Məhkəmə qərarları › İş №2(007)-1217/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1217/2025

30.01.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1217/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Kreditor qızının borclu X3 “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor qızı borclu X3 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu "xxxx" MMC-nin icraçı direktoru X1 onun xeyrinə 62414 manat pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, kreditorun tələbi mübahisəli olduğundan məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək, tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Hazırki ərizəni və iş materiallarını araşdırarkən müəyyən etdim ki, kreditorun tələbi mübahisəli olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 10 nömrəli binanın Kreditor məxsus 43 nömrəli mənzilində yanğın baş vermiş və X2 əməli üzrə cinayət işinin araşdırılması aparılmışdır. Azərbaycan Respubliaksı Fövqəladə Hallar Nazirliyinin əməliyyat istintaq idarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X2 "xxxx" MMC-nin icraçı direktoru kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.2 bəndlərinin və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 2.1.1.15 bəndlərini pozaraq Kreditor qızına məxsus 43 nömrəli mənzildə elektrik ötürücülərin müvafiq qaydalarının tələblərinə uyğun olaraq seçilib quraşdırılması, eləcə də artıq yüklənmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməsini və s. təşkil etməmişdir. Yanğın nəticəsində Kreditor maddi ziayn dəymişdir. Araşdırma nəticəsində X2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cianyət təqibinin başlanması rədd edilmişdir. Hazırda kreditor ona 62414 manat məbləğində ziyan dəydiyini desə də, məhkəmə hesab edir ki, bu istiqamətdə araşdırma aparılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.1, 279.2.3-cü maddələrinəə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Hesab edirəm ki, göstərilən səbəblərdən Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsinin müddəalarına əsasən, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor qızının borclu X3 “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar