Məhkəmə qərarları › İş №2(007)-1539/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1539/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1539/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin, mediasiya prosesi üçün çəkilən xərc 55 (əlli beş) manat, vəkil xərci olan 130 (yüz otuz) manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində alimentin, mediasiya prosesi üçün çəkilən xərc 55 (əlli beş) manat, vəkil xərci olan 130 (yüz otuz) manat pulun tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə münasibətlərindən xx.xx.2014-cü il tarixdə qızları X4 anadan olmuşdur. Cavabdeh Polis mayoru vəzifəsində işləyir. Ona görə də Cavabdeh həm vəzifə üzrə əmək haqqı, rütbə üzrə əmək haqqı, peşəkarlığa görə əmək haqqı, məzuniyyət üzrə əmək haqqı, müalicə alınmasına görə əmək haqqı, 13-cü və 14 cü aylar üzrə əmək haqqı və digər gəlirləri olur. Cavabdeh uşağın saxlanması üçün heç bir köməklik etmir. Uşağın saxlanması üçün mediyasiya şurasına müraciət etmişdir. Ona xx.xx.2022-ci il tarixli, MŞB/2-00542 nömrəli “İlkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. xx.xx.2014-cü il təvəllüdlü X2 üçün hər ay Cavabdeh qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, tərəflərindən iddia qaldırıldığı zaman cavabdeh işləyirdi. Mediasiya prosessində cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir, mediasiya xərci də iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, bir aydan artıq müddətdir ki, cavabdeh təqaüdə çıxıb və hesabla təqribən ***-**** manat təqaüd alacaqdır. Hazırda sabit pul məbləğində gəliri yoxdur. Cavabdeh 200 manat sabit pul məbləğində aliment verməsinə razıdır, qazancının ¼ hissəsi məbləğinə razı deyildir. İddia tələbinin vəkil xərcinin və mediasiya xərcinin cavabdehdən tutulması hissəsində təmin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. - AZ-İİİ seriyalı 388754 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı kimi qeyd edilmişdir. -AZ-İ seriyalı 250434 nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə vətəndaş İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. -xx.xx.2022-ci il tarixli MŞB/2-00542 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. -xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Vəkil1 arasında 481 saylı xidmət müqaviləsi imzalanmışdır -xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 20 saylı vəkil bürosuna 481 saylı müqavilə üzrə 130 manat vəsait ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Bu barədə verilmiş AZ-İ seriyalı 250434 nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə vətəndaş İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı yetkinlik yaşına çatmamış uşağının saxlanılması üçün “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 48.1-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə cavabdehin iddia tələbini qəbul edərək 200 manat sabit pul məbləğində alimentin ondan iddiaçının xeyrinə tutulması ilə razılaşdığını, cavabdehin mentəzəm gəlirləri barədə məhkəməyə sübut təqdim olunmamasını nəzərə alaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay 200 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 07 aprel 2022-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Cavabdeh iddiaçı tərəfindən mediasiya prosesinə görə çəkilmiş 55 manat və vəkilə görə ödənilmiş 130 manat vəsaitin əvəzi tutularaq İddiaçı Cəbrayil qızına ödənilməsində maneə yoxdur. Məhkəmə prosesində iştirak edən cavabdehin vəkili və nümayəndəsinin iddia tələbinin vəkil xərcinin və mediasiya xərcinin cavabdehdən tutulması hissəsində təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmasını nəzərə alaraq, Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlanılmaqla İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh mediasiya prosesinə görə çəkilmiş 55 manat və vəkilə görə ödənilmiş 130 manat vəsaitin əvəzi tutularaq İddiaçı Cəbrayil qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1.-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ödənilmiş 55 manat mediasiya xərci və dövlət rüsumuna görə 45 manat vəsait tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlanılmaqla İddiaçı Cəbrayil qızının xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh mediasiya prosesinə görə çəkilmiş 55 manat və vəkilə görə ödənilmiş 130 manat vəsaitin əvəzi tutularaq İddiaçı Cəbrayil qızına ödənilsin. Cavabdeh dövlət rüsumuna görə 45 manat vəsait tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar