Məhkəmə qərarları › İş №2(103)-1530/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1530/2022

09.02.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1530/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-643/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi və onun açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış 040HOME395460 saylı 07.11.2013-cü il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 52958.55 ABŞ dolları əsas kredit borcu, 4183.81 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 6510.88 ABŞ dolları cərimə, cəmi 63652.51 ABŞ dolları borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.033 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərrac vasitəsi ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 ”Bank Respublika" ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, faizləri vaxtında ödənilmədiyinə görə hesablanmış penyanın, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.033 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 tərəfindən ən geci bir ay ərzində boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 040HOME395460 saylı 07.11.2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 84 ay müddətinə illik 9% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 95.555 ABŞ dolları məbləğində kredit verilmişdir.Kreditin təminatı məqsədi ilə Cavabdeh1 ilə İddiaçı ASC arasında 040HOME395460/ASİ saylı 07.11.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi, 040HOME395460/G saylı girov müqaviləsi bağlanmış və Abşeron rayonu, Masazır kəndində yerləşən 0.033 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir.Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 27.05.2017-ci il tarixə İddiaçı ASC-yə 52958.55 ABŞ dolları əsas kredit borcu, 4183.81 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 6510.88 ABŞ dolları cərimə, cəmi 63652.51 ABŞ dolları borcu qalmaqdadır.Cavabdeh1 dəfələrlə bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmiş, öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmədən Cavabdeh1 arasında bağlanmış 040HOME395460 saylı 07.11.2013-cü il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 52958.55 ABŞ dolları əsas kredit borcu, 4183.81 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 6510.88 ABŞ dolları cərimə, cəmi 63652.51 ABŞ dolları borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.033 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərrac vasitəsi ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 ”Bank Respublika" ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, faizləri vaxtında ödənilmədiyinə görə hesablanmış penyanın, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.033 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 tərəfindən ən geci bir ay ərzində boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-643/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 040HOME395460 saylı 07.11.2013-cü il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 52958.55 ABŞ dolları əsas kredit borcu, 4183.81 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 200 ABŞ dolları cərimə, cəmi 57342,36 ABŞ dolları borcunun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutulması, tutma ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.033 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.033 ha torpaq sahəsinin və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 90.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına cəmi 57342,36 ABŞ dolları borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.033 ha torpaq sahəsinin və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutma yönəldikdə və onlar satıldıqda ən geci bir ay ərzində Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə dəyişdirilməsini, ilkin satış qiymətinin 120000 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətindən imtina barədə ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirdi və apellyasiya şikayəti üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı ASC məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, cavabdeh İsgəndərva Günel Elxan qızı iddiaçı ilə aralarında mülkiyyətində olan və ipoteka kimi yüklü edilmiş Masazır kəndində yerləşən 0.033 ha torpaq sahəsi və onun üzərindəki evin iddiaçının müəyyən etdiyi şəxsə satılması, əldə edilmiş vəsaitin onun borcunun ödənilməsi və qalan borcunun bağışlanması barədə razılığa gəlmişlər və bank bununla bağlı qərar qəbul edib. Həmin razılaşmaya ilə onun üzərinə hazırki iş üzrə apellyasiya şikayətindən imtina etmək öhdəliyi qoyulub. Hazırkı ərizə ilə apellyasiya şikayətindən imtina etdiyini bildiri, şikayətdən imtinanı qəbul edib, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizədə həmçinin qeyd edilmişdir ki, apellyasiya şikayətində imtinanın hüquqi nəticələri barədə məlumatlıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və hazırki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin 1 və 2-ci bəndində əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtinası qəbul edilməklə iş üzrə Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-643/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar