Məhkəmə qərarları › İş №2(007)-1375/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1375/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1375/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların birgə nikahlarından anadan olmuş məhkəmənin qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış övladları 20 dekabr 2002-ci il təvəllüdlü X4 əmək qabiliyyəti bərpa olunanadək saxlanması uçun hər ay sabit pul məbləğində 170 manat alimenlin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Hüseynova (Muradova) Sevda Arif qızı Cavabdeh ilə 2002-ci il aprelin 3-də Nizami rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından 20 dekabr 2002-ci il tarixdə bir övladı X8 anadan olmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-891 /2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə 2002-ci il aprelin 3-də Nizami rayon qeydiyyat şöbəsində bağlanmış nikahları pozulmuş və nikah pozulduqdan sonra övladları 20 dekabr 2002-ci il təvəllüdlü X4 onun himayəsində saxlanması qət olunmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-3832/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiası təmin edilmiş, 20 dekabr 2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çalanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-866/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə 20 dekabr 2002-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 88 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə 20 dekabr 2002-ci il təvəllüdlü X4 üzərinə qəyyum təyin olunmuşdur. 20 dekabr 2002-ci il təvəllüdlü X4 18 yaşı bu il tamam olub və qətnaməyə əsasən verilmiş alimentin tutulması barədə icra vərəqəsinə xitam verilməlidir. Ancaq, işdən göründüyü kimi 20 dekabr 2002-ci il təvəllüdlü X4 18 yaşının tamam olmasına baxmayaraq, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-866/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyəti Başçısının 88 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə onun üzərində qəyyum təyin olunmuşdur. X8 anadan gəlmə qulluq yə müalicə tələb edən ciddi davranış pozuntusu, nitq və davranış pozuntusu ilə debillik dərəcəsində olan xəstəlikdən əziyyət çəkir. 1 sayılı X2 qeydiyyatdadır və mütəmadi olaraq müalicə alır, psixi qüsurlarına və ağıl zəifliyinə görə yaddaşı tez -tez itir, hadisələri yadında saxlaya bilmir, 18 yaşının tamam olmasına baxmayaraq onu çimizdirir, əyninin paltarını geyindirir, bər-bərə aparır kənar şəxsin qulluğuna ehtiyacı vardır, tək harasa çıxmağa qoymur, ancaq onunla birlikdə bayıra gəzməyə çıxırlar və daima nəzarətdə saxlayır, evdə olmayanda qapını bağlayır ki, çölə çıxmasım, geri qayıda bilməz , xəstəliyi ilə bağlı DSMF-dən müavinət alır, əmək qabiliyyətsizdir. Cavabdehlə aralarında aliment ödənilməsi barədə razılıq əldə olmunmamış, müvafiq saziş bağlanmamış və notariat qaydada təsdiq edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən və onun üzə ində qəyyum təyin olunduğundan aliment tələbinə dair iddia ilə təkrar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, övladına baxdığına görə əmək fəaliyyəti ilə məşğul ola bilmir. Kirayədə yaşayırlar. Maddi cəhətdən imkanları çox zəifdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-866/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsindan görünür ki, 20 dekabr 2002-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. - Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsinun surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 2002-ci il aprelin 3-də Nizami rayon qeydiyyat şöbəsində bağlanmış 205 nömrə ilə qeyd edilmiş nikah pozulmuş və nikah pozulduqdan 20 dekabr 2002-ci il təvəllüdlü X1 Sevda Arif qızının himayəsində saxlanmışdır. - AZ-İ 302417 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 06 oktyabr 2018-ci il tarixdə ləğv edilmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 88 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamının surətindən görünür ki, İddiaçı 20 dekabr 2002-ci il təvəllüdlü X4 üzərinə qəyyum təyin olunmuşdur. - Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-3832/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiası təmin edilmiş, X3 20 dekabr 2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çalanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında 2002-ci il aprelin 3-də Nizami rayon qeydiyyat şöbəsində bağlanmış 205 nömrə ilə qeyd edilmiş nikah pozulmuş və nikah pozulduqdan 20 dekabr 2002-ci il təvəllüdlü X1 Sevda Arif qızının himayəsində saxlanmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə , İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiası təmin edilmiş, X3 20 dekabr 2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çalanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə, 20 dekabr 2002-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 88 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə surətindən görünür ki, İddiaçı 20 dekabr 2002-ci il təvəllüdlü X4 üzərinə qəyyum təyin olunmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair idddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, 20 dekabr 2002-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsdir və onun qəyyumu anası-hazırki İddiaçıdır. İddiaçı qəyyumluğunda olan Murda baxmaqda maddi çətinlik çəkir. Hazırki cavabdeh olan Cavabdeh isə fəaliyyət qabiliyyəti olmayan Murada baxmaq üçün çəkilən xərclərdə iştirak etmir. Belə olan halda məhkəmə yuxarıda qeyd olunan maddi normaların tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı qəyyumluğunda olan 20 dekabr 2002-ci il təvəllüdlü X7 baxmaqda maddi çətinlik çəkdiyindən, valideynlərin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borclu olduğundan, iddia tələbi qismən təmin edilməli, cavabdehdən Cavabdeh 20 dekabr 2002-ci il təvəllüdlü X7 görə 100 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 02 fevral 2021-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə övladı X7 görə əlavə xərc qismində xx.xx.2021-ci il tarixdən başlanılmaqla hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə övladı X7 görə əlavə xərc qismində xx.xx.2021-ci il tarixdən başlanılmaqla hər ay 100 manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar