Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1245/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “uşağın ölkə xaricinə aparılmasının məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh X2 qarşı “uşağın ölkə xaricinə aparılmasının məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 05 may 2011-ci il təvəllüdlü X3 atanın razılığı olmadan ölkədən çıxarılmasına məhdudiyyət qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalıdır.
4. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə X4 xx.xx.2010-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin birgə nikahından 05 may 2011-ci il təvəllüdlü Ələkbərova alə Azər qızı doğulmuşdur. Həmçinin Tərəflər arasında bağlanılmış nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-139/2012 saylı qətnaməsi ilə pozulmuş və uşağ ananın himayəsində saxlanılmışdır.
5. İddiaçı cavabdeh X2 qarşı “uşaqla ünsiyyət” hüququnun təmin edilməsinə dair iddia tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-417/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X1 İddiaçı qarşı X5 atanın icazəsi olmadan müalicə məqsədi ilə müvəqqəti olaraq Azərbaycan Respublikası hüdudlarından kənara aparılıbgətirilməsinə icazə verilməsinə dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qismən lğv edilərək, həmin qətnamədə ifadə olunmuş və iddiaçı X2 verilmiş cavabdeh İddiaçı razılığı olmadan Azərbaycan Respublikasından gedib-gəlməsi hüququnun yalnız uşağın müalicəsi ilə əlaqədar jəyata keçirilməsi üçün verildiyinin müəyyən edilməsi və X1 üzərinə, X6 ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, səfərin məqsədi, müddəti barədə barədə İddiaçı yazılı məlumat vermək vəzifəsi qoyulmuşdur
6. İşin müəyyən edilmiş digər faktiki halı odur ki, X4 tərəfindən X6 özü ilə birlikdə daimi əsaslarla ölkə hüdudlarından kənara aparıldığından İddiaçı “uşaqla ünsiyyət”ə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-417/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası mümkün deyil və icra sənədinin icrası istiqamətində həyata keçirilən icra hərəkətləri nəticəsində X4 barəsində dövlətlərarası axtarış elan edilmişdir.
7. Hazırda iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 onun razılığı olmadan ölkədən çıxarılmasına məhdudiyyət qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini isə cavabdeh tərəfindən uşağın daimi əsaslarla xarici ölkəyə aparıldığı, bununla da onun ünsiyyət hüququnun pozulması ilə əsaslandırmışdır.
8. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud mübahisənin predmeti ilə bağlı, yəni uşağın atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılması ilə bağlı mübahisəni tənzimləyən və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi artıq mövcuddur.
9. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12380/2017 saylı qətnaməsi ilə 05 may 2011-ci il təvəllüdlü X3 ölkə hüdudlarından kənara getməsi qaydası tənzimlənmiş və həmin qətnamə qüvvədədir.
10. İşin faktiki hallarından görünür ki, hazırki mübahisə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12380/2017 saylı qətnaməsinin icrası zamanı icra qaydası ilə bağlı yaranmışdır.
11. Həmin qətnamə ilə uşağın ölkə hüdudlarından kənara çıxarılmasına icazənin yalnız uşağın müalicəsi ilə əlaqədar həyata keçirilməsi üçün verildiyi müəyyən edilməsinə baxmayaraq, X4 tərəfindən uşaq daimi yaşamaq üçün ölkə hüdüdlarından kənara aparılmışdır. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, bu barədə icra şöbəsində müvafiq izahat verməsinə və icazə yalnız müalicə məqsədi ilə verilməsinə baxmayaraq Hüseynova Leyla tərəfindən uşaq daimi yaşamaq üçün ölkə hüdudlarından kənara aparılmışdır.
12. Həmçinin məhkəmə qeyd edir ki, mübahisə barəsində qətnamənin qəbul edilməsi tərəflər arasında olan mübahisəyə son qoyulması məqsədi daşısa da, hazırki iş üzrə tərəflər arasında mübahisəyə dair qətnamənin qəbul edilməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12380/2017 saylı qətnaməsinin də icrasına maneə yaratmaqla, hüquqi cəhətdən ziddiyyətli vəziyyət yaradacaqdır.
13. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən hazırki iddia tələbinə iddia icraatı qaydasında baxıla bilməz. İddiaçı qanunvericiliyin tələblərinə riayət etməklə icra icraatı qaydasında qətnaməyə izah verilməsi və d. tələblərlə məhkəməyə müraciət edə bilər.
Nəticə :
14. Belə olan halda, İddiaçı cavabdeh X2 qarşı “uşağın ölkə xaricinə aparılmasının məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
15. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ( "xxxx" ASC VÖEN: **********; Ödəyici: İddiaçı; qəbzin nömrəsi :6270; GPP qəbz nömrəsi : **********; tarix:xx.xx.2025, saat:16:30) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 153, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı:
İddiaçı cavabdeh X2 qarşı “uşağın ölkə xaricinə aparılmasının məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC VÖEN: **********; Ödəyici: İddiaçı; qəbzin nömrəsi :6270; GPP qəbz nömrəsi:**********; tarix:xx.xx.2025, saat:16:30) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva