Məhkəmə qərarları › İş №2(007)-1803/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1803/2023

17.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1803/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb olunmaqla, “pul” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 4556 (dörd min beş yüz əlli altı) manat olmaqla direktor müavini vəzifəsinə təyin edilmişdir və xx.xx.2022-ci il tarixində aralarında bağlanan müqaviləyə son verilmişdir. Həmçinin qeyd etmək istəyir ki, işlədiyi müddətdə xx.xx.2022-ci il tarixli, 67-AND nömrəli əmrə əsasən 2022-ci ilin mart ayının 22-27 tarixlərində istirahət və bayramla əlaqədar qeyri-iş günlərində, eyni zamanda xx.xx.2022-ci il tarixli, 104-AND nömrəli əmrə əsasən isə 2022-ci ilin may ayının 8-9 tarixlərində istirahət vaxtı ilə əlaqədar qeyri-iş günlərində işə çağırılmış və əmək funksiyalarını yerinə yetirmişdir. Bundan başqa qeyd etmək istəyir ki, 2022-ci ilin yanvar ayından aralarında bağlanmış əmək müqaviləsinə xitam verilənə qədər istirahət və bayramla əlaqədar qeyri-iş günlərində də işə çağırılmış və əmək funksiyalarını yerinə yetirmişdir. Qeyd edilən dövr ərzində 15 gün müddətinə məzuniyyətə çıxmağına baxmayaraq məzuniyyət pulunu almamış, eyni zamanda qeyd edilən dövr üçün istifadə edilməmiş məzuniyyət haqqına görə də ona ümumiyyətlə ödəniş edilməmişdir. Bundan başqa 2022-ci ilin may ayının əmək haqqından təxminən 1375 (bir min üç yüz yetmiş beş) manat, 2022-ci ilin iyun ayından işdən azad olunduğu günə, yəni xx.xx.2022-ci il tarixinə qədər isə tam olaraq əmək haqqıları bu günə qədər ödənilməmişdir. Buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********0 nömrəli cavab məktubunda Cavabdeh MMC tərəfindən son haqq-hesabın ödənilmədiyinin məlum olması, əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində yol verilmiş qanun pozuntularına görə MMC-nin rəhbərinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi, həmçinin yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə Cavabdeh MMC-nin ünvanına **********9 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlandığı göstərilmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixində mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, daha sonra xx.xx.2022-ci il tarixində mediasiya üçün müraciət etmiş, mediasiya sessiyasında iştirak etməyinə baxmayaraq cavabdeh MMC tərəfdən mediasiya sessiyasında iştirak edən olmamış, buna görə tərəfindən mediasiya xidməti üçün Mediasiya Şurasının Bakı 3 saylı Mediasiya Təşkilatına 50 AZN xidmət haqqı ödənilmiş və qeyd edilən təşkilat tərəfindən Mediasiya sessiyasında iştirak edilməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/3- 01823 nömrəli arayış təqdim edilmişdir. Bununla bağlı mediasiya arayışı və ödənilmiş rüsum barədə qəbz məhkəməyə təqdim olunur. Göründüyü kimi Cavabdeh MMC tərəfindən 2022-ci ilin yanvar ayından aralarında bağlanmış əmək müqaviləsinə xitam verilənə qədər istirahət və bayramla əlaqədar qeyri-iş günlərində iş çağırılmağı ilə əlaqədar ödənişlər, işdən çıxdığı günə qədər istifadə edilmiş və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməmiş, həmçinin qalıq əmək haqqı və son haqqhesab ödənilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı olaraq ümumilikdə 20054,60 (iyirmi min əlli dörd, 60) AZN pulun, həmçinin qeyri-iş günlərində iş çağırılmaqla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş əlavə ödənişlərin, eyni zamanda məzuniyyət pulu və son haqq-hesab ödənişlərinin alınaraq İddiaçı ödənilməsi, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, mediasiya sessiyası üçün ödənilmiş 50 AZN və hüquqi yardım üçün ödənilmiş 170 AZN pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ödənilməmiş əmək haqqı olaraq ümumilikdə 20054.60 manat pul, mediasiya sessiyası üçün ödənilmiş 50 manat və hüquqi yardım üçün ödənilmiş 170 manat pulun Cavabdeh MMC-dən alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizənin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “E Sosial” vahid sosial reyestr xidmətindən elektron çıxarışla müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixli müqavilə əsasında işə qəbul edilərək direktor müavini vəzifəsində 6 günlük iş həftəsi rejimində çalışmış, aylıq əmək haqqı 4556 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı **********0 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, araşdırmaya Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onunla xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində, X1 xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində, X2 xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) uyğun olaraq öz xahişləri ilə xitam verildiyi və son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bununla da əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində yol verilmiş qanun pozuntusuna görə Cavabdeh MMC-nin rəhbərinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin yol verilmiş nöqsanın aradan qaldırılması məqsədilə Cavabdeh MMC-nin ünvanına **********9 saylı xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. - Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə 67-AND nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, direktor müavini İddiaçı 2022-ci ilin mart ayının 22-27dək iş üz zərurəti ilə əlaqədar işə çağırılmışdır. - Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə 104-AND-İN nömrəli, xx.xx.2022ci il tarixli əmrinin surətindən görünür ki, direktor müavini İddiaçı 2022-ci ilin may ayının 8 və 9-da iş üz zərurəti ilə əlaqədar işə çağırılmışdır. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin 31 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilir ki, şöbədə mövcud olan müvafiq qeydiyyatlara əsasən vətəndaş İddiaçı 2021-ci ilin dekabr ayının 18-də saat 10:10-dan 13:37-dək, dekabr ayının 20-də saat 14:28- dən 17:12-dək, dekabr ayının 26-da saat 11:22-dən 11:32-dək, dekabr ayının 27-də saat 13:26-dan 13:40-dək; 15:27-dən 15:46-dək, dekabr ayının 28-də saat 14:30-dan 18:00dək, dekabr ayının 29-da saat 09:38-dən 11:53-dək; 15:14-dən 15:45-dək, 2022-ci ilin yanvar ayının 03-də saat 09:54-dən 12:37-dək, yanvar ayının 06-da saat 09:48-dən 18:00dək, yanvar ayının 08-də saat 09:02-dən 10:30-dək, yanvar ayının 11-də saat 14:52-dən 17:17- dək, yanvar ayının 12-də saat 08:46-dan 10:40-dək; 14:28-dən 14:50-dək, yanvar ayının 15- də saat 10:17-dən 18:03-dək, yanvar ayının 21-də saat 09:39-dan 11:23-dək, yanvar ayının 23-də saat 09:16-dan 17:47-dək, yanvar ayının 31-də saat 10:00-dan 12:42dək; 13:34-dən 14:51-dək, fevral ayının 07-də saat 10:45-dən 16:02-dək, fevral ayının 14də saat 09:50-dən 16:54-dək, fevral ayının 18-də saat 10:03-dən 13:43-dək, fevral ayının 21-də saat 09:40-dan 13:08-dək, fevral ayının 23-də saat 12:52-dən 14:44-dək, fevral ayının 28-də saat 09:45-dən 14:00-dək, mart ayının 01-də saat 14:43-dən 18:44-dək, mart ayının 02-də saat 11:47-dən 13:08-dək, mart ayının 04-də saat 09:54-dən 14:40-dək, mart ayının 05-də saat 14:53-dən 18:39-dək, mart ayının 07-də saat 10:03-dən 12:13-dək, mart ayının 09-da saat 09:14-dən 11:48-dək, mart ayının 10-da saat 12:20-dən 13:24-dək, mart ayının 11-də saat 09:48-dən 13:50-dək, mart ayının 14-də saat 09:12-dən 13:00-dək, mart ayının 17-də saat 09:00-dan 11:33-dək, mart ayının 21-də saat 09:47-dən 13:46-dək, mart ayının 24-də saat 09:02-dən 11:15-dək; 15:31-dən 18:00-dək, mart ayının 25-də saat 10:02-dən 17:15-dək, mart ayının 26-da saat 14:00-dan 18:04-dək, mart ayının 27-də saat 10:30-dən 13:40-dək, mart ayının 28-də saat 09:13-dən 16:41-dək, mart ayının 29-da saat 08:29-dan 12:00-dək, mart ayının 30-da saat 15:40-dan 20:15-dək, mart ayının 31-də saat 17:45-dən 18:18-dək, aprel ayının 01-də saat 09:36-dan 12:42-dək, aprel ayının 04-də saat 08:30-dan 15:55-dək, aprel ayının 8-də saat 09:58-dən 12:50-dək, aprel ayının 09-da saat 09:50-dən 14:40-dək, aprel ayının 13-də saat 10:19-dan 16:13-dək, aprel ayının 14də saat 10:35-dən 13:53-dək, aprel ayının 15-də saat 10:12-dən 12:04-dək, aprel ayının 16-da saat 12:16-dan 15:14-dək, aprel ayının 18-də saat 10:09-dan 12:16-dək, aprel ayının 20-də saat 10:18-dən 11:25-dək, aprel ayının 21-də saat 09:59-dan 10:11-dək, aprel ayının 22-də saat 09:45-dən 16:00-dək, aprel ayının 25-də saat 08:19-dan 16:10dək, aprel ayının 26-da saat 10:09-dan 13:30-dək, aprel ayının 27-də saat 14:50-dən 17:53-dək, aprel ayının 28-də saat 16:53-dən 19:37-dək, aprel ayının 29-da saat 16:50dən 17:20-dək, aprel ayının 30-da saat 11:31-dən 14:40-dək, may ayının 01-də saat 12:35-dən 13:34-dək, may ayının 03-də saat 09:50-dən 13:08-dək, may ayının 04-də saat 09:30-dan 16:03-dək, may ayının 05-də saat 08:52-dən 11:30-dək; 16:05-dən 17:00dək, may ayının 06-da saat 09:32-dən 13:19-dək, may ayının 07-də saat 09:29-dan 09:44dək, may ayının 08-də saat 12:26-dan 14:00-dək; 17:20-dən 17:33-dək, may ayının 9-da saat 10:39-dan 16:23-dək, may ayının10-da saat 10:40-dan 18:27-dək, may ayının 11də saat 17:40-dan 18:40-dək, may ayının 12-də saat 16:38-dən 19:30-dək, may ayının 13də saat 09:30-dan 16:20-dək; 16:50-dən 22:14-dək, may ayının 14-də saat 11:18-dən 13:50-dək, may ayının 15-də saat 12:27-dən 16:13-dək, may ayının 17-də saat 09:36dan 12:13-dək, may ayının 21-də saat 09:22-dən 13:20-dək, may ayının 24-də saat 09:12dən 09:18-dək, may ayının 25-də saat 09:28-dən 11:34-dək, may ayının 26-da saat 09:50-dən 13:40-dək, may ayının 28-də saat 09:40-dan 14:40-dək, may ayının 29-da saat 11:30-dan 13:53-dək, may ayının 30-da saat 09:22-dən 14:44-dək, iyun ayının 01-də saat 14:11-dən 15:10-dək, iyun ayının 11-də saat 16:41-dən 18:00-dək, iyun ayının 17-də saat 09:00-dan 10:48-dək, iyun ayının 24-də saat 09:04-dən 10:30-dək, iyun ayının 25-də saat 09:00-dan 12:42-dək, iyun ayının 27-də saat 08:32-dən 17:30-dək, iyul ayının 02-də saat 10:48-dən 12:43-dək DTX-in HTBİ-nin “Bilgəh” İstirahət mərkəzinin inzibati ərazisinə daxil olmuş və çıxmışdır. - MŞB/3-01823 nömrəli, xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı İddiaçı iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixli müqavilə əsasında işə qəbul edilərək direktor müavini vəzifəsində 6 günlük iş həftəsi rejimində çalışmış, aylıq əmək haqqı 4556 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi İddiaçı müraciəti əsasında araşdırma aparmış və Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onunla xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq öz xahişi ilə xitam verildiyi və son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bununla da əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində yol verilmiş qanun pozuntusuna görə Cavabdeh MMC-nin rəhbərinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin yol verilmiş nöqsanın aradan qaldırılması məqsədilə Cavabdeh MMC-nin ünvanına **********9 saylı xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə 67-AND nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin və 104-AND-İN nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətləri ilə müəyyən olunur ki, İddiaçı 2022-ci ilin mart ayının 22-27-dək və 2022-ci ilin may ayının 8 və 9-da iş üz zərurəti ilə əlaqədar işə çağırılmışdır. Hazırda iddiaçı qeyd etmişdir ki, o, 2022-ci ilin yanvar ayından aralarında bağlanmış əmək müqaviləsinə xitam verilənə qədər istirahət və bayramla əlaqədar qeyri-iş günlərində də işə çağırılmış və əmək funksiyalarını yerinə yetirmişdir. Qeyd edilən dövr ərzində 15 gün müddətinə məzuniyyətə çıxmağına baxmayaraq məzuniyyət pulunu almamış, eyni zamanda qeyd edilən dövr üçün istifadə edilməmiş məzuniyyət haqqına görə də ona ümumiyyətlə ödəniş edilməmişdir. Bundan başqa 2022-ci ilin may ayının əmək haqqından təxminən 1375 (bir min üç yüz yetmiş beş) manat, 2022-ci ilin iyun ayından işdən azad olunduğu günə, yəni xx.xx.2022-ci il tarixinə qədər isə tam olaraq əmək haqqı bu günə qədər ödənilməmişdir. Hazırda iddiaçı, ödənilməmiş əmək haqqı olaraq ümumilikdə 20054.60 manat pul, mediasiya sessiyası üçün ödənilmiş 50 manat və hüquqi yardım üçün ödənilmiş 170 manat pul vəsaitinin MMC-dən alınaraq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 110.1-ci maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 133.1-ci maddəsinə görə işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 135.2-ci maddəsinin tələbinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 144.2-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 164.1-ci maddəsinin tələbinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı aşağıdakı kimi ödənilir: aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. 172.4-ci maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclərtam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Hansı ki, cavabdeh tərəf də məlumatlı olmalarına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, iddiaçının irəli sürdüyü dəlillərə qarşı hər hansı etiraz və mülahizələrini təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı olaraq ümumilikdə 20054.60 manat pul, mediasiya sessiyası üçün ödənilmiş 50 manat və hüquqi yardım üçün ödənilmiş 170 manat pul vəsaiti alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı olaraq ümumilikdə 20054.60 manat pul, mediasiya sessiyası üçün ödənilmiş 50 manat və hüquqi yardım üçün ödənilmiş 170 manat pul vəsaiti alınaraq, İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar