Məhkəmə qərarları › İş №2(007)-15/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-15/2024

29.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-15/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, əmək haqqının və kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı “qanunsuz və tam əsassız işdən çıxarma, əmək haqqı müavinətinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə araşdırması zamanı İddiaçı2 ərizəsinə əsasən o, iddiaçılar siyahısından çıxarılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin onlarla xx.xx.2019-cu il tarixdə müddətsiz olaraq bağladığı əmək müaviləsinə birtərəfli surətdə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli əmrin ləğv olması, işə bərpa olunmaqları, müəssisə tərəfindən ödənilməmiş məcburi iş buraxmaya görə əmək haqqının və pandemiya ilə əlaqədar kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əldə etdiyi sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş İddiaçı3 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı1 ərizəsi və İddiaçı3 və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, İddiaçı1 iddiası üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, əmək haqqının və kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı1 iddiası üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı1 geri qaytarılsın. İddiaçı3 və cavabdeh "xxxx" MMC-yə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, MPM-in 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar