Məhkəmə qərarları › İş №2(007)-1773/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1773/2025

10.06.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1773/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” və ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensassiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İşin faktiki halı:

1. İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında bağlanılmış 4Ə-1113 reyestr nömrəli əmlakın bağışlanması haqqında müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən onun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1398/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2(007)-1398/2025 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə daxil olmuş icraatda olan ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensassiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbinə dair 2(007)-1398/2025 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı “tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair 2(007)- 1773/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

Tərəflərin izahatları :

5. Məhkəmə iclasında iştirak edən iddiaçı və birləşdirilmiş iş üzrə ilkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatında cavabdeh ilə barışdığını, barışıq sazişinin şərtləri ilə razı olduğunu və sazişin məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh və birləşdirilmiş iş üzrə ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil iş üzrə icraata xitam verilməsini və təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq :

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.

Məhkəmənin mövqeyi :

8. Məhkəmə iddia ərizəsini, barışıq sazişini və iş materiallarını araşdıraraq qeyd edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.

9. Belə ki, işin faktiki halı odur ki, tərəflər arasında məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı "bağışlama müqaviləsinin ləğv edilməsi" və İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı olan "mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi" tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işlər üzrə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmış və barışıq sazişinin aşağıda müəyyən edilmiş şərtlərlə məhkəmə tərəfindən təsdiq edilməklə mülki iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir: 1.1 İddiaçı bəyan edir ki: istifadə hüququ və pasport qeydiyyatında olduğu Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilinin başqa şəxslərə özgəninkiləşdirilməsinə razıdır və öhdəsinə götürür ki, 5 (beş) aydan gec olmayaraq mənzilin özgəninkiləşdirilməsi müddətində mənzildə yaşamağa dair hər hansı tələb və hərəkət etməyəkdir və mənzilin özgəninkiləşdirilməsinə dair notariat kontoruna bu barədə razılıq ərizəsi təqdim edəcəkdir. Əgər o, mənzilin özgəninkiləşdirilməsi zamanı (alqı-satqı günü) notariat kontoruna bu barədə razılıq ərizəsi verməzsə, o halda onun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilinə olan istifadə hüququna xitam veriləcək və onun mənzildə olan pasport qeydiyyatı ləğv ediləcəkdir. Eləcə də, istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatının ləğvinin müqabilində mənzil başqa şəxslərə yalnız, özgəninkiləşdirildikdən sonra ona 20000 (iyirmi min) manat kompensasiya veriləcəkdir. 1.2. Məhkəmənin icraatında olan onun ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə və “bağışlama müqaviləsinin ləğvi” tələbinə dair iddia tələblərindən tam imtina edir, ona görə ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilin başqa şəxslərə özgəninkiləşdirilməsindən sonra 4 (dörd) ay müddətini keçməmək şərti ilə oğlu Cavabdeh öz adına olmaqla Abşeron rayonunda və Xırdalan şəhəri ərazisində 1 (bir) otaqlı, yaşayış üçün şəraiti olan mənzil, ev alacaq və həmin mənzildən, evdən ona ömürlük yaşayış sahəsindən istifadə hüququ verməklə onu həmin mənzilə pasport qeydiyyatına salacaqdır. Cavabdeh yaşayacağı mənzilin, evin onun mülkiyyətində, adında olmasından istifadə edib onu həmin mənzildən çıxarmaq istəyərsə, o halda həmin mənzilin real bazar dəyərini İddiaçı olaraq ona ödəməlidir. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, 37 saylı evin 69 saylı mənzilin başqa şəxslərə özgəninkiləşdirilməsindən sonra onu yeni yaşayış sahəsi ilə təmin edən müddətədək, yəni Cavabdeh öz adına mənzil alıb onu ora köçürdəcəyi vaxta qədər ona aylıq 500 manat kirayə xərci ödəməlidir. 1.3. Əgər Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzili 5 (beş) ay müddətində başqa şəxslərə özgəninkiləşdirilməzsə, o halda o pasport qeydiyyatı olan mənzilə köçəcək və həmin mənzildən istifadə edəcəkdir. Bundan başqa mənzilin şəxslərə özgəninkiləşdirilməsindən, alqı-satqısından sonra Cavabdeh öz adına yeni mənzil, ev alıb onu köçürməzsə və pasport qeydiyyatına saldırmağa razılıq verməzsə, o halda ona 70000 (yetmiş min) manat kompensasiya ödəməlidir. 1.4. İddiaçı olaraq Sazişin 1.1, 1.2, 1.3-cü bəndləri üzrə üzərinə düşən öhdəlikləri icra edəcək və Cavabdeh, onun mülkiyyətinə, mənzillərinə ,evlərinə və ailə həyatına hər hansı müdaxilə etməyəcəkdir. Gələcəkdə də, Cavabdeh qarşı məhkəmədə hər hansı bunlarla bağlı iddia qaldırmayacaq, hər hansı pretenziyada olmayacaqdır. 2.1. Sazişi imzalayan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilin İddiaçı tərəfindən özgəninkiləşdirilməsinə dair notarial ərizə verildikdən sonra 5 (beş) aydan gec olmayaraq mənzili özgəninkiləşdirib, alqı-satqı edib bunun müqabilində 4 (dörd) ay müddətini keçməmək şərti ilə öz adına, özünün seçdiyi olmaqla Abşeron rayonunda, Xırdalan şəhəri ərazisində 1 (bir) otaqlı, yaşayış üçün şəraiti olan mənzil, ev alacaq və həmin mənzildən, evdən atası - İddiaçı ömürlük yaşayış sahəsindən istifadə hüququ verməklə onu həmin mənzilə pasport qeydiyyatına salacaqdır. Həmin mənzili İddiaçı yaşadığı müddətcə başqa şəxslərə özgəninkiləşdirilməməsinə təminat verir. Əgər mənzilin, evin mülkiyyətində olmasından istifadə edib İddiaçı mənzildən çıxarmaq istəyərsə və ya mənzili başqa şəxslərə özgəninkiləşdirərsə, o halda, həmin mənzilin real bazar dəyərini İddiaçı ödəyəcəkdir. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 37 saylı evin 69 saylı mənzilin başqa şəxslərə özgəninkiləşdirilməsindən, alqı-satqısından sonra İddiaçı yeni yaşayış sahəsi ilə təmin edən müddətədək öz adına mənzil, ev alıb İddiaçı ora köçürdəcəyi vaxta qədər ona aylıq 500 (beş yüz) manat kirayə xərci ödəyəcəkdir. 2.2. Bakı şəhəri. Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilinin başqa şəxslərə özgəninkiləşdirilməsindən, alqı-satqısından sonra öz adına yeni mənzil, ev alıb İddiaçı köçürməzsə və onu pasport qeydiyyatına saldırmağa razılıq verməzsə, o halda da 70000 (yetmiş min) manat İddiaçı kompensasiya ödəyəcəkdir. Bundan başqa mənzili 5 (beş) ay müddətində başqa şəxslərə özgəninkiləşdirə, alqı-satqı edə bilmədiyi halda İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin, 69 saylı mənzilə köçməsinə və mənzildən istifadə etməsinə razı olmaqla, qəbul edir. 2.3. Məhkəmənin icraatında olan qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbindən imtina edir, ona görə ki, İddiaçı Bakı şəhəri. Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilin özgəninkiləşdirilməsinə Sazişin şərtlərinə uyğun olaraq razılıq verir. İddiaçı Sazişin şərtlərinə hörmət edib və əməl etməzsə, mənzilin özgəninkiləşdirilməsinə, satılmasına razılıq verməzsə, o halda, onun mənzilə olan istifadə hüququna və pasport qeydiyyatına xitam veriləcək və müvafiq sistemdə pasport qeydiyyatı ləğv olunduqdan və mənzil başqa şəxslərə özgəninkiləşdirildikdən sonra İddiaçı istifadə hüququnun ləğvinə görə 20000 (iyirmi min) manat kompensasiya veriləcəkdir.

3. Tərəflər barışıq Sazişinin müddəalarına hörmətlə yanaşır və hər hansı tərəf Sazişə əməl etməzsə, hörmətsizlik sayılmaqla Saziş əsasında qəbul ediləcək məhkəmə qərardadı icra vərəqəsi rolu oynayacaqdır".

10. Belə olduqda məhkəmə iş materiallarını araşdırıb qeyd edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir.

11. Məhkəmə onu da qeyd etməyi zəruri hesab ki, iddiaçı və birləşdirilmiş iş üzrə cavabdeh və qarşılıqlı iddia üzrə İddiaçı, eləcə də cavabdeh və birləşdirilmiş iş üzrə iddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir.

12. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261-264, 267 və 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” və ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensassiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanmış Barışıq Sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: “1.1 İddiaçı bəyan edir ki: istifadə hüququ və pasport qeydiyyatında olduğu Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilinin başqa şəxslərə özgəninkiləşdirilməsinə razıdır və öhdəsinə götürür ki, 5 (beş) aydan gec olmayaraq mənzilin özgəninkiləşdirilməsi müddətində mənzildə yaşamağa dair hər hansı tələb və hərəkət etməyəkdir və mənzilin özgəninkiləşdirilməsinə dair notariat kontoruna bu barədə razılıq ərizəsi təqdim edəcəkdir. Əgər o, mənzilin özgəninkiləşdirilməsi zamanı (alqı-satqı günü) notariat kontoruna bu barədə razılıq ərizəsi verməzsə, o halda onun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilinə olan istifadə hüququna xitam veriləcək və onun mənzildə olan pasport qeydiyyatı ləğv ediləcəkdir. Eləcə də, istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatının ləğvinin müqabilində mənzil başqa şəxslərə yalnız, özgəninkiləşdirildikdən sonra ona 20000 (iyirmi min) manat kompensasiya veriləcəkdir. 1.2 Məhkəmənin icraatında olan onun ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə və “bağışlama müqaviləsinin ləğvi” tələbinə dair iddia tələblərindən tam imtina edir, ona görə ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilin başqa şəxslərə özgəninkiləşdirilməsindən sonra 4 (dörd) ay müddətini keçməmək şərti ilə oğlu Cavabdeh öz adına olmaqla Abşeron rayonunda və Xırdalan şəhəri ərazisində 1 (bir) otaqlı, yaşayış üçün şəraiti olan mənzil, ev alacaq və həmin mənzildən, evdən ona ömürlük yaşayış sahəsindən istifadə hüququ verməklə onu həmin mənzilə pasport qeydiyyatına salacaqdır. Cavabdeh yaşayacağı mənzilin, evin onun mülkiyyətində, adında olmasından istifadə edib onu həmin mənzildən çıxarmaq istəyərsə, o halda həmin mənzilin real bazar dəyərini İddiaçı olaraq ona ödəməlidir. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, 37 saylı evin 69 saylı mənzilin başqa şəxslərə özgəninkiləşdirilməsindən sonra onu yeni yaşayış sahəsi ilə təmin edən müddətədək, yəni Cavabdeh öz adına mənzil alıb onu ora köçürdəcəyi vaxta qədər ona aylıq 500 manat kirayə xərci ödəməlidir. 1.3 Əgər Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzili 5 (beş) ay müddətində başqa şəxslərə özgəninkiləşdirilməzsə, o halda o pasport qeydiyyatı olan mənzilə köçəcək və həmin mənzildən istifadə edəcəkdir. Bundan başqa mənzilin şəxslərə özgəninkiləşdirilməsindən, alqı-satqısından sonra Cavabdeh öz adına yeni mənzil, ev alıb onu köçürməzsə və pasport qeydiyyatına saldırmağa razılıq verməzsə, o halda ona 70000 (yetmiş min) manat kompensasiya ödəməlidir. 1.4. İddiaçı olaraq Sazişin 1.1, 1.2, 1.3-cü bəndləri üzrə üzərinə düşən öhdəlikləri icra edəcək və Cavabdeh, onun mülkiyyətinə, mənzillərinə ,evlərinə və ailə həyatına hər hansı müdaxilə etməyəcəkdir. Gələcəkdə də, Cavabdeh qarşı məhkəmədə hər hansı bunlarla bağlı iddia qaldırmayacaq, hər hansı pretenziyada olmayacaqdır. 2.1. Sazişi imzalayan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilin İddiaçı tərəfindən özgəninkiləşdirilməsinə dair notarial ərizə verildikdən sonra 5 (beş) aydan gec olmayaraq mənzili özgəninkiləşdirib, alqı-satqı edib bunun müqabilində 4 (dörd) ay müddətini keçməmək şərti ilə öz adına, özünün seçdiyi olmaqla Abşeron rayonunda, Xırdalan şəhəri ərazisində 1 (bir) otaqlı, yaşayış üçün şəraiti olan mənzil, ev alacaq və həmin mənzildən, evdən atası - İddiaçı ömürlük yaşayış sahəsindən istifadə hüququ verməklə onu həmin mənzilə pasport qeydiyyatına salacaqdır. Həmin mənzili İddiaçı yaşadığı müddətcə başqa şəxslərə özgəninkiləşdirilməməsinə təminat verir. Əgər mənzilin, evin mülkiyyətində olmasından istifadə edib İddiaçı mənzildən çıxarmaq istəyərsə və ya mənzili başqa şəxslərə özgəninkiləşdirərsə, o halda, həmin mənzilin real bazar dəyərini İddiaçı ödəyəcəkdir. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 37 saylı evin 69 saylı mənzilin başqa şəxslərə özgəninkiləşdirilməsindən, alqı-satqısından sonra İddiaçı yeni yaşayış sahəsi ilə təmin edən müddətədək öz adına mənzil, ev alıb İddiaçı ora köçürdəcəyi vaxta qədər ona aylıq 500 (beş yüz) manat kirayə xərci ödəyəcəkdir. 2.2. Bakı şəhəri. Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilinin başqa şəxslərə özgəninkiləşdirilməsindən, alqı-satqısından sonra öz adına yeni mənzil, ev alıb İddiaçı köçürməzsə və onu pasport qeydiyyatına saldırmağa razılıq verməzsə, o halda da 70000 (yetmiş min) manat İddiaçı kompensasiya ödəyəcəkdir. Bundan başqa mənzili 5 (beş) ay müddətində başqa şəxslərə özgəninkiləşdirə, alqı-satqı edə bilmədiyi halda İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin, 69 saylı mənzilə köçməsinə və mənzildən istifadə etməsinə razı olmaqla, qəbul edir. 2.3. Məhkəmənin icraatında olan qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbindən imtina edir, ona görə ki, İddiaçı Bakı şəhəri. Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilin özgəninkiləşdirilməsinə Sazişin şərtlərinə uyğun olaraq razılıq verir. İddiaçı Sazişin şərtlərinə hörmət edib və əməl etməzsə, mənzilin özgəninkiləşdirilməsinə, satılmasına razılıq verməzsə, o halda, onun mənzilə olan istifadə hüququna və pasport qeydiyyatına xitam veriləcək və müvafiq sistemdə pasport qeydiyyatı ləğv olunduqdan və mənzil başqa şəxslərə özgəninkiləşdirildikdən sonra İddiaçı istifadə hüququnun ləğvinə görə 20000 (iyirmi min) manat kompensasiya veriləcəkdir.

3. Tərəflər barışıq Sazişinin müddəalarına hörmətlə yanaşır və hər hansı tərəf Sazişə əməl etməzsə, hörmətsizlik sayılmaqla Saziş əsasında qəbul ediləcək məhkəmə qərardadı icra vərəqəsi rolu oynayacaqdır". İddiaçı və birləşdirilmiş iş üzrə ilkin iddia tələbi üzrə İddiaçı, eləcə də cavabdeh və birləşdirilmiş iş üzrə ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan iş üzrə icraatın dayandırılması hissəsindən 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar