Məhkəmə qərarları › İş №2(007)-1669/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1669/2022

08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1669/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdehlə nikahları 07.04.2021-ci il tarixdə pozulub və bu barədə Nizami Rayon Qeydiyyat şöbəsi nikahın pozulması barədə şəhadətnamədə verib. Cavabdehlə birgə nikah münasibətlərindən bir uşaqları, X4 doğulmuşdur.Cavabdeh onları atıb gedib, həmin vaxtdan heç bir maddi köməklik göstərməyib. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Buna görə də, xahiş edir ki cababdeh Cavabdeh, 26.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 193 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərərk göstərdi ki, iddiaçı onun övladı ilə görüşməyinə imkan vermir.O, övladı ilə görüşmədiyi üçün hər hansı bir məbləğdə aliment ödəməyəcək. Buna görə də, xahiş edir ki, idda təmin olunmasın. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-440/2021 saylı iş üzrə qəbul etdiyi 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə X3 qızının Cavabdeh qarşı nikahın pozulması barədə iddiası təmin olunmuş, tərəflər arasında 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində bağlanmış 16.12.2018-ci il tarixli 4517 saylı nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş 26.11.2019-cu il təvəllüdlü X4 anası Dadaşova Sevinc Abdulla qızının himayəsinə verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 26.11.2019-cu il təvəllüdlü X2 atası Cavabdeh oğlu,anası Dadaşova (Babayeva) Sevinc Abdulla qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 25.04.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, alimentlə bağlı tərəflər arasında razılıq olmadığını, eləcə də yetkinlik yaşına çatmayan uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 26.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.04.2022-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 193 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 26.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.04.2022-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 193 manat aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar