Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-157/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Ekspert(Audit) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi ilk iddia tələbinə dair, iddiaçı Cavabdeh İddiaçınə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi, məzuniyyətin kompensasiyasının və son haqq hesabın ödənilməsi qarşılıqlı iddia tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə Cavabdeh xx.xx.2021-ci il tarixdən şirkətdə baş mühasib olaraq 04 saylı əmək müqaviləsi əsasında çalışmağa başlayıb. Həmin tarixdə mühasib olaraq vəzifə təlimatını və maddi məsuliyyət barədə müqaviləni, eləcə də məxfilik haqqında müqaviləni şirkətlə imzalayıb.Cavabdehin xx.xx.2022-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunma barədə müraciətini nəzərə alaraq xx.xx.2022-ci il tarixdən AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işdən azad edilib.Vəzifə təlimatına əsasən mühasib olaraq vəzifəsinə daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin, əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini, istehsal dövriyyəsini, xərclər smetasını hazırlanmasında iştirak etmək, maliyyə hesabat və kredit əməliyyatlarının müəssisəsənin təsərrüfat, maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparmaq, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, mühasibat sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsində iştirak edir, maliyyə hesabatlarını müəyyən edilən müddətdə təqdim etmək öhdəlikləri olub.Lakin işdən azad olunandan sonar məlum olub ki, cavabdehin verdiyi boş hesabatlar, düzgün olmayan məlumatların verilməsi və ümumiyyətlə əksər zaman mühasib kimi hərəkətsizlikləri nəticəsində şirkətə kameral yoxlama aparılması nəticələrində 6291.70 manat əlavə vəsait hesablanıb.Belə ki, mühasib işlədiyi dövrdə cavabdeh vəzifə təlimatında qeyd edilən öhdəlikləri yerinə yetirməməklə və ya bəlli hallarda bilərəkdən düzgün icra etməməklə ödəmə mənbəyindən vergi, ƏDV, sosial sığorta ayırmaları hesablanmasına əsas olan düzgün olmayan hesablar verməsi nəticəsində şirkətə xeyli miqdarda ziyan dəyib.2021-ci ilin fevral ayından işdən çıxma vaxtına kimi əmək haqqı hesabatları, bank kassa uçotu və hesabatları ümumiyyətlə aparılmayıb, ödəmə mənbəyindən vergi hesabatı verilməli olduğu halda ümumiyyətlə verilməyib, hesabatlarda verilən dövriyyə məbləği ilə kassa və terminal vurulan məbləğlər ümumiyyətlə uyğun gəlməyib və bu vergi orqanının vahid nəzarətində olduğu üçün cərimələr hesablanmasına səbəb olub. Dövlət sosial müdafiə fonduna göndərilən hesabatlarda bonus və mükafatlar öz əksini tapmayıb. 2021-ci ilin mənfəət hesabatı ümumiyyətlə verilməyib. 2022-ci ilin aprel-may ƏDV hesabatları ümumiyyətlə verilməyib, 2022-ci ilin yanvar-fevral ayları üzrə ƏDV hesabatları düzgün verilməyib, işçilərlə hesablaşmalarda səhvə yol verilib.Bundan başqa, şirkətdə ödənişli əsaslarla yoxlama təftiş apraraqkən daha acınacaqlı vəziyyətlə rastlaşmışlar. Belə ki, 4286 manat ƏDV borcu və 1425 manat sosial müdafiə fonduna borc, eləcə də sanksiyalarla birlikdə cəmi hazırki tarixə 6291.70 manat vergi borcu ödəmək öhdəliyinə səbəb olub.Halbuki, AR Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilən əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1114.2-ci maddəyə əsasən birlikdə vurulan zərərin əvəzini ödəyən zərərvuran digər zərərvuranlarin hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulan zərərin əvəzini ödəmək öhdəliyi qoyur.Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulan zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə əsasən zərər dedikdə, hüququ pozulan şəxsin pozulan hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəyə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulan hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan başqa, AR Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən işçinin əmək müqaviləsi üzrə əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilən əmək funksiyasını vicdanla yerinə yetirmək, b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, c) əməyin təhlükəsizliyi normalarına əməl etmək, ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunan qaydada və şərtlərlə gizli saxlamaq, e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.Cavabdeh bununla da kifayətlənməyərək mühasibat uçotuna, kassa əməliyyatlarına dair sənədləri özü ilə aparıb, həmin sənədlərə kassa məxaric qəbzləri, kassa kitabı da daxildir.Bundan başqa, şirkətin kommersiya sirlərini gizli saxlamayıb, digər rəqib şirkət, şəxslərə, şirkətlə hər hansı bir əlaqəsi olmayan şəxslərə açıqlayıb.Nəricədə, kameral vergi yoxlaması ilə 6291.70 qəpik vergi ödəmək öhdəliyi yaranıb, hüquqi yardım, dövlət rüsumu, yoxlama, təftiş xidmətlərinin göstərilməsi ilə birlikdə real maddi ziyan 6291,70 manat təşkil edir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı onu qeyd edir ki,qarşılıqla iddia tam olaraq əsassızdır, müəssisənin ona ödənilməmiş əmək haqqı və son haqq hesabborcumuz yoxdur. Çünki qarşı tərəf özü mahisbatlıq işləri ilə məşğul olub, dəfələrlə özünə böyük məbləğlərdə premiyalar yazıb, həmin premiyaların onun hesabına keçirilməsi ilə bağlı bank hesabından çıxarış təqdim etmişlər. Həmin çıxarışlardan da məlum olur ki, əmək müqaviləsi ilə təyin olunan əmək haqqından qat qat çox ödənişlər olunub.Qeyd olunanlara əsasən Cavabdeh əmək fəaliyyəti dövründə və nəticəsində 6291.70 manat dəymiş maddi ziyanın İddiaçı xeyrinə tutulması,qarşılıqlı iddianın isı rədd olunmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh İddiaçınə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi,məzuniyyətin kompensasiyası və son haqq-hesabın ödənilməsi tələbinə dair qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki,o həqəqətən də, xx.xx.2021-ci il tarixdən "xxxx" MMC şirkətində baş mühasib vəzifəsində işləmişdir, mühasib vəzifəsini daşımasına baxmayaraq, onun mühasib olaraq hər hansı səlahiyyəti və cavablehliyi yox idi. Bir mühasib olaraq, şirkət tərəfindən ona işlərin aparması ilə əlaqədar etibarnamə verilməyib. "xxxx" MMC-yə dair asan imza, möhür daim şirkətin direktoru Günel Məmmədhəsənovada olub. Hər dəfə o, vergi, sosial, bank köçürmələri, şirkətin kommunal xərclərinin ödənilməsi ilə bağlı şirkətin direktoru Günel Məmmədhəsənovaya zəng və ya sms yazaraq təsdiqləməsini xahiş edirdi. Hər dəfə təsdiq edilməsində hər bir şeyin açıqlamasını məndən tələb edirdi. Halbuki, hamıya məlumdur ki, qeyd etdiyi əməliyyatları aparmaq üçün şirkətin ASAN imza və şirkət tərəfindən verilən etibarnamə mühasibdə olur. Lakin, bunların heç biri onda olmayıb.O, Azərbaycan Respublikasinda özünü tanıyan şirkətlərdə işləmişdir, lakin belə bir şey görməmişdir. Kassaya hər hansı pul daxil olan kimi, "xxxx" MMC-nin direktoru o zaman pulu kassadan mənimsəyərək götürürdü, əgər işçi işdən çıxmaq istərdisə, onun əmək haqqını və son haqq-hesabını verməmək üçün ona böhtan və şər ataraq pullarını vermirdi."xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova şirkətin adından 2021-ci ilin noyabr və dekabr ayında "Paşabank"-dan 9000 manat və 12000 manat kredit götürüb, halbuki, həmin dövrdə şirkətin arenda pulu, vergi pulu sosial pulu və "Ulduztaksi" şirkətinə borcu var idi, işçilərə əmək haqqı borcu da var idi. Buna baxmayaraq şirkətin borclarını ödəmirdi, bankdan götürdüyü pulları öz şəxsi işlərinə xərcləyirdi.Vergi və sosial hesabat ödəmələrinə gəldikdə isə,o, "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənovaya bildirmişdi ki, aprel ayının 20-si son gündür, o vaxta qədər kvartal vergi, sosial hesabatı və ödənişi olmalı idi.O, şirkətin direktoruna xəbərdarlıq etmişdi ki, əgər kvartal hesabatı verilməsə, hər gününə 40 manat cərimə gələcək. ASAN imza "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənovada olduğundan, o, vergi və sosial hesabatları verə bilməmişdir. Bunların tam təsdiqi vatsap yazışmalarında və səs danışıqlarında 20 apreldə "siz hesabatı saxlayın, deyəcəm haçan verərsiz" ifadəsi tam təsdiqini tapır.Mən gördü ki, bu şirkətin direktoru ilə işləmək qeyri-mümkündür və bu şirkətin sonu olmadığından, vaxti-vaxtında əmək haqqı ödənilmədiyinə görə işdən çıxma qərarına gəldi.O, "xxxx" MMC-yə 2 ay əvvəldən bildirmişdi ki işdən çıxmaq istəyir. Bununla bağlı şirkətdə olan bütün sənədləri qaydasına saldı. Şirkətin direktoruna mühasib vəzifəsindən öz xahişi ilə azad edilmək barədə ərizə vermişdi. Lakin, "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova onun işdən azad olma ərizəsinə imza etmirdi.Əgər,o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə rasmi ərizə ilə müraciət etməsəydi, "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova onu tutduğu vəzifdən azad etməzdi. Məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti işə müdaxilə etdikdən sonra,"xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova onun işdən çıxma əmrini verdi.Mühasibat uçotuna, kassa əməliyyatlarına dair sənədlərin, həmin sənədlərə kassa məxaric qəbzlərinin, kassa kitabının özü aparmağı məsələsinə gəldildikdə, bildirmək istərdi ki, hər hansı bir kassa əməliyyatlarına dair sənədləri, həmin sənədlərin kassa məxaric qəbzlərini və kassa kitabının özü ilə aparmamışdır. Ancaq şəxsi kompyuterini aparmışdır, bundan başqa heç bir şeyi aparmaışdır."xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənovada adətdir bir işçi işdən çıxarsa, onu şərləyib əmək haqqısını verməməkdir."xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova şərçi və böhtançıdır. İddiaçı tərəfin hər hansı bir sübut və dəlilləri yoxdur və ola bilməz.Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, işlədiyi müddət ərzində öz öhdələyimə düşən vəzifə borcunu layiqincə yerinə yetirmişdir.O, bir mühasib olaraq daim öz işində məsuliyyətli olmuşdur.Ümid edirəm ki, işə baxan məhkəmə bu işin faktiki hallarına nəzər yetirərək, mulkı işi tam və obyektiv araşdırraq onun xeyrinə müsbət nəticəyə gələcəkdir. Hesab edir ki, "xxxx" MMC-nin ona qarşı əmək fəaliyyəti dövründə və nəticəsində şirkətə dəyən 6000 manat maddi ziyan və xərclər qismində pul vəsaitinin tutulması tələbinə dair iddia tələbi rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı onu qeyd etmək istəyir ki, o, xx.xx.2021-ci il tarixdən "xxxx" MMC şirkətində mühasib vəzifəsinə 270 manat məbləğində əmək haqqı ilə işə qəbul edilmişdir. xx.xx.2022-ci ildən isə əmək haqqim 100 manat qalxaraq, 370 manat taşkil edib.İşlədiyi müddət ərzində,üzərinə düşən öhdəlikləri layigincə yerinə yetirmişdir, lakin "xxxx" MMC tərəfindən əmək haqqının verilməsində daim gecikmələr olduğundan, vaxti-vaxtında onun əmək haqqının ödənilməməsi ilə əlaqədar və "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova ilə problemlər yaşandığından, işdən çıxmaq qərarına gəlmişdir. Beləliklə, o, "xxxx" MMC-yə 2 ay əvvəldən bildirmişdi ki, işdən çıxmaq istəyir. Bununla bağlı şirkətdə olan bütün sənədləri qaydasına salmışdır. Şirkətin direktoruna öz xahişi ilə işdən azad edlməsi barədə ərizə ilə müraciət etmişdir, Lakin, "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova onun ərizəni imzalamırdı. Hər dəfə bildirirdi ki, yaxşı olacaq, əmək haqqını vaxtı-vaxtında ödəyəcək, bəhanələr gətirərək işdən azad olma ərizəsinə qol çəkmirdi.O, gördü ki, işdə heç nə dəyişmir əksinə hər şey kəskinləşir və problemlər yaşanır,dərhal "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə rəsmi ərizə ilə müraciət etdi. "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova ona bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə yazdığı ərizəmi geri götürərsə, ərizəni imzalayacaq və əmək haqqını ödəyəcək.xx.xx.2022-ci il tarixdə işdən azad olma ərizəsinə etirazı olmamsı barədə dərkənar qoydu. xx.xx.2022-ci il tarixli, № 06 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsini 69.1-ci maddəsinə əsasən,həmin tarixdən əmək müqaviləsinə xitam verildi. Lakin,onun fevral, mart, aprel və may ayının 12-nə kimi 2022-ci ildən olan əmək haqqı ödənilməyib,xx.xx.2023-ci ildən,xx.xx.2022-ci il ərzində olan istifadə etmədiyi məzuniyyətinin kompensasiyası 2021-ci ilin 01 yanvarına qədər 270 manat, 01 yanvar ayından 2022-ci ildən 370 manat və son haqq-hesab verməyib.Mən məcbur qalıb, yenidən "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə rəsmi ərizə ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənovanın bu hərəkətinə görə "xxxx" MMC-ni cərimələyib. Bundan başqa, "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə № 06 nömrəli əmrin 2-ci bəndində göstərilir ki, Əmək Məcəlləsinin 140.2-ci maddəsinə əsasən, işçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, olan iş ilinə görə istifadə edilməyən 36 məzuniyyət günü və son haqq-hesabı qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilsin. Lakin, "xxxx" MMC-nin direktoru Günel Məmmədhəsənova bu günə qədər onun fevral, mart, aprel və may ayının 12-nə kimi 2022-ci ildən olan əmək haqqı ödənilməyib, xx.xx.2021-ci ildən, xx.xx.2022-ci il ərzində olan istifadə etmədiyi məzuniyyətinin kompensasiyası 2021-ci ilin 01 yanvarına qədər 270 manat, 01 yanvar ayından 2022-ci ildən 370 manat və son haqq-hesabin ödənilməsindən boyun qaçırır.Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulan normaları "xxxx" MMCnin direktoru Günel Məmmədhəsənova kobudcasına pozur.Qeyd olunanlara əsasən "xxxx" MMC-dən xx.xx.2021-d il tarixdən, işlədiyi müddət ərzində qalan fevral, mart, aprel və may ayının 12-nə kimi 2022-ci ildən olan əmək haqqımın ödənilməsi, xx.xx.2021-ci ildən, xx.xx.2022-ci il ərzində olan istifadə etmədiyi məzuniyyətinin kompensasiyası, 2021-ci ilin 01 yanvarına qədər 270 manat, 01 yanvar ayından 2022ci ildən 370 manat, son haqq-hesabin ödənilməsi və mediatora ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı ,qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi,ilk iddianı müdafiə edərək təmin olunmasını,qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etmədi,qarşılıqlı iddia ərizənin məzmununa uyğun izahat verərək ilk iddianın rədd,qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,ilk iddia rədd,qarşılıqlı iddia qismən təmin olunmalıdır. Məhkəmənin 2(007)2607/2022 saylı iş üzrə qəbul etdiyi 01 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə audit-mütəxəssis rəyinin alınması qərara alınmış,rəyin verilməsi Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə olunmuşdur. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X6 27 fevral 2023-cü il tarixli rəy vermişdir. Həmin rəylə müəyyən olunmuşdur ki, Cavabdeh təqsiri üzündən şirkətə hər hansı bir zərər dəyməmişdir. İlk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil vəsatətinə əsasən audit X2 rəy üzrə izahatı alınmışdır. X6 verilən suallara cavab olaraq rəyi müdafiə etmişdir. İş materiallarında olan əmək,müqavilələrindən,əmr və digər sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC şirkətinə mühasib vəzifəsinə 270 manat məbləğində əmək haqqı ilə işə qəbul edilmiş, xx.xx.2022-ci ildən isə əmək haqqi 100 manat artırılaraq, 370 manat taşkil etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli,06 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsini 69.1-ci maddəsinə əsasən,həmin tarixdən xitam verilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan, Cavabdeh 2021-ci ilin mart və 2022-ci il ərzində əmək haqqının hesablanması cədvəlindən görünür ki,onun əmək haqqına görə 370 manat ödənilməmiş borcu vardır. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhlinin SMN yanında Əmək Müfəttişliyinin Bakı şəhər idarəsinə ünvanladığı məktubda qeyd olunur ki,şikayətçinin(Cavabdeh) 536 manat ödənilməmiş əmək haqqı qalmışdır.Bu vəsait məhkəmə qərarından sonra,məhkəmə qərar verərsə ödəniləcəkdir.Şikayətçinin səhvi ucbatından şirkətə hesablanmış kameral məbləğlər və peniyalar onun əmək haqqındanazaldılacaqdır(çıxılacaqdır). Azərbaycan Respublikası Əmək və Əhlinin SMN yanında Əmək Müfəttişliyinin Bakı şəhər idarəsinin baş müfəttişi,X3 tərtib etdiyi ******* saylı,13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Cavabdeh ilə balanmış əmək müqaviləsinə xitam verilsə də onun əmək haqqı üzrə son haqq-hesabı ödənilməmişdir.Bununla əlaqədar şirkətin rəhbəri X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 172-ci maddənin 4-cü bəndi işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İlk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehə qarşı yönəltdiyi iddia tələbi onunla əsaslandırmışdır ki,ilk iddia üzrə cavabdeh müəssisədə işlədiyi müddət ərzində əmək funksiyalarını qanunla və əmək müqaviləsi ilə nəzərdə tutulan qaydada yerinə yetirməmiş və bunun nəticəsində müəssisəyə 6291.70 manat ziyan dəymişdir. Lakin ziyanın məhz Cavabdeh təqsiri üzündən vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.Məhkəmə tərəfindən alınmış audit rəyi ilə ziyanın Cavabdeh qanunazidd hərəkətləri nəticəsində vurulması təkzib olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə ilk iddia iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.İddiaçının və onun nümayəndəsinin-vəkilinin məhkəmə iclasında verdiyi və digər sübutlarla təsdiqini tapmayan izahatları iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir.Ona görə də ilk iddia təmin olunmamalıdır. İlk iddia təmin olunmadığından ilk iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki,qarşılıqlı iddia qismən təmin olunmalıdır. Belə ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhlinin SMN yanında Əmək Müfəttişliyinin Bakı şəhər idarəsinə ünvanladığı məktubda şikayətçinin(Cavabdeh) 536 manat ödənilməmiş əmək haqqı qalması təsdiq olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhlinin SMN yanında Əmək Müfəttişliyinin Bakı şəhər idarəsinin baş müfəttişi,X3 tərtib etdiyi ******* saylı,13 iyul 2022ci il tarixli inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Cavabdeh ilə balanmış əmək müqaviləsinə xitam verilsə də onun əmək haqqı üzrə son haqq-hesabı ödənilməmişdir.Bununla əlaqədar şirkətin rəhbəri X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Ona görə də "xxxx" MMC-dən əmək haqqına görə 536 manat alınaraq Cavabdeh verilməli,eləcə də Cavabdeh ödənilməli olan son haqq-hesab(məzuniyyət kompensasiyası və s)hesablanıb ona verilməlidir. Bundan başqa, Cavabdeh mediasiya xərci üçün ödədiyi 50 manat pul vəsaiti də "xxxx" MMC-dən alınaraq Cavabdeh verilməlidir.Qalan hissədə qarşılıqlı iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair ilk iddia təmin olunmasın. Həmin iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilsin. Cavabdeh İddiaçınə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi,məzuniyyətin kompensasiyası və son haqq-hesabın ödənilməsi tələbinə dair qarşılıqlı iddia qismən təmin olunsun. "xxxx" MMC-dən əmək haqqına görə 536 manat alınaraq Cavabdeh verilsin. Cavabdeh ödənilməli olan son haqq-hesab(məzuniyyət kompensasiyası və s.)hesablanıb ona verilsin. Cavabdeh mediasiya xərci üçün ödədiyi 50 manat pul vəsaiti "xxxx" MMC-dən alınaraq Cavabdeh verilsin. Qalan hissədə qarşılıqlı iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fikrət Mirzəyev