Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-135/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə “payın naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs cəlb edilməklə “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 193 (177.7) kv.metr olan qeyri-yaşayış sahəsindən payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh, "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət olunmuşdur. Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiası tam təmin olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsində Cavabdeh ilə aralarında Barışıq Sazişi bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-865/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə sözügedən Barışıq Sazişinin təsdiq edilməsi qərara alınmışdır. Barışıq Sazişinə əsasən X1 Xəyalə Sədi qızına qarşı olan iddiasından imtina etmiş və ona qarşı gələcəkdə ünvan 1 ünvanında yerləşən 193 (177.7) kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı iddia tələbi ilə çıxış etməyəcəyini, Cavabdeh ünvan 1 ünvanında yerləşən 193 (177.7) kv.m olan qeyri-yaşayış sahəsinin keçmiş əri İddiaçı ilə hər birinə ½ hissə olmaqla paylara bölünməsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını öz öhdəsinə götürməsi ilə, bu saziş üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər-hansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşməsi və tərəflər arasındakı mübahisələrin qarşılıqlı razılıq əsasında, belə razılıq olmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi ilə təsdiqlənmişdir. İddiaçı ərəfindən ərizə ilə məhkəməyə müraciət olunaraq, Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmiş Barışıq Sazişinin icraya yönəldilməsi xahiş edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-865/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin saylı 2(103)- 865/2018 saylı 28 iyun 2018-ci il tarixli qərardadı ilə təsdiq edilmiş Barışıq Sazişinin icraya yönəldilməsi qərara alınmışdır. Qərardad icra olunması üçün Nizami rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş paylı mülkiyyətə dair Çıxarışda onun ½ hissə və Cavabdeh ½ hissə payçı olduqları qeyd olunmuşdur. Lakin qeyri-yaşayış sahəsinə dair Texniki Pasport verilməmişdir. Qeyd edildiyi kimi, qeyri-yaşayış sahəsi paylı mülkiyyət olduğundan ona məxsus payı üzərində mülkiyyət və istifadə hüquqlarından istifadə zamanı cavabdehlə aralarında mütəmadi olaraq gərginlik yaranır. Cavabdeh qeyri-yaşayış sahəsinin ona məxsus hissəsində istifadəsinə maneəçilik törədir və nəticədə onu mülkiyyət və istifadə hüququndan məhrum edir. Bu halların aradan qaldırılması və mülkiyyət hüquqnmun bərpası məqsədi ilə o, X3 müraciət etmiş və payların bölünməsi barədə rəy verilməsini xahiş etmişdir. X2 19 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçilər arasında təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, ekspert rəyi ilə razı olduqlarını, tərəflərin əmlakın onlara aid hissələrini kirayə verib pulunu götürdüklərini bildirdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 177.7 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh adına xx.xx.2010-cu il tarixdə, ½ hissədə İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. - xx.xx.2018-ci il tarixli qərardaddan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-865/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş və xx.xx.2018-ci il tarixli qərardad ilə təsdiq edilmiş Barışıq Sazişinin icraya yönəldilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X1 Xəyalə Sədi qızına qarşı olan iddiasından imtina etmiş və ona qarşı gələcəkdə ünvan 1 ünvanında yerləşən 193 (177.7) kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı iddia tələbi ilə çıxış etməyəcəyini, Cavabdeh ünvan 1 ünvanında yerləşən 193 (177.7) kv.m olan qeyri-yaşayış sahəsinin keçmiş əri İddiaçı ilə hər birinə ½ hissə olmaqla paylara bölünməsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını öz öhdəsinə götürməsi, bu saziş üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər-hansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşməsi və tərəflər arasındakı mübahisələrin qarşılıqlı razılıq əsasında, belə razılıq olmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi qərara alınmışdır. - X2 19 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 177.70 metr2 olan qeyri-yaşayış sahəsinin mülkiyyətçilər arasında təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 10/4702 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 177.7 kv.metr olan qeyri-yaşayış sahəsin ½ paylar üzrə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və Cavabdeh arasında Bakı Apellyasiya Məhkəməsində Barışıq Sazişi bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-865/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə sözügedən Barışıq Sazişinin təsdiq edilməsi qərara alınmışdır. Barışıq Sazişinə əsasən X1 Xəyalə Sədi qızına qarşı olan iddiasından imtina etmiş və ona qarşı gələcəkdə ünvan 1 ünvanında yerləşən 193 (177.7) kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı iddia tələbi ilə çıxış etməyəcəyini, Cavabdeh ünvan 1 ünvanında yerləşən 193 (177.7) kv.m olan qeyri-yaşayış sahəsinin keçmiş əri İddiaçı ilə hər birinə ½ hissə olmaqla paylara bölünməsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını öz öhdəsinə götürməsi ilə, bu saziş üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hərhansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşməsi və tərəflər arasındakı mübahisələrin qarşılıqlı razılıq əsasında, belə razılıq olmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi ilə təsdiqlənmişdir. İddiaçı ərəfindən ərizə ilə məhkəməyə müraciət olunaraq, Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmiş Barışıq Sazişinin icraya yönəldilməsini xahiş edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-865/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin saylı 2(103)- 865/2018 saylı 28 iyun 2018-ci il tarixli qərardadı ilə təsdiq edilmiş Barışıq Sazişinin icraya yönəldilməsi qərara alınmışdır. Qərardad icra olunması üçün Nizami rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. X2 19 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçilər arasında təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 10/4702 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 177.7 kv.metr olan qeyri-yaşayış sahəsinin ½ paylar üzrə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə, İddiaçı payının naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədi ilə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 10/4702 nömrəli rəyi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 177.7 kv.metr olan qeyri-yaşayış sahəsinin ½ paylar üzrə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertiza rəyi ilə razılaşaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 177.7 kv.metr olan qeyri-yaşayış sahəsi naturada bölünməsi mümkün olduğundan, iddiaçının payının naturada bölünməsi tələbi qismən təmin edilməli, 177,7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi iddiaçı və cavabdeh arasında hər biri 88,85, kvm olmaqla naturada bölünməli, iddia tələbi qalan hissədə, yəni faktiki artırılmış 15,3 kv.m (193-177,7=15,3 kv.m artım) sahənin bölünməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi ona aid edilməli, dövlət rüsumuna görə X5 15 manat vəsaitin əvəzi tutularaq İddiaçı ödənilməli, o cümlədən məhkəmə tikinti-texniki ekspertizalarına sərf olunmuş 100,00 manat məbləğində vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə X4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən ½ hissədə İddiaçı, ½ hissədə isə X6 məxsus 177,7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi onlar arasında hər biri 88,85 kv.m olmaqla naturada bölünməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi ona aid edilməli, dövlət rüsumuna görə Cavabdeh 15 manat vəsaitin əvəzi tutularaq İddiaçı ödənilməli, məhkəmə tikinti-texniki ekspertizalarına sərf olunmuş 100,00 manat məbləğində vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə X4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE000000 **********8501) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olinsun. ünvan 1 ünvanında yerləşən ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh məxsus 177,7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi onlar arasında hər biri 88,85 kv.m olmaqla naturada bölünsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi ona aid edilsin. Dövlət rüsumuna görə Cavabdeh 15 manat vəsaitin əvəzi tutularaq İddiaçı ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizalarına sərf olunmuş 100,00 manat məbləğində vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE000000 **********8501) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-135/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-135/2022
24.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver