Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1206/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Hüseynov X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması,uşağın himayəyə verilməsi,alimentin tutulması və qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən nikahın pozulması,uşağın himayəyə verilməsi,alimentin tutulması tələblərinin və qızıl-zinyət əşyalarının qaytarılması tələbinin ayrı-ayrı icraatda baxılmasına dair qərardad qəbul olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Hüseynov X6 iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh ilə AZ-ii 377109 saylı nigah şəadətnaməsi ilə təsdiqlənən, 24 noyabr 2019-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 1 övladları dünyaya gəlib, 28 avqust 2021-cü il təvəllüdlü X3.Əvvəllər ailə münasibətləri normal olsada,sonralar cavabdehin əsassız davranışlarından kəskinləşib. Son bir il altı ay ərzində cavabdeh ümumiyyətlə evə gəlmir, hec bir maddi dəstək nümayiş etdirmir. Hər ikisi tanışlıq münasibətləri əsasında ailə qurub. Xarakterlərindəki uyğunsuzluq isə birgə yaşayışlarını mümkünsüz edirdi. Uzun müddət ailə münasibətlərində yaranan problemlərə yaxşı olması üçün dözümlülük göstərib. Faktiki olaraq ailə münasibətlərində deyillər. Aralarında olan nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırıb və hal-hazırda iş icraatdadır. Cavabdeh birgə nigah dövründə iddiaçıya hədiyə olaraq verilən italiya istehsalı olan,750 əyarlı ,dəyəri 1650 manat təşkil edən qolbaq, italiya istehsalı olan əyarı 750, dəyəri 900 manat olan boyunbağı, italiya istehsalı oıan əyarı 750 olan,dəyəri 2000 manat təşkil edən sırğa və italiya istehsalı olan əyarı 750, dəyəri 1000 manat təşkil edən üzüyü də özü ilə aparıb.Həmin qızıl-zinət əşyaları ailə qurarkən iddiaçıya bağışlanıb. Onların öz evləri olmadığına görə yaxın rəfiqəsi X1 ücün vermişdi. Cavabdeh qeyd edilən əşyaları övladlarına yataq dəsti almaq bəhanəsi ilə ondan götürərək ailəsini tərk edib.Qeyd olunanlara əsasən Cavabdeh italiya istehsalı olan,750 əyarlı, dəyəri 1650 manat təşkil edən qolbağın, italiya istehsalı olan əyarı 750, dəyəri 900 manat olan boyunbağının, italiya istehsalı oıan əyarı 750,dəyəri 2000 manat təşkil edən sırğanın və italiya istehsalı olan əyarı 750, dəyəri 1000 manat təşkil edən üzüyün alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər,bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı X2 məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Hüseynov X4 ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasın mümkün hesab etmiş, Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materallarnda olan: Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Asimə onun rəfiqəsidir. Qızılları toyda Asimənin üzərində görmüşdür.Toydan sonra onlar kirayədə yaşadıqları üçün Asimə qızılları ona vermişdir ki, saxlasın. Qızılları mağazadan alanda işə gəlmişdi, həmin qızılları orada ilk dəfə görmüşdür. Onların uşaqları doğulan zaman Lətif gəldi məndən qızılları götürdü ki, gedib uşağa yataq dəsti alsın.O Asiməyə zəng vurub dedi ki, Lətif qızılları istəyir,o, da dedi ki, ver getsin, lomdarda qoyub pul götürəcək. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, Asimə onun rəfiqəsidir. Qızılları ilk dəfə Asimənin toyuna hazırlıq zamanı görmüşdür.Toydan sonra onlar kirayədə yaşadıqları üçün Asimə qızılları ona vermək istədi saxlanca, lakin onun ailəsində narahatçılıq olduğu üçün o, imtina etdi və onlar qızılları aparıb Samirəyə verdilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İşin hallarından görünür ki, nikah dövründə və nikahdan sonra iddiaçıya bəzi qızılzinyət əşyaları hədiyyə olunub.Tərəflər arasında münasibətlər pisləşdikdən sonra cavabdeh uşağa yataq dəsti almaq adı ilə həmin əşyaları iddiaçının yaxın rəfiqəsi Şahid1 götürmüşdür. Sonra isə iddiaçıya qaytarmamışdır. İşin bu halı məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Hal-hazırda tərəflər arasında nikahın pozulması barədə mülki iş məhkəmənin icraatındadır. Məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərərk hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İtaliya istehsalı olan,750 əyarlı, dəyəri 1650 manat təşkil edən qolbağın, italiya istehsalı olan əyarı 750, dəyəri 900 manat olan boyunbağının, italiya istehsalı oıan əyarı 750, dəyəri 2000 manat təşkil edən sırğanın və italiya istehsalı olan əyarı 750, dəyəri 1000 manat təşkil edən üzüyün alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh italiya istehsalı olan,750 əyarlı, dəyəri 1650 manat təşkil edən qolbağın, italiya istehsalı olan əyarı 750, dəyəri 900 manat olan boyunbağının, italiya istehsalı oıan əyarı 750,dəyəri 2000 manat təşkil edən sırğanın və italiya istehsalı olan əyarı 750, dəyəri 1000 manat təşkil edən üzüyün alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1206/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1206/2023
02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver