Məhkəmə qərarları › İş №2(007)-176/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-176/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-176/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, onunla xx.xx.2014-cü il tarixdə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahdan iki övladları var. Cavabdehlə münasibətləri əvvəllər yaxşı olsa da, sonralar kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmışdır. Cavabdeh həyat yoldaşı kimi ona hörmət etmir, ailənin saxlanması üçün heç bir müsbət davranış göstərmir. Uşaqlar onun himayəsindədir. Qeyd edilənlərə əsasən Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il tarixli X4 və X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən sabit pul məbləğində hər ay hər uşağa 193 manat miqdarında aliment və xəstəliklə bağlı 400 nanat əlavə xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyi kimi də, son dövrlər ailədaxili münasibətlərin pozulması faktiki olaraq ailənin ayrı yaşaması ilə nəticələnmişdir. O, əşyalarını və qazanaraq topladığı 9000 manat həcmində olan ailə ehtiyatı vəsaitini də evdə qoyaraq, evdən getmişdir. İlkin iddia ərizəsində göstərilən əsasız 400 manatlıq müalicə xərci tələbi istisna olmaqla, göstərilən digər hallar mövcud ailənin saxlanmasının qeyrimümükünlüyünü sübut etməklə, faktiki olaraq dağılmış ailənin, nikahın pozulması ilə rəsmiləşdirilməsi ehitiyacının yaradır. Belə ki, o, xx.xx.2014-cü il tarixində Əmiraslanova (Vəliyeva) Fəxranə İlham qızı ilə nikaha daxil olmuşdır. Birgə nikahdan xx.xx.2015-ci il tarixində Fatimə, xx.xx.2017-ci il tarixində Hüseyn adlı övladları doğulmuşdur. Nikaha daxil olduqlarından bir müddət sonra ailədaxili münaqişələr baş vermiş və bu xasiyyətlərində uyğunsuzluğunu üzə çıxarmışdır. Artıq 4 aydan artıqdır ayrı yaşayırlar. Cavabdeh ailə münasibətlərini faktiki olaraq dağıtmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün olmadığından nikahları ləğv edilməlidir. Həmin qanunun tələblərinə uyğun olaraq tərəfindən cavabdehə mediasiya təklifi ünvanlanmış, Mediasiya Şurası tərəfindən təyin edilmiş mediatorun göndərdiyi dəvət məktubuna əsasən cavabdeh xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sesiyasının keçirilən binasına gəlməmişdir. Qeyd edilənlərə əsasən birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 onun himayəsinə verilməklə onunla cavabdeh İddiaçı arasında olan nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehlə ayrı yaşamağa başladıqları son 4 ay ərzində uşaqların bütün maddi və mənəvi ehtiyacları çətinliklə də olsa valideynləri tərəfindən təmin edilmişdir. Qızı 15 yanvar 2015-ci il təvəllüdlü X6 atasına bağlıdır, ayrı yaşadıqları müddətdə dəfələrlə cavabdehdən uşaqla ünsiyyətdə olmasını xahiş etsə də, o bundan imtina etmişdir. Həmçinin, bildirir ki, oğlu X7 əqli cəhətdən problemləri olan uşaqdır. Onun istəmədən atası ilə birlikdə yaşaması xəstəliyinin şiddətlənməsinə səbəb olacaqdır. Həmçinin, qızı ilə oğlu bir-birlərinə bağlıdırlar, onların bir-birindən ayrılması həm qızının, həm də oğlunun psixologiyasına mənfi təsir edəcəkdir. X15 böyrəklərində olan pozuntulardan əziyyət çəkir. Belə ki, həkim müayinəsi əsasında onun sağ böyrəyinin ölçülərinin kiçildiyi, funksiyasının azalması müəyyən edilmişdir. Cavabdeh birlikdə yaşadıqları müüddətdə də uşaqlarla maraqlanmamışdır. Onların təhsili, gündəlik məişət qayğıları ilə hər zaman o məşğul olmuşdur. Bütün bunlardan sonra cavabdehin uşağın onun himayəsinə verilməsini istəməsi sadəcə olaraq “prinsip”, onu incitmək məqsədi daşıyır. Cavabdeh bütün gün ərzində işdə olur. Uşağın saxlanılması üçün onun nə uyğun yeri, nə də uşağa baxmağa şəraiti vardır. Bildiriir ki, cavabdehin uşağın ona verilməsinin icrası mümkünsüzdür. Qeyd edilənlərə əsasən Cavabdeh tərəfindən verilmiş 19 iyul 2017-ci il təvəllüdlü X5 onun yanında saxlanılmasına dair iddia tələbinin təmin edilməməsi, hər iki övladının onun himayəsinə verilməsi, onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə (məhkəmə baxışı məhələsində) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X17 ilkin iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Cavadeh və qarşılıqlı iddiaçı Cavabdeh "xxxx" MMC-də "mebel ustasının köməkçisi" vəzifəsində işləyir və 400 manat əmək haqqı müəyyən edilmişdir. Belə olan təqdirdə, cavabdehdən sabit pul məbləğinin tutulması yolverilməzdir. Bundan başqa, iddia ərizəsində uşağın xəstəliyinə görə hər ay üzrə 400 manat ödənilməsini tələb edilir. Lakin iddiaçı məhkəməyə həmin vəsaitin hansı istiqamətdə xərclənməli olduğu barədə sübut təqdim etməmişdir. Eyni zamanda, işin məhkəmədə olduğu müddət ərzində də belə xərclərin çəkdiyinin, uşağın xəstəliyinin icbari tibbi sığorta vasitəsilə çəkilə bilinməməsi barədə sübutunu təqdim etməmişdir. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh 193 manat aliment və xəstəliklə bağlı 400 manat əlavə xərcin tutulması barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddianı qismən qəbul edir. Cavabdehlə aralarında bağlanmış nikahın pozulmasına etiraz etmir, razıdır. Birgə nikahdan doğulmuş uşaqları onun himayəsindədir. xx.xx.2015-ci il təvəllüdlü X6 böyrək xəstəliyindən əziyyət çəkir. Uşaq əməliyyat olunmuşdur, onun müalicə xərci tələbdə göstəriləndən də çoxdur. Uşaq xəstələndikdə xərci də artır. Hazırda ancaq uşağın xəstəliyi ilə məşğul olur. İcbari sığorta ilə bağlı müraciət etmiş, lakin deyirlər ki, uşağı öz vasaitinizlə müalicə edin. İddiada əlavə xərclə bağlı 400 manat tələb olunsa da, hazırkı tələbi 200 manatdır. Müvəqqəti aliment vaxtlı-vaxtında ödənilir. Qarşı tərəf 19 iyul 2017-ci il təvəllüdlü X5 atanın yanında saxlanılmasını xahiş etsə də, uşaq əsəb xəstəsidir. Onlar faktiki olaraq bir yerdə yaşadıqları vaxtda da uşaqla atası yolda getmirdi. Uşaqların hər ikisinin onunla qalmasını tələb edir. Cavabdeh mebel ustasıdır və aylıq 3000 manatdan çox qazancı var. Əgər cavabdehin gəliri olmasa idi, hazırkı iddianı verməzdi. Uşaqları ataları ilə qalmaq istəmir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X17 qarşılıqlı iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşı tərəf uşağın müalicəyə və müalicəsi ilə bağlı çəkilmiş xərclərə dair heç bir sübut təqdim olunmamışdır. Uşağın bir böyrəyində çatışmazlıq var. Bununla bağlı uşaq ildə bir dəfə müalicə olunur. Cavabdeh mebel ustasının köməkçisi vəzifəsində işləyir. Məhkəməyə aliment tələbinə dair etiraz ərizələrini təqdim etmişlər. Aliment cavabdehin əmək haqqı məbləğinə uyğun tutulmalıdır. Uşaqda böyrək çatışmazlığı olduğunu inkar etmirlər. Lakin, ilkin iddia üzrə iddiaçı tərəflərin faktiki olaraq ayrı yaşadıqları müddətdə çəkilmiş xərclərə dair məhkəməyə sübut təqdim etməmişdir. 19 iyul 2017-ci il təvəllüdlü X5 atanın yanında qalmasını xahiş edirlər. Uşaqda əsəb xəstəliyi yoxdur. Olmasına dair sübut yoxdur. Rəydə uşağın əsəbi olduğu qeyd edilmişdir, lakin bunun heç bir əsası yoxdur. Hazırda Cavabdeh valideynləri ilə birlikdə yaşayır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 919582 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 27 yanvar 2014-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət mərkəzi” Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 144 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əmiraslanov”, arvada “Əmiraslanova” soyadı verilmişdir; - AZ-İİİ seriyalı 520028 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 yanvar 2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - AZ-İİİ seriyalı 997687 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 iyul 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Milli Onkologiya Mərkəzinin məlumatından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 müayinə nəticələrindən görünür ki, 42 MBq Tc-99m DMSA (dimerkaptosuksinik asit) intravenoz inyeksasiya edildikdən 2-4 saat sonra anterior, posterior proyeksiyalardan və SPECT görüntülər əldə edildi. Hər iki böyrək tipik lokalizasiyasında yerləşmişdirlər. Sağ böyrəyin ölçüləri kiçilmişdir, kənar konturları qeyri-düzgündür, radioaktiv maddənin parendimada paylanması diffuz qeyri-homogendir və konsentrasiyası aşağı səviyyədədir. Sol böyrək kənar köntorları düzgündür, radioaktiv maddənin parenximda paylanması homogendir və konsentrasiyası normal səviyyədədir. Aparılan kantitativ kompyüter analizində ümumi renal kortikal toxuma funksiyasına qatqısı sol böyrəkdə %75, sağ böyrəkdə %25 olmuşdur. Nəticə normal funksiya göstərən sol böyrək, ölçüləti kiçilmiş, funksiyası azalmış sağ böyrək; - Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, X8 “archan mobilya” da usta ləməkçisi vəzifəsinfə işləyir. Aylıq əmək haqqı məbləği 400 manat təşkil edir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2715/2022 saylı qərardadından görünür ki, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, xx.xx.2015-ci il təvəllüdlü X4 və 19 iyul 2017-ci il təvəllüdlü X1 üçün, 15 avqust 2022-ci il tarixdən başlayaraq, hər uşaq üçün hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin xx.xx.1993cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdan tutulub, xx.xx.1994-cü il tarixdə Gədəbəy rayonunun, Düz rəsullu kəndində doğulmuş, Gədəbəy rayonu, Düz Rəsullu ərazi dairəsi, Düz rəsullu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Əzim Əzimzadə küçəsində yerləşən özbaşına tikilidə yaşayan İddiaçı verilməsi qərara alınmışdır; - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli xx-xx/1307 saylı rəyindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2014-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. İlk vaxtlar birgə yaşadıqları müddət ərzində ailədə vəziyyət normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən, boşanmaq qərarına gəlmişlər. Komissiya məsələ ilə əlaqədar iddiaçı və cavabdehin yaşayış şəraitləri barədə məlumat toplamışdır. İddiaçı Sabunçu rayonunda yaşadığından, komissiya məsələ ilə əlaqədar onun yaşayış şəraiti barədə məlumat toplamaq üçün yaşadığı əraziyə baxış keçirilərək müayinə aktının tərtib edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik üzrə komissiyasına sorğu vermiş, xx.xx.2022-ci il tarixində sorğuya cavab olaraq tərtib edilmiş müayinə aktı komissiyaya daxil olmuşdur. Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik üzrə komissiyasının tərtib etdiyi aktdan məlum olmuşdur ki, İddiaçı Gədəbəy rayonu, Düzrəsullu kəndində qeydiyyatda olsa da, faktiki ünvan 2 ünvanında 2 övlağı ilə birlikdə yaşayır. Onun yaşadığı fərdi yaşayış evi 0,04 ha torpaq sahəsində 1 mərtəbəli olmaqla 1 yataq otaği, mətbəx və dəhlizdən ibarətdir, evin ümumi sahəsi 25 kv.metrdir, kommunal şəraiti qənaətbəxşdir. İddiaçı 21 may 2022-ci il tarixində Cavabdehla aralarında olan mübahisədən sonra boşanmaq qərarına gəldiklərini, hazırda 2 uşağı ilə ayrı yaşadığını, qızı Fatimənin böyrək xəstəliyindən əziyyət çəkdiyini, Cavabdehun uşaqlarına baxmadığını, onlara maddi və mənəvi cəhətdən dəstək olmadığını qeyd edərək, boşanmadan sonra hər iki uşağın onun himayəsinə verilməsini komissiyadan xahiş etmişdir. Həmçinin məlum olmuşdur ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır, həmin ünvanda valideynləri və qardaşı ilə birlikdə yaşayır. Onun yaşadığı fərdi yaşayış evi 4 otaqdan ibarətdir, orta təmirlidir, kommunal şəraiti qənaətbəxşdir. O, izahatında qarşı tərəfin uşaqları ilə görüşməsinə maneçilik törətdiyini, boşanmadan sonra övladlarından birinin, oğlu Hüseynin onun himayəsində saxlanılması barədə rəy verilməsini komissiyadan xahiş etmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu K.V.İsmayılova tərəfindən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X6 ilə söhbət aparılmış, barəsində psixoloji rəy verilmişdir. Rəydə Fatimənin valideynlərini çox istədiyi, onların barışmasının arzusunda olduğu, lakin boşanma olarsa, anası ilə qalacağı bildirilmişdir. Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiya yuxarıda şərh olunanları, habelə uşaqların ana qayğısına daha çox ehtiyaclarının olduğunu və yetkinlik yaşına çatmayan Fatimənin fikrini də nəzərə alaraq, boşanmadan sonra xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun sayır və Cavabdeh övladları ilə ünsiyyət hüququnun təmin olunmasını onlar arasında yaranmış mübahisənin ədalətli həlli hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 27 yanvar 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 15 yanvar 2015-ci il təvəllüdlü X6 və 19 iyul 2017-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Tərəflər hazırkı vəziyyətdə nikahın pozulmasına razıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə tərəflərin hər ikisinin nikahın pozulmasına razı olmalarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin edilməli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşaqların üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş 15 yanvar 2015-ci il təvəllüdlü X4 və 19 iyul 2017-ci il təvəllüdlü X3 yanında qalması məsələsini müzakirə edib, qərar qəbul edərkən belə nəticəyə gəlir ki, həmin uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacları olması, uşaqların ana himayəsində qalıb böyüməsinin onların mənafeyinə uyğunluğu, o cümlədən uşaqların hazırda analarının yanında olmaları, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli xxxx/1307 saylı rəyi nəzərə alınmalı, 15 yanvar 2015-ci il təvəllüdlü X6 və 19 iyul 2017-ci il təvəllüdlü X7 ilkin iddia üzrə iddiaçının yanında saxlanılmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşaqların mənafeyini və ilkin iddia üzrə iddiaçının onun himayəsində yaşayan uşaqlara təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkəcəyini nəzərə alaraq, habelə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı baxımından azyaşlıların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ilkin iddia üzrə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən ilkin iddia tələbini, ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğini, uşaqların və tərəflərin mənafelərini, nəzərə alaraq, belə qənaətə gəlir ki, uşaqların saxlanılması üçün aliment məbləği hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə ki, iş materiallarından görünür ki, ilkin iddia ərizəsi məhkəməyə 15 avqust 2022ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Bununla belə, uşaqların saxlanılması üçün alimentin tutulmasının məhkəməyə müraciət edildiyi vaxtdan hesablanarkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2715/2022 saylı qərardadı əsasında 15 avqust 2022-ci il tarixdən etibarən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin müvəqqəti tutulması faktı mütləq nəzərə alınmalıdır. Belə ki, 15 avqust 2022-ci il tarixdən etibarən hesablanmaqla, qətnamə ilə tutulması qət edilən 386 manat aliment məbləğindən qərardadla tutulmuş 386 manat aliment məbləği çıxılmalıdır. Məhkəmə ilkin iddia tələbinin “birgə nikahdan olan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X6 xəstəliyi ilə bağlı 400 manat əlavə xərcin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilənlərlə müəyyən olundu ki, xx.xx.2015-ci il təvəllüdlü X4 böyrək çatışmazlığı xəstəliyi var və sağ böyrəyinin ölçüsü kiçilmişdir. Xəstləik 2017-ci ildə müəyyən edilmişdir, həmin vaxtdan uşaq müxtəlif tibbi müəssisələrdə müayinə olunmuşdur, hazırda da müayinə və müalicələri davam edir. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, ilkin iddia üzrə cavabdeh buna görə ilkin iddia üzrə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər ilkin iddia üzrə iddiaçının çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda X2 xəstəlikdən əziyyət çəkməsini, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə almaqla yanaşı həmçinin ilkin iddia üzrə cavabdehin də mənafeyini nəzərə alır. İlkin iddia üzrə iddiaçı cavabdehdən hər ay 400 manat sabit məbləğdə əlavə xərc tələb etsə də (məhkəmə iclasında tələbinin 200 manat olduğunu bildirmişdir), ilkin iddia üzrə cavabdehin həmin məbləği ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, o cümlədən ilkin iddia üzrə cavabdehin həmin uşağın yetkinlik yaşına çatanadək aliment ödəməli olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, 400 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməli və uşağın yetkinlik yaşına çatanadək Cavabdeh əlavə xərc kimi hər ay 100 (yüz) manat məbləğində pul hesablanıb tutulmaqla İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 2 saylı Bakı “ASAN” Xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 27 yanvar 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 144 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından 15 yanvar 2015-ci il təvəllüdlü X6 və 19 iyul 2017-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmalı, Cavabdeh 15 avqust 2022-ci il tarixdən başlayaraq, 15 yanvar 2015-ci il təvəllüdlü X4 və 19 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2715/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub, İddiaçı verilməli, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 15 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək Cavabdeh əlavə xərc kimi hər ay 100 (yüz) manat məbləğində pul hesablanıb tutulmaqla İddiaçı verilməli, ilkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməmədir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin və qarşılıqlı iddialar qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 2 saylı Bakı “ASAN” Xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 27 yanvar 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 144 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından 15 yanvar 2015-ci il təvəllüdlü X6 və 19 iyul 2017-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalsınlar. Cavabdeh 15 avqust 2022-ci il tarixdən başlayaraq, 15 yanvar 2015-ci il təvəllüdlü X4 və 19 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2715/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub, İddiaçı verilsin. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 15 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək Cavabdeh əlavə xərc kimi hər ay 100 (yüz) manat məbləğində pul hesablanıb tutulmaqla İddiaçı verilsin. İlkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar