiaçı özü ödəmişdir. Lakin onlar, hər dəfə müxtəlif bəhanələr gətirərək, verdikləri sözə əməl etməmişlər, alqı-satqı müqaviləsinin bağlanmasından 07 ildən artıq bir müddət keçməsinə baxmayaraq, borclu qaldıqları 12000 manat məbləğində pulu hələ də ödəməmişlər. Hazırda da həmin mənzil cavabdehlərin faktiki istifadəsində və sahibliyindədir. Qanunvericiliyin tələbindən görünür ki, alqı-satqı müqaviləsi üzrə alıcının əsas vəzifələrindən biri də aldığı əşyanın dəyərin müəyyən olunan müddətdə, əgər müddət göslərilməyibsə, ağlabatan müddətdə satıcıya verməkdir. Bu ağlabatanlıq tərəflərin qarşılıqlı münasibətləri ilə müəyyən olunur və əgər alıcı tərəfindən bu prinsiplər pozularaq satıcıya zərər vurulursa, satıcının müqaviləni ləğv etmək hüququ yaranır.Hazırkı iddia əizəsinə əlavə olunan alqı-satqı müqaviləsinin 4-cü bəndində göstərilir ki, alıcı satıcıya 67338 manat ödəməlidir. Lakin qeyd olunan məbləğ alıcı, yəni cavabdeh X5 tərəfindən ödənilməyib. Cavabdeh, özü imzaladığı qəbzdə göstərir ki, 50000 manat məbbləğində pulu nəqd formada ödəyib, 17000 manat məbləğində pulu isə sonradan ödəmək yolu ilə iddiaçıdan mənzili alıb. Cavabdehlərin bütün bu qanunsuz hərəkətləri səbəbindən aralarında mübahisə yaranıb, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı istənilən halda mənzili, dəyərindən xeyli ucuz qiymələ 35000-40000 manat aşağı qiymətə satmıqla uduzub. Hamın vaxt mənzilin dəyəri 85000-90000 manat arasında idi. Hazırki iddia ərizəsinə əlavə eldiyi «Əmlak Ekspert Mərkəzik MMC tərəfindən tərtib edilən 19 noyabr 2021-ci il tarixli hesabatdan da görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Ə.Əzimzadə küçəsində yeıləşən 12 nömrəli evin 14 nömrəli mənzilinin 2015-ci il tarixinə bazar dəyəri 84000 manat təşkil edir. Cavabdehlər isə iddiaçıya 50000 manat ödəyiblər. Həmin pul ilə isə iddiaçı istədiyi məsələləri həll edə bilməyib. Göründüyü kimi, cavabdeh müqavilənin əsas şərtlərini pozub, alqı-satqı müqaviləsinin bağlanmasından 07 ildən artıq bir müddətin keçməsinə baxmayaraq, mənzilin dəyərindən borclu qaldığı 12000 manatı hələ də ödəməyib. Mübahisənin həddən artıq uzanması səbəbi ilə iddiaçı yeni mənzil almaq imkanından məhrum olub. Beləliklə, cavabdehlər uzun müddət iddiaçını müqavilə üzrə ona verilməli olan pul məbləğindən məhrum etməklə, onu ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum edib. Qeyd olunanlara əsasən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhərindəki 15 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 iddianı qəbul etdi və izahat verərək göstərdi ki, iddiaçı ilə mənzilin alqı-satqısına razılaşmış və mənzilə görə 50000 manat ödəniş etmişdir. Həmin ərəfədə dolların manata məzənnəsi fərqli olub və onların razılaşdığı əvvəlki məzənnəyə uyğun olub.Lakin sonradan baş verən devalvasiya nəticəsində manatın dəyəri itib və qarşı tərəf həmin vəsaiti hal-hazırda yeni məzənnə ilə tələb edir. O, iddiaçıya əvvəlki məzənnə ilə pulun ödənilməsini təklif etsə də, razılaşmır. Bikə xanımla bağlı onu qeyd etmək istəyirəm ki, onun bu alqı-satqıya hər hansı bir aidiyyəti yoxdur,o, hal-hazırda Rusiya Federasiyasında yaşayır. Alqı-satqı onunla aparılıb və mübahisə onunla iddiaçı arasındadır.İddianın təmin olunmasına dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhərindəki 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 26 yanvar 2015-ci il tarixli, AN-İ seriyalı,0484931 saylı alqı-satqı müqavilədən görünür ki,satıcı İddiaçı ona məxsus olan Bakı şəhəri, Nizamı rayonu, Ə.Əzimzadə küçəsində yerləşən 12 nömrəli evin 14 nömrəli mənzilini alıcı Cavabdeh2 67338 manata satmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı Bakı şəhəri, Nizamı rayonu, Ə.Əzimzadə küçəsində yerləşən 12 nömrəli evin 14 nömrəli mənzilini alıcı Cavabdeh2 67338 manata satmışdır. Alqı-satqı zamanı cavabdeh 50000 manat ödəmiş,pulun qalanını sonradan ödəyəcəyinə təminat vermişdir.Lakin üstündən 7 ilə qədər müddət keçməsinə baxmayaraq öz vədinə əməl etməmişdir. Hal-hazırda cavabdeh iddianı etiraf edir və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhərindəki 15 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 26 yanvar 2015-ci il tarixli, AN-İ seriyalı,0469574 saylı alqı-satqı müqaviləsi və onun hüquqi nəticələri ləğv olunmalıdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhərindəki 15 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 26 yanvar 2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi və onun hüquqi nəticələri ləğv olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1186/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1186/2022
17.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver