Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1293/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X10 qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X10 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 xx.xx.2019-cu il təvvəlüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və uşaq 3 yaşına çatadək ona qulluğa görə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X15 ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2019-cu il təvvəlüdlü X13 adlı övladları dünyaya gəlmişdir. Cavbdeh uşağın saxlanılmasında ona maddi köməklik göstərsə də bu onun saxlanılmasına yetmir. O dövlət işində çalışır. Hərbiçidir. Yaxşı maaş alır. Bu səbəbdən də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, övladının atası cavabdehdir. İstənilən ekspertizanın keçirilməsinə etiraz etməmişdir. Cavabdehin övladının atası olması ekspertiza ilə də təsdiq olundu. Artıq uzun müddətdir ki, cavabdeh müxtəlif vəsatətlər verməklə işi uzadır. İddiaçının anası qohumları ilə birgə el adəti ilə onu valideyinlərimdən istəmiş və nəticədə onlar qeyri-qəsmi nikaha daxil olmuş, ər-arvad kimi yaşamışlar. Məhkəmədə işə baxılan müddət ərzində cavabdeh övladına köməklik etməmişdir. Uşağın yaşı kiçik olduğu üçün o işləyə bilmir. İddiaçı 700 manatdan artıq əmək haqqı alır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X15 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh, onun nümayəndəsi X1 Yusif Elşən oğlunun X9 övladı olmasına dair şübhələrinin olmasını, uşağın X9 övladı olması halı analizlə müəyyən olunarsa iddiaçıya aliment verməyə hazır olmalarını bildirmişlər. Həmçinin hazırda genetik ekspertizanın keçirilməsinə imkanlarının olmamasını, imkan yaranarsa genetik ekspertizanın da keçirilməsini tələb edə biləcəklərini, İş üzrə bioloji ekspertizanın keçirilməsini xahiş edirlər. Həmçinin bildirmişlər ki, cavabdehin əvvəlki ailəsindən öladları vardır. Onlara görə aliment ödəyir. Özünün və övladlarının xəstəlikləri vardır. Ayda 700 manata yaxın məvacib alır. Məhkəmə iddiaçının, cavabdehin onun nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 5 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Atalağın müəyyən edilməsi haqqında” şəhadətnamənin sutərindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 atası X15 anası İddiaçı olması və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 145 nömrə ilə qeyd edilmişdir. - 5 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmi. AZ-İV seryalı 271719 saylı “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı, atasıı isə X12r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X14- Təcrübi və Tədris Birliyinin məhkəmə qərardadına əsasən keçirilmiş 303\2021 TBŞ saylı xx.xx.2021-ci il tarixli bioloji ekspertiza rəyindən görünür ki, X9 X4 adlı uşağın atalıq faktı inkar olunmur. Məhkəmə iclasında müəyyən olundu ki, X3 anası İddiaçı, atası isə X12r. Ana övladının saxlanılmasında maddi çətinlik çəkir. Cavabdeh onun saxlanımasında ona uzun müddətdir ki, maddi köməklik göstərmir. Hazırda İddiaçı cavabdeh X10 qarşı “aliment” tələbinə dair idddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini və iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, cavabdehdən həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə alimentin hansı qaydada və məbləğdə tutulmasını müəyyən edərkən qeyd edir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və ya valideynin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır, bu tələb iddiaçı tərəfindən irəli sürülmüşdür və onu qane edir. Ona görə məhkəmə hesab edir ki, aliment hər ay ödənilməli olan cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh X15 İddiaçı maddi cəhətdən köməklik göstərmir. Halbuki, tərəflərin ümumi uşağının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının həmin hüququ təmin edilməklə onların birgə nikahından doğulmuş X8 üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, X8 üç yaşına çatanadək 100 manat aliment tutulması ilə bağlı iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 26 yanvar 2021-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bununla da iddia qiyməti 500 manatdan çox olan iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddiaçı tərəfində ödənilməsində azad olduğu ödənilməmiiş 30,0 manat dövlət rüsumu X7 atutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qimən təmin edilməli, X7 xx.xx.2021-ci il tarixdən başlanmaqla xx.xx.2019-cu il təvvəlüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və uşaq 3 yaşına çatadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X7 xx.xx.2021-ci il tarixdən başlanmaqla xx.xx.2019-cu il təvvəlüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və uşaq 3 yaşına çatadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. X7 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1293/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1293/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver