Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-186/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 cəlb edilməklə “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank ”RTB" ASC-nin “Premium” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilədən irəli gələn 05.08.2021-ci il tarixinə olan 34580 manat əsas borc, 7381,04 manat faiz borcu, 34061,30 manat dəbbə borcu, ümumilikdə 76022,34 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nuriyev Bəhruz küçəsi 47, 40 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Premium” filialı ilə Cavabdeh1 arasında 14.01.2019-ci il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, 24 (iyirmi dörd) ay müddətinə, 18% (on səkkiz) faiz olmaqla 75000 (yetmiş beş min) manat məbləğinədə kredit verilmiş və Cavabdeh1 14.01.2021-ci il tarixinədək faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh2 14.01.2019-cu il tarixdə iddiaçıyla DENG-00001-02/19A saylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nuriyev Bəhruz küçəsi 47, 40 saylı mənzili Bakı şəhərində bağlanmış 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Premium” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixdə iddiaçıyla DENG-00001-02/19A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 26.08.2020-ci il tarixində 14.01.2019-cu il tarixli DEN- 00001-02/19A saylı kredit müqaviləsinə və 14.01.2019-cu il tarixli, DENG-00001-02/19A saylı ipoteka müqaviləsinə əlavə saziş imzalanmışdır. Cavabdehin 05.08.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 34580 manat, faizlərin məbləği 7381,04 manat, dəbbə borcu 34061,30 manat olmaqla, ümumi borcu 76022,34 manat təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş, elə məbləğlərdə və elə müddətlərdə borc verənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə tətbiq edir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iş üzrə ekspert rəyləri ilə bağlı etirazları olmadığını, iş üzrə məhkəmə baxışını iştirakları olmadan keçiriməsini və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, ekspert və əmlakın qiymətləndirilməsi barədə rəylər ilə tanışdır və rəylərə etirazları yoxdur. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bank "xxxx" ASC-nin “Premium” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-ci il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, 18% (on səkkiz) faiz olmaqla 75 000 (yetmiş beş min) manat məbləğində kredit verilmişdir və Cavabdeh1 14.01.2021-ci il tarixədək borcu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. - Bank "xxxx" ASC-nin “Premium” filialı ilə ipoteka qoyan Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli, DENG-00001-02/19A saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 47, 40 saylı mənzili 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-yə ipotekaya qoyulmuşdur. - X3 15 saylı Notariat ofisinə ünvanladığı 03.01.2019-cu il tarixli ərizədən görünür ki, X6 arvadı Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişlər. - 15.01.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh1 15.01.2019-cu il tarixdə 75000 (yetmiş beş min) manat məbləğində pulu Bank "xxxx" ASC-dən qəbul etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil tam payda Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil “Bank "xxxx"” ASC-nin xeyrinə yüklü edilərək 28.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 06.05.2021-ci il tarixli **********81 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 47, 40 saylı mənzilə dair tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. - Bank "xxxx" ASC-nin 05.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank "xxxx" ASC-yə 05.08.2021-ci il tarixinə 34580 manat əsas borc, 7381,04 manat faiz borcu, 34061,30 manat dəbbə borcu olmaqla, ümumilikdə 76022.34 manat məbləğində borcu vardır. - Məhkəmənin qərardadına əsasən “X2 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 29.11.2021-ci il tarixli rəylə ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 92 150, likvid dəyəri 85700 manat təşkil etməsi müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.02.2022-ci il tarixli rəyindən görünür ki, 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi üzrə 05.08.2021-ci il tarixə əsas borc üzrə 34.470,60 manat, faiz borc üzrə 3.876,88 manat məbləğində borc müəyyən olunmuş, cərimə və penya hesablanmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bank "xxxx" ASC-nin “Premium” filialı ilə Cavabdeh1 arasında bağlanılmış 14.01.2019-ci il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi ilə bank tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, 18% (on səkkiz) faiz olmaqla 75 000 (yetmiş beş min) manat məbləğində kredit verilmişdir və Cavabdeh1 borcu 14.01.2021-ci il tarixinədək faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin ilə “Premium” filialı ilə ipoteka qoyan Cavabdeh2 və Cavabdeh1 arasında bağlanılmış 14.01.2019-cu il tarixli, DENG-00001-02/19A saylı ipoteka müqaviləsi ilə ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 47, 40 saylı mənzili 14.01.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-də ipotekaya qoymuşdur. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.02.2022-ci il tarixli rəyi üzrə 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi üzrə 05.08.2021-ci il tarixə əsas borc üzrə 34.470,60 manat, faiz borc üzrə 3.876,88 manat məbləğində borc müəyyən olunmuş, cərimə və penya hesablanmamışdır. Məhkəmənin qərardadına əsasən “X2 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 29.11.2021-ci il tarixli rəylə ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 92 150, likvid dəyəri 85700 manat təşkil etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi üzrə borcu qismində əsas borc üzrə 34580 manat, faiz borcu üzrə 7381,04 manat borc müəyyən edilsə də, cavabdehdən iddiaçının xeyrinə 11.02.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuş 34.470 manat əsas borc və 3876,8 manat məbləğində faiz borc tutulmalıdır. Qeyd edilənlərlə müəyyən olundu ki, Bank "xxxx" ASC-nin “Premium” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-ci il tarixli DEN-OÖÜO1-02/19A saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdehlər öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə qeyd edir ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi aparılmış və ipoteka predmetinin likvid dəyərinin 85.700,0 manat olması müəyyən edilmişdir. Belə olan halda, qiymətləndiricinin gəldiyi nəticə obyektiv, qərəzsiz və hərtərəfli hesab edilərək ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndiricinin hesabat aktında göstərilənlər əsas götürülməlidir. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh1 Cavabdeh2 məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan Bank "xxxx" ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan, ünvan 3 ünvanında yerləşən mənzilin hərracda ilkin satış qiyməti qiymətləndiricinin rəyinə uyğun olaraq 85.700,0 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, kredit razılaşması üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi ləğv edilməli, 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi üzrə 34470 manat əsas borc, 3876,8 manat faiz borcu, 1000 manat dəbbə borcu, ümumilikdə 39346,80 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının əvəzi Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmıış 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 47, 40 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 85700,00 manat müəyyən edilməli və həmin mənzil açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməli, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 47, 40 saylı mənzili boşaldılaraq banka təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200,00 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, əmlakın qiymətləndirilməsi ilə bağlı 300 manat xərc məbləği tutularaq "X2 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi ləğv edilsin. 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı kredit müqaviləsi üzrə 34470 manat əsas borc, 3876,8 manat faiz borcu, 1000 manat dəbbə borcu, ümumilikdə 39346,80 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının əvəzi Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma Bank "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 14.01.2019-cu il tarixli, DEN-00001-02/19A saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 47, 40 saylı mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 85700,00 manat müəyyən edilsin və həmin mənzil açıq hərracdan satılsın. Əldə olunacaq vəsait hesabına kredit borcu ödənilsin. Satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 47, 40 saylı mənzili boşaldılaraq banka təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200,00 manat pul Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Əmlakı qiymətləndirilməsi ilə bağlı 300 manat xərc məbləği Cavabdeh1 tutularaq "X2 Mərkəzi” MMC-yə (Hesablaşma hesabı “Paşa Bank" ASC, filial kodu: 505141, VÖEN: **********, H\H AZ30AZRT**********0019299007 SWİFT BİK:PAHAAZ22, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-186/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-186/2022
18.04.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver