Məhkəmə qərarları › İş №2(007)-1358/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1358/2021

28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1358/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən götürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4-E saylı binanın ona məxsus 31 saylı mənzilindən Cavabdeh cehiz əşyalarının Cavabdeh tərəfindən götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, oğlu X5 22 fevral 2019-cu ildə Şirvan şəhərində yaşayan Cavabdeh ilə el adətincə toy edib, lakin rəsmi nikah qeyd etdirmədən faktiki olaraq evlənib ailə qurmuşdur. İlk aylar mehriban olsalar da, daha sonralar isə aralarında tez-tez mübahisələr baş vermiş, artıq onların ər-arvad kimi yaşamağının qeyrimümkün olduğu, xarakter və xasiyyətlərinin düz gəlmədiyi bəlli olmuşdur. Məhz bu səbəbdən də 10 iyul 2020-ci il tarixdə Cavabdeh 30 dekabr 2019-cli il tarixdə anadan olmuş qızı X3 da götürüb Şirvan şəhərində yaşayan valideynlərinin evinə getmişdir. Həmin vaxtdan Cavabdeh ilə oğlu X6 faktiki ər-arvad münasibətlərinə son qoymuşlar. X2 Səyyad qızı Məmmədova ilə rəsmi nikah qeyd etdirmədən faktiki olaraq evlənib ailə qurarkən Cavabdeh gətirmiş olduğu cehiz əşyaları, yəni bir ədəd yataq mebel dəsti, bir ədəd qonaq mebel dəsti, bir ədəd mətbəx mebel dəsti, yorğan-döşək dəstləri, bir ədəd televizor, bir ədəd soyuducu və məişət avadanlıqları iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən 4-E saylı binanın 31 saylı mənzilinə yığılmışdır. X11 Cavabdeh ilə evləndikdən sonra cəmi üç ay müddətində İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 4-E saylı binanın 31 saylı mənzilində yaşamışlar. Daha sonra Nuranənin cehiz əşyaları iddiaçıya məxsus həmin mənzildə qalmaqla, oğlu Məhəmməd Məmmədovla Cavabdeh onların yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” dairəsində olan fərdi yaşayış evində yaşamışlar. xx.xx.2020-ci il tarixdə onlar faktiki ər-arvad münasibətlərini kəsmişlər və onların bir yerdə ər-arvad kimi yaşaması qeyri-mümkündür. Bu səbəbdən də, İddiaçı məxsus mənzildə cavabdehə məxsus cehiz əşyalarının götürülməsi ilə bağlı dəfələrlə telefonda danışmaqlarına baxmayaraq Cavabdeh ona məxsus olan mənzildə yığılmış cehiz əşyalarını gəlib götürməmiş və cavabında da bildirmişdir ki, cehiz əşyalarını götürməyəcək, əşyalar mənzildə qalacaq. Hətta oğlu X5 xx.xx.2020-ci il tarixdə Cavabdeh rəsmi məktubla müraciət edərək bildirmişdir ki, 10 iyul 2020-ci il tarixdə özünün könüllü olaraq bir övladlarını da götürüb getmiş, onun bu gedişi onların ər-arvad kimi yaşamaqlarını qeyri-mümkün etmişdir. Aralarında rəsmi nikah yoxdur, artıq ər-arvad münasibətlərinə rəsmi xitam verilmiş hesab edir. Evlənərkən gətirdiyi cehiz əşyalarını 20 gün müddətində - 24 sentyabr 2020-ci il tarixədək götürüb aparmağını tələb edərək , əks təqdirdə, həmin cehiz əşyalarının yerləşdirilməsi üçün müvafiq orqanlara müraciət edəcəyəi barədə xəbərdar etmişdir. Cavabdeh tərəfindən cehiz əşyaları götürülmədikcə iddiaçının mülkiyyət hüquqları pozulur, ona məxsus olan mənzildən istifadə edə bilmir. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Asan 1 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Füzuli şəhərində anadan olmuş və hal-hazırda Füzuli şəhəri, Komsomol küçəsi, ev 52-də qeydiyyatdadır. - Şirvan ŞPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2001-ci ildə Şirvan şəhərində anadan olmuşdur və hal-hazırda Füzuli rayonu, Zərgar kəndində qeydiyyatdadır. - "xxxx" MTK-nın müqavilə 5-E üzrə olan arayışının surətindən görünür ki, İddiaçı kooperativə 4-E saylı binadakı 5-ci mərtəbədə, 1 otaqlı, 31 saylı 74.00 kv metrlik yaşayış sahəsinin tam dəyərini ödəmişdir. - xx.xx.2017-ci il tarixli 5 E №li müqavilənin surətindən görünür ki, “Satıcı” ünvan 2 ünvanında yerləşən 4-E saylı yaşayış binasının 5-ci mərtəbəsindəki 31 saylı mənzili tikərək “Alıcıya” satır, “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı”ya ödəyir. Mənzilin tikinti altındakı ümumi sahəsi 74.00 kv.m təşkil edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 4-E saylı binanın 31 saylı mənzili üzrə yaşayış sahəsini kooperativə tam ödəmişdir. İddiaçı oğlu X1 Nuranə Səyyad qızı ilə faktiki nikahda olmuş və sonuncu ünvan 1 ünvanında yerləşən 4-E saylı binanın ona məxsus 31 saylı mənzilə bir ədəd yataq mebel dəsti, bir ədəd qonaq mebel dəsti, bir ədəd mətbəx mebel dəsti, yorğan-döşək dəstləri, bir ədəd televizor, bir ədəd soyuducu və məişət avadanlıqları olan cehiz əşyalarını yığmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinə əsasən isə gəlinin qayınatanı (və ya qayınananı) saxlamaq aliment kimi öhdəliyi müəyyən edilməmişdir. Yəni gəlin qayınatanın (və ya qayınananın) digər qohumu da hesab edilə bilməz. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, Cavabdeh ilə iddiaçının oğlu X5 arasında faktiki ailə münasibətlərinə son qoyulduğundan, cavabdeh iddiaçının gəlini kimi onun ailə üzvü hesab edilmədiyindən, onun iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 4-E saylı binanın 31 saylı mənzilində yerləşən cavabdehə aid cehiz əşyalarının cavabdeh tərəfindən götürülməsini tələb etməkdə iddiaçı haqlı olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh üzrəinə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 4-E saylı binanın 31 saylı mənzilindən cavabdehə məxsus bir ədəd yataq mebel dəsti, bir ədəd qonaq mebel dəsti, bir ədəd mətbəx mebel dəsti, yorğandöşək dəstləri, bir ədəd televizor, bir ədəd soyuducu və məişət avadanlıqları olan cehiz əşyalarının götürülməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, cavabdeh dövlər rüsumunun ödənilməsindən azad olduğuna görə məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh üzrəinə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 4-E saylı binanın 31 saylı mənzilindən cavabdehə məxsus bir ədəd yataq mebel dəsti, bir ədəd qonaq mebel dəsti, bir ədəd mətbəx mebel dəsti, yorğan-döşək dəstləri, bir ədəd televizor, bir ədəd soyuducu və məişət avadanlıqları olan cehiz əşyalarının götürülməsi vəzifəsi qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar