Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1260/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 31 mart 2007-ci il təvəllüdlü X7 və 19 sentyabr 2011-ci il təvəllüdlü X8 adlı iki övladları anadan olmuşdur. Bir neçə il məhkəmə çəkişməsindən sonra məhkəmə qərarları ilə hər iki oğlu cavabdehdən alınaraq ona verilmişdir. Hazırda azyaşlı uşaqları onun himayəsindədir. Cavabdeh uşaqlarının saxlanması üçün maddi kömək tələb etsə də, o, bundan boyun qaçırır. Buna görə də, cavabdehlə aralarında yaranmış mübahisənin dostcasına həll edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada 03 noyabr 2022-ci il tarixdə Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. 12 dekabr 2022-ci il tarixdə isə 9 saylı Mediasiya təşkilatında mediasiya sesiyası təyin olunmuşdur. Lakin cavabdehə qanunvericiliyə uyğun olaraq, ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə ətraflı məlumat verilsə də, sonuncu ilkin mediasiya iclasında iştirak etməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Buna görə də birgə nikahımızdan anadan olmuş uşaqlarımızın yetkinlik yaşlarına çatanadək saxlanması hər ay hər bir uşaq üçün 220 manat cəmi 440 manat sabit pul məbləğində aliment məhkəmə qaydasında cavabdehdən tutulub mənə ödənilməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh birgə nikahımızdan anadan olmuş 31 mart 2007-ci il təvəllüdlü X7, 19 sentyabr 2011-ci il təvəllüdlü X8 adlı iki övladımızın yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 220 manat cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub mənə verilmısi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə uşaqları onun himayəsində saxlanılmışdır. Hazırda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulmasını xahiş edir. 19 sentyabr 2011-ci il təvəllüdlü X8 hazırda anasının yanında olsa da, daimi onunla yaşamır. Məhkəmə mübahisələri davam edən müddət ərzində də uşaqların faktiki yaşayış yeri dəyişmişdir. Yəni uşağın hazırda anasının yanında olması, o demək deyil ki, bundan sonra daimi onunla qalacaq. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək, bildirmişdir ki, bir aydan çoxdur ki, 19 sentyabr 2011-ci il təvəllüdlü X8 onunla yaşayır. O, uşağın onun yanında saxlanılması və aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 925792 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 31 mart 2007-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X2r; - AZ-İİ seriyalı, 740374 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 19 sentyabr 2011-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X2r; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-862/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-85/2020 saylı qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsi, X5 Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi” barədə iddia tələbinin təmin edilməsi, X3 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-862/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X7 və X9 ataları X5 himayəsində verilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 27 oktyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla birlikdə yaşamışlar, birgə nikahlarından 31 mart 2007-ci il tarixdə Camal və 19 sentyabr 2011-ci il tarixdə Kamal adlı uşaqları doğulmuşlar. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, bir yerdə yaşamırlar, məhkəmənın xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, bu zaman uşaqlar ananın yanında qalmışlar. Bundan sonra xx.xx.2013-cü il tarixdə tərəflər təkrarən nikaha daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-862/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşaqlar atanın himayəsində saxıanılmışdır. Hazırda iddiaçı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşaqlarının mənafeyini və iddiaçının onun himayəsində qalan uşaqlara təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, Cavabdeh həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən uşaqların və iddiaçının mənafelərini, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatlarının maksimal dərəcədə saxlanmalı olmasını, 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq, belə qənaətə gəlir ki, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 sabit pul məbləğində alimentin tutulması ilə bağlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırkı iddia ərizəsinin məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Bununla belə, 19 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün alimentin tutulması vaxtını hesablayarkən məhkəmə qeyd edir ki, hazırda o, anasının himayəsindədir və cavabdeh 19 sentyabr 2011-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması ilə bağlı məhkəməyə müraciət etmiş və mülki iş hazırda məhkəmənin icraatındadır. Bu səbəbdən, məhkəmə hesab edir ki, 19 sentyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimetin tutulması anı uşaq faktiki olaraq İddiaçı himayəsinə verildiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 31 mart 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 mart 2023-cü il tarixdən başlayaraq hər ay uşaq üçün 220 manat və 19 sentyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaq faktiki olaraq İddiaçı himayəsinə verildiyi vaxtdan başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən cavabdeh məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 31 mart 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 mart 2023-cü il tarixdən başlayaraq hər ay uşaq üçün 220 manat və 19 sentyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaq faktiki olaraq İddiaçı himayəsinə verildiyi vaxtdan başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1260/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1260/2023
05.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver