Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1804/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olmuş, nikahdan iki övladı - 20 mart 2007-ci il təvəllüdlü X4 və 04 noyabr 2010-cu il təvəllüdlü X5 var. Həyat yoldaşı ilə dörd aydır ki, birgə yaşamır və birgə təsərrüfat aparmırlar. Uşaqları onunla kirayədə yaşayır və o, onları tək saxlayır, Cavabdeh isə heç bir maddi kömək göstərmir. Asəf Zeynallı adına musiqi məktəbində fortepiano müəlliməsi işləyir, 500 manat maaş alır və 300 manat kirayə haqqı ödəyir. Cavabdehin iki yerdə daimi iş yeri və stabil qazancı vardır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrində və Maştağa qəsəbəsində yerləşən 10 nömrəli musiqi məktəbində çalışır. Həmin qurumlara sorğular göndərilib, cavab daxil olanda məhkəməyə təqdim edəcəkdir. Qeyd olunanlara əsasən Cavabdeh, 20 mart 2007-ci il təvəllüdlü X4 və 04 noyabr 2010-cu il təvəllüdlü X1 üçün, onların yetkinlik yaşına çatana kimi hər ay əmək haqqından 1/3 hissəsi miqdarda xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir, hal-hazırda 2 yerdə - Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrində və Sabunçu rayonu 10 saylı musiqi məktəbində müəllim işləyir, təxminən ayda cəmi 1300- 1400 manat əmək haqqı alır. Musiqi məktəbindən aldığı əmək haqqının azalma ehtimalı vardır, çünki pandemiya dövrü olduğuna görə musiqi məktəbinə yazılan uşaqların sayı da azalmışdır, bundan əlavə 2 yerdə işlədiyi üçün musiqi məktəbində olan işini itirə bilər. Ana və atası onun himayəsindədir, bundan əlavə qardaşı məhkəmə hökmünə əsasən cəza çəkir, qardaşının ailəsinə də maddi yardım göstərməlidir. Övladlarına aliment ödəməyə hazırdır, göstərilənləri nəzərə alaraq alimentin sabit pul məbləğində olmaqla hər bir uşağa görə 175 manat, cəmi 350 manat miqdarında təyin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı Cəlilabad şəhərində anadan olmuşdur, evlidir, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 12878117 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20 mart 2007-ci il təvəllüdlü X4 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 12887314 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 04 noyabr 2010-cu il təvəllüdlü X5 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AR Müdafiə Nazirliyinin 07.04.2021-ci il tarixli 760 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh aylıq əmək haqqı 807,64 manat təşkil edir. İş materiallarında olan AR Mədəniyyət Nazirliyi Bakı şəhər Baş İdarəsi 2 nömrəli Maliyyə və X6 26.022021-ci il tarixli 08 nömrəli məktubundan görünür ki, 10 X10 Məktəbində klarnet ixtisası üzrə müəllim vəzifəsində işləyən Cavabdeh əmək haqqısı 780 manatdır. İş materiallarında olan “xxxx” ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, Cavabdeh 12.10.2020-ci 12.04.2021-ci il tarixləri ərzində 14.10.2020-ci il tarixdə 750.13 manat, 02.11.2020-c il tarixdə 668.78 manat, 30.11.2020-ci il tarixdə 668.78 manat, 23.12.2020-ci il tarixdə 668.78 manat, 03.02.2021-ci il tarixdə 652.86 manat, 01.03.2021ci il tarixdə 652.86 manat, 15.03.2021-ci il tarixdə 30 manat, 02.04.2021-ci il tarixdə 652.86 manat, 12.04.2021-ci il tarixdə 6.15 manat məbləğində əməmk haqqı əldə etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha girməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 20 mart 2007-ci il təvəllüdlü X4 və 04 noyabr 2010-cu il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Hazırda ana uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, iddia tələbini, uşağın mənafeyini, işin faktiki hallarını və cavabdehin iddianı qismən qəbul etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh 20 mart 2007-ci il təvəllüdlü X3 və 04 noyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 mart 2021-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 15 mart 2021-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20 mart 2007-ci il təvəllüdlü X3 və 04 noyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 mart 2021ci il tarixdən başlayaraq hər ay aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, qətnamə dərhal icra edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh aid edilməli, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 20 mart 2007-ci il təvəllüdlü X3 və 04 noyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 mart 2021-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1804/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1804/2021
15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver