Məhkəmə qərarları › İş №2(007)-126/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-126/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-126/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın yanında qalması” tələbinə dair qarşılıqlı, iddiaları ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 aprel 2020-ci il təvəllüdlü X7 və 20 avqust 2018-ci il təvəllüdlü X3 üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat, vəkilə hüquqi yardım göstərdiyi üçün 150 manat, etibarnamə üçün ödənilmiş 17 manat 25 qəpik, mediasiya üçün ödənilmiş 50 manat, uşaq 3 yaşına çatana kimi ana üçün 100 manat olmaqla, cəmi 703 manat 25 qəpik sapit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehn cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə 2 saylı Bakı Asan Xidmət X5 “nikahın bağlanması haqqında akt qeydləri kitabı”nda 10 iyul 2017-ci il tarixdə qeydiyyata alınmış akt qeydinin pozulması və azyaşlı uşaqları 20 avqust 2018-ci il təvəllüdlü X12, 27 aprel 2020-ci il təvəllüdlü X7 onun yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə baxışı zamanı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh hər uşağa görə hər ay 220 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 10 iyul 2017-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət X6 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə ailə həyatında iki övladları olmuşdur 27 aprel 2020-ci il təvəllüdlü X11 və 20 avqust 2018-ci il təvəllüdlü X14. Cavabdeh ilə evləndikdən bir müddət sonra münasibətləri pisləşmişdir. Onlar ayrılmışlar və ayrıayrılıqda yaşayırlar. Lakin Cavabdeh uşaqların saxlaması üçün ona kömək etmir. Bu səbəbdən də aliment tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 2 saylı Bakı Asan Xidmət X5 “nikahın bağlanması haqqında akt qeydləri kitabı”nda 10 iyul 2017-ci il tarixdə qeydiyyata alınmaqla qanuni nikaha daxil olmuşlar. Bu nikahdan iki övladı 20 avqust 2018-ci il təvəllüdlü X14 və 27 aprel 2020-ci il təvəllüdlü X11 doğulmuşlar. Ailə həyatının ilk illərindən münasibətləri normal olsa da sonradan cavabdehin təqsiri üzündən qarşılıqlı münasibətləri korlanmışdır. Münasibətlərinin korlanmasının səbəbi isə cavabdehin son vaxtlar evdə dava salması, onunla və uşaqlarla kobud davranması olmuşdur. O, dəfələrlə onunla danışmağa çalışsa da heç bir nəticəsi olmamışdır. Hazırda cavabdeh İddiaçı ilə xarakterlərinin uyğun gəlməməsi səbəbindən birgə yaşamaları artıq mümkün deyildir. Onunla nikah münasibətləri kəsilmişdir, ümumi təsərrüfatları yoxdur, ayrı yaşayırlar. Gələcəkdə birgə yaşamaları və ailənin saxlanması mümkün deyildir. Odur ki, məhkəmə cavabdeh İddiaçı ilə 2 saylı Bakı Asan Xidmət X5 “nikahın bağlanması haqqında akt qeydləri kitabı”nda 10 iyul 2017-ci il tarixdə qeydiyyata alınmış akt qeydinin pozulması haqqında qətnamə çıxarmalıdır. Azyaşlı 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci il təvəllüdlü X7 gələcəkdə düzgün tərbiyə alması, onların layiqli vətəndaş kimi yetişməsi üçün onun yanında qalması müəyyən edilməlidir. Çünki nəzərə alınsa ki, azyaşlı uşağı bu gün psixoloji problemləri olan ananın nəzarəti altındadır, o zaman onun gələcəyini düşünmək çətin deyil. O, isə buna bir ata kimi laqeyd qala bilməz. Bundan fərqli olaraq o, sadə zəhmətkeş insandır. Ali təhsillidir. "xxxx" MMC-də “satış müvəkkili” vəzifəsində çalışır. 714 manat təmiz maaş alır. Ailəsi ziyalı ailədir. Anası və bacıları ali təhsillidirlər. Azyaşlı uşaqlarının saxlanılması üçün hər şəraiti olan mənzili var. Bütün bunlar uşaqlarının düzgün tərbiyə alması, sağlam böyüməsinə böyük təsir edə bilər. Ona görə də hesab edir ki, azyaşlı uşaqlarının onun yanında qalması daha məqsədə müvafiqdir. Bundan fərqli olaraq cavabdeh hal-hazırda uşaqlarla birlikdə heç bir şəraiti olmayan böyük ailə tərkibi olan kiçik bir mənzildə yaşayırlar. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaqların onunla görüşməsinə icazə vermir. Birgə nikahdan olan azyaşlı övladları 20 avqust 2018-ci il təvəllüdlü X14 və 27 aprel 2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək onun yanında saxlanılmalıdır. Cavabdehdən hər hansı bir məbləğdə aliment tələb etmir, buna heç bir ehtiyacı yoxdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil 09 sentyabr 2022-ci il tarixdə ərizə verərək mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Cavabdeh 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat manat sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etdi. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(007)- 2426/2022 saylı qərardadından görünür ki, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, 27 aprel 2020-ci il təvəllüdlü X7 və 20 avqust 2018-ci il təvəllüdlü X2 üçün, 09 sentyabr 2022-ci il tarixdən başlayaraq, hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub, İddiaçı verilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Məhkəmənin 08 fevral 2023-cü il tarixli iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil nikahın pozulmasına razı olduqlarını bildirərək, 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci il təvəllüdlü X7 ananın yanında qalmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi və ərizə təqdim etdi. Məhkəmənin 08 fevral 2023-cü il tarixli iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci il təvəllüdlü X7 ananın yanında qalmalarına etiraz etmədiyini, hər ay hər uşağa görə 193 manat ödəməyə razı olduğunu bildirərək, nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etdi və ərizə təqdim etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil ilkin iddia tələbini müdafiə edib, nikahın pozulmasına razı olduqlarını bildirərək, 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci il təvəllüdlü X7 ananın yanında qalmaları və onların saxlanması üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia tələbini qismən qəbul edib 193 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini, 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci il təvəllüdlü X7 ananın yanında qalmalarına etiraz etmədiyini bildirdi. Nikahın pozulmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 208615 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında 10 iyul 2017-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət X6 nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1560 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Zeynalova soyadını qəbul etmişdir. - AZ-İV seriyalı 157477 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 20 avqust 2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İV seriyalı 436194 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 aprel 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 30 iyun 2022-ci il tarixli, MŞB/4-01378 saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh 30 iyun 2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 sentyabr 2022-ci il tarixli, MŞB/4-01861 nömrəli arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, həmin tarixdə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Məhkəmənin qərardadı əsasında Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 09 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, boşanmadan sonra 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci il təvəllüdlü X7 anaları İddiaçı himayəsində saxlanılmaları məqsədəuyğundur və Cavabdeh övladları ilə davamlı ünsiyyət hüququnun təmin olunması onlar arasında yaranmış mübahisəinin ədalətli həlli hesab edilir. - "xxxx" MMC tərəfindən verilən 08 sentyabr 2022-ci il tarixli, 1928-01/D-22 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də 11 iyun 2019-cu il tarixdən “satış müvəkkili” vəzifəsində işləyir və aylıq vəzifə maaşı 800 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə X8 10 iyul 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 20 avqust 2018-ci il təvəllüdlü X14 və 27 aprel 2020-ci il təvəllüdlü X11 doğulmuşlar. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, hər ikisi nikahın pozulmasına razıdırlar. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların İddiaçı yanında qalmalarına etiraz etmir. Uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşaq üçün hər ay 193 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin əsasını təşkil edən halları, onların mahiyyətini nəzərə alaraq, hesab edir ki, ilkin və qarşılıqlı iddia tələblərinə birlikdə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh nikahın pozulmasında təkidli olduğundan və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh buna etiraz etmədiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Tərəflərin nikahı pozulduğu üçün Ailə Məcəlləsinin 22-ci maddəsi nəzərə alınmaqla, həmin nikahdan doğulmuş 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci il təvəllüdlü X7 valideynlərdən hansının yanında qalması məsələsi həll edilməlidir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(007)- 2426/2022 nömrəli qərardadı ilə mülki iş rəy verilməsi üçün Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyana göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 09 yanvar 2023-cü il tarixli rəyinə əsasən boşanmadan sonra 27 aprel 2020-ci il təvəllüdlü X7 və 20 avqust 2018-ci il təvəllüdlü X12 anaları İddiaçı himayəsində saxlanılmaları məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci və 22.2-ci maddələrinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Həmin Qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olması qeyd olunmuşdur. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci il təvəllüdlü X4 yanında qalmaları məsələsini həll edərkən, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 09 yanvar 2023-cü il tarixli rəyini, Cavabdeh uşaqların analarının yanında qalmalarına etiraz etmədiyini, uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyaclarının olmasını, azyaşlıların ana himayəsində qalıb böyümələrinin onların mənafeyinə uyğunluğunu nəzərə alaraq hesab edir ki, uşaqların ananın yanında qalmaları məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 20 avqust 2018-ci il təvəllüdlü X14 və 27 aprel 2020-ci il təvəllüdlü X11 analarının yanında qaldıqları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddia ərizəsindən görünür ki, İddiaçı 14 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat, iddia tələbinin həcmini artıraraq isə hər ay hər uşaq üçün 220 manat alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh "xxxx" MMC-də 11 iyun 2019-cu il tarixdən “satış müvəkkili” vəzifəsində işləyir və aylıq əmək haqqı 800 manatdır. Qanunvericiliyin tələbinə görə uşaqların saxlanılmasında hər iki valideyn iştirak etməlidir. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı heç bir yerdə işləmir. Bu səbəbdən məhkəmə, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın valideynlərin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyətini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci təvəllüdlü X1 üçün 14 iyul 2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 193 (yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən isə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment (09 sentyabr 2022-ci il tarixli qərardad nəzərə alınmaqla) tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğundan 193 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmalıdır. İddiaçı sonradan iddia tələbinin həcmini artırdığından 220 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə, iddiaçının 27 aprel 2020-ci il təvəllüdlü X7 3 (üç) yaşına çatanadək qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehdən 100 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbayacan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməli, Cavabdeh 14 iyul 2022-ci il tarixindən başlayaraq, 27 aprel 2020-ci il təvəllüdlü X11 3 (üç) yaşına çatanadək 50 manat miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırki halda tərəflər arasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Həmçinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İlkin iddia qismən təmin edilməli, Cavabdeh 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 iyul 2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 193 (yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən isə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment (09 sentyabr 2022-ci il tarixli qərardad nəzərə alınmaqla) tutulub İddiaçı ödənilməli, Cavabdeh 27 aprel 2020-ci təvəllüdlü X11 3 yaşına çatanadək hər ay 50 manat məbləğində pul tutulub İddiaçı ödənilməli, Cavabdeh etibarnamə üçün ödənilmiş 17.25 manat və mediasiya xərci olan 50 manat məbləğində pul tutulub İddiaçı ödənilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı аrаsındа 2 saylı Bakı “Asan Xidmət” X10 10 iyul 2017-ci il tarixdə bağlanmış və 1560 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 20 avqust 2018-ci il təvəllüdlü X14 və 27 aprel 2020-ci təvəllüdlü X11 anası X9 yanında qalmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb etdiyindən Cavabdeh etibarnamə üçün ödənilmiş 17.25 manat və mediasiya xərci olan 50 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin məbləğ qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən artıq olduğundan, məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərkən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh 50 manat dövlət rüsumu ödəmişdir. Odur ki, ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 20 avqust 2018-ci il təvəllüdlü X12 və 27 aprel 2020-ci təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 iyul 2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 193 (yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən isə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment (09 sentyabr 2022-ci il tarixli qərardad nəzərə alınmaqla) tutulub İddiaçı ödənilsin. Cavabdeh 27 aprel 2020-ci təvəllüdlü X11 3 yaşına çatanadək hər ay 50 manat məbləğində pul tutulub İddiaçı ödənilsin. Cavabdeh etibarnamə üçün ödənilmiş 17.25 manat və mediasiya xərci olan 50 manat məbləğində pul tutulub İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı аrаsındа 2 saylı Bakı “Asan Xidmət” X10 10 iyul 2017-ci il tarixdə bağlanmış və 1560 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 20 avqust 2018-ci il təvəllüdlü X14 və 27 aprel 2020-ci təvəllüdlü X11 anası X9 yanında qalsınlar. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar