Məhkəmə qərarları › İş №2(007)-1325/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1325/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1325/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaqların himayəyə verilməsi və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı uşaqların himayəyə verilməsi aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi X4 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə qeyri-rəsmi qaydada 2005-ci il tarixdə el adəti ilə ailə qurmuşdur. Birgə ailəlik dövründə 2 uşaqları doğulub. Gəncə şəhərindəki “Asan Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsindən uşaqlarının atalığını müəyyən edən şəhadətnamələr almışdır. Cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmalarını sübut etdi. Bildirir ki, onların ayrılmalarının əsas səbəbi tamamilə əks xarakterli insanlar olmalarıdır. O, ailənin dağılmasını istəmirdi ancaq bir yerdə yaşamaları da qeyri mümkündür. Hal-hazırda ayrılmışlar. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Həmin vaxtdan da övladları onun yanında qalır. Uşaqlarının maddi cəhətdən təmin olunması üçün çətinlik çəkir. Çünki onların gündəlik təlabatını, sağlamlığını və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər onun üzərində qalıb. Halbuki, uşaqların saxlanılması üçün onların tələbatını ödəmək bir valideyin kimi cavabdehin də üzərinə düşür. Buna görə də hesab edir ki, cavabdeh bir valideyn kimi uşaqların saxlanılması üçün ona aliment ödəməlidir. Qeyd olunanlara əsasən Cavabdeh 13.08.2006-cı il təvəllüdlü X3 və 15.09.2009-cu il təvəllüdlü X5 onun yanında qalmaları və onlar yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər uşağa görə 193 manat, cəmi 386 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə faktiki nikahından doğulmuş 13.08.2006-cı il təvəllüdlü X3 və 15.09.2009cu il təvəllüdlü Hüseynov İsa Elmir oğlunun ataları Cavabdeh, anaları İddiaçıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə birgə nikahdan doğulmuş 13.08.2006-cı il təvəllüdlü X3 və 15.09.2009-cu il təvəllüdlü X3 hal-hazırda faktiki olaraq ananın himayəsində olduğunu nəzərə alaraq hesab edir ki, anaları İddiaçı himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirib hesab edir ki, iddia təmin edilməli, 13.08.2006-cı il təvəllüdlü X6 və 15.09.2009-cu il təvəllüdlü X9 anaları İddiaçı himayəsində saxlanılmalı və onların yetkinlik yaşına çatanadək saxlanması üçün 10 mart 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər uşağa görə hər ay 193 manat, cəmi 386 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması hissəsində qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 13.08.2006-cı il təvəllüdlü X6 və 15.09.2009-cu il təvəllüdlü X9 anaları İddiaçı himayəsində saxlanılsın. Oların yetkinlik yaşına çatanadək saxlanması üçün 10 mart 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər uşağa görə hər ay 193 manat, əmi 386 manat aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar