Məhkəmə qərarları › İş №2(007)-1762/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1762/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1762/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki,o, cavabdehin oğlu Tural İsmayılovla 2020-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 02 sentyabr 2011-ci il tarixdə Nihad adlı övladları dünyaya gəlib. Nizami Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydiyyatı pozulub, birgə nikahdan olan övladı onun himayəsinə verilib və uşağın saxlanılması üçün hər ay 90 manat alimentin ödənilməsi qət edilib. Daha sonra o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir və Nizami Rayon Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı 154 manatadək artırılmışdır. 21 dekabr 2020-ci il tarixdə Tural Ukrayna Respublikasında vəfat edib, həmin vaxtdan da,alimentin ödənilməsi dayandırılıb. Cavabdeh isə öz nəvəsi ilə maraqlanmır, ona hər hansı bir yardım göstərmir. O, uşağın maddi tələbatını tam olaraq ödəyə bilmir, buna görə də, məcburiyyət qarşısında qalıb məhkəmədə idda qaldırmışdır. Odur ki, qeyd olunanları nəzərə alıb, övladı 02 sentyabr 2011-ci il təvəllüdlü İsmayılov Nihad Tural oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbardar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə göndərdiyi etiraz ərizəsində cavabdeh iddianı qəbul etməmiş,işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2012-ci il tarixli qətnaməsinə əsasən İsmayılov Tural Məcnun oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış və tərəflərin birgə nikahından doğulmuş 02 sentyabr 2011-ci il təvəllüdlü İsmayılov Nihad Tural oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay 154 manat sabit məbləğində aliment tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Tural Məcnun oğlu ilə X6 arasındakı nikah 05 iyul 2014-cü il tarixdə pozulmuşdur. Ölüm haqqında şəhadətnamənin natorial qaydada təsdiq olıunmuş surətindən görünür ki, İsmayılov Tural Məcnun oğlu 21 dekabr 2020-ci il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində vəfat etmişdir. AZ-İİ seriyalı 772746 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olıunmuş surətindən görünür ki, İsmayılov Nihad Tural oğlu 02 sentyabr 2011-ci ildə doğulmuşdur. X1, anası X3r. Məlumat portalından çıxarışdan görünür ki, X6 Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyir və aylıq əmək haqqı 700 manat təşkil edir. Məlumat portalından çıxarışdan görünür ki, Cavabdeh ailə başçısını itirməyə görə 559,50 manat pensiya alır.Bundan başqa,işəgötürən sahibkar X5 məxsus olan(Vöen- **********) mağazada satıcı işləyir və aylıq 300 manat əmək haqqı alır. Məlumat portalından çıxarışdan görünür ki, Cavabdeh müddətsiz olaraq 2-ci qrup əlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 09 mart 2021-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, iddiaçının uşağın tələbatını tam olaraq ödəyə bilməməsini,nənə Cavabdeh ailə başçısını itirməyə görə 559,50 manat pensiya mağazada satıcı işləyərək aylıq 300 manat əmək haqqı aldığını nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsası mövcuddur və cavabdehdən nəvəsinin saxlanması üçün aliment tutulması məqsədəuyğundur. Lakin cavabdehin İİ qrup əlilliyini nəzərə alaraq iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 100 manat miqdarında aliment tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 02 sentyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar