Məhkəmə qərarları › İş №2(007)-1371/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1371/2023

12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1371/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı və cavabdeh Bağırov Elçı̇ n Səxavət oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Bağırov Elçı̇ n Səxavət oğluna qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bağırov Elçı̇ n Səxavət oğluna qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Sumqayıt Nikah evində bağlanmış nikahın pozulması, Cavabdeh ilə onun arasında mövcud olan nikah pozulduqdan (boşandıqdan) sonra övladı xx.xx.2010-cu ildə anadan olmuş X2 onun yanında saxlanması, birgə övladları olan X2 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləği şəklində alimentin 6 ay əvvəldən, yəni 2022-ci ilin sentyabr ayının 01-dən hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu ilin dekabr ayında el adəti ilə evlənməklə ailə həyatı qumuş, rəsmi nikahları isə nikahın bağlanmsı haqqında akt qeydləri kitabında 2010-cu ilin dekabr ayının 28-də 1007 №-si ilə qeyd edilmiş və Sumqayıt nikah evi tərəfindən onlara xx.xx.2010-cu il tarixdə AZ-İ №639652 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahları dövründə xx.xx.2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. Evlənəndən sonra, yəni 2010-cu ilin dekabrın 28-də cavabdehin ata-anasının da yaşadığı evlərinə Sumqayıt şəhərindəki evlərinə gəlin köçmüş və orada 2017-ci ilin sonlarınadək ər-arvad kimi yaşamış, 2018-ci ildə isə Bakı şəhərinə köçərək yuxarıdakı ünvanda ər-arvad kimi kirayədə yaşamışlar. 2022-ci ilin ortalarından bir-birlərini başa düşə bilmədiklərinə, mənasız və məntiqsiz davranış səbəblərindən aralarında müntəzəm və mütəmadi olaraq mübahisələr olmuş, həmin vaxtdan cavabdehlə ər-arvad kimi yaşamır və xasiyyətləri uyğun gəlmədiyinə görə münasibətləri pozulmuşdur. 2022-ci ilin payızından cavabdehdən ayrılmış və bir azyaşlı övladı ilə birgə burada Bakı şəhərində yaşayırlar. Cavabdehlə evliliklərinin ilk aylarında səmimi və normal ər-arvad münasibətində olmuşlar. Lakin sonradan isə onların ailədəki ər-arvad münasibətləri cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi, bir-birlərini başa düşə bilməmələri, mənasız söz-söhbətlər və s. səbəblərdən bir-birlərini başa düşməyib yola gedə bilməmələri ilə əlaqədar olaraq çox pisləşmişdir. Onunla münasibətlərinin pis olması və qeyd etdiyi səbəblərdən bir neçə dəfə boşanmaqdan ötrü məhkəməyə müraciət etmək istəsə də, bir övladlarının olması, onun atasız böyüməməsi səbəbindən, gələcəkdə mənəvi sarsıntı keçirtməməsi naminə səbirli olmuş, ailəsini qoruyub saxlamaqdan ötrü dözmüşdür. Artıq cavabdehlə bir neçə müddətdir ki, ər-arvad kimi yaşamır. Onun hərəkətləri onun şəxsiyyətinə, heysiyyatına toxunduğuna görə evdə mənasız qalmaqal, dava-dalaş, mübahisələr yaranacağı üçün onların bir yerdə ailə həyatını davam etdirmələri dözülməz həddə çatıb. Odur ki, nikahlarının pozulması qərarına gəlmişdir. Artıq nikahları formal xarakter daşıyır və nikahlarının qorunması və ailə münasibətlərinin bərpası qeyrimümkündür. Çünki o, cavabdehlə bir neçə aydır ki, ər-arvad kimi yaşamır, onunla heç bir əlaqəsi yoxdur. Eyni zamanda cavabdeh 6 aydır ki, qızına heç bir maddi yardım etmir. O və övladı da bunu dəfələrlə ondan tələb etsələr də, ötən müddət ərzində cavabdeh onlara maddi yardım göstərməyib. Odur ki, alimentin tutulmasının 6 ay əvvəldən hesablanmasını ədalətli hesab edir və buna qanun da imkan verir. Övladının ana qayğısına və nəvazişinə ehtiyacı olduğuna görə nikah pozulduqdan sonra uşağın onun yanında qalmasını istəyir, çünki onun tərbiyəsi, əxlaqı, mənəviyyatı ilə o, ana kimi məşğul ola bilər, onu cəmiyyətə sağlam, yararlı övlad kimi yetişdirə bilər və buna özü zəmanət verir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdehlər aralarında mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Cavabdeh ondan aliment tutulmasına etiraz etməmişdir. Aralarında barışıq sazişi bağlanandan sonra cavabdeh tərəfindən 1 ay aliment ödənişi olmuşdur. Məhkəmə iclasında cavabdeh Bağırov Elçı̇ n Səxavət oğlu iddianı qəbul etdiyini, nikahın pozulmasına, övladlarının anasının yanında saxlanılmasına razı olmasını 220 manat aliment tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Bağırov Elçı̇ n Səxavət oğlu xx.xx.2010-cu il tarixdə Sumqayıt Nikah evində 1007 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, tərəflər arasında xx.xx.2023-cü il tarixli, MŞB/16-00440 saylı Barışıq sazişi bağlanmışdır. Barışıq sazişi bu şərtlərlə bağlanmışdır: 1) Tərəflər öz aralarında razılığa gəlirlər ki, xx.xx.2010-cu il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılsın. 2) Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf (Bağırov Elçı̇ n Səxavət oğlu) birinci tərəfə (İddiaçı) 220 manat məbləğində aliment ödəyəcəkdir. 3) Aliment ödənilməsi xx.xx.2023-cü il tarixdən hesablanacaqdır. 4) Aliment hər ayın 10-dək 1-ci təərfin təqdim etdiyi kart və ya bank hesabına ödəniləcəkdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış ilə tərəflərin nikah pozulması barədə Bağırov Elçı̇ n Səxavət oğlunun prosesi davam etdirməyə razılıq vermədiyi müəyyən edilmişdir. Məhkəmə İddiaçı nikahın pozulması tələbi ilə iddia qaldırdığını, cavabdeh Bağırov Elçı̇ n Səxavət oğlunun isə nikahın pozulmasına razılığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1ci maddəsinə əsasən tərəflərin arasında olan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 yanında qalması məsələsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən müzakirə edib, qərar qəbul edərkən, belə nəticəyə gəlir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş uşağın yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacları olması, azyaşlının ana himayəsində qalıb böyümələrinin uşağın mənafeyinə uyğunluğu nəzərə alınmalı, boşanmadan sonra uşaq ananın yanında saxlanılmalıdır. Buna cavabdeh də etiraz etməmiş və bu tərəflər arasında bağlanılan xx.xx.2023-cü il tarixli Barışıq sazişində də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq xx.xx.2010cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay 220 manat sabit pul miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Buna cavadeh də razı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Buna görə də iddia tələbi “alimentin 6 ay əvvəldən, yəni 2022-ci ilin sentyabr ayının 01-dən hesablanmaqla tutulub ona aliment kimi ödənilməsi” hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulan ərarvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsü, ərindən (arvadından) saxlanması üçün vəsait tutulması ilə bağlı mübahisə yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Bağırov Elçı̇ n Səxavət oğlu arasında xx.xx.2010-cu il tarixdə Sumqayıt Nikah evində bağlanılmış və 1007 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmalı, Bağırov Elçı̇ n Səxavət oğlundan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 220 manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci qismində çəkilmiş 50 manat mediasiya xərci və ödənilmiş 50 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Bağirov Elçı̇ n Səxavət oğlu arasında xx.xx.2010-cu il tarixdə Sumqayıt Nikah evində bağlanılmış və 1007 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılsın. Bağırov Elçı̇ n Səxavət oğlundan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2010cu il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 220 manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı qızı tərəfı̇ ndən mediasiya xərcinə görə çəkı̇ lmı̇ ş 50 manat xərci və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar