Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1278/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə 30 avqust 2013-cü il tarixdə el adəti ilə ailə qurmuşdur. Onun yaşı nikaha düşmədiyi üçün həmin vaxt nikahı rəsmiləşdirməmişlər. Cavabdehlə birgə yaşadıqları müddətdə 20 iyun 2014-cü il təvəllüdlü X2 anadan olub. İlk vaxtlar ailə münasibətləri normal olsa da, bir müddət sonra cavabdehlə mübasibətləri kəskin pisləşmişdir. Ailənin dağılmaması üçün əlindən gələni etmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. Həmçinin həmin müddətdə qızının xəstə olması ilə əlaqədar valideynlərinin yanına gəlırdı.Cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. O, istər yaşadıqları müddətdə, istərsə də ayrı yaşadıqları zaman ailəyə etinasız olub və ailəyə baxmayıb. Bu səbəbdən 2015-ci ildə aliment tələbi ilə tərəfindən Suraxanı Rayon Məhkəməsinə müraciət olunub.Suraxanı Rayon Məhkəmənin 2(010)- 2533/2015 saylı, 14 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbim qismən təmin edilib, birgə nikahdan 20 iyun 2014-cü il tarixdə doğulan X1 yetkinlik yaşına çalanadək hər ay 108 manat sabit pul məbləğində aliment və uşağımın müalicəsi üçün 50 manat olmaqla, cəmi 158 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilib.Daha sonra cavabdeh tərəfindən Suraxanı Rayon Məhkəməsinin 2(010)-2533/2015 saylı 14 aprel 2015-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apcllyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin 2(l03)-5066/15 saylı 28 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh Rafel oğlunun apellyasiya şikayəti təmin edilməyib. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.Qızıı Nilay günügündən böyüdüyü üçün onun xərclərini və onun xəstə olduğu üçün dərmanlarını almaq,həkimin hər ay müayinəsini tək qarşılamaq ona çox çətindir. Hazırki maddi vəziyyətini nəzərə aldıqda isə uşağının saxlanılması üçün təyin edilən aliment məbləği kifayət etmədiyi aşkardır. Bu səbəbdən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosessində cavabdeh iştirak etmədiyi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Hesab edir ki, cavabdehdən tutulacaq aliment məbləği 2023-cü il üçün dövlət tərəfindən müəyyən edilən minimum səviyyə ilə uyğunlaşdırılmalıdır. Qeyd olunanlara əsasən 20 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək Cavabdeh tutulan aliment məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi,həmin pul vəsaitinin Cavabdeh hər ay tutulması,ödədiyi mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki,onun iş yeri yoxdur,hal-hazırda işləmir.Əvvəllər atası sağ idi ona köməklik göstərirdi indi isə o, rəhmət getdiyi üçün ona dəstək olan yoxdur.Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Bakı Şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-2533/2015 saylı, 09 aprel 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, birgə nikahdan 20 iyun 2014-cü il tarixdə doğulan X1 yetkinlik yaşına çalanadək hər ay 108 manat sabit pul məbləğində alimentin və uşağımın müalicəsi üçün 50 manat olmaqla, cəmi 158 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5066/15 saylı 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-2533/2015 saylı 09 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu uşaqlar üçün məbləğ 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı müdiassiya sessiyası üçün 50 manat vəsait ödəmişdir. Məhkəmə iddiaçının himayəsində qalan 20 iyun 2014-cü il təvəllüdlü X1 mənafeyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalı, Bakı Şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-2533/2015 saylı, 09 aprel 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, 20 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çalanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, Cavabdeh mediasiya sessiyası üçün ödənilmiş 50 manat vəsait alınaraq İddiaçı verilməlidir. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-2533/2015 saylı, 09 aprel 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmaqla, 20 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çalanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh mediasiya sessiyası üçün ödənilmiş 50 manat vəsait alınaraq İddiaçı verilsin. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1278/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1278/2023
27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver