Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1277/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdehlə 2005-ci ildə ailə quraraq birlikdə yaşamağa başlamış, 02.08.2007-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 575 saylı nikahları qeydə alınmışdır. Nikah sənədinin əsli cavabdehdə qalmışdır. Birgə nikahdan 20.07.2006-cı ildə Mustafa adlı və 26.06.2009-cu ildə Muhamməd adlı iki uşağı anadan olmuşdur. Əvvəldən münasibətləri nisbətən normal vəziyyətdə olmuş, 2018-ci ilin əvvəllərindən isə mövcud vəziyyətdə birgə yaşamağın mümkünsüzlüyü ilə əlaqədar məcbur olaraq ayrılmış və həmin vaxtdan hər iki uşaq ayrıca olaraq onun himayəsində qalmışdır. Həmin vaxtdan bu yana cavabdeh uşaqları ilə, o cümlədən də onların saxlanması ilə maraqlanmamış, bunun üçün kifayət olan qədər maddi köməklik göstərməməmiş, aliment ödəməmişdir. Odur ki, birgə nikahdan doğulmuş, onun himayəsində qalmış uşaqların 18 yaşı tamam olan günədək saxlanması üçün alimentin cavabdehdən məcburi qaydada alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət edir. Qeyd olunanlara əsasən Cavabdeh ilə olan 02.08.2007-ci il tarixli birgə nikahdan 20.07.2006-cı ildə anadan olmuş Cavabdeh Mustafa oğlunun və 26.06.2009-cu ildə anadan olmuş X3 adlı iki uşağının ayrıca olaraq onun himayəsində qaldıqlarını nəzərə alaraq hər iki uşağın 18 yaşı tamam olan günədək saxlanması üçün hər ay hər uşağa 250 (iki yüz əlli) manatdan az olmamaqla, cəmi 500 manat alimentin cavabdehdən onun xeyrinə alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, 2-ci evliliyidir. 300 manat pensiya alır. Əlildir, ciyərində şiş, ayaqlarında astraxandroz, onurğasında yırtıq var. Alimenti ödəmək imkanı yoxdur. Ona görə də aliment hissəsində iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-T seriyalı 028112 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 02.08.2007-ci il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə 575 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Hüseynova Ülviyyə “Əliyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-T seriyalı 134773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahından 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlu anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 288402 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahından 26 iyun 2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 25 yanvar 2021-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 170,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.01.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün ayda 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat məbləğində sabit pul məbləğində aliment İddiaçı Qabil qızının xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.01.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün ayda 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat məbləğində sabit pul məbləğində aliment İddiaçı Qabil qızının xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1277/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1277/2021
22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver