Məhkəmə qərarları › İş №2(007)-1336/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1336/2022

13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1336/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızının və onun vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiаçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızına qarşı “alimentin azaldılması” tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızının ilkin iddia üzrə iddiаçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin artırılması və əlavə xərclərə cəlb edilmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiаçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızına qarşı “alimentin azaldılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1775/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün hər ay 155 (bir yüz əlli beş) manat olmaqla, cəmi 310 (üç yüz on) manat sabit pul miqdarında aliment məbləğinin ləğv edilməsi, uşaqların saxlanılması üçün qazancının 1/3 hissəsi miqdarda alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət X6 Samirə Mirzəyeva ilə nikaha daxil olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1775/2021 saylı qətnaməsinə əsasən aralarındakı nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anaları X1 himayəsində saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 155 (bir yüz əlli beş) manat olmaqla, cəmi 310 (üç yüz on) manat sabit pul miqdarında alimentin tutularaq X2 verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X4 üç yaşına çatanadək xx.xx.2021-ci il tarixdən hesablanmaqla İddiaçı hər ay 50 (əlli) manat sabit pul miqdarında alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Onun məhkəmə proseslərindən məlumatı olmamışdır. Məhkəmə qətnaməsi ilə ondan 310 manat pulun tutulmasından sonradan xəbəri olmuşdur. O başa düşür ki, uşaqlarını saxlamaq onun borcudur. Lakin məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğini ödəməyə maddi imkanı əl vermir. Belə ki, o, xx.xx.2017-ci ildən halhazıra kimi N nömrəli hərbi hissədə müddətsiz əmək müqaviləsi əsasında atıcı-mühafizəçi vəzifəsində (mülki) işləyir və vəzifə maaşı 271 manat təşkil edir. Onun əlavə gəlir yeri yoxdur. Kirayədə yaşayır. Məhkəmə tərəfindən təyin olunmuş sabit aliment məbləğini ödəməkdə çətinliklər çəkir. Məhkəmə alimentin miqdarını müəyyən edərək hər iki tərəfin maddi imkanını nəzərə almalı idi. Lakin məhkəmə onun əmək haqqısının 271 manat olmasını, əlavə gəlir yerinin olmamasını və kirayədə yaşadığını nəzərə almamışdır. Bundan başqa onlar birgə nikah dövrlərində kredit götürmüşlər. Həmin kreditin borcunu da o özü ödəyir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızı ilkin iddia üzrə iddiаçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin artırılması və əlavə xərclərə cəlb edilmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, X3 və X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində hər uşaq üçün 190 manat alimentin tutularaq ona ödənilməsi, eyni zamanda X3 müalicəsi üçün iddiaçıdan hər ay 150 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbində qarşılıqlı iddia üzrə cavabdeh 310 (üç yüz on) manat alimenti ödəməyə maddi imkanının olmadığını, xx.xx.2017-ci ildən hal-hazıra kimi N nömrəli hərbi hissədə müddətsiz əmək müqaviləsi əsasında atıcı-mühafizəçi vəzifəsində işlədiyini və vəzifə maaşının 271 manat təşkil etdiyini qeyd etmişdir. Eyni zamanda kirayə yaşadığını, kredit ödədiyini qeyd etmişdir. Həmin iddia ərizəsini qəbul etmirlər və hesab edirlər ki, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli, qərarında və həmin qərara edilmiş dəyişikliklərdən sonra qəbul edilmiş 27 aprel 2020-ci il tarixli 151 nömrəli Qərarında deyilir ki, hərbi qulluqçular aylıq maaşlarından əlavə üstəlik pul təminatı almaq hüququna malikdirlər və bunlar qərarda göstərilmişdir. Göründüyü kimi iddiaçı əmək haqqı ilə eyni zamanda əlavə olaraq, müxtəlif xərclərə görə pul təminatı alır. Qarşılıqlı iddia üzrə cavabdehin aliment ödəmək üçün kifayət qədər imkanı vardır. Əgər o yalnız 271 manat maaş alırsa, onda kirayə haqqını və krediti hansı pullarla ödəyir, eyni zamanda öz gündəlik xərclərini hansı pulla edir? Eyni zamanda o qeyd edir ki, xx.xx.2016-cı il təvəllüdlü X8 ağır xəstədir. X12, Referans Klinikasının və Topçubaşov adına Elmi Cərrahiyə mərkəzinin verdiyi müayinə sənədlərindən də görünür ki, X16 xəstədir və mütəmadi müalicə kursu keçməlidir. Bu müalicə isə böyük xərclər tələb edir. O, 2 uşaqla kirayədə qalır və kirayə haqqını verməyə imkanı yoxdur. İddiaçı eyni zamanda cavabdeh indi və gələcəkdə uşaqlarının layiqli yaşayış səviyyəsini təmin etməlidir. Hal-hazırda adam başına minimum yaşayış səviyyəsi 190 manatdır. İddiaçı hər uşağa 190 manat aliment ödəməlidir. Eyni zamanda X5 müalicəsi üçün hər ay 150 manat məbləğində müalicə xərcləri ödəməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edib, ilkin iddia tələbinin məzmununa və izahata uyğun izahat verərək ilkin iddianın təmin edilməsini xahiş etdi və qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək onun təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, 271 manat əmək haqqı alır, o, hərbi hissədə mülki işçi kimi işləyir, hərbi hissədə çalışanlar üçün qeyd olunan güzəştlər onlara aid deyil, başqa yerdən əlavə gəliri yoxdur, kirayədə qalır və əlavə işdə işləyəmə sağlamlığı imkan vermir. Hər uşağa 155 manat alimenti ödəyə bilmir. Cavabdeh işləyir və ondan da yaxşı pul qazanır. Onun aliment borcu yığılmamışdır. Onun uşağı sağlam dünyaya gəlmişdir, onlar bir il olar ki, qarşı tərəflə ayrılmışlar. Qarşı tərəf uşaqların ikisini də buraya gətirsin, onda görünər ki, o uşaqlar sağlam uşaqlardır. Əgər uşaq əlildirsə necə məktəbə gedir. Aliment onun əmək haqqına uyğun tutulsun, onun əmək haqqısı azdır. Uşaq üçün əlavə xərc mediasiya prosesində müzakirə olunmuşdur, ancaq imkanı olmadığı üçün ödəyə bilməyəcəkdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızı qarşılıqlı iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilkin iddia tələbini qəbul etmədiklərini bildirdi və qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd olunmasını xahiş etdi. O həmçinin qeyd etdi ki, qarşı tərəf hərbi hissədə işləyir, onlara N faiz maaşlarının üstünə əlavə gəlir gəlir, bundan başqa əlavə pullarda yazılır. Onunla birlikdə yaşadığı vaxt İddiaçı ayda 500-600 manat əmək haqqı alırdı, onların əmək haqqısı hazırda 20-30% qalxmışdır. O, 271 manat maaş aldığını, həmin 271 manat ilə həm kirayə qaldığını, həm aliment verdiyini deyir, həm banka olan borcunu verir, bu necə uyğunsuzluqdur. Eyni zamanda X3 xəstəliyinin iflic olduğunu, ayağının ucunda gəzdiyini, belinin əyri olduğunu, uşağın ürəyində problem olduğunu, cavabdehin başqa bir qadınla yaşadığını, evlilikləri müddətində 4-5 dəfə ayrılıb barışdıqlarını, uşaq əlil olduğu üçün onları atıb getdiyini, İddiaçı uşaqla maraqlanmadığını, işləmədiyini, Kamilin verdiyi aliment ilə yanaşı valideynlərinin də kömək etdiyini bildirdi. Uşaq üçün əlavə xərc mediasiya prosesində müzakirə olunmuş, lakin ilkin iddiaçı ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilkin iddia tələbini qəbul etmədiklərini bildirdi və qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd olunmasını xahiş etdi. O həmçinin qeyd etdi ki, İddiaçı əmək haqqısı N manatdır, amma hərbi hissədə işlədiyinə görə əmək haqqıları səviyyəsində əlavə təminat və əmək haqqına hər ay N faiz əlavə pul, ərzaq payı, bayram günlərində maaşının 2 qatında pul vəsaiti verilir. İddiaçı 2 gün boş olur, yoldaşının dediyinə görə o, taksi fəaliyyəti ilə də məşğul olur. Həmçinin İddiaçı qohumunun evində qalır. Uşaq xəstədir, uşağın ürəyində sol mədəcikdə dəlik var, uşaq pəncəsi ilə yeriyir, bu gün uşağın müayinəsi üçün 400 manat MRT pul istənilmiş və uşağın əməliyyatına 5000 manat pul vəsaiti lazımdır. İddiaçı evinin kirayəsini də hərbi hissə ödəyir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızı xx.xx.2015-ci il tarixdə ər-arvad münasibətlərinə daxil olmuş, ailə münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 anadan olmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1775/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə X7 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında 1578 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anaları X1 himayəsində saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 155 (bir yüz əlli beş) manat olmaqla, cəmi 310 (üç yüz on) manat sabit pul miqdarında alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1775/2021 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutularaq X2 verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X4 üç yaşına çatanadək xx.xx.2021-ci il tarixdən hesablanmaqla İddiaçı hər ay 50 (əlli) manat sabit pul miqdarında alimentin tutularaq X2 ödənilməsi, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlkin İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, aliment məbləği və əlavə xərclə bağlı müzakirə edilmiş, lakin tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə ilkin iddia üzrə iddiаçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızına qarşı “Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1775/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün hər ay 155 (bir yüz əlli beş) manat olmaqla, cəmi 310 (üç yüz on) manat sabit pul miqdarında aliment məbləğinin ləğv edilməsi, uşaqların saxlanılması üçün qazancının 1/3 hissəsi miqdarda alimentin tutulması” tələbinə dair ilkin iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1775/2021 saylı qətnaməsi ilə aliment tutulmasına və əlavə xərclərə cəlb edilməsinə maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması uşaqların mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. İlkin İddiaçı məhkəmə iclasında maaşının az olduğunu, özünün hal-hazırda kirayə qaldığını, əlavə iş yerinin olmamasını, aliment və əlavə xərci ödəyə bilməməsini bildirmişdir. Məhkəmə ilkin iddiaçının həmin dəlilərini əsassız sayaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hallar, alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməldir. Göründüyü kimi, aliment məbləği və əlavə xərclərdən azad edilməsi təyin olunduqdan sonra iddiaçının xərclərin azaldılmasına səbəb olacaq ailə və maddi vəziyyətində elə də ciddi dəyişikliklər olmamışdır. Əksinə xx.xx.2018-ci il təvəllüdlü X4 üç yaşına çatanadək xx.xx.2021-ci il tarixdən hesablanmaqla İddiaçı hər ay 50 (əlli) manat sabit pul miqdarında alimentin tutularaq X2 ödənilməsinə dair aliment uşaq üç yaşına çatması ilə aradan qalxmışdır. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızının ilkin iddia üzrə iddiаçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “İddiaçı iddiasının rədd edilməsi, X3 və X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində hər uşaq üçün 190 manat alimentin tutularaq ona ödənilməsi, eyni zamanda X3 müalicəsi üçün iddiaçıdan hər ay 150 manat məbləğində pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 190 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də qarşılıqlı iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay hər uşağa 165 manat olmaqla, cəmi 330 manat pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2021ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, qarşılıqlı iddia alimentin artırılmasına münasibətdə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, uşağın müalicəsi ilə bağlı olan tibbi xidmətlər üçün xərclənən pul vəsaitinin məhz əlavə xərc kimi qiymətləndirilməsi ailə qanunvericiliyi tərəfindən nəzərdə tutulduğundan, həmçinin tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 tibbi müəssisələrdə müayinə və müalicə olunduğundan, hazırda da müayinə və müalicələri davam etdiyindən, qarşılıqlı iddiçının birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit məbləğdə pulun İddiaçı tutulub ona verilməsi barədə tələbi əsaslıdır. Məhkəmə xx.xx.2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar əlavə xərclər qismində İddiaçı tutulmalı olan məbləğə münasibətdə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, məhkəmə hazırda İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək aliment ödəməli olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, 150 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində aliment tutulub, Aləmmədova Samı̇ rə Fazı̇ l qızına verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiаçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızına qarşı “Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1775/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün hər ay 155 (bir yüz əlli beş) manat olmaqla, cəmi 310 (üç yüz on) manat sabit pul miqdarında aliment məbləğinin ləğv edilməsi, uşaqların saxlanılması üçün qazancının 1/3 hissəsi miqdarda alimentin tutulması” barədə ikin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Mı̇ rzəyev Kamı̇ l Nəsı̇ r oğlundan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1775/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Mı̇ rzəyev Kamı̇ l Nəsı̇ r oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 165 manat olmaqla 330 manat sabit pul məbləğində aliment və xx.xx.2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində aliment tutulub, Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızına verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli və ondan 40 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiаçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızına qarşı “Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1775/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün hər ay 155 (bir yüz əlli beş) manat olmaqla, cəmi 310 (üç yüz on) manat sabit pul miqdarında aliment məbləğinin ləğv edilməsi, uşaqların saxlanılması üçün qazancının 1/3 hissəsi miqdarda alimentin tutulması” barədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Mı̇ rzəyev Kamı̇ l Nəsı̇ r oğlundan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1775/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Mı̇ rzəyev Kamı̇ l Nəsı̇ r oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 165 manat olmaqla 330 manat sabit pul məbləğində aliment və xx.xx.2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində aliment tutulub, Aləmmədova (Mirzəyeva) Samirə Fazil qızına verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Mı̇ rzəyev Kamı̇ l Nəsı̇ r oğlunun mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli və ondan 40 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar