Məhkəmə qərarları › İş №2(007)-1311/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1311/2025

03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1311/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh Muradov Şahı̇ n Cavanşı̇ r oğlunun, onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə görə tutulan pulun ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə görə tutulan pulun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, əlavə xərclərə görə hər ay sabit pul məbləğində ondan tutulan 100 (yüz) manatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1588/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və 30 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, Cavabdeh verilməsi, İddiaçı Cavabdeh 30 dekabr 2015-ci il tarixdə doğulmuş X3 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 (altmış) manatın Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh 2024-cü ildə yenidən iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin artırılaraq, 235 manat və 200 manat əlavə müalicə xərcinin, cəmi 435 manat məbləğində pulun müəyyən edilməsini tələb etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Onun tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilərək əlavə xərc hissəsində məbləğ 100 (yüz) manat müəyyən edilmişdir. Onun ailə vəziyyəti hal-hazırda həmin qət olunmuş əlavə xərcə görə müəyyən edilmiş 100 (yüz) manatı ödəməyə imkan vermir. O, 235 (iki yüz otuz beş) manat alimenti tam vaxtında ödəyir və heç bir ayda da gecikməsi olmamışdır. Uşağın heç bir əlavə xərcə (xüsusilə müalicə) ehtiyyacı yoxdur. Hesab edir ki, əlavə xərcə görə ondan alınan pul qanunsuz və əsassızdır. Belə ki, o, "xxxx" MMC-də əməliyyatçı mühasib vəzifəsində işləyir və aylıq əmək haqqısı 550 manat təşkil edir. Bütün müvafiq xərclər çıxılandan sonra yekun olaraq aylıq 495.25 manat əmək haqqı alır. Aldığı 495.25 manat əmək haqqı onun əlavə xərci ödəməyinə imkan vermir. Qısa bir hesablama aparaq 495.25-335=159.75 manatla o, bir ay yaşamalıdır. Əgər minimal yaşayış həddi 235 (iki yüz otuz beş) manat müəyyən edilibsə, 159.75 manatla necə yaşasın??? Qarşı tərəfin hüquqlarını nəzərə alan məhkəmə onun qanunla qorunan hüquqlarını nəzərə almalıdır. Qanunvericiliyin tələblərinə əsasən məhkəmələr alimentlə və ya əlavə xərclərlə bağlı məsələlərə baxarkən diqqətəlayiq halları mütləq nəzərə almalıdır. Amma onunla bağlı heç bir diqqətəlayiq hallar nəzərə alınmamışdır. Hansı ki, buna kifayət qədər əsas da vardır. Məhkəmələr onunla bağlı vacib halları nəzərə almamış və ya nəzərə almaq istəməmişdir. Bu da açıq-aşkar birtərəfli olaraq onun hüquqlarının pozulması deməkdir. Minimal yol xərci 263=78 və gündəlik yemək xərci 263=78 manat olarsa, 78+78=156 manat olur. Əgər təyin olunan 335 manatdan sonrakı 159.75-156=3.75 manat qalır. Bir anlıq düşünür ki, o, kəsilən bu alimenti və əlavə xərci ödəsə və yerdə 3.75 manat pulu qalsa, bu pulla o, aliment ödəmək üçün işə getməlidir. Yəni, işə getmək üçün səliqəli geyinməli, evdə qidalanmalı və şəxsi gigiyenik ehtiyaclarını ödəmək üçün vasitələr almalıdır. O, alimenti ödəmək üçün sağlam olmalıdır. Lakin şəxsi sağlamlığında bir sıra ciddi problemləri vardır ki, mütəmadi olaraq müayinə və müalicə almalıdır. Boğazında yaranan qalxanvari vəzdə düyünlər, ürəkdə olan ürək ağrıları, ayağında olan diz qapağının tez-tez yerindən çıxması, hətta yaranmış gizli şəkəri belə müalicə edə bilmir. Halbuki o, sağlam olmalıdır ki, alimenti ödəyə bilsin. Eyni zamanda o, xəstə valideynləri ilə birlikdə yaşayır. Onun əmək haqqısı valideynlərinin sağlamlığında olan ciddi problemləri həll etməyə belə imkan vermir. Belə olan halda o, evə heç nə ala bilmir. Məhkəmələr ancaq və ancaq cavabdeh tərəfin hüquq və haqlarını müdafiə edir. Bəs onun hüququ? Valideynlərə baxmaq hüququ? Valideyninin üzərində olan övladlıq hüququ və övladlıq vəzifələri? Çox təsüflər olsun ki, qeyd etdiyi halların heç biri bu günə kimi nəzərə alınmamışdır. Cavabdeh tərəf övladına çəkdiyi xərci əlavə xərc kimi adlandırır. Uşaq onun övladı olduğu kimi cavabdehin də övladıdır. Yəni, onun övladına çəkdiyi xərc aliment adlandırılırsa, onun övladına çəkdiyi xərc niyə əlavə xərc kimi adlanır? Övladının sağlamlığı ilə bağlı bütün xərcləri dövlət tam olaraq ödəyirsə, övladı ilə bağlı aliment ödənişləri onun tərəfindən vaxtında ödənilirsə, cavabdeh tərəfindən edilən nə isə niyə əlavə xərc kimi təqdim olunur? Qanunun tələbinə əsasən övlada baxmaq hər iki valideynin borcudur. Tək atanın yox! Anası olaraq cavabdeh övladına heç bir xərc çəkməməlidir? Cavabdeh sürücülük kurslarında dərs deyir və gözəllik salonunda işləyir. Dərs dediyi kursun məbləği bir aylıq 150-180 manatdır. İşlədiyi salonda gördüyü iş nəzərə alınsa gündəlik 100-200 manat pul qazanır. Bunları demək də məqsədi 10 (on) yaşında olan qızının anasının işlədiyi və işləmək üçün heç bir məhdudiyyətinin olmamasıdır. O, aliment ödənişindən boyun qaçırmır, amma əlavə xərc ödəməyi onun yaşayışına təsir etdiyindən ödəyə bilmir. Dövlət onsuz da hər il minimal yaşayış səviyyəsinə uyğun olaraq alimenti artırır. Alimenti artırarkən hər şeyi nəzərə alaraq artırır. Onsuzda hər il artırılan aliment əlavə xərcləri nəzərə alaraq artırılır. Onsuzda çətin olan yaşayışının çəkilməz və dözülməz olmaması üçün, ədalətə sığınıb əlavə xərc bölümündə 100 (yüz) manat olan əlavə xərcin ləğv olunmasın istəyir. Əlavə xərc tam əsassız göstərilmişdir (alimentin onun tərəfindən ödənildiyini, sağlamlıqla bağlı xərclərin dövlət tərəfindən tam odənildiyini) məhkəmə nəzərə almalıdır. Bundan əlavə uşaq “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatda olsa da onun bütün müalicə və müayinə xərcləri eləcə də bütün növ analiz xərclərinin hamısı dövlət hesabına ödənişsiz həvata keçirilir. O, özündə şəxsən Milli Hematologiya və Transfuziologiya Mərkəzində olmuş, şifahi və yazılı formada ona bildirilmişdir ki, “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatda olan bütün xəstələrin müalicə və müayinə xərcləri, eləcə də bütün növ analiz xərclərinin hamısı dövlət hesabına ödənişsiz həyata keçirilir. Belə ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki. Ayla Muradova ödənişsiz dərman preparatları ilə təmin olunur. Əlavə olaraq bildirilib ki. Ayla Muradova son 2 ay ərzində xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Mərkəzə müraciət edərək ödənişsiz həkim müayinəsindən keçmiş və dərman preparatları ilə təmin olunmuşdur. Yəni bu o, deməkdir ki, dövlət bu xəstəliklə bağlı hər bir ödənişi qarşılayır və hətta dərmanları belə ödənişsiz verir. Azərbaycan Respublikasının Prezidentinin nəzarətində olan eləcə də X7 tərəfindən maliyyələşdirilən talassemiya xəstələrinin bütün müalicə, analiz və drəman vasitələri ilə təmin olunması tam ödənişsiz həyata keçirilir. Bundan əlavə ailə qanunvericiliyinin tələblərinə əsasən uşaqların saxlanması təkcə atanın deyil, həm də ananın vəzifəsidir. Hesab edir ki, uşaqların saxlanması üçün müəyyən olunmuş minimum hədd ata və ana arasında bərabər şəkildə bölünməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı Muradov Şahı̇ n Cavanşı̇ r oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməlidir. O hiss edir ki, qarşı tərəf arqumenti olmadığı və onun iddiası əsaslı olduğu üçün məhkəmə iclasına gəlmir. Müalicəsini qarşılaya bilmədiyi üçün müalicə vaxtı bəzi şəxslərdən borc almış, borcu ödəmək üçün "xxxx" ASC-dən 1030 manat kredit götürmüşdür. Boğazında zob var, zəhərli zob deyil, insulin dirənci yüksəkdir. Qarşı tərəf ona çox travma yaratmışdır. Danışanda belə boğulmaları olur və 2018-ci ildən müalicələrlə bağlı xəstəxanalara müraciət edir. Boğazında 2018-ci ildən bəri düyünlər yaranmağa başlamışdır, düyünlər onu danışanda boğur, əziyyət verir. İş materiallarına müalicə prosesləri, analizləri ilə bağlı sənədlər əlavə edilmişdir. Ayağında diz qapağından çıxıq yaranmış, uzaq məsafədə olanda salıb yerinə gəzə bilmir, Bakıya sınıqçıya gəlir ki, sınıqçı çıxığı yerinə salsın. Onun əmək haqqısı 550 manat göstərilir, vergilər çıxandan sonra 495 manat ələ aldığı puldur, əlavə premya filan yoxdur, başqa gəliri yoxdur, anasıgil ilə yaşayır. O, işlədiyi halda alimenti kəsiləndə 235 manat kəsilmişdir, əslində isə əmək haqqısının ¼ hissəsi məbləğində kəsilməli idi. Aliment məbləği olan 235 manatı 495 manat əmək haqqısından çıxdığı halda az bir məbləğ qalır, əlavə 100 manat da xərc tutulur. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin tutduğu 200 manat əlavə xərci 100 manata endirmişdir. O, 495 manat aldığı halda 235 manat aliment, 100 manat kredit ödəyir, 26 gün iş günü olduğu və yol pulu olaraq günlük 3 manat, yeməyi 3 manatdan nəzərə alınsa, hər biri 78 manat olmaqla cəmi 156 manat pul, hamısı toplananda isə 491 manat pul edir, həmin məbləği 495 manatdan çıxdıqda 4 manat yerdə pul qalır. Bununla o, ayda 4 manatla dolanır. Onun 41 yaşı var, bundan sonra hansı bir şirkət onu işə götürər? Qarşı tərəf özü gözəllik salonunda işləyir, qarşı tərəfin gördüyü işlərə dair iş materiallarına şəkillər əlavə etmişdir. Göstərdiyi xidmət ucuz bir xidmət deyil, ən aşağısı xidmətin qiyməti 50 manatdan 150 manata kimidir. Qarşı tərəf bu qazancı ilə uşağa baxa bilmirsə uşağı ona versin ki, özü baxsın. O, yenidən ailə qurmamış və başqa övladı yoxdur. Həmçinin, onun qızının bütün xərclərini dövlət qarşılayır. Uşaq yüngül xəstədir, ambulator olaraq müalicə edilir, ambulator müalicə aldığı üçün xəstə olaraq adlanıdırılır, buna baxmayaraq dövlət onun bütün xərclərini, dərmanlarını qarşılayır. Qarşı tərəf uşağın xərci olmadığı halda xərcləri ondan istəyir. İddia ərizəsi materiallarına Talessimiya Xəstəxanasının hazır reseptlərini qoymuş və reseptin üzərində pulsuz yazılmışdır. Yəni xəstəxananın içində olan aptekdə xəstələrə dərmanlar pulsuzdur. Dərmanlar və müalicə pulsuzdursa qarşı tərəf ondan uşağın xərcləri üçün necə pul tələb edir? Qarşı tərəf 2022-ci ildə verilən qəbzi saxtakarlıq edərək 2024-cü il kimi göstərmişdir. Ödənişsiz müalicə olunan uşaq üçün necə ödənişli qəbz alınır? Xəstəxanadan bildirilib ki, bu uşaq ödənişsiz müalicə alılr. Qarşı tərəf ancaq məhkəmə qabağı müalicələrdən keçir, uşağın xəstəliyi o dərəcə güclü olsa uşağa pensiya təyin edilər. O, qeyd etdikləri ilə bağlı bütün sənədləri təqdim edir, qarşı tərəf sübut təqdim etməsə də, onun istəyi təmin edilir, məhkəmələrdə onun hüquqları qorunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, qardaşı 2018-ci ildən mütəmadi müalicələrdən keçir, yaranan limfa düyünləri 6 aydan bir yoxlanılmalıdır və bütün bunlar onun öz vəsaiti hesabına edilir, özəl yerdə işlədiyi üçün orqanları üçün sığortaya düşmür. Həkim qəbuluna düşmək 200-250 manat, respet 300-400 manat təşkil edir, 6 aydan bir mütəmadi müalicələrdən keçməlidir. 2018-ci ildən bəri aldığı zərbələrə görə həyəcanı ilə bağlı danışanda boğulmaları, sıxılmaları olur. Qardaşının aldığı əmək haqqı 495 manatdır, əmək haqqısından qalan məbləğ ona kifayət etmir və məcbur olur ki, bankdan kredit götürərək müalicəsini etsin və dərmanlarının pulunu qarşılasın. Qardaşı əziyyət çəkir, anası şəkər və yüksək təzyiq xəstəsidir. O, əvvəl qardaşına dəstək olsa da indi imkanları yoxdur. Qardaşı tutulan alimenti vaxtında verir və bir gün də olsun gecikmə yoxdur. Onun sağlamlığı yerində olsa idi gedib işləyərdi, istəməz ki işləyib çox pul qazansın, dolanışığı yaxşı olsun. 2018-ci ildən bəri əziyyət çəkirlər, hər məhkəmə olanda stress, əsəb gərginlik yaşayırlar. Onlar uşaq üçün Talessimiya Mərkəzində, şöbə müdirinin, həkimin yanında olurlar ki, uşaqla maraqlansınlar. Oradan verilən məlumata görə uşaq ildə 1 dəfə mərkəzə gəlir, hətta bir sənəd var ki, qeydiyyatda olduğunu bildirməmiş, adi ödənişli xəstə kimi keçmiş, qarşı tərəf 2022-ci ildə olan qəbzi 2024-cü ildə verilmiş kimi göstərmişdir. Uşaq üçün müalicə və müayinələrin pulsuz olmasının qeyd edilməsi barədə arayışlar olmasına baxmayaraq bu arayışlar heç kəs tərəfindən nəzərə alınmır. Uşaq sadəcə dispanserdə qeydiyyatdadır, heç bir qanköçürmə olmamış, uşağa heç bir uşaq vitaminlərindən başqa vitamin verilməmişdir. Qarşı tərəfin verdiyi hər hansı resepti götürülüb baxılsa görünər ki, orada olan dərmanlar yalnız vitaminlərdir, talessimiya xəstəsində D vitamini yazılır, D vitamini də talessimiya mərkəzi özü verir. Qarşı tərəf uşağın xəstə olmasını bildirirsə, uşağı aparsın ki, pensiya versinlər. Belə ki, uşaq 7 həkimdən sıralama ilə keçir, ona epikriz verilir və pensiya təyin edilir. Xəstə o uşaq olar ki, onun hər iki valideyni talessimiya daşıyıcısı olsun. O, eyni zamanda qeyd etdi ki, cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə 2022-ci ildə alimentin artırılması ilə bağlı müraciət etmiş, hakim Səlimə xanım iddianı təmin etməmiş, cavabdeh ondan sonra Nizami Rayon Məhkəməsinə müraciət etmiş, alimentin artıırlması ilə yanaşı əlavə 100 manat tələb etmiş, Hakim Qumru Əliyeva tələbini qismən təmin edərək əlavə xərc olaraq 60 manat müəyyən etmiş, bundan 1 il keçməmiş cavabdeh əlavə xərclər üçün 100 manat tələb etmişdir. Həmin vaxtdan qardaşının maaşı eyni maaşdır, hər il aliment məbləği qalxır, lakin elə etmək lazımdır ki, qardaşı aliementi verə bilsin. Onlar bugünki gün qardaşının səhhətində olan xəstəliklərə görə alimenti verə bildiyinə şükür edirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, qızı talessimiya xəstəsidir, iddiaçı iddia ərizəsində uşağın dərmanlarının Talessimiya Mərkəzi tərəfindən təmin edilməsini bildirmiş, lakin uşağın alleqrik problemləri var, gözləri yavaş-yavaş zəifləyir, yəni uşağın talessimiyadan başqa da problemləri mövcuddur. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh və İddiaçı birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-987/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulması, birgə nikahdan doğulmuş uşağın ananın himayəsində saxlanılması, İddiaçı 30 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına yatanadək saxlanılması üçün 19 fevral 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1588/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 30 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi, İddiaçı Cavabdeh 30 dekabr 2015-ci il tarixdə doğulmuş X3 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 (altmış) manatın Cavabdeh xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan sonra Cavabdeh yenidən cavabdeh İddiaçı qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1588/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2024-cü il tarixli, 2(007)-2034/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)- 1588/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi, İddiaçı, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manatın Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5894/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2034/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya baxışı olan “əlavə xərclərin müəyyən edilməsi hissəsi”ndə dəyişdirilərək X3 çəkilən əlavə xərclərə görə tutulmalı olan məbləğ 100 (yüz) manat dəyərində müəyyən edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 3 saylı Mediasiya Təşkilatının MŞB/3/2024-00855 saylı xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1 və 77.3-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi əlavə xərc ilk öncə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə 60 manat, daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 100 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında bildirmişdir ki, X2 müayinə və müalicə xərcləri dövlət hesabına təmin olunur. Hansı ki, iddiaçının bildirdiyi bu əsaslar iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair 2(007)-2034/2024 saylı mülki iş və həmin iş üzrə qəbul edilmiş qətnamə üzrə onun tərəfindən apellyasiya şikayəti verilən zaman da irəli sürülmüş və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5894/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin 10-cu bəndində (səhifə 11) qeyd edilmişdir ki, əvvəlki məhkəmə baxışları zamanı verilmiş sorğularla müəyyən olunur ki, X5 2017-ci il tarixdən “Alfa Talassemiya” diaqnozu ilə qeydiyyata alınmış və onu müayinə və müalicə xərcləri dövlət hesabına təmin olunur. Lakin xəstəliyinin davam etməsi və uşağın daimi olaraq müayinə və müalicəyə ehtiyacının olması və bu müalicələr üçün dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmayan əlavə xərclərin yarana bilmə ehtimalı nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əlavə xərc hissəsində məbləğə münasibətdə dəyişdirilməli xx.xx.2015-ci il təvəllüdlü X3 çəkilən əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat İddiaçı tutularaq, Cavabdeh ödənilməlidir. Belə ki, aliment məbləğinin artırılmasına olan tələb edilən yaşayış minimumun dəyişməsi mütənasib olaraq uşağa olan qayğının müvafiq nisbətinin artmasını müəyyən edir. Belə ki, bu hal hamıya bəlli olan haldır və 60 manat məbləğində olan əlavə xərc üzrə məbləğin müəyyən edilməsi isə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmiş haldır. Bundan əlavə məhkəmə bildirir ki, iddiaçı əmək haqqısının aliment və əlavə xərcləri bilikdə ödəməsinə kifayət etmədiyini, xəstəliklərinin, sağlamlığında problem olmasını buna görə bankdan kredit götürməsini bildirsə də, məhkəmə tərəfindən 100 manat əlavə xərc təyin edilən zaman onun əmək haqqısı bu məbləğdə olmuş, məhkəmə tərəfindən əlavə xərc təyin edilərkən bu hal nəzərə alınaraq həmin xərc təyin edilmişdir. Eyni zamanda onun sağlamlığında problemlərin olması uşaq üçün təyin edilən əlavə xərcin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi üçün əsas kimi qəbul edilməməlidir. Göründüyü kimi, əlavə xərc təyin olunduqdan sonra iddiaçının həmin xərclərin ləğv edilməsinə səbəb olacaq ailə və maddi vəziyyətində elə də ciddi dəyişikliklər olmamışdır, iddiaçının göstərdiyi hallar onu bir valideyn kimi, qanunla üzərinə qoyulmuş öhdəlikdən azad etmir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “iddianın təmin edilməsi, əlavə xərclərə görə hər ay sabit pul məbləğində ondan tutulan 100 (yüz) manatın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən çəkilmiş 60 manat mediasiya xərci və ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı “İddiaçı Cavabdeh qarşı “iddianın təmin edilməsi, əlavə xərclərə görə hər ay sabit pul məbləğində ondan tutulan 100 (yüz) manatın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar