Məhkəmə qərarları › İş №2(007)-1189/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1189/2020

05.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1189/2020 05.03.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Cavabdeh X6 iştirakı ilə, İddiaçı X4 cavabdeh X10 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 cavabdeh X10 qarşı “alimentin miqdarının azaldılması” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 21 aprel 2007-ci il təvəllüdlü X7 və 23 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlamaqdan ötrü Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3863/2019 saylı 28 noyabr 2019-cu il tarixli qətnaməsində aylıq bir uşaq üçün kəsilmiş 150 manat, iki uşaq üçün cəmi 300 (üç yüz) manat alimentin azaldılaraq sabit pul məbləğində bir uşaq üçüm 100 manat, iki uşaq üçün cəmi 200 (iki yüz) manat aliment pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə el adəti qaydasında toy etməklə evlərmişdir. Nikahlarını 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 21.04.2007-ci il tarixdə X15 və 23.05.2009-cuil tarixdə X16 adlı iki uşaqları olmuşdur. Cavabdehlə aralarında münasibətləri pozulduğundan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.04.2013-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, qızı Ləmanın anasının yanında, oğlu İbrahimin isə onun yanında saxlanılması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 2 (050)-2330/2019 saylı 02 noyabr 2119-cu tarixli qətnaməsi ilə oğlu İbrahim ondan alınaraq anası Laləyə verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007)-3863/2019 saylı 28 noyabr 2019cu tarixli qətnaməsi ilə 21.04.2007-ci il təvəllüdlü X7 və 23.05.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı 28.10.2019-cu il tarixdən başlamaqla hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. O, öz uşaqlarına kömək etməkdən heç vaxt imtina etmir. Bütün ömrü boyu uşaqlarına köməklik etməyə davam edəcəkdir. Lakin əlavə edib bildirir ki, o, çətin maddi durumdadır. Heç bir yerdə işləmir, heç bir yerdən gəlir əldə edə bilmir və qazancı yoxdur. Həmçinin ikinci dəfə X8 ilə ailə həyatı qurmuş və bu nikahdan da X17 adlı uşağımı vardır. Həmçinin xəstə olduğuna görə hər bir işi görə bilmir, ağır işlərdə işləyə bilmir, fəhləlik edə bilmir, savadı olmadığı üçün dövlət və yerli özünüidarəetmə orqanlarında və özəl qrumlarda işləyə bilmir. Valideynlərinin hesabına yaşayır, ikinci dəfə ailə qurmuşdur ki, onları da valideynləri dolandrır. Hər uşaq üçün kəsilmiş 150 manat, ümumilikdə 300 manat alimenti ödəyə bilmir, hər ay bir uşağa görə 100 manat, iki uşaq üçün cəmi 200 manat aliment ödəyə bilər ki, bunuda valideynlərindən alıb ödəyəcəkdir. Odur ki, bütün bu sadalananları nəzərə alıb aliment pulunun azaldılması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında cavabdeh X18 iddia tələbini qəbul etmədiyini bildirib izahat verərək göstərdi ki, özü nevroz xəstəlikdən əziyyət çəkir. Uşaqlara baxmaqda maddi çətinlikləri var. İddiaçı X13 isə saç ustası işləyir, özünün bərbərxanası var, kifayət qədər də gəliri var. Ona görə də iddianın təmin olunmamasının xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı X13 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2013-cü il tarixli, 2(007)-333/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Abasova (Astanova) Lalə Zahir qızı arasında Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsində 10 noyabr 2007-ci ildə bağlınmış 882 saylı nikah qeydiyyatının pozulması, 21 aprel 2007-ci il təvəllüdlü X7 anası Abasova (Astanova) Lalə Zahir qızının, 23 may 2009-cu il təvəllüdlü X1 Rəşid Rövşən oğlunun yanında saxlanılması qət edilmişdir. - Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(050)-2330/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, 23 may 2009-cu ildə anadan olmuş X5 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(007)-3863/2019 nömrəli qətnamədən görünür ki, 21 aprel 2007-ci il təvəllüdlü X7 və 23 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı 28 oktyabr 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. - AZ-İ 171203 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X18 arasında olan nikah 31 iyul 2013-cü il tarixdə ləğv edilmişdir. - AZ-İİ 024836 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 21 aprel 2007-ci il tarixdə doğulmuşdur. X2, anası X11r. - Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 786 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 23 may 2009-cu il tarixdə doğulmuşdur. X2, anası X11r. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nizami rayon Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 808637 nömrəli arayışın surətindən görünür ki, X19 ikinci qrup əlildir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X13 ilə cavabdeh X18 rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından 21 aprel 2007-ci il təvəllüdlü X15 və 23 may 2009-cu il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Bir müddət sonra tərəflərin münasibətləri pozulmuş, onlar ayrılmışlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Abasova (Astanova) Lalə Zahir qızı arasında bağlınmış nikah pozulmuş, 21 aprel 2007-ci il təvəllüdlü X15 anası Abasova (Astanova) Lalə Zahir qızının, 23 may 2009-cu il təvəllüdlü X1 Rəşid Rövşən oğlunun yanında saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, 23 may 2009-cu ildə anadan olmuş X5 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, 21 aprel 2007-ci il təvəllüdlü X7 və 23 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı 28 oktyabr 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda iddiaçı X13 aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan X3 21 aprel 2007-ci il təvəllüdlü X15 və 23 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(007)-3863/2019 nömrəli qətnaməsi ilə aliment tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. İddiaçı X13 iddia tələbini onunla əsaslandırmışdır ki, o, çətin maddi durumdadır. Heç bir yerdə işləmir, heç bir yerdən gəlir əldə edə bilmir və qazancı yoxdur. Həmçinin ikinci dəfə X8 ilə ailə həyatı qurmuş və bu nikahdan da X17 adlı uşağımı vardır. Həmçinin xəstə olduğuna görə hər bir işi görə bilmir, ağır işlərdə işləyə bilmir, fəhləlik edə bilmir. Məhkəmə iddiaçının həmin dəlilərini əsassız sayaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hallar alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı X4 cavabdeh X10 qarşı “Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 21 aprel 2007-ci il təvəllüdlü X7 və 23 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlamaqdan ötrü Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3863/2019 saylı 28 noyabr 2019-cu il tarixli qətnaməsində aylıq bir uşaq üçün kəsilmiş 150 manat, iki uşaq üçün cəmi 300 (üç yüz) manat alimentin azaldılaraq sabit pul məbləğində bir uşaq üçüm 100 manat, iki uşaq üçün cəmi 200 (iki yüz) manat aliment pulunun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 cavabdeh X10 qarşı “Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 21 aprel 2007-ci il təvəllüdlü X7 və 23 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlamaqdan ötrü Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3863/2019 saylı 28 noyabr 2019-cu il tarixli qətnaməsində aylıq bir uşaq üçün kəsilmiş 150 manat, iki uşaq üçün cəmi 300 (üç yüz) manat alimentin azaldılaraq sabit pul məbləğində bir uşaq üçüm 100 manat, iki uşaq üçün cəmi 200 (iki yüz) manat aliment pulunun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 20,0 manat dövlət rüsumu X9 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar