Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1614/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil , Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Arif qızının Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Arif qızı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 24 iyul 2017-ci il tarixdə 4 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 28 mart 2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan 24 iyul 2017-ci il tarixdə 4 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və birgə nikahdan olan 28 mart 2019-cu il təvəllüdlü X2 onun himayəsində qalması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh ilə xeyli müddətdir ki, ayrı yaşayır. Cavabdeh bu müddət ərzində ailəsi ilə maraqlanmayıb və ailəni maddi cəhətdən təmin etməyib. Onun və övladını maddi cəhətdən imkanları daxilində öz ailə üzvləri təmin edir. Buna baxmayaraq, o hal-hazırda maddi cəhətdən çətinlik çəkir. Buna görə də o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh hal-hazırda Milli ÖN MMC-də administrator vəzifəsində işləyir və 1000-1200 manat civarında əmək haqqı alır. Qeyd olunanlara əsasən 28 mart 2019-cu il təvəllüdlü X1 üçün hər ay Cavabdeh aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin və 28 mart 2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay ona 100 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddianı qismən qəbul edir. Aliment vermək onun valideynlik borcudur, uşaqla hər həftə vaxt keçirir və uşağın xərclərini ödəyir. “xxxx” LTD MMC-də işləyir və 900 manat əmək haqqı alır. İddiaçı özü də Bakı şəhəri “264” saylı tam orta məktəbdə “loborant” vəzifəsində işləyir, o, təxmini 270-280 manat arası əmək haqqı alır, hal-hazırda analıq məzuniyyətindədir. Bundan əlavə, uşaq azyaşlı olduğundan 175 manat alimentin kifayət edəcəyini bildirərək əlavə olaraq uşaq üçün bankda hesab açdığını və həmin hesaba gələcəkdə uşağın məktəb xərclərini ödəmək məqsədilə hər ay 100 manat pul köçürdüyünü bildirmişdir. Uşağın xəstələndiyi təqdirdə bütün həkim və dərmanlarına xərclənən pulu ödəməyə hazırdır. İddianın qismən təmin edilməsini, 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini, iddianın qalan hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-T seriyalı 150924 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 28 mart 2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı Arif qızı qeyd edilmişdir. İş materiallarında olan iddiaçı Cavabdeh İddiaçı Arif qızına qarşı nikahın pozulması tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-544/2021 saylı 29.01.2021ci il tarixli qətnaməsi ilə iddianın təmin olunması qət edilmişdir. İş materiallarına əlavə olunmuş AFB Bank ASC-nin “Mərkəzi filialı” tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh 900,05 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi tutulur. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 23 fevral 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 fevral 2021-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment və 28 mart 2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı Arif qızının xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 28 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 fevral 2021-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment və 28 mart 2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı Arif qızının xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1614/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1614/2021
05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver