Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1603/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "uşağa çəkilmiş əlavə xərclərə cəlb edilmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "uşağa çəkilmiş əlavə xərclərə cəlb edilmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olan 05.11.2013-cü il təvəllüdlü X3 müalicə, müayinə, əməliyyat və dərman preparatlarına çəkilmiş 14867,85 manatın yarısı kimi 7433,92 manat və uşağı müalicəyə apardığım zaman taksilərə ödədiyi 1000 manatın yarısı kimi 500 manat olmaqla, cəmi 7933,92 manat alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci ildə nikah qeydiyyatından keçməklə evlənmiş, 2015-ci ilədək ər-arvad qismində yaşamış, Nizami Rayon Məhkəməsinin 2(007)-2425/2015 saylı, 23.06.2015-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, birgə nikahlarından anadan olmuş uşaqları onun yanında qalması və hər ay 05.11.2013-cü il təvəllüdlü oğlu X3 yetkinlik yaşma çatanadək saxlanması üçün 108 manat və uşağın 3 yaşma çatanadək anaya maddi kömək olan 50 manat aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə cavabdeh 158 manat aliment ödəsə də, uşağın xəstəliyini bilə-bilə onda bir manat artıq pul ödəmədiyindən, uşağın müalicə, müayinə və dərman pereparatlarının alınmasına heç bir maddi kömək göstərmədiyindən könüllü olaraq uşağın normal saxlanmasına və yeriməsi, danışması üçün müalicə və əməliyyat olunması üçün lazım olan pulu verməkdən imtina etdiyindən o, əvvəlki xərclərin ödənməsini ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-4029/2019 nömrəli, 12.12.2019-cu il tarixli qətnaməsi cavabdehdən 05.11.2013-cü ildə anadan olan X4 çəkilmiş əlavə xərclərə cəlb edilərək ödənilmiş 5331,20 manat pul vəsaitinin yarısı 2665,60 manat məbləğində pulun tutulması və ona verilməsi qət edilmişdir. Lakin cavabdeh buna baxmayaraq yenə də uşağının müalicəsində könüllü iştirak etmir. Belə ki, uşağın xəstəliyini və müalicəsinə nə qədər pul lazım olduğunu bildiyi halda heç bir xərcində könüllü iştirak etmir. Cavabdeh kifayət qədər gəlir əldə etməsinə, öz adına olmasa da bir neçə evi olmasına baxmayaraq o uşağının xəstəliyinə görə ondan imtina edir və onun xərclərində iştirak etmir. O, bir ana kimi özünün qızıllarının və avtomobildən və mənzildən istifadə hüququna görə aldığı pulun hamısını uşağına xərcləsə də, cavabdeh uşaqdan imtina edir və onun xərclərində iştirak etmir. Belə ki, uşaq serebral iflicdən (Hidrosefaliya diaqnozu qoyulub) əziyyət çəkir və bu xəstəlik səbəbindən nə danışa, nə də yeriyə bilmir. Bu xəstəliyin müalicəsi üçün isə ən vacib aparat olan Giger-md aparatı heç bir dövlət xəstəxanasında olmadığından, yalnız özəl klinikalarda olduğundan və bütün müalicə və müayinənin ödənişli olması, dərmanlarının kifayət qədər bahalı olması, əməliyyatla yeriyə biləcəyindən əməliyyatın mütləq olması və onun da bütün bunları çətinlik və borclarla etdiyindən məhkəmə qaydasında atası Cavabdeh bütün bu kimi əlavə xərclərin ödənilməsinə cəlb olunması, faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, uşağın xəstəliyi səbəbindən heç bir yerdə işləyə bilmir və alimentlə uşağın saxlanmasında və müalicəsində, əməliyyatında çətinlik çəkir. Cavabdeh uşağın müalicə, müayinə və başqa xərclərini ödəmir və könüllü şəkildə uşağın digər xərclərində heç bir maddi köməklik etmir. Qeyd edir ki, o, uşağın müalicəsi, reabilitasiyası üçün hər ay ödəniş edir ki, cavabdeh bu xərclərlə yanaşı onun iynə-dərmanının alınmasına da kömək etmir. O, 19.01.2020-ci ildə Tim Sport idman mallari mağazasından 1060 manata qaçış lenti, Baku Clinicə 24.03.2020-ci ildə 249,99 manat, 04.04.2020-ci ildə 209,99 manat, 06.04.2020-ci ildə 35 manat, 07.04.2020-ci ildə 35 manat, 08.04.2020-ci ildə 35 manat, 09.04.2020-ci ildə 35 manat, 10.04.2020-ci ildə 35 manat, 11.04.2020-ci ildə 35 manat, 13.04.2020-ci ildə 35 manat, 27.04.2020-ci ildə 279,99 manat, 28.04.2020-ci ildə 349,99 manat olmaqla, cəmi 1334,96 manat, MayoMedə 23.09.2020-ci ildə 20 manat, 25.09.2020-ci ildə 20 manat olmaqla, cəmi 40 manat, müxtəlif apteklərdən müxtəlif dərmanlara ümumilikdə 9915,81 manat, müxtəlif geyim əşyaları 325,10 manat, X10nə 64 manat, 25.12.2019-cu ildə 85 manat, 28.12.2019-cu ildə 15 manat, 29.12.2019-cu ildə 25 manat, 29.01.2020-ci ildə 48 manat, 28.01.2020-ci ildə 32 manat, 27.01.2020-ci ildə 32 manat, 25.01.2020-ci ildə 32 manat, 24.01.2020-ci ildə 32 manat, 23.01.2020-ci ildə 32 manat, 21.01.2020-ci ildə 42 manat, 18.01.2020-ci ildə 32 manat, 17.01.2020-ci ildə 32 manat, 16.01.2020-ci ildə 38 manat, 15.01.2020-ci ildə 27 manat, 13.01.2020-ci ildə 43 manat, 11.01.2020-ci ildə 27 manat, 10.01.2020-ci ildə 27 manat, 09.01.2020-ci ildə 21 manat, 20.01.2020-ci ildə 33 manat, 07.01.2020-ci ildə 27 manat, 06.01.2020-ci ildə 33 manat olmaqla, cəmi 779 manat, Fito- Kluba 25.03.2020-ci ildə 100 manat, 14.04.2020-ci ildə 54 manat, 23.10.2020-ci ildə 97,98 manat olmaqla, cəmi 25198 manat, xxxxya 22.11.2019-cu ildə 30 manat, 19.02.2020-ci ildə 30 manat olmaqla, cəmi 60 manat, xxxxa MMC-yə 20.07.2020-ci ildə 21 manat, 09.01.2020-ci ildə 30 manat, 30.07.2019-cu il 25 manat olmaqla, cəmi 76 manat, Hepera Pnimə yoxlanış 17.02.2020-ci ildə 20 manat, 18.02.2020-ci ildə 200 manat, 10.05.2020-ci ildə-40 manat, 21.05.2020-ci ildə 150 manat, 30.05.2020-ci ildə 15 manat, 09.06.2020-ci ildə 100 manat olmaqla, cəmi 525 manat, xxxxası 29.09.2020-ci ildə 300 manat, X2 (psixoloq) 16.06.2020-ci ildə 200 manat pul xərcləmişdir. Beləliklə, o, birgə nikahlarından anadan olan oğullarının xəstəliyinə görə ümumilikdə 14846,85 manat yenidən pul xərcləmişdir ki, həmin pulun da yarısı cavabdehdən tutularaq ona ödənməlidir. Beləliklə, təkcə əlində sübutu olan 14846,85 manatın yarısı kimi 7423,42 manat və uşağı müalicəyə apardığı zaman taksilərə ödədiyi 1000 manatın yarısı kimi 500 manat olmaqla, cəmi 7923,42 manat pul ödəməlidir ki, cavabdeh könüllü olaraq həmin pulu ödəmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, çəkilmiş xərclərin məbləğinə dair onda olan sübutlar məhkəməyə təqdim etmişdir. Uşaq omba sümüyünü uzatmaq üçün əməliyyat olunmuşdur, buna gördə də xərci çox olmuşdur. Bir gündə həm qaçış, həm masaj, həm də fizioterapiya olur. Lakin cavabdeh uşağın xəstəliyi ilə bağlı çəkilmiş xərclərdə iştirak etmir, ona görə də valideyn olaraq cavabdeh bu xərclərin ödənilməsində onunla birlikdə iştirak etməlidir. Əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə X1 üçün alimentin tutulması qət edilmiş, cavabdeh də həmin alimenti gecikdirsə də verir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 274481 saylı 26 avqust 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 dekabr 2015-ci il tarixdə 346 nömrə ilə qeyd edilmişdir, nikah ləğv olunandan sonra qadına Göyçəyeva soyadı verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4029/2019 saylı 12.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 05 noyabr 2013-cü il təvəllüdlü X4 çəkilmiş əlavə xərclərə cəlb edilməsi, ödənilmiş 5331,2 manat pul vəsaitinin yarısı, 2665,6 manat məbləğində pulun Cavabdeh alınıb, İddiaçı verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının 06.04.2016-cı il tarixli məlumatından görünür ki, X4 qoyulan diaqnoz kvadroplegik spastik serebral iflicdir. - “Baku Clinic”nin 24.03.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 249,99 manat ödəniş edilmişdir. - “Baku Clinic”nin 04.04.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 209,99 manat ödəniş edilmişdir. - “Baku Clinic”nin 06.04.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 35 manat ödəniş edilmişdir. - “Baku Clinic”nin 07.04.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 35 manat ödəniş edilmişdir. - “Baku Clinic”nin 08.04.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 35 manat ödəniş edilmişdir. - “Baku Clinic”nin 09.04.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 35 manat ödəniş edilmişdir. - “Baku Clinic”nin 10.04.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 35 manat ödəniş edilmişdir. - “Baku Clinic”nin 11.04.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 35 manat ödəniş edilmişdir. - “Baku Clinic”nin 13.04.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 35 manat ödəniş edilmişdir. - “Baku Clinic”nin 27.04.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 279,99 manat ödəniş edilmişdir. - “Baku Clinic”nin 28.04.2020-ci il tarixli məlumatından görünür ki, 05.10.2013-cü il təvəllüdlü X3 fizioterapiya xidməti üçün 349,99 manat ödəniş edilmişdir. - ******* nömrəli 19.01.2020-ci il tarixli qaimə fakturasından görünür ki, qaşıq lenti üçün 1060 manat ödəniş edilmişdir. - “xxxx” MMC-nin 21.04.2021-ci il tarixli arayışından görünür ki, X7 22.09.2020-ci il tarixdə xxxxasında tibbi müayinədən keçmişdir. Edilmiş ödəniş 300 manatdır. - “MayoMed” Psixologiya və Reabilitasiya Mərkəzinin 23.09.2020-ci il tarixli qəbzindən görünür ki, X3 Loqoped müayinəsi üçün 20 manat ödəniş edilmişdir. - “MayoMed” Psixologiya və Reabilitasiya Mərkəzinin 25.09.2020-ci il tarixli qəbzindən görünür ki, X3 Loqoped müayinəsi üçün 20 manat ödəniş edilmişdir. - “xxxx” MMC-nin 517329 saylı 20.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X3 idmanı üçün 21 manat ödəniş edilmişdir. - “xxxx” MMC-nin 516970 saylı 09.01.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X3 müayinəsi üçün 30 manat ödəniş edilmişdir. - “xxxx” MMC-nin 516940 saylı 30.07.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, X3 idmanı üçün 25 manat ödəniş edilmişdir. - “xxxx” MMC-nin 670984 saylı 22.11.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, X RAY xidməti üçün 30 manat ödəniş edilmişdir. - “xxxx” MMC-nin 692449 saylı 19.02.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X RAY xidməti üçün 30 manat ödəniş edilmişdir. - “Hipera Pnim”-nin mədaxil qəbzlərindən görünür ki, X4 göstərilən xidmət üçün 17.02.2020-ci il tarixdə 20 manat, 18.02.2020-ci il tarixdə 200 manat, 18.05.2020-ci il tarixdə 40 manat, 21.05.2020-ci il tarixdə 150 manat, 30.05.2020-ci il tarixdə 15 manat, 09.06.2020-ci il tarixdə 100 manat ödəniş edilmişdir. - “X10” MMC-nin mədaxil qəbzlərindən görünür ki, X4 göstərilən xidmət üçün 64 manat, 25.12.2019-cu il tarixdə 85 manat, 28.12.2019-cu il tarixdə 15 manat, 29.12.2019cu il tarixdə 25 manat,29.01.2020-ci il tarixdə 48 manat, 28.01.2020-ci il tarixdə 32 manat, 27.01.2020-ci il tarixdə 32 manat, 25.01.2020-ci il tarixdə 32 manat, 24.01.2020-ci il tarixdə 32 manat, 23.01.2020-ci il tarixdə 32 manat, 21.01.2020-ci il tarixdə 42 manat, 18.01.2020-ci il tarixdə 32 manat, 17.01.2020-ci il tarixdə 32 manat, 16.01.2020-ci il tarixdə 38 manat, 15.01.2020-ci il tarixdə 27 manat, 13.01.2020-ci il tarixdə 43 manat, 11.01.2020-ci il tarixdə 27 manat, 10.01.2020-ci il tarixdə 27 manat, 09.01.2020-ci il tarixdə 21 manat, 08.01.2020-ci il tarixdə 33 manat, 07.01.2020-ci il tarixdə 27 manat, 06.01.2020-ci il tarixdə 33 manat ödəniş edilmişdir. - “Fito-klub”-ın mədaxil qəbzlərindən görünür ki, 25.03.2020-ci il tarixdə alınmış məhsullara görə 100 manat, 14.04.2020-ci il tarixdə 54 manat və 23.11.2020-ci il tarixdə 97,98 manat ödəniş edilmişdir. - X5 tərəfindən verilmiş 16.06.2020-ci il tarixli 994955 saylı mədaxil qəbzindən görünür ki, X4 psixoloq və pedaqoq xidmətinin göstərilməsi üçün 200 manat ödəniş edilmişdir. -“xxxx” MMC-nin epikrizindən görünür ki, 05 noyabr 2013-cü il təvəllüdlü X4 08 oktyabr 2019-cu il tarixində ümumi anesteziya altında iki tərəfli adduktortenotomi, iki tərəfli Hamstring gevşətmə, iki tərəfli ailloplastika aparıldıqdan sonra sağ tərəfli bud çanaq oynağı açıq redukte edildi, Skopi kontrolunda Pemberton osteotomiyası aparıldı. İliaq qanad qrefti ilə osteotomi xətti açılaraq qrefləndi. Skopi kontrolunda bud sümüyü subtrokanterik varizasyon deratasion osteotomisi edilərək metal lövhə ilə osteosintez edildi. Pelvipedal gips uyqulanması aparıldı. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 12.02.2021-ci il tarixdə 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 05 noyabr 2013-cü il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən onların nikahı pozulmuş, bu zaman uşaq anası İddiaçı yanında qalmışdır. Hazırda ana uşağın tibbi müayinə və müalicəsinə görə çəkdiyi xərcin yarısının cavabdehdən alınması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilənlərlə müəyyən olundu ki, 05 noyabr 2013-cü il təvəllüdlü X3 müayinə və müailəcəsi üçün çəkilmiş xərclər iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə X3 “xxxx” MMC, Hipera Pnim”, X10” MMC, “xxxx” MMC, MayoMed” Psixologiya və Reabilitasiya Mərkəzi, “xxxx” MMC, “Baku Clinic”də psixoloq, loqoped, fzioterapiya pedaqoq və s. xidmətin göstərilməsi ilə bağlı edilmiş ödənişlər, X4 1060 manat dəyərində qaşıq lenti alınmasına dair ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Ödənişlərin həyata keçirilməsi klinikalardan və yuxarıda qeyd edilmiş müəssisələrdən verilmiş mədaxil qəbzləri ilə öz təsdiqini tapır. Əlavə xərclərdə cavabdehin iştirakı, ondan hansı məbləğdə pul tutulması ilə bağlı məsələyə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində valideynlərin uşaqlarını saxlamağa borclu olmaları təsbit olunmuşdur, habelə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda da (19-cu maddənin 1-ci abzası) göstərilmişdir ki, valideynlər uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Xüsusən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əlavə xərc qismində tələb etdiyi - tərəflərin birgə nikahından olan uşağın tibbi müayinəsinə və müailəcəsinə xərclənmiş pul vəsaiti valideynlərin hər ikisinə aid edilməlidir. Yəni, nə qədər ki, yuxarıda istinad olunan Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir və bu zaman valideynlərin maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmalıdır, uşağın tibbi müayinəsinə və cərrahiyyə əməliyyatına çəkilmiş xərc valideynlər arasında bərabər bölünməli, bərabər bölünmüş hissədə pul vəsaiti atadan onu ödəmiş ananın xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 05 noyabr 2013-cü il təvəllüdlü X3 müayinə və müalicəsi üçün ödənilmiş 4626,94 manat pul vəsaitinin yarısı, 2313,47 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müxtəlif qəbzlər, həmçinin X3 adına tərtib edilmiş həkim reseptləri təqdim edilmişdir. Belə ki, iddia tələbində qeyd edilmişdir ki, X3 müalicəsi üçün müxtəlif apteklərdən alınmış dərman məhsulları üçün 9915,81 manat məbləğində ödəniş edilmişdir. Lakin iş materiallarında olan qəbzlərdən məhz nə üçün ödəniş edildiyi, qeyd olunan 9915,81 manat məbləğində ödənişin həkim reseptlərində göstərilən dərman məhsullarının alınması üçün edildiyinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, İddiaçı 9915,81 manat məbləğində ödənişin X3 müalicəsi məqsədi ilə alınmış tibbi məhsullara sərf edilməsinə, iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini qeyd edilən hissədə sübut edə bilməmiş, məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin "müxtəlif apteklərdən müxtəlif dərmanlara ödənilmiş 9915,81 manat məbləğində pulun yarısının cavabdehdən alınaraq ona ödənilməsi” hissəsi rədd edilməlidir. Həmçinin iddiaçı taksilərə ödədiyi 1000 manat pulun və geyim əşyaları üçün ödənilmiş 325,10 manat pulun cavabdehdən tutulmasını xahiş etsə də, taksi xidmətinə məhz bu qədər vəsait sərf edilməsinə, eyni zamanda X4 alınmış geyim əşyalarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iddia tələbinin uşağın geyim əşyalarına ödənilmiş pulun yarısının cavabdehdən tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, geyim əşyalarına çəkilmiş xərc ümumiyyətlə əlavə xərc kimi qiymətləndirilə bilməz. Çünki bu hissə uşağın təminatı ilə bağlıdır. Qanunvericiliyə görə də uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır və bu hüququn təmin edilməsi üçün də valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Hazırki mübahisədə də iddiaçı tərəfindən etiraf edilir ki, məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün aliment tutulur və cavabdeh alimenti gecikdirsə də verir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 noyabr 2013-cü il təvəllüdlü X4 çəkilmiş əlavə xərclərə cəlb edilməli, ödənilmiş 4626,94 manat pul vəsaitinin yarısı, 2313,47 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın mahiyyətinə uyğun olaraq məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu ondan alınıb, dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə əlavə hal kimi qeyd edir ki, valideynlərin uşaqlara görə ödədiyi əlavə xərclər dəyişməz deyildir, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 noyabr 2013-cü il təvəllüdlü X4 çəkilmiş əlavə xərclərə cəlb edilsin, ödənilmiş 4626,94 manat pul vəsaitinin yarısı, 2313,47 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1603/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1603/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver