Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1281/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və uşaqlarla ünsiyyət” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikah qeydinin ləğv edilməsi və uşaqlarla ünsiyyət” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İlkin iddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Kəmaləddin oğlunun aylıq qazancının (başqa gəlirlərinin) üçdə iki hissəsi miqdarında alimentin tutularaq birgə nikahlarından olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün ona verilməsi, tərəfimdən mediasiya təşkilatına ödənilmiş 60 manatın və hüquqi yardıma görə Vəkil Bürosunun hesabıba ödənilmiş 150 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kəmaləddin oğlunun aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə iddia ərizəsinə tərəflərindən verilmiş dəqiqləşmənin qəbul edilməsini xahiş etmişdir.
İlkin iddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Kəmaləddin oğlu ilə 22 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olublar. Nikahları Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 oktyabr 2011-ci il tarixdə 1675 № ilə qeyd edilib. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 anadan olub. Cavabdehin hərəkətləri nəticəsində aralarında ciddi narazılıqlara səbəb olan hallar baş verdiyindən ailəyə və uşaqlara heç bir maddi köməklik göstərmir. Ailədə dözülməz vəziyyət yarandığından o məcbur olub uşaqlarla birlikdə yaşadıqları evdən çıxaraq ünvan 1 ünvanında kirayədə yaşayır. Cavabdehin yüksək məbləğdə əmək haqqısı olsa da, uşaqlarına heç bir maddi kömək etmir. O, cavabdehə uşaqların saxlanması üçün razılıqla alimentin ödənilməsini təmin etməsi kimi təklif bildirsə də, cavabdeh ona heç bir aliment ödəmək fikrinin olmadığını bildirib. Belə olan halda, hesab edir ki, hazırda nikahları pozulmadan cavabdehin aylıq qazancı və başqa gəlirləri də nəzərə alınmaqla uşaqlarının normal yaşamasının təmin edilməsi üçün ondan alimentin tutularaq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi təmin edilməlidir.
Qarşılıqlı iddia tələbi:
4. İddiaçı Cavabdeh İddiaçı qarşı “nikah qeydinin ləğv edilməsi və uşaqlarla ünsiyyət” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ilə 22 oktyabr 2011 ci ildə Nizami rayon Qeydiyyat Şöbəsində nigahın bağlanması haqqında akt qeydləri kitabında 1675 saylı qeydlə bağlanmış nikah qeydinin ləğv edilməsi, birgə nikahlarından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü günləri saat 18:00-dan gecə qalmaq şərti ilə bazar günləri saat 12:00-dək, eləcə də uşaqların ad günlərində, əlamətdar günlərində, bayram günlərində, tətil günlərində onlarla saat 12:00-dan saat 17:00-dək sərbəst və maneəsiz görüşməyinə eləcə də hər zaman telefonla əlaqə saxlamağa dair ünsiyyət qaydasının müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ilə 22 oktyabr 2011 ci ildə Nizami rayon Qeydiyyat Şöbəsində nigahın bağlanması haqqında akt qeydləri kitabında 1675 saylı qeydlə bağlanmış nikah qeydinin ləğv edilməsi, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə hər həftənin şənbə və bazar günü saat 12:00-dan saat 21:00-dək, eləcə də uşaqların ad günlərində saat 12:00 dan saat 17:00-dək, əlamətdar günlərində, bayram günlərində, qış, payız tətili günlərinin 1 günü saat 12:00 dan saat 21:00 dək, yay tətil günlərində hər həftənin üç günü saat 12:00-dan saat 21:00-dək sərbəst və maneəsiz görüşməyinə eləcə də hər zaman telefonla əlaqə saxlamağa dair ünsiyyət qaydanın müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianı görüşlə bağlı telefon saatlarına dəqiqləşmə edərək, həftənin bütün günləri saat 09:00-dan 21:00-dək telefonla əlaqə saxlanılmasını xahiş etmişdir.
Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar:
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, övladlarına görə aliment ödəmək onun vəzifəsidir və heç bu tələb qətnamə ilə müəyyən olunmasa da, daima uşaqlarının xərclərini ödəyib və yaşadığı müddətcə də ödəyəcəkdir. Amma X3 aliment tələbinini istinad etdiyi Ailə Məcəlləsinin 76.1-ci maddəsini məqsədli şəkildə təfsir edib. Çünki qanunla elə istinad etdiyi maddə ilə iki uşağa görə aliment üçdə iki yox, üçdə bir hissə kimi qanunda təsbit olunub. Məhz hesab edir ki, iki qızının saxlanması üçün əmək haqqının və digər gəlirlərimin üçdə bir hissəsi miqdarında məhkəmə tərəfindən alimentin müəyyən olunmasına heç bir etirazı yoxdur. İlkin iddia tələbini qanunun məhz müəyyən və təsbit etdiyi formada qəbul edir. Bildirir ki, onun cavabdeh ilə rəsmi nikahları 22 oktyabr 2011 ci ildə Nizami rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1675 saylı qeydlə bağlanıb. Birgə nikahlarından xx.xx.2012 ci il təvəllüdlü X9 və xx.xx.2016 cı il təvəllüdlü X8 anadan olub. Cavabdeh ilə uzun müddət bir yerdə yaşayıblar və daim bir-birilərinə hörmətlə yanaşıblar. Son dövrlərdə xasiyyətləri və həyata baxışıarında fərqliliklər yaranıb. Ailənin bərpası istiqamətində bütün addımlarını cavabdeh rədd edib. Buna görə cavabdeh ilə ailə münasibətlərinin bərpası və onların yenidən birgə yaşamaqları qeyri-mümkündür. Hesab edir ki, aralarındakı nikah pozulmalıdır. Birgə nikahdan olan qızlarının anasının himayəsində qalmasına da etiraz etmir. Nə qədər yaxşı ata olsa da və uşaqlar da ona bağlı olsa da hesab edir ki, uşaqların qayğısına anası ondan yaxşı baxacaq. Düzdür cavabdeh uşaqları ilə ünsiyyətinə bu günkü günə kimi heç vaxt maneçilik və məhdudiyyət yaratmayıb və uşaqları ilə sərbəst görüşüb. Ancaq nikah pozulduqdan sonra cavabdehin bu cür münasibətinin davam edib-etməyəcəyini bilmədiyimə görə uşaqları ilə ünsiyyət qaydasının məhkəmə tərəfindən müəyyən olunmasını xahiş edir. Belə ki, hər həftənin şənbə günü günləri saat 18:00-dan gecə qalmaq şərti ilə bazar günləri saat 12:00-dək, uşaqların ad günlərində, əlamətdar günlərində, bayram günlərində, tətil günlərində onlarla saat 12:00-dan saat 17:00-dək sərbəst və maneəsiz görüşməyinə eləcə də hər zaman telefonla əlaqə saxlamağa dair ünsiyyət qaydasının müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
İş materialları:
8. AZ-T seriyalı, 067282 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 22 oktyabr 2011-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 1675 nömrə ilə qeyd edilmişdir. Ərə Bayramov, arvada Baləhmədova soyadı verilmişdir.
9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci ildə və X8 xx.xx.2016-cı ildə doğulmuşdur, ataları Cavabdeh, anaları İddiaçıdır.
10. “Mediasiya Şurası” Bakı 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/1/2024-00015 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan (nikah pozulmadan aliment) görünür ki, İddiaçı nümayəndəsi və vəkili X11 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt, kargüzarlıq və digər cari xərci ödənilmişdir.
11. “Mediasiya Şurası” Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00148 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan (nikahın pozulması və uşaqla ünsiyyət) görünür ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh İddiaçı isə iştirak etməmişdir. Cavabdeh nümayəndəsi və vəkili tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.
12. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.
13. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxaırşdan görünür ki, İddiaçı "X12" MMC-də operator vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 726,86 manat təşkil edir. Cavabdeh isə "X6" MMC-də rəis müavini vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 1242,24 manat təşkil edir, həmçinin o, "AZNEFT" İstehsalat Birliyində şöbə rəisinin müavini vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 4529,1 manat təşkil edir.
Tərəflərin izahatları:
14. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə iddiaçı nikahahın pozulmasına razıdır, o, ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Uşaqlarla ünsiyyətlə bağlı tərəflər arasında mübahisə yoxdur.
15. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin və ona əlavələrin məzmununa uyğun izahat verdi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmasına etiraz etmir.
16. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin və ona əlavələrin məzmununa uyğun izahat verdi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmasına etiraz etmir.
17. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, nikahın pozulmasına razıdır və uşaqlarla ünsiyyətlə bağlı qarşı tələflər problem yoxdur. O, övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır.
Məhkəmə baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
16. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir; 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur; 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər; 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar; 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir; 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır; 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur; 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
21. “Uşaq Hüquqları haqqında” Qanun:
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı: 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarı: Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
25. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
İşin faktiki halı:
26. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 22 oktyabr 2011-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 anadan olmuşdur.
27. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin ailə münasibətlərini bərpa etmələri mümkün deyildir, tərəflər artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Tərəflərin ailə münasibətləri pozulmuş, nikahları formal xarakter daşıyır. Tərəflər hazırkı vəziyyətdə nikahın pozulmasına razıdırlar. Birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilkin iddia üzrə İddiaçı himayəsindədir.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin və qarşılıqlı iddialar təmin edilməlidir.
29. Məhkəmə tərəflərin hər ikisinin nikahın pozulmasına razı olmalarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, qarşıqlı iddia nikahın pozulması hissəsində təmin edilməli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır.
30. Həmçinin ailə qanunvericiliyinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını müəyyən etməlidir.
31. Belə olan halda, məhkəmə nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə yetkinlik yaşına çatmayan uşaqların hazırda anasının yanında olmasını, onların ana himayəsində qalıb böyüməsinin onların mənafeyinə uyğunluğu, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının razılığı nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 anası, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında qalmalıdır.
32. Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
33. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
34. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
35. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, ilkin iddia tələbini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin faktiki nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə tutulmalıdır.
36. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli ilkin iddia ezrə iddiaçının məhkəməyə müraciət etdiyi 04 fevral 2025-ci il tarixdən hesablanmalıdır.
37. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur.
38. Məhkəmə həmçinin qeyd edir ki, ilkin idia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında uşaqla ünsiyyət günlərini müəyyən edilməsi barədə qarşıqlılı iddia ərizəsi və ona əlavələrlə məhkəməyə müraciət etmişdir.
39. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 1.1.7-ci bənd üzrə: 1.1.1. 7-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir: “Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə izah edilir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir.”
40. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.
41. Həmin Qərarın 2-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.
42. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan övladları barəsində ilkin idddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilə bərabər hüquq və vəzifələrə və həmin uşaqlarından ayrı yaşayan valideyn kimi Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlarla ünsiyyət, onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
43. Məhkəmə Cavabdeh münasibətdə Ailə Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri ilə bağlı qeyd edir ki, o, valideynlik hüquqlarından məhrum edilməmişdir, onun valideyn kimi uşaqları ilə ünsiyyətdə olmaq hüququ ailə qanunvericiliyi ilə müəyyən edilmişdir və bu hüquq məhkəmə qaydasında məhdudlaşdırılmamışdır, habelə onun valideyn kimi uşaqlarının fiziki, psixi sağlamlığına, onların əxlaqi inkişafına xələl gətirəcək hallara yol verməsi halları məhkəmə tərəfindən müəyyən edilməmişdir.
44. Yuxarıda qeyd edildiyi kimi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz tələbində ünsiyyət hüququnun həyata keçirilməsi vaxtının hər həftənin şənbə və bazar günü saat 12:00-dan saat 21:00-dək, eləcə də uşaqların ad günlərində saat 12:00 dan saat 17:00-dək, əlamətdar günlərində, bayram günlərində, qış, payız tətili günlərinin 1 günü saat 12:00 dan saat 21:00 dək, yay tətil günlərində hər həftənin üç günü saat 12:00-dan saat 21:00-dək sərbəst və maneəsiz şəkildə və həftənin bütün günləri saat 09:00-dan 21:00-dək telefonla əlaqə saxlanılması ilə ünsiyyətin müəyyən edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh isə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ərizələr ilə məhkəməyə müraciət edərək, həmin ünsiyyət vaxtları ilə razılaşmışdır.
45. Məhkəmə tərəflərin mövqeyini, uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, yuxarıda qeyd edildiyi kimi, bu ünsiyyətə mane olacaq əsaslar mövcud deyil və hazırkı halda atanın uşaqlarla ünsiyyətdə olması üçün görüş vaxtı ananın iştirakı olmadan hər həftənin şənbə və bazar günləri 12:00-dan 21:00-dək, iki gündən artıq davam edən (Yeni il, Novruz, Ramazan, Qurban) bayramların birinci günündə saat 12:00-dan saat 21:00-dək, uşaqların ad günlərində saat 12:00-dan saat 17:00-dək, yay tətilində hər həftənin üç günü saat 12:00-dan saat 21:00-dək təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onun yaşayış yeri üzrə ünvan 1 ünvanında göstərilən ünsiyyət vaxtında cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh, ünsiyyət vaxtının sonunda isə iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı təhvil verilməli, hər həftənin bütün günləri, saat 09:00-dan saat 21:00-dək müddət ərzində 30 dəqiqə müddətinə uşaqları ilə telefon danışıqları və video əlaqə vasitəsi ilə ünsiyyət hüququ verilməlidir.
46. Bundan başqa, uşaqların bayram gününün birinci günü atası ilə görüşməsi, növbəti günlər isə ardıcıl olaraq anaları ilə olması həm uşaqların mənafeyi baxımından, həm də bayram günlərində anaları ilə ardıcıl olaraq vaxt keçirməsi baxımından daha məqsədəmüvafiq və əlverişli hesab edilir.
Nəticə:
47. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ilkin iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub, İddiaçı verilməli, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh oğlu ilə İddiaçı (X1) arasında 22 oktyabr 2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1675 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 anası İddiaçı yanında qalmalı, iddiaçı Cavabdeh övladları xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası cavabdeh İddiaçı iştirakı olmadan, hər həftənin şənbə və bazar günləri 12:00-dan 21:00dək, iki gündən artıq davam edən (Yeni il, Novruz, Ramazan, Qurban) bayramların birinci günündə saat 12:00-dan saat 21:00-dək, uşaqların ad günlərində saat 12:00-dan saat 17:00-dək, yay tətilində hər həftənin üç günü saat 12:00-dan saat 21:00-dək təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onun yaşayış yeri üzrə ünvan 1 ünvanında göstərilən ünsiyyət vaxtında cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh, ünsiyyət vaxtının sonunda isə iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı təhvil verilməli, iddiaçı Cavabdeh hər həftənin bütün günləri, saat 09:00-dan saat 21:00-dək müddət ərzində 30 dəqiqə müddətinə uşaqları, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə telefon danışıqları və video əlaqə vasitəsi ilə ünsiyyət hüququ verilməlidir.
48. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır.
49. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Məhkəmə qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələb etmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
51. İş materiallarında olan qəbzə əsasən ilkin iddia üzrə iddiaçı hüquqi yardım üçün 6 saylı vəkil bürosunun hesabına 150 manat məbləğində pul ödənilmişdir.
52. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 150 manatın əvəzi ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır.
53. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
54. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 60 manat məbləğində pulun ödənilməsi səbəbindən və ilkin mediasiya xidmətinə görə ödənilmiş 60 manat məbləğində pulun əvəzi ilkin iddia üzrə cavabdehdən tutularaq ona ödənilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub, İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İlkin iddia üzrə məhkəmə xərcləri cavabdehə aid edilsin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 150 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh oğlu ilə İddiaçı (X1) arasında 22 oktyabr 2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1675 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 anası İddiaçı yanında qalsın. İddiaçı Cavabdeh övladları xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası cavabdeh İddiaçı iştirakı olmadan, hər həftənin şənbə və bazar günləri 12:00-dan 21:00-dək, iki gündən artıq davam edən (Yeni il, Novruz, Ramazan, Qurban) bayramların birinci günündə saat 12:00dan saat 21:00-dək, uşaqların ad günlərində saat 12:00-dan saat 17:00-dək, yay tətilində hər həftənin üç günü saat 12:00-dan saat 21:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onun yaşayış yeri üzrə ünvan 1 ünvanında göstərilən ünsiyyət vaxtında cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh, ünsiyyət vaxtının sonunda isə iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh hər həftənin bütün günləri, saat 09:00-dan saat 21:00-dək müddət ərzində 30 dəqiqə müddətinə uşaqları, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə telefon danışıqları və video əlaqə vasitəsi ilə ünsiyyət hüququ verilsin. Qarşılıqlı iddia üzrə məhkəmə xərclərinə aid olan ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva