Məhkəmə qərarları › İş №2(007)-1260/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1260/2025

07.07.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1260/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlunun, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 cəlb edilməklə cavabdehlər Cavabdeh3 və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “etibarnamənin və alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X4 adından, Zeynalova Yeganə tərəfindən imzalanaraq və Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu Nümayəndə tərəfindən təsdiqlənərək, Cavabdeh3 adına verilmiş 11 may 2020-ci il tarixli AR-İİ № 043295 nömrəli etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 32 saylı notariat ofisi tərəfinin xüsusi notariusu X13i tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli , AN-İ № ******* Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. xx.xx.2025-ci il tarixdə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, X4 adından Zeynalova Yeganə tərəfindən imzalanaraq və Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu Nümayəndə tərəfindən təsdiqlənərək Cavabdeh3li oğlunun adına verilmiş 11 may 2020-ci il tarixli AR-İİ № 043295 saylı etibarnamənin verildiyi andan etibarsız sayılması və həmin etibarnaməyə əsasən X8 (təmsilçisi Cavabdeh3li oğlu) ilə Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsızlığının tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. xx.xx.2025-ci il tarixdə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlu iddia tələbinin sonuncu hissəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X8 ilə (təmsilçisi Cavabdeh3li oğlu) Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etbarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 cavabdeh kimi işə cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X4 şəxsi mülkiyyətində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin **********39- 10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İsmayıllı rayonu, Lahıc qəsəbəsində 0,03 ha torpaq sahəsinin üzərində 96,10 kv.m sahəsi olan fərdi yaşayış evi olub. Anası xx.xx.2022-ci il tarixdə ölüb. Onlar 2023-cü ildə Bakı şəhəri 32 saylı notariat ofisindən, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən və 9 saylı Qəbələ Ərazi İdarəsindən eyni məzmunda rəsmi cavab aldıqdan sonra məlumatları olub ki, analarına məxsus Lahıc qəsəbəsindəki ev xx.xx.2022-ci il tarixdə oğlu Cavabdeh3 tərəfindən Cavabdeh2 Bakı şəhəri 50 saylı notariat ofisinin təsdiqlədiyi AN-1 № ******* saylı alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilib. Özgəninkiləşdirmə prossesi etibarnamə əsasında aparılıb. Etibarnamə Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu Nümayəndə tərəfindən təsdiqlənib. Etibarnamə analarının adından oğlu Cavabdeh3 verilib. Onlar həmin evə dair vərəsəlik hüququ olduğuna görə alğı-satqının qanuniliyini yoxlamaq qərarına gəliblər. Məlum olub ki, anasının adından Cavabdeh3 2020-ci ildə 50 saylı notariat kontorunun xüsusi notariusu Nümayəndə təsdiqlədiyi baş etbarnamə verilib. Həmin etibarnamə əsasında analarına məxsus Lahıc qəsəbəsində yerləşən evin alğısatqısı barədə Cavabdeh2 simvolik qiymətə (evin dəyəri 80-100 min manat olduğu halda, cəmi 10 min manata) uydurma, nəticə əldə etmək niyyəti olmadan alğı-satqı müqaviləsi bağlayıbr. Alıcı bu günədək evə yiyələnməyib. Onlar həmin evə hələ də gedib-gəlirlər. Hazırda da anasının şəxsi və ev əşyaları həmin evdə saxlanılır. Həmin evə dair onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparılmayıb və qeydiyyata dair çıxarış verilməyıb. Alıcı Qüdrət satıcı İsanın qonşusudur. Şübhəsiz ki, alıcı işin mahiyyətindən, evin qanunsuz satıldığından və alğısatqı müqaviləsinin uydurma olduğundan, nəticə əldə etmək niyyətinin olmadığından, evin faktiki dəyərindən çox aşağı rəsmiləşdirildiyindən yaxşı məlumatlıdır. Alğı-satqı müqaviləsinin əsasını təşkil edən etibarnamə qanunun bir çox normalarının tələblərinin pozulması ilə, anasının iştirakı və xəbəri olmadan verildiyindən, həm də aşağıda qeyd etdiyi digər qanun pozuntuları ilə verildiyindən, ləğv edilməlidir. Habelə, həmin etibarnamənin nəticəsindən doğan, mahiyyəti üzrə uydurma olan və Cavabdeh3 əsl niyyətini pərdələnək məqsədi ilə bağlanmış alğı-satqı müqaviləsi də eyni zamanda ləğv edilməlidir. İddiaçı2 anası X8 ilə eyni mənzildə, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 27, mənzil 54 ünvanında birlikdə yaşayıblar. Etbarnamənin məzmunundan görünür ki, notariat hərəkətləri həmin B.Nuriyev küçəsi, ev 27, mənzil 54 ünvanında aparılıb. O, həmin mənzildə yaşadığına görə və əlil olduğu üçün daima evdə qaldığından evə gəlib-gedənlər barəsində dəqiq məlumatı olub. Bu səbəbdən də şübhəsiz bildirir ki, anasının yanına həmin vaxtlarda hər hansı notarat ofisinin işçisi gəlməyib. Etbarnamənin anasının yanında və iştirakı ilə verilməsi həqiqətə uyğun deyil. Etibarnamədə göstərilib ki, guya anası Fatma savadsız olduğuna görə etibarnaməni başqa şəxs imzalayıb. Bu tamailə yalandır. Həmin vaxtlarda anası "ASAN" xidmət mərkəzindən şəxsiyyət vəsiqəsi alıb. Həmin şəxsiyyət vəsiqəsini özü imzalayıb. Anası oxumağı və yazmağı bilməsə də, imza etməyi bilirdi. Anasına imza etməyi onlar öyrədiblər. Onun nümünə kimi çəkib saxladığı imzaları da hazırda evdə saxlanılır. Bundan başqa, həmin vaxtlarda təsadüfən ailədə qeydə alınmış video-çəkiliş saxlanılıb. Kadrdan görünür ki, anası Fatma sərbəst danışır, əli ilə sərbəst hərəkətlər edir. Yəni fiziki və əqli cəhətdən də imza etmək qabiliyyəti olub. Anasının yalnız ölümünə bir neçə ay, təqribən 3-4 ay qalmış özünü idarə etmək qabiliyyəti olmayıb. Anası Fatmanın ölüm vaxtının yaxınlaşdığını bilən Cavabdeh3 tələm-tələsik qaydada evə dair uydurma alğı-satqı müqaviləsi bağlayıb. Analarının əvəzinə etibarnamədə imzası olan şəxs etibarnamənin nəticəsində birbaşa maraqları olan şəxsdir. Belə ki, etibarnaməni Yeganə Zeynalova adlı şəxs imzalayıb. X11 adına etibarnamə verilmiş Cavabdeh3 vətəndaş nikahında olduğu arvadıdır. Onlar rəsmi nikah qeydə aldırmadan ər-arvad olaraq həmin mənzilə, yəni B.Nuriyev küçəsi 27, mənzil 54 ünvanına anası vəfat etməmişdən daha əvvəl köçüb və bugünədək də orada yaşayırlar. Yeganə Zeynalovanın etibarnamədəki imzası, əri Cavabdeh3 imzasına bərabər tutulmalı və eyni maraqları əhatə etdiyi kimi qiymətləndirilməlidir. Etibarnamədə etibarnamənin məzmunu haqqında analarının tanış edilməsi barədə qeydlər mövcud deyil. Belə ki, bir halda ki, notarius göstərib ki, etibarnaməni başqa şəxsin imzalamasının səbəbi, Fatmanın, guya ki, savadsızlığı olub, o halda Notariat hərəkətlərinin aparılması qaydaları haqında təlimatın 22-ci bəndinin 2-ci hissəsinə görə notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs görmə qabiliyyəti tam məhdud və savasızdırsa notarius ona sənədin mətninin oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli Qərarı ilə Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat imzalanıb. Həmin təlimat qanunvericilik aktları sırasına daxil olan sənəddir. Həmin təlimatın İİ fəsli notariat hərəkətlərinin aparılmasının əsas qaydalarını müəyyən edir. Təlimatın İİ fəslinin 15-ci maddəsinə görə şəxs notariat ofisinə gələbilmədiyi hallarda notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər. Notariat hərəkətləri videoyazı vasitəsi ilə həyata keçirildikdə, tərəfin öz ifadəsini əks etdirən video və audio materiallar tərtib olunur və notariat hərəkətlərinin "Elektron notariat" informasiya sistemindəki nömrəsinə bağlanaraq, məlumat bazasında saxlanılır. Tərtib olunmuş video materialda tərəfin üz təsviri aydın görünməli, kadrda başqa şəxs olmamalıdır. Göründüyü kimi, 2000-ci ildə qəbul edilən və həmin vaxtdan tətbiq edilən qanunun (təlimat) normasına əsasən şəxs notariat ofisinə gələbilmədiyi hallarda notariat hərəkətləri notariat ofisindən kənarda, yalnız videoyazı vasitəsi ilə aparılmalı olduğu halda, mübahisəli etibarnamə videoyazı aparılmadan, həmin qanunun tələbinin pozulması ilə müşayət edilməklə həyata keçirilib, habelə başqa şəxs tərəfindən deyil, işdə maraqlı şəxs tərəfindən imzalanıb. Təlimatın 22-ci maddəsinə görə "şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hərhansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər". Mübahisəli etibarnaməni anaları Fatmanın əvəzinə Zeynalova Yeganənin imzalaması səbəbi, Fatmanın savadsızlığı kimi etibarnamədə qeyd edilib. Bu qeydin tamamilə əsasssız, uydurma və yalan olduğunu qəti surətdə bildirir. Əvvəla şəxsin savadsızlığı onun sənədi imza etməsi üçün maneə törədə bilməz. Savadsızlıq imza edə bilməməyə dəlalət etmir. Bundan əlavə, sənədi lazım olduğu halda, anaları Fatmanın özü sərbəst surətdə imzalamaq iqtidarında olub. Ona görə ki, özünə aid sənədləri həm həmin etibarnamə tərtib edilənədək, həm də etibarnamə tərtib edildikdən sonra özü imzalayıb. Həm də Təlimatda sənədi imzalamağa mane olan hal kimi savadsızlıq birbaşa göstərilməyib. Təlimatın tələbinə görə "şəxs əqdi özü imzalaya bilmədikdə " ifadəsi yazıllb. Savadsızlıq imzalaya bilməmək kimi qiymətləndirilə bilməz. Bir qayda olaraq, imza etməyə şəxsin savadı imkan vermədiyi halda, şəxs hətta barmaq izini basmaqla da imza edə bilər və edir. Lakin, anaları Fatma üçün isə buna ehtiyac olmayıb. Onun şəxsiyyət vəsiqəsinə baxdıqda məlum olur ki, imza etmək bacarığı olub. Psixoloji və fiziki sağlamlığına gəldikdə isə, etibarnamə verildikdən sonra təsadüfən qeydə alınıb və saxlanılmış ailə səhnəsinin videoçəkilişindən də görünür ki, onun fiziki və psixoloji sağlamlığı tamamilə imkan verirdi ki, sənədi şəxsən özü imzalasın. Odur ki, anaları Fatmanın savadsızslıq səbəbindən imza edə bilməməsi tamailə əsassız və absurddur. Bundan başqa, məsələnin qeyd olunan hallarından görünür ki, Əliyeva Fatma ölümünə bir neçə ay qalmış özünü idarə edə bilməyib, yataq xəstəsi olub. Onun əvvəllər hərhansı əlilliyi qeydə alınmayıb. Əliyeva Fatmaya məxsus əmlaka dair alğı-satqı müqaviləsi 05.10 2022-ci ildə bağlanılıb. Həmin vaxtdan cəmi 48 gün sonra Fatma vəfat edib. Bu o deməkdir ki, Cavabdeh3 analarının əmlakının satılması nəticəsində əldə etdiyi pulu ona verməyib, habelə verə bilməzdi. Həmin pul Cavabdeh3 qalıb. Halbuki, Mülki Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan vəkalət verənə tapşırığın icrasından sonra hesabat verməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan vəkalət verənə tapşırığın icrası ilə bağlı əldə olunanların hamısını verməyə borcludur. Yuxarıda qeyd olunalardan əlavə olaraq qeyd edilməlidir ki, hətta əmlakın dəyəri də vərəsəlik hüququ ilə əhatə olunan predmetdir. Ona görə ki, həmin vəsait vəkalət alan İsanın özündə qalıb. Beləliklə görünən odur ki, əgər Cavabdeh3 qanunsuz yolla anaları Fatmanın adından özünün adına etbarnamə əldə etmiş olmasaydı və qanunsuz yolla ona məxsus əmlakı satmasaydı, həmin əmlak miras kimi qalmış olardı və onlar vərəsəlik hüquqlarını həyata keçirə bilərdilər. Bir halda ki, cavabdeh 50 saylı notariat kontorunun xüsusi notariusu Nümayəndə mübahisəli etibarnaməni qanunun tələblərinə əməl etmədən təsdiqləyib,Cavabdeh3 mübahisələndirilən etibarnaməni qanunsuz üsulla əldə edib və İİİ şəxs Cavabdeh2 əmlakın dəyərinin əsl dəyərindən dəfələrlə az olduğunu bilə-bilə və əmlaka faktiki sahib çıxmaq niyyəti olmadan, özgəninkiləşdirənin niyyətini pərdələmək üçün uydurma alğı-satqı müqaviləsi imzalayıb, mübahisələndirilən etibarnamə və həmin müqaviləyə əsasən bağlanmış alğı-satqı müqaviləsi ləğv edilməlidir.

Cavabdehin etirazın əsasları və dəlilləri:

6. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə etiraz və mülahizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hesab edir ki, iddia tələbi əsaslı deyil. Belə ki, iddiaçılar iddia ərizəsində Bakı şəhəri 32 saylı natoriat ofisi tərəfinin xüsusi notariusu X12 tərəfindən rəsdiqlənmiş xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin ləğv (etibarsız hesab) edilməsinin əsası kimi əldə edilən daşınmaz əmlakın dəyərinin müqavilədə az göstərilməsini, elecə də müqavilənin görünüş üçün bağlanmasını qeyd ediblər. Bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair X8 ilə arasında alğı-satqı müqaviləsi bağlanıb, notariat kontorunda qanunla müəyyən edilmiş qaydada təsdiq edilib. Alıcı həmin alğı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, adına bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. İddia ərizəsində qeyd edilənlər əsassız olmaqla, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hazırki işdə əqdin həqiqi olmaması (etibarsız hesab edilməsi) üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar mövcud deyil. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilib. Buna görə də, hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, mübahisəli evə münasibətdə vicdanlı əldə edən olduğundan, onunla X8 arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş materialları:

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsi, ev - ünvanında yerləşən ümumi sahəsi 96,10 kv.m olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda X4 adına qeydiyyata alınmışdır;

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-37887/2023 **********87 saylı məktubundan görünür ki, X2 məxsus olmuş İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi A220247 olan “torpaq sahəsinin planı və ölçüsü” sənədi və inventar nömrəsi 133 / kitab 1 olan qeydiyyat vəsiqəsi əsasında xx.xx.2020-ci il tarixdə hüquqları dövlət qeydiyyatına alınıb və həmin əmlak Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-1638 saylı müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirilib;

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-A-0089/2023 saylı məktubundan görünür ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan arxiv sənədlərinə əsasən X2 məxsus olmuş İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi A220247 olan “torpaq sahəsinin planı və ölçüsü” sənədi və inventar nömrəsi 133 / kitab 1 olan qeydiyyat vəsiqəsi əsasında xx.xx.2020-ci il tarixdə hüquqları dövlət qeydiyyatına alınmışdır və həmin əmlak Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-1638 saylı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bu səbəbdən sənədlərin surətinin verilməsi mümkün olmamışdır. Qeyd olunan məlumatlar Bakı şəhəri 15 saylı notariat ofisinin vərəsə barədə xx.xx.2023-cü il tarixli məktubunu nəzərə alaraq İddiaçı1 təqdim edilir;

10. AR-İİ seriyalı № 043295 saylı xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, X8 etibarnamə üzrə harada yerləşəməsindən asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri Cavabdeh3 etibar etmişdir. Etibarnamə 10 il müddətinə xx.xx.2030-cu il tarixədək qüvvədədir. Savadsız olma səbəbindən X4 tapşırığı ilə etibarnaməni X7 notariusun iştirakı ilə imzalayıb;

11. X8 (əvəzində Cavabdeh3) ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, X1 rayonu, Lahıc qəsəbəsi, ev - ünvanında yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,03 ha torpaq sahəsini Cavabdeh2 sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 10000 manata satmış, alıcı isə həmin qiymətə almışdır;

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1349/2025 saylı məktubundan görünür ki, 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan məlumatlara əsasən halhazırda Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 96.1 kv.m olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində (********** qeydiyyat nömrəli çıxarış) X4 adına qeydiyyata alınmışdır və Bakı şəhəri 32 saylı notariat ofisinin 4Ə-1638 saylı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir;

13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən ümumi sahəsi 96,10 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh2 adına qeydiyyata alınmışdır;

14. Məhkəməyə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlu tərəfindən fotoşəkillər yerləşdirilmiş 1 ədəd fləşkart təqdim edilib.

Tərəflərin izahatları:

15. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin və ərizənin dəqiləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin və ərizənin dəqiləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin və ərizənin dəqiləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, alğısatqı müqaviləsi olsa da, Cavabdeh2 mübahisəli əmlaka yiyələnməyib. Həmin əmlak hazırda Cavabdeh3 istifadəsindədir. Cavabdeh3 hələ də həmin evə gedib-gəlir. İddiaçıların alğı-satqı müqaviləsindən məlumatı olmayıb. İddiaçılar iddianı qaldırmamışdan 1-2 ay əvvəl alğı-satqı müqaviləsindən məlumatlı olublar. Ona görə də, məhkəmədə hazırki iddianı qaldırıblar. Etibarnaməni imzalamış şəxs, etibar edilənin arvadıdır. Şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Başqa səbəb kimi savadsızlığa görə imzalaya bilməməsi göstərilib. Onun savadsızlığı hərhansı sənədlə təsdiqlənmir. Etibar edənin savadsızlığa görə imza edə bilməməsi absurddur. Ona görə ki, əvvəla, həyatı boyu, hətta həmin etibarnamə imzalandığı ərəfələrdə də özünə məxsus sənədləri, özü imzalayıb. Məsələn: sonuncu aldığı şəxsiyyət vəsiqəsini özü imzalayıb. Bundan başqa, 09 sentyabr 2021-ci il tarixdə Əliyeva Fatma imzalayaraq notarius tərəfindən təsdiqlənmiş vəsiyyətnamə İddiaçı1 verilib. Həmin vəsiyyətnamədə göstərilib ki, Əliyeva Fatma savadsız olduğuna görə vəsiyyətnamə iki nəfərin iştirakı ilə verilib, lakin həmin sənədi Əliyeva Fatmanın özü imza edib. Deməli, savadsız olduğu halda başqa şəxs ona görə imza edir ki, özü mətni oxuya bilmir. İkincisi, etibar edən Əliyeva Fatmanın həmin vaxt evdə iki qızı olduğu halda, oğlunun arvadına oğlu üçün etibarnamə imzalaması barədə tapşırığın verəbilməsi ağlabatan ola bilməz. Üçüncü, etibar edilən etibarnaməni imzalayan şəxsin əridir. Bu o deməkdir ki, onların maraqları eynidir. Belə olduğu halda imza edən şəxs başqa şəxs hesab edilmir. Belə çıxır ki, etibar edən əmlak sahibinin əvəzinə imza edərək onun əmlakını özünün maraqları dairəsində öz əri üçün etibarnamə verib. Belə bir etibarnamə etibarlı sayıla bilməz. Mükli Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddənin məzmunundan aydın görünür ki, əqd təfsir olunarkən əqdi (etibarnaməni) vermiş şəxsin həqiqi iradə ifadəsi əqdin hərfi məzmununa və mənasına görə deyil, ağlabatan mühakimə əsasında müəyyənləşdirilir. Qeyd etdiyi kimi etibarnamənin veriməsi prossesində ciddi və xeyli şübhəli hallar mövcuddur. Yəni, nəyə görə bütün başqa sənədlərini şəxs özü imzalaya bildiyi halda, onun imzalamalı olduğu yeganə sənəddir ki, savadsılığına görə imza edə bilməməsi göstərilərək, onun adından etibarnamədəki əmlakda maraqları olan şəxs tərəfindən imzalanaraq, həmin etibarnamə onu imzalamış şəxsin ərinin adına yazılıb ki, bu da başqa şəxsə deyil ,özünə verilmiş kimi hesab edilir. MM-nin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyil. Qeyd olunanlardan aydın görünür ki, adından etibarnamə verilmiş Əliyeva Fatmanın etibarnamənin verilməsi haqqında iradə ifadəsinin olması müəyyənləşdirilə bilinmir. Tərtib olunmuş etibarnamə ciddi və xeyli şübəhli hallar yaradır. Belə ki, Notariat hərəkətlərinin aparılması haqqında Təlimatın 15-ci bəndinə əsasən Notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər. Göründüyü kimi, Təlimatın 15-ci maddəsinə əsasən əgər notarius ev şəraitində etibarnamə tərtib edərək təsdiqləmişdirsə, xüsusən də həmin etibarnaməni etibar edənin əvəzinə başqa şəxs imzalamışdırsa, şəxsin iradə ifadəsinin həqiqiliyini sübut edə bilən kamera görüntüsünün olması vacib və mütləq hesab olunur. İşdə olan etibarnamədən görünür ki, etibarnamə xüsusi avadanlıqda hazırlanıb. Əl ilə yazılmayıb. Əgər bu avadanlıqlar həmin ünvana aparılmışdırsa və etibar edənin özünün sənədi imzalamaq imkanı mövcud deyildirsə, notariaus hərəkətlərinin həqiqiliyini təsdiq edəbiləcək kamera nə üçün aparılmayıb və nə üçün audio-video qeydlər aparılmayıb. Məlumdur ki, videoçəkilişi telefon vasitəsi ilə aprmaq mümkündür. Bundan əlavə, hətta videokamera olmadığı halda da, etibar edənin iradə ifadəsinin ən azı audio yazı qaydasında qeydə alınmsı mütləq olub. Lakin bu zəruri hərəkət də həyata keçirilməyib. Bu kimi qanun pozuntularına yol verilməsi onu göstərir ki, etibar edənin iradə ifadəsi olmayıb, etibarnamə onun iradə ifadəsindən kənar tərtib olunaraq təsdiqlənıb. Bundan başqa, Cavabdeh3li oğlunun təmsilçiliyi ilə X8 və Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi uydurma əqddir. Mülki Məcəllənin 340-cı maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görüntü üçün bağlanmış əqddir. Uydurma əqd etibarsızdır. Yuxarıda qeyd olunan hallarından görünür ki, alğı-satqı müqaviləsi Əliyeva Fatma ilə Cavabdeh2 arasında Cavabdeh3 təmsilçiliyi vasitəsi ilə 05 oktyabr 2022-ci ildə bağlanmış olsa da, Əliyeva Fatmanın bu müqavilədən xəbəri olmayıb. Əliyeva Fatma müqavilə bağlandıqdan az vaxt sonra, 23 noyabr 2022-ci ildə vəfat edib. Müqavilə bağlandıqdan sonra Cavabdeh3 niyyəti evi Əliyev Qüdrətin istifadəsinə və mülkiyyətinə təhvil verməmək olub, Cavabdeh2 isə evə faktiki yiyələnmək niyyəti olmayıb. Alğı-satqı müqaviləsi Əliyeva Fatmanın sağlamlıq vəziyyətinin ağır olduğuna və ölməsi halı açıq-aşkar göründüyünə görə, ölümündən 28 gün əvvəl olmaqla, sadəcə görüntü üçün bağlanıb. Mübahisəli evi İsa ona təhvil verməyib. Evə dair alğı-satqı müqaviləsinin bağlanmasından 2 ildən artıq müddət keçməsinə baxmayaraq, S.Qüdrət evə köçməyib, yəni həmin evə naturada yiyələnməyib, mənzili faktiki əldə etməyib və mənzilə qeydiyyata düşməyib. Əvvəl olduğu kimi, hazırda da evdən iddiaçıların ailə üzvləri istifadə edir. Bu qeyd etdiyi hallar bir daha audio-video diskdə olan yenicə qeydə alınmış video çəkiliş materialları ilə təsdiq olunur. Hesab edir ki, bu iş üzrə iddia müddətinin axımının başlanması anına da şərhə ehtiyac vardır. Belə ki, qeyd olunanlardan videoiçəkilişdən də görünür ki, iddiaçıların hüquqlarının cavabdehlər tərəfindən pozulmasından bu yaxınlarda xəbər tutublar və dərhal iddia qalıblar. Yəni alıcı evə faktiki sahibliyə başlamadığna görə, evin satılmasından xəbərləri olmayıb. Bu yaxınlarda təsadüfən onlara orada yaşayan qonşular xəbər veriblər ki, Cavabdeh3 anadan qalan (mübahisəli) evi satmaq üçün alıcı axtarır. Maraqlandıqda xəbərləri olub ki ki, Cavabdeh3 artıq 2022-ci ildə uydurma alğı-satqı müqaviləsi bağlayıb, aakin evi özündə saxlayıb və hazırda alıcı axtarır. Həmin vaxt hüquqlarının pozulması barədə xəbəri olub. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə, qeyd olunan şərhlərdən görünür ki, hazırkı mübahisədə iddia müddəti 2022-ci ildə bağlanmış alğı-satqı müqaviləsinin icrasına, həm də həmin müqavilə ilə hüquqlarının pozulmasında xəbər tutmağı vaxtına bağlıdır. Bu müqavilənin nəticələrinin icra edilməsinə isə hələ başlanmayıb. Yəni S.Qüdrət həmin evə yiyələnməyibr. Ona görə də, həmin müqaviləyə münasibətdə, əqdin etibarsızlığının tanınması barədə iddia qaldırmaq üçün iddia müddəti buraxılmayıb. Habelə iddia müddətinin axımı onların hüquqlarının pozulduğunu bildiyi andan başlanıb. Beləliklə, həm iddia predmeti olan etibarnamə, həm də alğı-satqı müqaviləsi etibarsız sayılmalıdır və iddia tələbi təmin edilməlidir. İddiaçıların hazırkı vaxtadək iddia qaldırmamasının səbəbi evin açarının iddiaçıda olması idi. Analarının ölümündən sonra vərəsəlik işi açılmayıb. Sonradan iddiaçılar qonşulardan birindən qardaşının evi satmaq istəməsi haqqında məlumat əldə edib. Həmin vaxt araşdırıb və öyrənib ki, ev artıq satılıb.

18. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyib, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, X7 onun arvadıdır, sonradan soyadını dəyişərək Əliyeva soyadını götürüb. İddiaçıların əvvəldən etibarnamə və müqavilədən xəbərləri olub. Vərəsəlik işi açılanda da miras əmlakı kimi ancaq Nizami rayonunda olan mənzilin qaldığı bəlli idi.

19. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan etibarnamənin verilməsi notariat haqqında qanunvericiliyin tələblərinə tamamilə uyğundur. X3 həmin etibarnaməni imzalaması notarial hərəkətlərin aparılması barədə qanunvericiliyin tələblərinə tamamilə uyğundur. X3 əvəzinə istənilən fəaliyyət qabiliyyəti olan şəxs orada ola, etibarnaməni imzalaya bilərdi. X7 onlara yaxın insanlardan biridir, notariusun təşəbbüsü ilə orada iştirak edib. Əmlakın qiymətinin daha yüksək olması ilə bağlı da məhkəməyə hazırki vaxtadək heç bir sübut təqdim edilməyib.

20. xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyib, etirazın dəlillərinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 30 ildən çoxdur ki, tərəflərlə qonşudur, özü əslən İsmayıllı rayonun Lahıc qəsəbəsindədir. Onların bir-biri ilə mübasibəti olub. Cavabdeh3 heç bir işi olmayıb, ona həmişə maddi köməklik edib, onlara gedib-gəlib. Fatma Əliyeva xəstə olub, onun iynə-dərmanına, vəfat etdikdən sonra dəfninə maddi köməklik göstərib. Fatma Əliyeva ona sağlığında onun namaz qıldığını, Cavabdeh3 maddi imkanın olmadığını, İsmayıllı rayonuna gedib-gələ bilmədiklərini və evi onun almağını istədiyini bildirdi. Notariusda bağlanmış alğı-satqı müqaviləsində onun Cavabdeh3 10000 manat verməyi qeyd olunub. Amma o, müqaviləyə qədər Cavabdeh3 özünə, anasının dəfn mərasiminə 10000 manat da əlavə pul xərcləyib. Onun orada obyekti var, 4 il ərzində Cavabdeh3 həmin obyekti 200 manat məbləğə icarəyə verib. O, həmin obyektin icarəsindən bu vaxta qədər Cavabdeh3 pul almayıb. Alğı-satqı müqaviləsi bağlanan zaman nağd 10000 manat pulu olub, onu da Cavabdeh3 verib. Bacı qardaş aralarında mübahisə varsa, bu onun problemi deyil. Cavabdeh3 mübahisə predmeti olan fərdi yaşayış evinə gedib-gələ bilməz, çünki evin açarı ondadadır. O oraya əşyalar aparıb. O bu il oraya getməyib, iyul ayında gedəcəkdir. Evdə əşyalarından biri olmasa, müəyyən tədbirlər görəcək. Mübahisə predmeti olan əmlak hazırda onun mülkiyyətindədir.

21. Məhkəmə baxış iclasının yeri və vaxt barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı:

22. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçılar və Cavabdeh3 mərhum X4 övladlarıdır. X2 məxsus olmuş İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi A220247 olan “torpaq sahəsinin planı və ölçüsü” sənədi və inventar nömrəsi 133 / kitab 1 olan qeydiyyat vəsiqəsi əsasında xx.xx.2020-ci il tarixdə hüquqları dövlət qeydiyyatına alınıb. AR-İİ seriyalı № 043295 saylı xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən X8 etibarnamə üzrə harada yerləşəməsindən asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri Cavabdeh3 etibar etmişdir. Savadsız olma səbəbindən X4 tapşırığı ilə etibarnaməni X7 notariusun iştirakı ilə imzalayıb. Bundan sonra X8 (əvəzində Cavabdeh3) ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləyə əsasən X1 rayonu, Lahıc qəsəbəsi, ev - ünvanında yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,03 ha torpaq sahəsini Cavabdeh2 sataraq, onun mülkiyyətinə vermişdir. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, X4 adından Zeynalova Yeganə tərəfindən imzalanaraq və Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu Nümayəndə tərəfindən təsdiqlənərək Cavabdeh3li oğlunun adına verilmiş 11 may 2020-ci il tarixli AR-İİ № 043295 saylı etibarnamənin verildiyi andan etibarsız sayılması və həmin etibarnaməyə əsasən X8 ilə (təmsilçisi Cavabdeh3li oğlu) Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etbarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Azərbaycan Respublikası Konstitusiyasının:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

Məhkəmənin mövqeyi:

27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

28. İş materialları ilə müəyyən edilir ki, X6 məxsus olmuş İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi A220247 olan “torpaq sahəsinin planı və ölçüsü” sənədi və inventar nömrəsi 133 / kitab 1 olan qeydiyyat vəsiqəsi əsasında xx.xx.2020-ci il tarixdə hüquqları dövlət qeydiyyatına alınmışdır və həmin əmlak Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-1638 saylı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir, hazırda mülkiyyətindədir.

29. Göründüyü kimi, İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir.

30. Belə ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişlər.

31. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

32. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir.

33. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

34. Belə ki, iddiaçılar mübahisələndirdiyi etibarnamə müqavilə haqqında bir neçə ay əvvəl məlumat əldə etdiklərini bildirsələr də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Qeyd edilməlidir ki, mübahisələndirilən etibarnamə xx.xx.2020-ci ildə tərtib edilmiş, mübahisələndirilən alğı-satqı müqaviləsi isə xx.xx.2022-ci il tarixdə bağlanmışdır.

35. Məhkəmə qeyd edir ki, hazırda məhkəmənin icraatında həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “mənzilin naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı notariat ofisi cəlb edilməklə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “15 saylı notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması və İddiaçı2 ilə İddiaçı1 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair qarşılıqlı iddiasına dair e-2(007)-134/2025 nömrəli mülki iş vardır və həmin iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

36. Həmin işin hallarına əsasən məhkəməyə məlumdur ki, iddiaçıların anası X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və o, sağlığından mülkiyyətində olan başqa bir əmlakla bağlı qızı İddiaçı1 barəsində vəsiyyətnamə tərtib etmişdir. Mərhumun ölümündən sonra açılmış xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 4/6 hissəi İddiaçı1, 1/6 hissəsi İddiaçı2 adına qeydiyyata alınmış və qalan 1/6 hissəsi Cavabdeh3a miras qalmışdır.

37. Göründüyü kimi artıq 2023-cü ilin iyul ayında iddiaçıların analarının ölümündən sonra vərəsəlik işi açılmış və miras qalmış əmlakla bağlı mirasda payları müəyyən edilib. Lakin mərhumun mülkiyyətində olmuş hazırkı mübahisənin predmenti olan İsmayıllı rayonu, Lahıc qəsəbəsibdə yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,03 ha torpaq sahəsinə münasibətdə miras payları müəyyən edilməyib. Yəni həmin vaxt əmlak üzərində tərəflərin paylarının müəyyən edilməməsi ilə iddiaçılar artıq həmin əmlakın mərhumun mülkiyyətində olmadığını bilmişlər. Lakin hazırki iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişlər.

38. Bu səbəbdən məhkəmə iddiaçıların etibarnamə və müqavilədən məlumatsız olması ilə bağlı dəlillərini əsassız hesab edir.

40. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə təmin edilməməlidir.

Nəticə:

41. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiaları təmin edilməməlidir.

Məhkəmə xərcləri:

42. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri İddiaçı1 aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiaları təmin edilməsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar