Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1731/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin özünün və özü yoxdursa dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtombilə dair şəhadətnamənin ləğv olunması, nəqliyyat vasitəsinin qanuni sahibliyinə qaytarılması, etibarnamələrin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına buraxılış ili 2006-cı il olan, **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ-AZERA markalı avtomobilə dair verilmiş şəhadətnamənin ləğv olunması, Buraxılış ili 2006-cı il olan, **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ- AZERA markalı nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq faktiki qanuni sahibi olaraq ona qaytarılması, Bakı şəhəri, 6 saylı notariat ofisi tərəfindən X8 adına verilmiş xx.xx.2021-ci il tarixli, reyester nömrəsi 54846 olan etibarnamənin etibarsız sayılması, Bakı şəhəri 6 saylı “Səyyar ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X9 adına verilmiş xx.xx.2022-ci il tarixli reyester nömrəsi 1361 olan etibarnamənin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən ona dəymiş 10000 mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə ortaq bir tanışları vasitəsi ilə tanış olmuşdur. Bir müddət sonra isə onların aralarında isti münasibətlər (kişi ilə qadın arasında olan yaxın münasibətlər) yaranmağa başlamışdır. O, cavabdehə hər bir sirrini, hər bir sözünü etibar edib demişdir. Tanışlıqlarından bir müddət keçmişdir. Onun bu müddətdə bəzi maddi sıxıntıları yaranmışdır. Ona görə də, bir az kefi yox idi. Cavabdeh də bunu hiss etmiş və ondan bunun səbəbin soruşduqda, o, demək istəməmişdir. Lakin cavabdeh bunu deməyini təkid etmiş və o da maddi cəhətdən sıxıntısının olduğunu, cavabdeh isə ona təkidlə bu işdə kömək etmək istədiyini bildirmişdir. O isə təbii ki, cavabdehin ona edəcəyi köməkdən imtina etmişdir. Cavabdeh isə bunu demək olar ki, düz üç gün təkid etmişdir. Sonra ona bildirmişdir ki, onda maşına görə ona baş etibarnamə versin, cavabdeh isə ona pul versin, bununla da o da narahat olmasın. O da sonuncuda bu söhbətdən sonra razılaşmışdır. Lakin o, pulu götürməmişən əvvəl gedib aralarında hər şey düzgün olsun deyə, cavabdehin ona verəcəyi pul vəsaitini qaytarana kimi onun X11 2019-cu il tarixdə baş etibarnamə ilə aldığı, ili 2006-cı il olan **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ-AZERA markalı avtomobilə görə Mirzəyev İlqar ona baş etibarnamə vermiş, o isə sonra da cavabdehə baş etibarnamə vermişdir. Sonra o, cavabdehlə aralarında olan razılığa görə ona ancaq baş etibarnamə vermişdir, maşını isə özü idarə etmişdir. O, cavabadehə maşını deyil, yalnız sənəd vermişdir, bu da aralarında etibar olsun deyə bağlanmış görünüş üçün bir əqd idi. Bundan sonra o, cavabdehdən 3600 ABŞ dolları pul götürmüş, lakin üstündən 2 ay keçmiş cavabdeh müxtəlif bəhanələr gətirərək təkidlə götürdüyü pulu ona geri qatarmağını bildirmişdir. Hətta cavabdeh aralarında söz-söhbət də yaratmışdır. O da məcbur olub cavabdehə bildirmişdir ki, onun 3600 ABŞ dollar pulunu tapıb qaytaracaqdır. Cavabdeh isə bunu eşitdikdə bildirmişdir ki, guya onun 11000 AZN manatı borcu var. O isə ona niyə şər atmaq istədiyini bildirmiş, onun cəmi 3600 ABŞ dolları borcu olduğunu bir daha cavabdehə xatırlatmışdır. Cavabdeh isə bunu danmışdır. O da məcbur qalıb onun “WHATSAPP” yazışmalarını çıxartdırmışdır. O, bu yazışmaları çıxartdıqda cavabdehin ona qarşı münasibətlərində nələrə şahid olmuşdur ki, dəli olmaq dərəcəsinə çatmışdır. Belə ki, o Günel adlı baxıcı biri ilə onun barəsində çox əxlaqa sığmayan sözlər ifadələr işlətmişdir. Həmin SMS-lərdə də onun avtomobilinin cavabdehdə olmasını məhz borca görə olduğunu etiraf edirmişdir. Hətta onun cavabdehlə yazışmalarında isə onun 3600 ABŞ dolları ona borcunun olduğun özü də etiraf etmişdir. Cavabdeh isə sonradan ondan 11000 manat tələb etmişdir. O, cavabdehə onun 11000 manat borcunun olduğunu nəyin əsasında sübut etdiyini bildirdikdə, cavabdeh isə buna hər hansı sübut, fakt və dəlil gətirə bilməmişdir. Bildirir ki, baş etibarnamə ilə aldığı **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ-AZERA markalı avtomobil ilə yolda hərəkətdə olarkən X28 İdarəsinin əməkdaşları onu saxlatdıraraq ona bildirmişlər ki, maşın axtarışdadır, dərhal maşını onlara təhvil verməlidir və beləcə maşını ondan alaraq cərimə meydançasına aparmış, orada da cavabdehə təhvil vermişlər. Sonradan o, bu məsələni araşdırdıqda ona məlum olmuşdur ki, onun avtomobili Cavabdeh Katiq qızının adına sənədləşdirilərək, özgəninkiləşdirilmişdir ve hazırda onun mülkiyyətidədir. Beləcə cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış və onun xəbəri olmadan onun cavabdehə verdiyi baş etibarnamədən istifadə edərək gedib avtomobili öz adına sənədləşdirmişdir. Halbuki, o, cavabdehə olan borcundan hətta 1000 manatı cavabdehə ödəmişdir. Həmçinin, cavabdehin vəkilinə pul verilməli olduqda o cavabdehə olan borcundan 1500 manat pulu da cavabehin vəkilinə ödəmişdir və beləcə cavabdehə cəmi borcundan 2500 manat ödəmişdir. Onun cavabdehə cəmi 3500 manatı borcu qalmışdır. O, həmin pulları ödəməkdən də boyun qaçırmamışdır. Cavabdeh isə ona qarşı düzgün mövqe tutmayaraq, onu aldadaraq onun hazırda bazar qiyməti 15500 manat dəyərində olan avtomobilini, həmçinin bazar qiyməti 5000 AZN manat olan dövlət nömrə nişanını ona olan cəmi 3500 manat borc müqabilində öz adına sənədləşdirmişdir. Həm ondan borcunun çox hissəsini almış və həm də onun etbarından sui-istifadə edərək əsassız varlanmaq istəmişdir. Belə ki, nəqliyyat vasitəsini baş etibarnamə əsasında satmışdır. O, avtomobili təsadüfən satılmaq üçün internetdə elana qoyduğunun şahidi olmuşdur. Bununla bağlı onda sübut da vardır. Məlumat üçün bildirir ki, dələduzluqla avtomobili mənimsəmə cavabdehin birinci dəfə etdiyi bir əməl deyil, cavabdeh bunu bir dəfə də etmişdir. Belə ki, o, sonradan cavabdehin barəsində maraqlananda bilmişdir ki, cavabdehin ondan əvvəl barəsində dələduzluqla maşın oğurluğunda Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsində cinayət işi də olmuşdur. Hətta bununla bağlı əgər tələb olunsa zərərçəkmiş Sənan adlı şəxsi də şahid kimi məhkəməyə dəvət edə bilər. Bütün bunlardan başqa cavabdeh onun azyaşlı oğlunun istifadəsində olan mobil telefona zəng vuraraq oğlunu aldadaraq, anasının və qayınanasının mobil telefonlarını almış və sonuncu da anasına və qayınanasına onun barəsində həqiqətə uyğun olmayan ifadələr işlətmiş, onlara hədəqorxu gəlməyə başlamışdır. Həmin gündən başlayaraq onların ünvanına təhqirlər söyləmiş və hədə qorxular gəlmiş, tez-tez onları narahat etmişdir. Bunun nəticəsində də anasının vəziyyəti tez-tez pisləşmiş, o vaxdan da onda mütamadi olaraq dəyişgən təzyiq problemi yaranmışdır. Həmçinin, onun ailəsini dağıtmaq üçün əlindən gələni etmiş, hətta onun barəsində qayınanasına onu alçaldacaq ifadələr işlətmişdir. Halbuki, o, cavabdehlə münasibəti olanda ona hər hansı vədlər verməmişdir. Cavabdeh onunla münasibətə başladıqda ailəli olduğunu bilmiş və onun cavabdehlə ötəri görüşdüyünü bilmiş və buna etirazı olmamışdır. Cavabdehin hərəkətlərindən sonra artıq ailəsində söz-söhbət yaranmış və cavabden onun həm ailədə, həm də valideynləri yanında nüfuzunu aşağı salmışdır. Bu isə ona mənəvi ziyan və iztirab vermişdir. Hətta işlədiyi idarəyə onun rəisinə də zəng vuraraq onun barəsində alçaldıcı ifadələrlə onu pisləmiş və onun nüfuzuna işdə də xələl gətirəcək ifadələr işlətmişdir. Bunun nəticəsində onun əsəblərində güclü problemlər yaranmış və səhhətində daim gərginlik olmuşdur. Cavabdeh ona maddi ilə bərabər mənəvi ziyan da vurmuşdur. Hətta rəisinə isə bildirmişdir ki, guya onun cavabdehə 12000 manat borcu vardır. Bildirir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeçiliyində dövlət müəssisəsində işləməklə dövlətə xidmət edən bir dövlət məmurudur və hər gün işə gedibgəlir. İşi elədir ki, ona gedib gəlmək üçün maşın vacibdir, o, marşurutdan istifadə etməklə işinə vaxtı-vaxtında gedib-gələ bilməz. Həm də işi stresli iş olduğu üçün o, işdən çıxanda yorğun olur və bu stres və yorğunçuluqla marşurutdan istifadə edib evə getmək ona çətindir. Həmçinin, o, uzun illərdir ki, maşından istifadə edir. Cavabdehin onu avtomobilindən məhrum etməsi onun büdcəsinə də maddi ziyan vurmuşdur. Belə ki, həm səhər və axşam işə taksi xidmətindən istifadə etməklə gedib gəlmək ona maddi ziyan vurur. Bundan başqa, ailə işlərini görmək üçün də mütəmadi olaraq taksi xidmətindən istifadə etmişdir. Həmçinin, bildirir ki, cavabdeh Günel adlı falçı vasitəsi ona qarşı cadu etmiş, onun barəsində təhqiredici ifadələr işlətmiş və bunu SMS yazışmalarında da etiraf etmişdir və o, həmin SMS yazışmalarını sübut kimi da işə əlavə etmişdir. Cavabdehin hərəkətləri nəticəsində o arzu olunmaz vəziyyətə düşmüşdür, xüsusilə yalan məlumatlar əsasında (nəticələri qeyd etmək-şəxsi və ya ailə həyatının sirrinin açılması, yalan məumatlar əsasında işdə nüfuzunun aşağı düşməsi, peşəkar fəaliyyətin davam etdirilməsinin mümkün olmaması, qanuni hüquqların və mənafeyin pozulması və s.) hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Ona görə də, ona cavabdeh tərəfindən vurulan həm maddi, həm də mənəvi ziyanın ödənilməsini qanunvericilikdə də nəzərdə tutulduğu kimi cavabdehdən tələb edir. Cavabdeh özünə bəlli olan səbəblərdən belə bir hərəkət etmiş və qanunsuz olaraq onun cavadehlə aralarında etibar olsun deyə görünüş üçün verdiyi baş etibarnamədən sui-istifadə edərək baş etibarnamə ilə aldığı əmlakını öz adına salaraq faktiki özgəninkiləşdirmişdir. Cavabdeh etibarnamədən öz şəxsi məqsədləri üçün istifadə edərək nəqliyyat vasitəsini öz adına keçirmişdir. Burdan da görünür ki, cavabdeh ona qarşı dələduzluq etmişdir. Belə ki, cavabdeh birbaşa qanunu pozaraq nəqliyyat vasitəsini öz adına özgəninkiləşdirmişdir və bunu edərkən onun xəbəri olmamışdır. Belə ki, nəqliyyat vasitəsini yolda idarə edərkən polis əməkdaşları ondan alıb götürdükdə xəbəri olmuşdur ki, avtomobil artıq cavabdehin mülkiyyətindədir. Cavabdeh qanunu kobud surətdə pozmuşdur. Belə ki, cavabdeh təmsilçi olaraq özü barəsində əqd bağlaya bilməz. Məlumat üçün bildirir ki, o, qanunda nəzərdə tutulan əhəmiyyətsiz əqdin mübahisələndirmək üçün bir illik müddəti də ötürməmişdir. Nəzərə alınmalılır ki, həmçinin qanunun mənasına görə müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Həmçinin, məhz etibarnaməni verdiyi tarixdən avtomobil barədə əqd bağlanmasını ehtimal etməli olması və bu əsasla da müddətin məhz etibamamənin verildiyi vaxtdan hesablanmalı olması barədə dəlil də düz deyil. Çünki onun verdiyi etibarnamə əsasın da avtomobil barəsində hər hansı əqd bağlanması ehtimal etsə də, bu mütləq qaydada qəbul edilməməlidir. Etibarnamə almış şəxs etibarnamənin qüvvədə olduğu müddət ərzində verilən səlahiyyətlərdən istifadə etməyə də bilər. Buna görə də, bütün hallarda müddətin axımı etibarnamə əsasında bağlanan əqdin tarixi əsas götürülməklə onun həmin əqdin bağlanmasından hansı vaxtdan xəbər tutmağı və xəbər tutmalı olmağı vaxtından hesablanmalıdır. Bildirir ki, o, buraxılış ili 2003-cü il olan, **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ-AZERA markalı avtomobilinin X11 baş etibarnamə əsasında almışdır və lazım gəlsə bunu avtomobilin keçmiş mülkiyyətçisi olmuş İlqar Mirzəyev gəlib məhkəmədə şahid kimi sübut edə bilər. Ona görə də, o, avtomobili baş etibarnamə əsasında İlqar Mirzəyevdən öz aralarında alqı-satqı edib almaqla faktiki avtomobilin mülkiyyətçisi olmuşdur. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ona bildirmişdir ki, 2006-cı buraxılış ili **-VX-*** dövlət qeydiyyat nişanlı “Hundai-Azera”markalı avtomobilini borcu olduğu üçün satmaq istəyir. O, maşınsız olduğu üçün maşını almaq istədiyini demişdir. Qarşılıqlı razılaşma əsasında o, iddiaçıya həmin vaxt 3600 ABŞ dolları və 5000 manat pul ödədikdən sonra iddiaçı ona həmin maşın üçün maşının sahibi X14 ona verdiyi etibarnamə əsasında xx.xx.2020-ci il tarixdə ona idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə etibarnamə vermiş və maşını ona təhvil vermişdir. Aralarında olan münasibətlərə görə sonradan iddiaçı onun o vaxtki məhkəmə işlərinə görə məhkəmələrə gedib gəlməyinə kömək etdiyi üçün o, iddiaçıya maşını idarə etmək üçün etibarnamə vermişdir. Sonradan maşının ili köhnə oduğundan ehtiyyat hisələrinin əksəriyyətinin dəyişilməsi zərurəti yarandığından o, maşını satıb başqa maşın almaq fikrinə düşmüşdür. Eyni zamanda o, maşını iddiaçıdan alanda iddiaçı demişdir ki, maşını gələcəkdə satmaq fikrinə düşsə ona satar, yəni iddiaçı onun ödədiyi pulları qaytarar. Razılaşmaları olduğu üçün o, iddiaçıya bildirmişdir ki, maşını satmaq istəyir, pullarını qaytarsın, iddiaçı isə hər dəfə müxtəlif bəhanələr gətirməyə başladığı üçün o, maşını qanuni əsaslarla başqa şəxsə satmışdır. O, maşına görə çox maddi ziyan çəkmiş, maşının ili köhnə olduğu və problemləri çox olduğu üçün maşını iddiaçıdan aldığı qiymətdən xeyli aşağı qiymətə satmışdır. İddiaçı qeyd edir ki, aralarında etibar olsun deyə guya ona görünüş üçün verdiyi etibarnamədən sui-istifadə edərək iddiaçıya qarşı dələduzluq etmişdir. O, unudur ki, xx.xx.2020-ci il tarixdə ona idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə etibarnamə vermişdir. Bu səlahiyyətlər neçə görünüş ola bilər? O da qanuni əsaslarla o səlahiyyətlərdən istifadə etmişdir. İddia ərizəsində iddiaçı göstərir ki, o, buraxılış ili 2006-cı il olan **-VX-*** dövlət qeydiyyat nişanlı “Hundai-Azera” markalı avtomobilinin heç vaxt sahibi olmamışdır. Məhkəmədən də həmin nəqliyyat vasitəsinin onun qanunsuz sahibliyindən alınaraq guya faktiki qanuni sahibi olan özünə qaytarılmasını xahiş edir. O maşının sahibi adından ona yuxarıda qeyd olunan səlahiyyətlə etibarnamə vermiş və o da qanuni əsaslarla maşını özgəninkiləşdirmişdir. Bundan başqa, iddiaçı ondan eyni zamanda 10000 (on min) manat mənəvi zərərin ödənilməsini tələb edir. İddia tələbi digər hissələrdə olduğu kimi mənəvi zərər tələbi hissəsində də tamamilə əsassızdır. İddiaçı iddia tələbləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçının ona qarşı qaldırdığı iddianın predmeti mövcud olsa da əsası yoxdur. Qeyd edilənlərə əsasən İddiaçı Qamət oğlunun ona qarşı “avtomobilə dair şəhadətnamənin ləğv olunması, nəqliyyat vasitəsinin qanuni sahibliyinə qaytarılması, X8 adına verilmiş etibarnamənin etibarsız hesab edilməsi və ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırda cavabdeh avtomobili satdığını özü etiraf edir. Hətta satldıqdan sonra ona pul vermədiyini də özü etiraz ərizəsində bir daha etiraf edir. Əgər o, avtomobili cavabdehə satmışdırsa, nə səbəbdən maşını polis işçiləri idarə etdiyi zaman yolda ondan almışlar. Burdan da cavabdehin yalanı üzə çıxır. Əgər onun cavabdehə borcu var idisə, onda ondan pulu məhkəmə yolu ilə tələb edə bilərdi. Bir sözlə, cavabdeh avtomobili satdığını və ona pul vermədiyini özü də etiraf etməklə ona qarşı dələduzluq etdiyini özü etiraf etmişdir. Lakin avtomobili satsa da, ona pul verməmişdir. Ona görə də, həmin avtomobilin ozünü, özü yoxdursa dəyərini yəni 15500 manat pulu cavabdehdən tələb edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim etmişdir. İddiaçı iddianin predmetini və əsasını dəyişməklə bildirmişdir ki, cavabdeh avtomobili satsa da, pulu ona verməmişdir. Ona görə də, avtomobilin özünü, özü yoxdursa dəyəri 15500 manat pulu cavabdehdən tələb edir. Bildirir ki, iddiaçı ilə onun arasında xx.xx.2020-ci il tarixli etibarnamə əsasında avtomobilin alqı-satqısı hüquq münasibətləri olmuşdur. İddiaçı isə bu münasibətləri borc münasibətlərinə çevirməyə çalışsa da, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sual yaranır əgər iddiaçı ondan borc pul alırdısa, niyə bunu notariat orqanında borc müqaviləsi kimi rəsmiləşdirmirdi? İddiaçı cavabdehdən 3600 dollar və 5000 manat alaraq ona xx.xx.2020-ci il tarixli etibarnamə ilə avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verməklə faktiki olaraq maşını ona satmışdır. Göründüyü kimi iddiaçının tələbi qanunsuz və əsassız olmaqla eyni zamanda iddia müddəti buraxılmışdır. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə etibarnamə verilmişdir. Beləliklə, iddiaçı həmin tarixdən məhkəməyə müraciət edərək avtomaşının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edə bilərdi. Lakin iddiaçı bu cür tələblə məhkəməyə bir il yeddi ay sonra müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Cavabdeh qızma qarşı tələbi üzrə iddia müddəti keçdiyindən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, tərəflər arasında yaxın münasibət olmuş və cavabdeh Türkiyəyə getdiyi zaman iddiaçıdan 5000 manat pul istəmişdir. Qarşı tərəfin etiraz ərizəsində qeyd edilmişdir ki, cavabdeh tərəfindən maşın satılmışdır. Əgər maşın yoxdursa, onlar maşının pulunu tələb edirlər. İş üzrə verilmiş sorğudan da görünür ki, maşın hazırda başqa şəxsin adındadır. Cavabdeh iddiaçının övladına zəng vurub və qayınanasının nömrəsini almış və iddiaçının ailəsində söz-söhbət yaranmışdır. Cavabdeh iddiaçının ailəli olduğunu bilmişdir. Maşın iddiaçı tərəfindən idarə edildiyi zaman polis əməkdaşları tərəfindən alınmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı gəlib ona yalvaraq pul lazım olduğunu demişdir. O, həmin vaxt "Mercedes Galendwagen" markalı maşınını satmışdır və onda külli miqdarda pul var idi. İddiaçı ona maşınını almağı təklif etmiş, o da maşını almış və əvəzində iddiaçıya pul vermişdir. İddiaçının maşını yaxşı vəziyyətdə deyildi və maşının təmirə ehtiyacı var idi. İddiaçı ona bildirmişdir ki, əgər maşını satacaqdırsa, elə maşını onun özünə satsın. Artıq bir ildir ki, maşın satılmış və maşını satdığı adam da maşını başqasına satmışdır. İddiaçı gəlib onu hədələyərək maşını ona qaytarmağını tələb etmişdir. İşlədiyi bankın müdirinə ərizə yazaraq bildirmişdir ki, guya o dələduzdur. Onlar bir-birilərini xeyli müddətdir ki, tanıyırlar. İddiaçı ona ailəsi ilə münasibətlərinin yaxşı olmadığını və boşanacaqlarını demişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, maşın nə iddiaçının, nə də ki, cavabdehin mülkiyyətindədir, tərəflər arasında borc münasibətləri yaranmamışdır. Əgər iddiaçı borc götürürdüsə, o zaman borc müqaviləsi bağlayardı. İddiaçı tərəf əhəmiyyətsiz əqdlərlə bağlı 1 il iddia müddətini də ötürmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı X14 mülkiyyətində olan “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh sücücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə bağlı etibarnamə vermişdir. - “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Əliyeva X10 İlqar Arif oğlunun mülkiyyətində olan “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı etibarnamə vermişdir (nəqliyyat vasitəsindən istifadə hüquq). - “Elektron notariat” X1 xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Əliyeva X10 İlqar Arif oğlunun mülkiyyətində olan “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə bağlı etibarnamə vermişdir. - “Elektron notariat” X1 xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilə dair X2 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə bağlı etibarnamə vermişdir. - “Elektron notariat” X1 xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, X6 Zülfiyyə Rafiq qızının mülkiyyətində olan “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilə dair X13 etibarnamə vermişdir (nəqliyyat vasitəsindən istifadə hüquq). - xx.xx.2018-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobili X17 10000 manata satmışdır. - xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X22 (etibarnamə əsasında X20) 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 16000 manata satmışdır. - AE 144543 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobili X21 10000 manata satmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ona məxsus 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin qanunsuz sahibliyində olduğunu iddia edərək, Cavabdeh adına buraxılış ili 2006-cı il olan, **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ-AZERA markalı avtomobilə dair verilmiş şəhadətnamənin ləğv olunması, Buraxılış ili 2006-cı il olan, **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ- AZERA markalı nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq faktiki qanuni sahibi olaraq ona qaytarılması, Bakı şəhəri, 6 saylı notariat ofisi tərəfindən X8 adına verilmiş xx.xx.2021-ci il tarixli, reyester nömrəsi 54846 olan etibarnamənin etibarsız sayılması, Bakı şəhəri 6 saylı “Səyyar ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X9 adına verilmiş xx.xx.2022-ci il tarixli reyester nömrəsi 1361 olan etibarnamənin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən ona dəymiş 10000 mənəvi zərərin ödənilməsi xahiş etmişdir. Daha sonra isə iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbini dəyişdirmiş, avtomobilin özünün və özü yoxdursa 15500 manatı cavabdehdən tələb etmişdir. Belə ki, hazırda iddiaçı iddia tələbini əsaslandırarkən qeyd edir ki, o, pula ehtiyacı olduğundan cavabdehdən 3600 ABŞ dolları pul götürmüş və bunun müqabilində avtomobillə bağlı cavabdehə etibarnamə vermişdir. Cavabdeh isə göstərilənləri inkar edərək, avtomobilin ona satıldığını və avtomobili 3600 ABŞ dolları və 5000 manat ödəməklə əldə etdiyini qeyd etmişdir. İş materialları ilə müəyyən edilir ki, 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobil X14 mülkiyyətində olarkən iddiaçı avtomobillə bağlı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə bağlı cavabdehə etibarnamə vermişdir. Hazırda iddiaçı cavabdehlə arasında borc münasibətlərinin olduğunu və cavabdehin vermiş olduğu borc müqavilində avtomobilə dair etibarnamə verdiyini qeyd etsə də, göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Whatsapp” adlı sosial şəbəkədən olan çıxarışlar da göstərilənləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 10.10-cu maddəsinə əsasən şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 200-ci maddəsinə əsasən şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir. Məhkəmə iclası zamanı cavabdeh tərəf iddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” adlı sosial şəbəkədən olan yazışmaların tətqiqinə etiraz etməmiş, əlavə olaraq qeyd etmişdir ki, həmin yazışmalarla cavabdeh iddiaçıya borc şəklində pul verdiyini etiraf etməmiş və əgər həqiqətən də belə bir hal olsaydı, iddiaçı cavabdehə etibarnamə vermək yerinə, tərəflər arasında borc müqaviləsi bağlanıla biləcəyini vurğulamışdır. MPM-in: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə olan halda, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri, cavabdehdən borc kimi 3600 ABŞ dolları məbləğində pul almasını və bunun müqabilində cavabdəhə etibarnamə verməsini sübut edə bilməmiş, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ümumiyyətlə, göstərilənlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuş, daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdə həmin avtomobili X4. X22 isə xx.xx.2021-ci il tarixdə avtomobili Cavabdeh satmışdır və avtomobil cavabdehin mülkiyyətində verilmişdir. Qeyd edilməlidir ki, həmin müqaviləni satıcı qismində etibarnamə əsasında X20 imzalamışdır. Sonradan isə cavabdehin avtomobili özgəninkiləşdirərək xx.xx.2022-ci il tarixdə X5. Hazırda avtomobil onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hazırda iddia isə avtomobilin özünün və ya onun dəyərinin qaytarılması ilə bağlıdır. Göstərilənlərə əsasən məhkəmə iddia ilə bağlı qeyd edir ki, ilk öncə İddiaçı hazırkı iddia ilə (avtomobilin özünün və özü yoxdursa dəyərinin qaytarılması) məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsi araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı avtomobilin və ya onun dəyəri kimi 15500 manat pulun tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ yoxdur. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İş materilları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə avtomobili X7, sonuncu da avtomobili xx.xx.2021-ci il tarixdə Cavabdeh satmışdır və bu zaman müqaviləni etibarnamə ilə X20 imzalamışdır. Göründüyü kimi xx.xx.2018-ci il tarixdə iddiaçının mülkiyyətindən çıxmış, bundan sonra X22 mülkiyyətində olan əmlakla bağlı müstəqil şəkildə sərəncam verərək, əmlakını cavabdehə satmışdır. Nəticədə, məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən avtomobilin mülkiyyətçisi olmadadığından Cavabdeh münasibətdə hazırkı (avtomobilin özünün və özü yoxdursa dəyərinin qaytarılması) iddianı qaldırmaqda sübyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə etibarnamə ilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqları vermiş və bundan bir il ərzində etibarsızlıqla məhkəmədə iddia qaldıra biləcəyi təqdirdə iddia qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı hazırda iddia tələbini dəyişdirmiş və məhkəmədən avtomobili və ya onun dəyərini tələb etmişdir. Yəni hazırda iddiaçı cavabdehə məxsus olmuş qeydiyyat şəhadətnaməsini və ya cavabdeh tərəfindən başqa şəxslərə verilmiş etibarnamələri mübahisələndirmir. Ona görə də, hazırkı iddiaya MM-in 354-cü maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “avtomobilin özünün və özü yoxdursa dəyərinin qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin özünün və özü yoxdursa dəyərinin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1731/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1731/2022
30.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver