Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1773/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı Cavabdeh qarşı “əmlak və ya pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “əmlak və ya pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən aşağıda sadalanan əşyaların ona qaytarılması, əşyalar olmadıqda isə onların dəyəri 6757 ( altı min yeddi yüz əlli yeddi) manat məbləğində pulun, ödənilmiş 88 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manat məbləğində xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cehizlərin siyahısı Mebellər:
1. Yataq Dəsti (2 tumba, 1 dolab, 1 termo) – 850 manat
2. Qonaq otağı dəsti (2 güzgülü kamot, 8 oturacaq stulu, 1 qabaq stolu) – 400 manat
3. Mətbəx mebeli – 500 manat
4. Ütü stolu – 40 manat Elektrik avadanlıqları:
1. Soyuducu – 800 manat
2. Televizor (samsung) tv aparatı 2 ədəd – 200 manat
3. Ütü – 30 manat
4. Qaz sobası 35 manat
5. Hava təmizləyici raspirator 1 ədəd – 25 manat
6. Blinçik aparatı 1 ədəd – 20 manat
7. Ləpə çəkən 1 ədəd- 10 manat
8. Elektrik sobası 1 ədəd – 40 manat
9. Mikravalovka 1 ədəd – 40 manat
10. Paltaryuyan maşın 1 ədəd – 200 manat
11. Elektrik samovar 1 ədəd – 50 manat
12. Toster 1 ədəd – 25 manat
13. Sokçəkən 1 ədəd – 30 manat
14. Ətçəkən 2 ədəd (Beko, Tefal) – 30+20 manat
15. Mikser 1 ədəd – 30 manat
16. Ev velosipedi 1 ədəd - 40 manat
17. Hava feni 1 ədəd – 10 manat
18. Ev telefonu 1 ədəd (samsung) – 30 manat
19. Blendr 2 ədəd (təzə) – 50 manat
20. Kofe üyüdən 1 ədəd – 10 manat
21. Tozsoran 1 ədəd – 50 manat
22. Lüstra 1 ədəd – 50 manat
23. Təyziq aparatı 1 ədəd – 5 manat
24. Xalçalar 7 ədəd böyük, 3 ədəd balaca – 100 manat
25. Pitiminutka 1 ədəd – 80 manat Zala aid olan qabqacaqlar:
1. Abedni servis 24 parma + çay dəsti – 50 manat
2. Bagema dəsti 6 ədəd – 20 manat
3. Güldan qızılı rəngdə + boşqabı 1 ədəd – 30 manat
4. Güldan 2 ədəd (balaca) – 3 manat
5. Böyük meyvə qabları 2 ədəd – 20 manat
6. Məclis üçün xrustal stəkan nəlbəki dəsti 24 ədəd – 10 manat
7. Bıçaq 12 ədəd – 10 manat
8. Qaşıq dəsti 24 – 10 manat
9. Aş qaşığı 2 ədəd 5 manat
10. Çəngəl 24 ədəd – 10 manat
11. Tort götürən qaşıq 1 ədəd – 3 manat
12. Xrustal fujer 12 ədəd – 10 manat
13. Mürəbbə qabları 6 ədəd – 20 manat
14. Lodka konfet qabı 2 ədəd – 10 manat
15. Tarelkalar 12 ədəd – 10 manat
16. Buludlar 6 ədəd – 15 manat
17. Mürəbbə rozetkaları 12 ədəd 5 manat
18. Limon qabları 12 ədəd – 5 manat
19. Böyük külqabı 1 ədəd – 5 manat
20. Tort qabı dəsti – 5 manat Qazan dəstləri:
1. Qranit qazan dəsti 8 parça – 40 manat
2. Nikelivi qazan dəsti 6 ədəd – 30 manat
3. Çuğun dəsti 4 ədəd – 10 manat
4. Tək aş qazanı 1 ədəd böyük – 10 manat
5. Tefal qazan dəsdi güllü 6 ədəd – 10 manat Qabqacaqlar:
1. Böyük ləyən çuğun 1 ədəd – 15 manat
2. Böyük aliminum ləyən 1 ədəd – 10 manat
3. Böyük aşsüzən 1 ədəd – 10 manat
4. Balaca aşsüzən çuğun 1 ədəd – 5 manat
5. Balaca süzgəc 1 ədəd – 2 manat
6. Plastik qablar 1 neçə ədəd – 10 manat
7. Çörək qabı 2 ədəd – 5 manat
8. Orqanizr qablar 5 ədəd – 3 manat
9. Böyük bıçaq dəstləri 6 ədəd – 15 manat
10. Keks qabları 3 ədəd – 5 manat
11. Mətbəx üçün stol üstü qızılı qapaqlı ədva qabı dəsdi – 15 manat
12. Mətbəx üçün maye qabı – 5 manat
13. Mətbəxdə işlədilən ümumi qablar (salat qabları, boşqablar, sok stəkanları, tarelkalar, qaşıqlar, çəngəllər) – 30 manat
14. Zaldakı saat 1 ədəd – 10 manat
15. Mətbəxdəki saat 1 ədəd – 5 manat
16. Naçniklər 2 ədəd – 10 manat
17. İynə sap qabı 1 ədəd – 1 manat
18. Portret 2 ədəd – 5 manat
19. Şəkil albomları + toy kasetləri
20. Sac – 10 manat Yorğan döşəklər:
1. Yorğan tək nəfərlik 2 ədəd – 15 manat
2. Yorğan cüt nəfərlik 2 ədəd (1-i sintifon) – 20 manat
3. Tək nəfərlik yun döşək 4 ədəd – 30 manat
4. Yastıqlar 8 ədəd – 20 manat
5. Cüt nəfərlik qalın yun ədyal 1 ədəd – 20 manat
6. Nazik ədyal 6 ədəd – 20 manat
7. Can dəsmalı 12 ədəd – 40 manat
8. Əl-üz dəsmalı 12 ədəd – 20 manat
9. Pastel dəsti 7 ədəd – 40 manat
10. Süfrələr 6 ədəd – 20 manat
11. Çay dəsmalı 7 ədəd – 10 manat
12. Pərdə 1 ədəd (yataq otağı)
13. Dibçək gülləri 6 ədəd
14. Yataq dəsti – 1250 manat
15. Soyuducu – 950 manat
CƏMİ - 6757 manat
Tələbin əsaslandırıldığı hallar :
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqları vaxtdan münasibətləri normal olsa da, sonradan münasibətlər pozulmuş, Nizami rayon məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehlə ailə qurduqdan sonra ünvan 2 gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını orada yerləşdirmişdir. 2023-ci ilin iyul ayınadək birgə ünvan 2 ünvanında yaşamışdır. Hazırda həmin evdə yaşamır, ona məxsus olan cehiz əşyaları birgə yaşadıqları evdə qalmışdır. Cavabdehdən dəfələrlə ona məxsus əşyaların geri qaytarılmasını tələb etsə də, cavabdeh məhkəmə qərarı olmadan əşyalar qaytarmayacağını bildirmişdir. Ona məxsus əşyalar isə iddia ərizəsinin xahiş edirəm hissəsində göstərmiş əşyalardan, eyni zamanda sonradan atası tərəfindən ona hədiyyə edilən növbəti yataq dəsti və soyuducudan ibarətdir. Ona məxsus sadaladığı əşyalar, onlar olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq ona geri qaytarılmalıdır.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
3. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), o cümlədən iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.
6. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində iddiaçının tələbini təsdiq edən sübutların siyahısı göstərilməmiş, habelə iddia ərizəsinə əlavə edilməmiş və Azərbaycan Respublikası MPM-nin 150.3-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsini də iddia ərizəsində göstərməmişdir.
7. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.
8. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
9. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “əmlak və ya pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
10. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu (“ExpressPay”, VÖEN: **********, Tranzaksiya nömrəsi: 2260190, qəbz nömrəsi: **********, Rüsum nömrəsi: 14221103, tarix: xx.xx.2024, saat: 16:44) dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.
11. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
12. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “əmlak və ya pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu (“ExpressPay”, VÖEN: **********, Tranzaksiya nömrəsi: 2260190, qəbz nömrəsi: **********, Rüsum nömrəsi: 14221103, tarix: xx.xx.2024, saat: 16:44) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva